Məhkəmə qərarları › İş №3(3-9)-310/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-310/2026

11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-310/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Imişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq olunmuş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Protokolu tərtib edən orqan Hüquq və təşkilati işlər departamentinin Inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X2 tərəfindən ## ##### 2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Imişli Rayon Məhkəməsinə göndərilmişdir. Imişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC IXM-in 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 26541,12 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 5308,22 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC şikayət verərək Imişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC şikayətini onunla əsaslandırmışdır ki, hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, IXM-in 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması və IXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması səbəbindən həmin qərar qanunsuz və əsassızdır. Belə ki, IXMin 430.4-cü maddəsinə əsasənavans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması həmin maddə ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. X3 Heyətinin ## ###### 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində göstərilmişdir ki, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin)və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi, Qaydalara əsasən 2 il müddət ərzində qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadığı halda inzibati məsuliyyətin yaranması üçün idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olmalıdır. Şikayətə əlavə edilən gömrük bəyannamələri ilə inzibati xəta haqqında protokolda göstərilən 26541.12 ABŞ dolları məbləğində vəsait tam şəkildə bağlanmışdır. Bununla əlaqədar artıq “xxxx” ASC tərəfindən Mərkəzi Banka müraciət də getmişdir. Yəni portokolda qeyd olunan xaricə köçürülən 26541.12 ABŞ dolları vəsaitin müqabilində tam şəkildə ölkəyə mal idxal edilmişdir. Bununla əlaqədar Mərkəzi Banka sorğu edilən zaman qeyd olunan hal öz təsdiqini tapacaqdır. Şikayətə ************** saylı gömrük bəyannaməsi əlavə edilir. Inzibati xəta haqqında protokol tərtib edilən zaman onlara məlumat verilməmiş, izahatı alınmamış, mövqeyi öyrənilməmiş, bildiriş və xəbərdarlıq gəlməmişdir. Həmçinin inzibati xəta haqqında protokolda imza yoxdur, tərtib edildikdən sonra belə məlumat üçün və mövqeyini bildirmək üçün onlara gönədrilməmişdir. Bütün bunlar IXM-in müddəalarına ziddir. Bundan başqa Imişli Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman “Elektron məhkəmə” Informasiya sistemi vasitəsilə Məhkəməyə ##.##.2026-cı il tarixli ərizə ilə müraciət edilərək məhkəmə baxışının təxirə salınması xahiş olunmuşdur. Haqlı səbəbi olmasına baxmayaraq birinci prosesdən şirkət cərimə edilmişdir. Sübutları əlavə edilməsinə imkan yaradılmamışdır. Həmçinin xüsusilə vurğulanmalı haldır ki, təxirə salınma ilə bağlı ərizə olmasına baxmayaraq hakim tərəfindən qərarda belə bir cümlə yazılmışdır: “Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin və Protokolu tərtib edən orqan səlahiyyətli nümayəndələri gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.” Bu halın özü qərarın formal xarakterli olduğunu, hakim tərəfindən işin araşdırılmadığını, məqsədin nə olursa olsun şirkətin cərimə olunmalı olduğunu göstərən bir haldır. Çünki hakim və məhkəmə ədaləti onu tələb edirdi ki, hakim tərəfindən ən azı məhkəmə prosesi bir dəfə də olsa təxirə salınsın və məhkəmə prosesində iştirakı, dinlənilək, sübutları təqdim etmək hüququ təmin olunsun. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, barəsində inzibati tənbeh tətbiq olunmuş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin və səlahiyyətli orqanın nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını, şikayətə əlavə edilmiş gömrük bəyannaməsini, bank sənədlərini, protokolun məzmununu və birinci instansiya məhkəməsinin gəldiyi nəticələri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Imişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayətin birinci dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, protokolda göstərilən 26541,12 ABŞ dolları məbləğində vəsaitin müqabilində malların idxal edilib-edilməməsini, təqdim edilən gömrük bəyannamələrinin həmin ödənişlə bağlılığını və bank tərəfindən Mərkəzi Banka sonradan göndərilmiş məlumatları yoxlamamışdır. Məhkəmə bu dəlili əsaslı hesab edir. Çünki IXM-in 430.4-cü maddəsinin tətbiqi üçün yalnız xaricə avans ödənişinin aparılması faktı kifayət deyildir. Bu maddənin obyektiv tərəfi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi, eyni zamanda ödənilmiş vəsaitin xaricdən geri qaytarılmaması ilə bağlıdır. Deməli, iş üzrə əsas araşdırma predmeti valyuta vəsaitinin xaricə köçürülməsi deyil, həmin vəsaitin müqabilində real iqtisadi nəticənin əldə olunub-olunmamasıdır. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən hüquqi şəxsə məlumat verilməmiş, onun izahatı alınmamış, mövqeyi öyrənilməmiş, protokol ona göndərilməmiş və bununla müdafiə hüququ məhdudlaşdırılmışdır. Bu dəlil də işin nəticəsinə təsir edən prosessual hal kimi qiymətləndirilməlidir. Inzibati xəta haqqında protokol inzibati məsuliyyətin faktiki və hüquqi əsaslarını müəyyən edən ilkin prosessual sənəd olduğundan, barəsində icraat aparılan şəxs həmin sənəddə göstərilən hallarla tanış olmaq, izahat vermək, sübut təqdim etmək və etirazlarını bildirmək imkanına malik olmalıdır. Hüquqi şəxsin izahatının alınmaması və təqdim etdiyi sənədlərin vaxtında araşdırılmaması sonradan məhkəmənin işin hallarını tam və obyektiv müəyyən etməsinə mane olmuşdur. Şikayətin üçüncü dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinə məhkəmə baxışının təxirə salınması barədə ərizə təqdim edilməsinə baxmayaraq, məhkəmə bu ərizəni nəzərə almamış, hüquqi şəxsin prosesdə iştirakını, dinlənilməsini və sübut təqdim etmək hüququnu təmin etmədən işə baxmışdır. Məhkəmə bu dəlili də əsaslı sayır. Iş materiallarından görünür ki, şikayətçi məhkəmə baxışında iştirak etmək və əlavə sübutlar təqdim etmək niyyətində olduğunu bildirmişdir. Belə olan halda, xüsusilə də iş üzrə əsas mübahisə predmetinin gömrük bəyannamələri və bank sənədləri ilə bağlı olması nəzərə alınaraq, məhkəmə hüquqi şəxsin təqdim etmək istədiyi sübutların işin nəticəsinə təsir edib-etməməsini yoxlamalı idi. Lakin məhkəmə bunu etmədən, yalnız protokol və bankın ilkin məlumatı əsasında nəticəyə gəlmişdir. Şikayətin dördüncü dəlili ondan ibarətdir ki, protokolda göstərilən məbləğ üzrə mallar ölkəyə idxal olunmuş, bununla bağlı gömrük bəyannaməsi təqdim edilmiş, yəni valyuta vəsaiti qarşılıqsız xaricdə qalmamışdır. Bu dəlil iş üzrə həlledici əhəmiyyət kəsb edir. Apellyasiya şikayətinə əlavə edilmiş gömrük bəyannaməsi və digər sənədlər xaricə köçürülmüş valyuta vəsaitinin müqabilində mal idxalının faktiki olaraq həyata keçirildiyini göstərir. Bu halda hüquqi şəxsin əməlində IXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin obyektiv tərəfi təsdiq edilmir. Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2016-cı il tarixli, **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü yarımbəndinə görə, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim olunmalıdır və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci iki il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər beş iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Həmin Qaydaların məzmunundan görünür ki, bankın Mərkəzi Banka məlumat təqdim etməsi birbaşa olaraq inzibati məsuliyyətin yaranması demək deyil. Bank nəzarəti mexanizmi inzibati araşdırmanın başlanması üçün məlumat bazası yaradır. Lakin IXM-in 430.4-cü maddəsi üzrə şəxsin məsuliyyətə cəlb edilməsi üçün məhkəmə mütləq qaydada araşdırmalıdır ki, 1) ödəniş avans xarakterli olmuşdurmu; 2) həmin ödəniş üzrə malların idxalı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi öhdəliyi mövcud olmuşdurmu; 3) iki il müddətində və ya işə baxılanadək malların idxalını təsdiq edən gömrük sənədləri təqdim edilmişdirmi; 4) idxal edilməyən və ya geri qaytarılmayan qalıq məbləğ 10.000 ABŞ dolları ekvivalentindən çoxdurmu; 5) gecikmə hüquqi şəxsin təqsiri ilə bağlıdırmı. IXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr IXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini IXM-in tələblərinə uyğun müəyyən etməli, həmçinin malların gətirilməsi və xidmətlərin göstərilməsinin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilməsini nəzərə almalıdırlar. Həmin Qərarın nəticə hissəsinin 2-ci bəndində məhkəmələrin IXM-in 430.4-cü maddəsi üzrə təqsiri dəqiq müəyyən etməli olması xüsusi olaraq vurğulanmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” ## ###### 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, IXM-in 430.4-cü maddəsi və Qaydaların 4.3.1.3-cü yarımbəndi valyuta nəzarətinin effektivliyinin artırılması, maliyyə sabitliyinin təmin edilməsi və beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edir. Lakin həmin hüquqi mövqenin mahiyyəti ondan ibarətdir ki, bu məqsədlər çərçivəsində məsuliyyət yalnız inzibati xəta tərkibinin bütün əlamətləri, o cümlədən təqsir sübuta yetirildikdə tətbiq edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2024-cü il tarixli Qərardadında da IXM-in 430.4-cü maddəsinin tətbiqi ilə bağlı qeyd edilmişdir ki, bu qəbildən olan işlərə baxılarkən məhkəmələr valyuta vəsaitləri ilə həyata keçirilən hərəkətlərin və göndərişlərin kimin adından və kimin vəsaiti hesabına həyata keçirildiyini, müqavilə tərəfləri arasında real hüquqi münasibətlərin olub-olmadığını, müqavilənin görüntü üçün bağlanıb-bağlanmadığını və tərəflərin əsl hüquqi niyyətlərini araşdırmalıdırlar. Həmin Qərardadın nəticə hissəsinin 1-ci bəndində 2019-cu il ## ###### və 2020-ci il ## ###### tarixli qərarlarda göstərilən hüquqi mövqelərin nəzərə alınması xüsusi olaraq göstərilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” MMC-nin şikayəti üzrə ## ###### 2020ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə sübutların qiymətləndirilməsinin nəticələrini qərarında ətraflı və aydın şəkildə əks etdirməli, təqdim edilmiş sübutların qəbul edilməsinin və ya edilməməsinin səbəblərini, hansı sübuta üstünlük verilməsinin əsaslarını göstərməlidir. Hazırkı işdə birinci instansiya məhkəməsi gömrük bəyannamələri və hüquqi şəxsin təqdim etmək istədiyi digər sənədlər üzrə belə qiymətləndirmə aparmamışdır. Iş materialında olan «xxxx» ASC-nin *-*-**/*-*****/**** saylı Protokolu tərtib edən orqan ünvanlanmış məktubu ilə bildirilmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən iki il müddətinə köçürmələr üzrə idxal olunan mal və ya xidmətin idxalını təsdiq edən müvafiq sənədlər banka təqdim edilməmişdir. Həmin məktuba əlavə olunan cədvəldə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə “xxxx” şirkəti arasında 37000 ABŞ dolları məbləğində müqavilə imzalandığı, həmin müqavilənin icrası ilə bağlı 3991,68 ABŞ dolları məbləğində pul vəsaitinin bəyan olunduğu, 33008,32 ABŞ dolları məbləğində hissənin isə bəyan edilmədiyi qeyd edilmişdir. Şikayətə əlavə olunmuş ## ### 2026-cı il tarixli gömrük bəyannaməsinə əsasən “xxxx” şirkətinin tapşırığı ilə “X1/Iran” tərəfindən, o cümlədən ## ###### 2024-cü il tarixli FG-*** nömrəli müqavilə üzrə 32579,76 ABŞ dolları məbləğində mal idxal edilmişdir. Həmin sənəd protokolda göstərilən məbləğ üzrə vəsaitin qarşılıqsız qalmadığını, müqavilə üzrə real mal dövriyyəsinin baş verdiyini və valyuta vəsaitinin iqtisadi təyinatına uyğun istifadə edildiyini təsdiq edir. Birinci instansiya məhkəməsi hüquqi şəxs tərəfindən ## ###### 2024-cü il tarixində 37000 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaitinin Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş kimi köçürüldüyünü, həmin ödənişdən 26541,12 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsinin və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədin iki ildən artıq müddət keçməsinə baxmayaraq banka təqdim edilmədiyini əsas götürmüşdür. Bu məlumatların müqayisəsi həm də protokolun predmetini təşkil edən məbləğin hesablanması baxımından ciddi ziddiyyət yaradır. Belə ki, bank məktubuna əlavə edilmiş cədvəldə 37000 ABŞ dolları məbləğində müqavilə üzrə yalnız 3991,68 ABŞ dolları məbləğində hissənin bəyan olunduğu, 33008,32 ABŞ dolları məbləğində hissənin isə bəyan edilmədiyi göstərilmişdir. 37000 ABŞ dollarından 3991,68 ABŞ dolları çıxıldıqda qalıq məbləğ 33008,32 ABŞ dolları təşkil edir. Halbuki inzibati xəta haqqında protokolda inzibati xətanın bilavasitə obyekti kimi 26541,12 ABŞ dolları göstərilmişdir. Iş materiallarında 33008,32 ABŞ dolları qalıq məbləğdən hansı gömrük bəyannamələrinin, hansı tarixli idxal sənədlərinin və hansı məbləğlərin çıxılmaqla 26541,12 ABŞ dolları nəticəsinə gəlinməsi aydın göstərilməmiş, bu hesablamanı təsdiq edən ayrıca analitik arayış, üzləşdirmə cədvəli və ya bank-gömrük məlumatlarının müqayisəli təhlili təqdim olunmamışdır. Başqa sözlə, səlahiyyətli orqan bir tərəfdən 37000 ABŞ dolları məbləğində müqavilə üzrə 3991,68 ABŞ dolları həcmində idxalın bəyan edildiyini və 33008,32 ABŞ dolları hissənin bəyan edilmədiyini göstərmiş, digər tərəfdən isə həmin hesablamadan fərqli olaraq 26541,12 ABŞ dollarını inzibati xətanın obyekti kimi qəbul etmişdir. Bu rəqəmlər arasında əlaqə iş materialları ilə izah olunmadığından, məhkəmə üçün inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin məbləği dəqiq və şübhəsiz müəyyən edilmiş hesab oluna bilməz. IXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə görə isə inzibati xəta hadisəsi, şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan bütün hallar sübutlarla müəyyən edilməli, sübutlar hərtərəfli, tam və obyektiv qiymətləndirilməlidir. Inzibati cərimənin məhz həmin məbləğdən hesablanması nəzərə alındıqda, məbləğin formalaşma qaydasının aydınlaşdırılmaması qərarın qanuniliyi və əsaslılığına bilavasitə təsir edən haldır. Bundan əlavə, apellyasiya şikayətinə əlavə edilmiş ## ### 2026-cı il tarixli gömrük bəyannaməsi ilə 32579,76 ABŞ dolları məbləğində malın idxal edildiyi göstərilmişdir. Bu məbləğ protokolda göstərilmiş 26541,12 ABŞ dollarından artıq olmaqla yanaşı, bank məktubunda bəyan edilməmiş kimi göstərilən 33008,32 ABŞ dolları məbləğinə də mahiyyətcə yaxın göstəricidir. Belə olan halda birinci instansiya məhkəməsi təqdim edilmiş bəyannamənin hansı müqaviləyə, hansı ödənişə və hansı qalıq məbləğə aid olduğunu araşdırmalı, protokolda göstərilən 26541,12 ABŞ dolları məbləğinin həmin bəyannamə ilə tam və ya qismən bağlanıbbağlanmadığını müəyyən etməli idi. Lakin bu yoxlama aparılmadan hüquqi şəxs 26541,12 ABŞ dolları məbləğində valyuta vəsaitinin müqabilində mal idxal etməməkdə təqsirli bilinmişdir ki, bu da sübutların natamam araşdırılması və məbləğin hesablanmasında mövcud şübhələrin hüquqi şəxsin ziyanına şərh edilməsi deməkdir. Bundan başqa inzibati xəta tərkibinin obyektiv tərəfi üzrə məhkəmə qeyd edir ki, hazırkı işdə xaricə köçürülmüş vəsaitin müqabilində malların idxal olunmaması və ya vəsaitin geri qaytarılmaması faktı sübuta yetirilmir. Əksinə, apellyasiya şikayətinə əlavə edilmiş gömrük bəyannaməsi və digər sənədlər həmin vəsait müqabilində malların ölkəyə gətirildiyini təsdiq edir. Bu səbəbdən IXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanın obyektiv tərəfi mövcud deyildir. Eyni zamanda protokolda göstərilən məbləğin hesablanma mexanizminin sübuta yetirilməməsi inzibati xəta hadisəsinin və onun bilavasitə obyektinin dəqiq müəyyən edilmədiyini göstərir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyət formal yanaşma əsasında, yəni yalnız bank sənədinin müəyyən müddətdə təqdim edilməməsi faktına görə tətbiq edilə bilməz. Qaydaların 4.3.1.3-cü yarımbəndi bank nəzarətini və sənədlərin təqdim edilməsi mexanizmini müəyyən edir. IXM-in 430.4-cü maddəsi isə həmin mexanizmin pozulmasının bütün hallarında deyil, yalnız avans ödənilmiş valyuta vəsaiti müqabilində mal idxal edilmədikdə, iş görülmədikdə, xidmət göstərilmədikdə və vəsait geri qaytarılmadıqda inzibati məsuliyyət yaradır. Subyektiv tərəf üzrə məhkəmə qeyd edir ki, iş materialları ilə hüquqi şəxsin valyuta qanunvericiliyinin tələblərindən yayınmaq, xaricə köçürülmüş vəsaiti ölkədən çıxarmaq, həmin vəsaiti xaricdə saxlamaq və ya saxta iqtisadi əməliyyat həyata keçirmək niyyətində olması müəyyən edilmir. Əksinə, tərəflər arasında real iqtisadi məzmun daşıyan müqavilə bağlanmış, müqavilə üzrə ödəniş edilmiş və nəticə etibarilə müqavilə predmetini təşkil edən mallar ölkəyə idxal olunmuşdur. Malların idxalında yaranmış gecikmə uzunmüddətli və nəticəsiz xarakter daşımamış, təqdim edilmiş sübutlarla bunun beynəlxalq yükdaşımalar və regionda mövcud olmuş mürəkkəb hərbi-siyasi vəziyyətlə, o cümlədən Iran Islam Respublikası istiqamətindən daşınma proseslərinə təsir göstərən hadisələrlə əlaqədar yarandığı göstərilmişdir. Bu hallar hüquqi şəxsin qəsdinin və ya inzibati məsuliyyət üçün zəruri ehtiyatsızlığının sübut olunmadığını göstərir. Bundan əlavə, protokol tərtib edilərkən və işə birinci instansiya məhkəməsində baxılarkən hüquqi şəxsin mövqeyi öyrənilməmiş, onun təqdim etmək istədiyi sübutların araşdırılmasına şərait yaradılmamış, bank məlumatı ilə gömrük bəyannaməsi arasındakı ziddiyyət aradan qaldırılmamışdır. Halbuki IXM-in 48, 75, 76 və 84-cü maddələrinin tələblərinə görə, işin düzgün həlli üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən inzibati xəta hadisəsinin olub-olmaması, şəxsin təqsiri və sübutların qarşılıqlı əlaqəsi tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. IXM-in 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. IXM-in 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. IXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Hazırkı işdə isə hüquqi şəxsin təqsirli olması barədə şübhələr aradan qaldırılmamış, əksinə, işə əlavə edilmiş sənədlər həmin şübhələrin hüquqi şəxsin xeyrinə həll edilməsini tələb edən hallar kimi çıxış etmişdir. Məhkəmə hesab edir ki, xaricə köçürülmüş valyuta vəsaitinin müqabilində malların faktiki olaraq ölkəyə idxal edilməsi, valyuta vəsaitinin qarşılıqsız qalmaması, hüquqi şəxsin təqsirinin sübuta yetirilməməsi və dövlətin valyuta nəzarəti sahəsində qoruduğu ictimai münasibətlərə real zərərin müəyyən edilməməsi inzibati məsuliyyətin tətbiqini istisna edir. IXM-in 53.1.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata əməlində inzibati xəta tərkibi olmadıqda xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. IXM-in 135.1.1, 135.1.2, 135.1.3 və 135.1.6-cı maddələrinin mənasına görə, hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəlinmiş nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, habelə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamış, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin IXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilməli, Imişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Protokolu tərtib edən orqan Hüquq və təşkilati işlər departamentinin Inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X2 tərəfindən ## ##### 2026-cı il tarixli, EP seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Şərh olunanları və IXM-in 53.1.2, 105, 114, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilsin. Imişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətə münasibətdə ləğv edilsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib olunmuş ## ##### 2026-cı il tarixli, EP seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar