Məhkəmə qərarları › İş №3(3-9)-306/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-306/2026

02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-306/2026 02.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə ilə tərtib edilmiş ## #### 2026cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından “Mer Group” M Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Inzibati xəta haqqında həmin protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-X1nin ##.##.2026 il tarixli *-**-*/*-*****/**** nömrəli məktubuna əsasən X2 müraciəti ilə tələb olunan sənədləri təqdim etməmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi məhkəməyə apellyasiya şikayəti verərək bildirmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin (hakim Ləman Mehrəliyevə) ##.##.2026-cı İ tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin (bundan sonra - Xidmət) Lənkəran-X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında işə baxılaraq iş üzrə icraata xitam verilmişdir. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin Lənkəran-X1nin ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki vətəndaş X2 şikayəti əsasında Xidmət Lənkəran-X1ndə aparılan araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə 3-17-5/2- *****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Lənkəran-X1nə verilməsi tələb olunmuşdur. Sözügedən məktubda tələb olunan sənədlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən təqdim edilməmişdir. Məhkəmə müvafiq inzibati xətanın obyektiv cəhətinin Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olmalı olduğunu göstərmiş, lakin heç bir əsaslandırma aparmadan iş üzrə icraata xitam vermişdir. Vətəndaşın müraciəti əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi, əmək haqqının ödənilməməsi və s. ilə bağlı olmuşdur. Sorğu məktubunun göndərilməsi məqsədi də məhz həmin müraciətin araşdırılmasına hesablanmışdır. Göründüyü kimi müvafiq maddədə əmək müqaviləsinin bağlanılması, sənədləşdirilməsi, eyni zamanda əmək haqqının ödənilməsi məsələləri də həmin maddənin əhatə dairəsinə düşür. Beləliklə, inzibati orqan tərəfindən müvafiq araşdırma ilə bağlı sorğu göndərməsi qanunun tələblərinə uyğun olmuşdur. Beləliklə, Cəlilabad Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Xidmətin Lənkəran-X1 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(5-117)-255/2 qərarının ləğv edilməsi və Xidmətin Lənkəran-X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim X4) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə ilə tərtib edilmiş ## #### 2026cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarından narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Xidmətin Lənkəran-X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apelyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə verilir. Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi şikayət vermə müddətinin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Qeyd olunan maddənin mənasına görə qanunvericilik 10 günlük müddətin axımını qərarın rəsmi qaydada verildiyi anla əlaqələndirmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının sürəti ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-X1 tərəfindən qəbul edilərək poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilmişdir. Cəlilabad Rayon Məhkəməsinə daxil olmuş apellyasiya şikayətinə əlavə olunmuş zərfin üzərindəki ştampdan görünür ki, sözügedən apellyasiya şikayəti ## ### 2026-cı il tarixdə poçtla göndərilmişdir. Beləliklə də müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından şikayət vermə müddəti ## ### 2026-cı il tarixdə bitmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi prosessual müddətə əməl etməmiş, qərarın surəti rəsmi olaraq alındığı gündən 10 gün ərzində deyil, 11 gündən sonra şikayət vermişdir. Bununla belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası ilə bağlı vəsatət verməmişdir. Inzibati Xətalar Məcəlləsində birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilərkən qanunla müəyyən olunmuş müddət ötürüldükdə və müddətin bərpası haqqında vəsatət verilmədikdə, apellyasiya məhkəməsi tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Eləcə də, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab etmişdir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıbburaxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayət qanunla müəyyən edilmiş prosessual müddət buraxılmaqla verildiyindən və müddətin bərpası haqqında vəsatət verilmədiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Bununla belə, şikayət vermiş şəxsə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir və əgər müddət bərpa edilərsə, onun apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxıla bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar