Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-311/2026 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Rəşid qızı və nümayəndəsi X2 və səlahiyyətli orqan Ağcabədi Rayon Polis Şöbəsinin sahə rəisi Babayev İlqar Əyyub oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması barədə Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə, ##.##.2002-ci il tarixdə Ağcabədi rayonu, Gələbədin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağcabədi rayonu, Gələbədin kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İŞİN HALLARI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir, ona görə ki, o, ##.##.2026-ci il tarixdə saat 18 radələrində yaşadığı Ağcabədi rayonu, Gələbədin kəndindəki fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs döymüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Ağcabədi Rayon Məhkəməsinin qərarının ləğv edərək İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddində 2 ay həps tənbeh növünün tətbiqi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, polis şöbəsində R tədqiqatcı İlham Quliyev zərərcəkmiş X3 ifadə və izahatını düzgün qanunla almamış, qızın yerinə izahat forması komputer vasitəsi ilə yazmışdır. İş matriallarında bunlar öz əksini tapır. Belə ki, expertə gedən sənədə qol cək deyib özü istədiyi formada izahata zərərcəkmiş şəxsə guya ifadə və izahatı kimi deyil expert adı altında imza elətdirmişdir. Həmin vaxtı əmisi və anası müdaxilə edən zaman qışqıraraq əmi və ananı otaqdan cıxartmışdır. Zərəçəkmiş şəxs Lamiyə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən həmin evdə işgəncə əzab və əziyyət edilmişdir və yemək bişirən zaman 3, və ya 4, dəfə yemək cölə tökülmüş, ayaqqabısını dəfələrlə mazladıb sonra cirkləndirib, sacınan tutaraq Qabil atası olan Rəşidin ayağının altına gətirib başın qoyub staiş elətdirirmiş Lakin bu ifadə və izahatlar tədqiqatcı tərəfindən alınmamış və iş matriallarında yer almamışdır. Məhkəmə zamanı isə cıxışına cox yer ayrılmamış, problemləri, işgəncələri, əzab və əziyyətləri məhkəmə tərəfindən dinlənilməmişdir. Odur ki əzab və əziyyəti cəkdiyi işgəncələri üzrə təkrar ifadə və izahatı alınmasını, araşdırma aparılmasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilmiş 15 sutkanın 2 ay həpslə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X3 heç bir xəsarət yetirmədiyi təqdirdə ona 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh verilmişdir. Bunu dəfələrlə məhkəmə iclas zalında bildirmişdir. Hazırda himayəsində 2-ci dərəcəli “Vətən Müharibəsi” əlili var. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyaisya məhkəməsinin iclasında: İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağcabədi Rayon Polis Şöbəsinin sahə rəisi Babayev İlqar Əyyub oğlu bildirdi ki, təhqiqatçının qərarı nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada protokol tərtib olunmuşdur və baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Əvvəllər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Zərərçəkmiş şəxs arasında anoloji mübahisələrlə bağlı müraciət və şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Rəşid qızı apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq çıxış edərək bildirdi ki, onun izahatları məhkəmə qərarında yer almamışdır. Əvvəllər də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən döyülübdür, lakin bu barədə şikayət verməmişdir. Rəşadla barışmaq fikri yoxdur. Zərərçəkmiş şəxsin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq çıxış edərək bildirdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və qızı Zərərçəkmiş şəxs arasında dəfələrlə münaqişələr olmuşdur. Məhkəmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində seçilmiş həbs müddətinin uzadılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş edərək bildirdi ki, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş və haqqında deyilən sözlər həqiqətə uyğun deyil. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil müvəkkili tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə göə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76-cı maddəsində qeyd edilir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Apellyasiya şikayətlərinin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli surətdə araşdıraraq apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarı isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, apellyasiya məhkəməsi iş materiallarında olan inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə tanış olub, sübutları qiymətləndirərək belə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi onun Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında # ### 2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Ağcabədi Rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. Həmin qərardan və tərəflərin izahatlatından görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 2025-ci ilin sentyabr ayından həmkəndlisi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə ailə həyatı qurmuşdur. ## ##### 2026-cı il tarixdə saat 18 radələrində yaşadıqları evdə özlərinə məxsus otaqda yatmış vəziyyətdə olmuş, bu vaxt otağa daxil olan Qabil ona yatdığına görə irad tutmağa başlamışdır. Qabilə cavab qaytardıqda isə, Qabil onun boğaz nahiyyəsindən tutmuş və əlləri ilə onun sifət nahiyyəsindən vurmuşdur. Daha sonra Qabilin atası Rəşid gələrək, onu söyüb təhqir etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə öz izahatında bildirmişdir ki, Lamiyə ilə xasiyyətləri uyğun gəlmədiyindən tez-tez aralarında mübahisələr yaranmışdır. ## ##### 2026-cı il tarixdə saat 18 radələrində yaşadıqları evdə Lamiyə ilə aralarında sözlə mübahisə olmuşdur. Həmin vaxt Lamiyəni döyməmiş, eyni zamanda atası Rəşid Lamiyəni söyüb təhqir etməmişdir. Ümumiyyətlə Lamiyə ilə aralarınd dava-dalaş olmamışdır. Zərərçəkmiş şəxsin izahatında göstərdiyi xüsusatlar ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə-tibb ekspertinin ##.##.2026-cı il tarixli, *** saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilən xəsarətlər boyunun sol yan səthində və sol bazuda qançırlar küt əşyanın (əşyaların) təsirindən törənişdir, kənar şəxs tərəfindən əllə vurulma zamanı əmələ gələ bilərdi, yetirilmə mmüddəti ##.##.2026-cı il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmədiyi qeyd edilmişdir. Zərərçəkmiş şəxsin izahatında göstərilən hadisənin mexanizmi (məsələn, zərbə, itələmə, yıxılma və s.) ekspert rəyində təsbit olunan xəsarətlərin növü, yerləşdiyi nahiyə və istiqaməti ilə uyğunluq təşkil edir. Xəsarətlərin lokalizasiyası həmin izahatda göstərilən təsir nöqtələri ilə üst-üstə düşür. Nəticə olaraq, zərərçəkmiş şəxsin xəsarətlərin alınma şəraiti ilə bağlı verdiyi izahat məhkəmə-tibbi ekspert rəyində müəyyən edilmiş obyektiv tibbi göstəricilərlə uzlaşır və bir-birini qarşılıqlı şəkildə təsdiq edir. Bu səbəbdən zərərçəkmiş şəxsin izahat ilə ekspert rəyi arasında məntiqi və sübutedici uyğunluq mövcuddur. Odur ki, apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxsə fiziki ağrı yetirməməsinə dair apellyasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gələrək onları rədd etmək məcburiyyətində qalır və hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməkdə haqlı olmuşdur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs isə apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq olunmuş 15 gün müddətində inzibati həbs növündə inzibati tənbehin daha ağır tənbehlə, yəni 2 ay müddətində inzibati həbslə əvəz olunması xahiş edilmişdir. Lakin şikayətin məzmunundan görünür ki, həmin tələbin təmin edilməsi üçün zəruri olan halları təsdiq edən kifayət qədər sübut və dəlillər təqdim edilməmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs əvvəllər də əri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən fiziki zorakılığa və işgəncələrə məruz qalmasını bildirsə də bu hal onun izahatından başqa hər hansı digər sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi İ.Babayev bildirdi ki, əvvəllər ər-arvad olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Zərərçəkmiş şəxs arasında anoloji mübahisələrlə bağlı müraciət və şikayət ona daxil olmamışdır. Birinci instansiya məhkəməsinin qərarından da göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təyin edilmiş 15 gün müddətinə həbs inzibati tənbeh tədbiri ilə bağlı apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilinərək inzibati qaydada tənbeh edildiyi Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin alternativ xarakterli nisbi-müəyyən sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və iki ayadək müddətə inzibati həbs tənbeh növü nəzərdə tutulmuşdur. AR İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini və işin digər hallarını, eləcə də İXM-in imperativ xarakterli 31.4-cü maddəsinin tələbini nəzərə alaraq onun barəsində 15 gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsini məqsədəmüvafiq hesab edərək onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh tədbiri təyin etmişdir. Eyni zamanda, inzibati xəta haqqında materiallarda və məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, eləcə də inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 15 gün müddətinə inzibati həbs tənbehi işin faktiki halları, törədilmiş inzibati xətanın xarakteri və ictimai zərərli nəticələri nəzərə alınmaqla müəyyən edilmişdir. Eyni zamanda, inzibati məsuliyyəti ağırlaşdıran halların mövcudluğu müəyyən edilmədiyindən, təyin edilmiş tənbehin daha da sərtləşdirilməsi və ya inzibati həbs müddətinin artırılması üçün qanuni əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsi hesab edir ki, inzibati tənbehin sərtləşdirilməsi yalnız qanunda nəzərdə tutulmuş əsaslar olduqda və bunun zəruriliyi işin konkret halları ilə əsaslandırıldıqda mümkündür. Belə hallar müəyyən edilmədiyi təqdirdə, təyin edilmiş tənbehin artırılması cəzanın fərdiləşdirilməsi və ədalətlilik prinsiplərinə uyğun olmazdı. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 15 gün müddətinə inzibati həbs tənbehi qanuni, əsaslı və törədilmiş inzibati xətaya mütənasib hesab edilir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya məhkəməsi hesab edir ki, həm zərərçəkmiş şəxs tərəfindən, həm də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi şərh olunanları və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(3-9)-311/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-311/2026
03.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver