Məhkəmə qərarları › İş №3(3-9)-308/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-308/2026

02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-308/2026 02.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlu, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsi barədə Füzuli Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətlə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunmuş, Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi məhkəmənin həmin qərarından apellyasiya şikayəti vermişdir. İş materiallarından görünür ki, şikayət verilmiş qərar ## ##### 2026-cı il tarixdə qəbul edilsə də qərar rəsmi olaraq idarənin şəxsi kabinetinə ## ### 2026-cı il tarixdə daxil edilmiş, qərardan şikayət ## ### 2026-cı il tarixə qədər verilməli olduğu halda, ## ### 2026-cı il tarixdə verilmiş və məhkəməyə ## ### 2026-cı il tarixdə daxil olmuşdur. Müəyyən olunmuşdur ki, ## ### 2026-cı il rəsmi iş günü olmuşdur. Göründüyü kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi müddəti ötürmüşdür. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X3rşı [BP], № *****/**, §§ 39-42, ## #### 2012). İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Nəzərə alınmalıdır ki, CPM-in 203.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Göstərilənlərə əsasən, şikayətə baxılması üçün icraata qəbul edilməkdən imtina edilməli və şikayət edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Polis İdarəsinə müddətin ötürülməsi üçün üzürlü hal olduğu halda, ötürülmüş müddətin bərpa olunması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Füzuli Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar