Məhkəmə qərarları › İş №3(3-9)-305/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-305/2026

05.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-305/2026 05.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən Şahmurov İlham Azadxan oğlunun iştirakı ilə. ##.##.1985-ci ildə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşqul olan, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olan və yaşayan. Şahmurov İlham Azadxan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılması barədə Masallı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026cı il tarixli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şahmurov İlham Azadxan oğlu məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X1 İdarəsinin vəzifəli şəxsinin tərtib etdiyi ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şahmurov İlham Azadxan oğlu ona yazılmış qərarla razı deyildir. Qərar əsassız, qərəzli və qanunlara zidd yazılmışdır. Aşağıdakı fikirlərlə qərarın qanunsuz olduğunu sübut edir. ##.##.2026-cı il tarixdə istifadəsində olan avtomobil ilə Bakı şəhərə, Xətai rayonu, İ.Mirzəyev küçəsində hərəkətdə olmuşdur. Polis əməkdaşları onu saxlayaraq sənədlərini yoxlamşlar. Sənədlərinin yerində olduğunu görüb, İXM-nin 327.2, 327.7- ci maddələrinin pozulmasına görə ona cərimə yazacaqlarını bildirmişlər. Guya ki, o qadağanedici nişanda avtomobili ilə hərəkət etmişdir. Polis əməkdaşları ilə razı olmadığını, qərarı rəsmi qaydada göndərmələrini xahiş etmişdir. Həmçinin polislərdən qaydanı pozması barədə video görüntünü ona göstərmələrini xahiş etsə də, göstərilməmiş, bildirilmişdir ki, video görüntü yoxdur. İki nəfər polis əməkdaşı olan yerdə görüntüyə ehtiyac yoxdur. O, heç bir qaydanı pozmamış, qaydanı pozmadığı video görüntüdə tam əksini tapması səbəbindən polislər ona görə həmin görüntüləri ona göstərməmişlər. İşin faktiki halının sübutetmə yükü polisdə olduğu halda ona əsassız bildirilmişdir ki, o, qaydanı pozmadığını sübut etməlidir. Halbuki heç bir qaydanı pozmayaraq barəsində haqsız olaraq qərar qəbul edilir. Qərar heç bir qanuna əsaslanmır. Polis qərarı yazarkən heç bir mötəbər sübuta istinad etməmişdir. Əgər onun qanunu pozması barədə hər hansı bir sübutu varsa, məhkəməyə təqdim etsinlər. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Hesab edir ki, çıxarılmış qərar qanunsuz qəbul edildiyindən ləğv edilməlidir. Masallı rayon məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Şahmurov İlham Azadxan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X1 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X1 İdarəsinə tapşırılmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi X4 Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayətin dəlillərində qeyd olunmuşdur ki, Masallı Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli Şahmurov İlham Azadxan oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şahmurov İlham Azadxan oğlu inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan Şahmurov İlham Azadxan oğlu barəsində ##.##.2026-cı il tarixli, inzibati tənbeh tətbiq etmək haqqında qərar qəbul edərək Şahmurov İlham Azadxan oğlunun iştirakını təmin etməmiş və bununla onun hüquqlarını pozmuşdur. Belə ki, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq məhkəmədə iştirak etməmiş, inzibati xəta hadisənin mövcudluğunu sübut etməmişlər. Birincisi hakim qərarda göstərmişdir ki, qərarından şikayət verilmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə, habelə müvafiq sənədlərin və inzibati xətanın baş verməsini əks etdirən videogörüntülərin təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmasına baxmayaraq, səlahiyyətli oranın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin sorğu əsasında məhkəməyə rəsmi olaraq heç bir sübut təqdim edilməmişdir. Bununla bağlı qeyd edirik ki, idarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamış, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış Şahmurov İlham oğlunun yaşayış yeri Masallı rayonu olsa da, onun tərəfindən törədilmiş yol hərəkəti qayda pozuntusu Yol-patrul xidməti inspektoru tərəfindən aşkar edilmiş törədildiyi yer isə Bakı şəhəri Xətai rayonu İ.Mirzəyev küçəsində baş vermişdir. İşin faktiki halları ondan ibarət olmuşdur ki, barəsində qərar çıxarılmış fiziki şəxs Şahmurov İlham Azadxan oğlu ## ###### 2026-cı il tarixdə saat 19:50 radələrində idarə etdiyi “X3” minik markalı, **-RO-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu İ.Mirzəyev küçəsində yolayrıcını keçmə qaydasını pozmuşdur.Həmin vaxt ərazidə xidmətdə olan YPX inspektoru R X5 bilavasitə qayda pozuntusunu aşkar edərək sürücüyə xətanın mahiyyətini izah edərək Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.7-ci maddəsinə əsasən IXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsi inzibati tənbeh haqqında qərarı ləğv edərkən sübutları tam, obyektiv və hərtərəfli qiymətləndirməmişdir. Göründüyü kimi hakim yuxarıda sadalanan halların heç biri araşdırılaraq həmin hallara hüquqi qiymət verilmədən formal yanaşma edib qanuni və əsaslı qərarı ləğv etməklə kobud səhvə yol vermişdir. Qeyd olunanlara əsasən, Masallı rayon məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi, Şahmurov İlham Azadxan oğlu barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında Şahmurov İlham Azadxan oğlu şikayətinin dəlillərini müdafiə edərək, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işin hallarına əsasən nümayəndənin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsindən görünür ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327- 1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9- cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327- 1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Həmin Məcəlləninn 327-ci maddəsinin qeyd hissəsinin 6-cı bəndinə əsasən inzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 (bir) il müddətində qüvvədə olur. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şahmurov İlham Azadxan oğlu inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan Şahmurov İlham Azadxan oğlu barəsində ##.##.2026-cı il tarixli, inzibati tənbeh tətbiq etmək haqqında qərar qəbul edərək İlham Şahmurovun iştirakını təmin etməmiş və bununla onun hüquqlarını pozmuşdur. Həmçinin inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq məhkəmədə iştirak etməmiş, inzibati xəta hadisənin mövcudluğunu sübut etməmişlər. İnzibati xəta haqqında icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə aparılmışdır. İşin hallarından görünür ki, Şahmurov İlham Azadxan oğlu “X3” minik markalı, ** RO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan yolayrıcını keçmə qaydalarını pozduğuna görə cərimə edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 327-1.1, 327- 1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9- cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitələri idarə etmə hüququ altı ay müddətə məhdudlaşdırılmışdır. Lakin İnzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli qərarın nəticə, yəni qərar verilən hissəsində onun barəsində tətbiq edilən inzibati tənbeh tədbirinin nədən ibarət olması qeyd olunmamışdır. Bu vəziyyət isə İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinin tələblərinə uyğun deyil. Belə ki, inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, o cümlədən inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. Göründüyü kimi, inzibati xəta haqqında qərardan inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü müəyyən deyil. Bundan başqa müəyyən olunur ki, inzibati xəta haqqında hadisəsinin ## ###### 2026-cı il tarixdə baş verməsi qeyd olunsa da, inzibati xəta haqqında qərar 15 gün müddətində deyil, 1 aydan artıq müddətdə qəbul edilmişdir. Bundan əlavə işin halları ilə İlham Şahmurovun barəsində qərar qəbul edilərkən, onun etirazının əsaslarını təqdim etməsi üçün hüquqi şəarit yaradılmamışdır. İXM-nin 76.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətlərini tənzimləyən İnzibati Xətalar Məcəlləsinin 16-cı fəslində inzibati xəta hadisəsinin aşkar edilməsinin 2 (iki) üsulu təsbit olunmuşdur: 1.Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta hadisəsi; 2.Səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilən inzibati xəta hadisəsi. İşin faktiki hallarına əsasən belə məlum olur ki, mübahisəli inzibati xəta haqqında qərar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilən inzibati xəta hadisəsi ilə əlaqədardır. İXM-in 124.1-ci maddəsinə uyğun olaraq, inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmənin inzibati xəta haqqında iş üzrə qəbul etdiyi qərarının göndərilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülməsi bu Məcəllənin 117.3-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Həmin Məcəllənin 124.2-ci maddöəsinə görə, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Qeyd olunan Məcəllənin 124.4-cü maddəsinin tələbinə görə, inzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 124.4-1-ci maddəsinə görə, bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq əl ilə nömrələnmiş blankda tərtib edilmiş qərar qəbul edir. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli IXP******* nömrəli inzibatı tənbeh vermə haqqında protokolun hadisənin faktiki hallarına uyğunluğu, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməsi, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmaması üçün birinci instinsasiya məhkəməsinin qərarı qanuni hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.1.-135.1.6-cı maddələrində göstərilən əsaslar müəyyən edilməmişdir. Ona görə də şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət təmin olunmasın. Masallı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar