Məhkəmə qərarları › İş №3(3-9)-312/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-312/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-312/2026 12.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (hakim Ellara Abbasova) ## ###### 1980-ci ildə Lənkəran rayonu, Avrora qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Bürcəli kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. IŞIN HALLARI: Məhkəmə hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan hərəkətləri ilə IXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, barəsində inzibati cərimə tənbehinin tətbiq olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırmışdır ki, o, ##.##.1980-ci ildə Lənkəran rayonunda anadan olmuş və hazırda Lənkəran rayonu, Bürcəli kəndində yaşayır. ##.##.2024-cü il tarixdən birinci dərəcəli əlildir və hoçkin limfoması xəstəliyindən əziyyət çəkir. ##.##.2023-cü il tarixdən sürücülük vəsiqəsi almış və “Mercedes Benz” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir və ailəsini həmin avtomobillə dolandırır. ##.##.2026-cı il tarixdə X4 idarə etdiyi avtomobil arxadan onun avtomobilini vurmuşdur. Hadisə nəticəsində onun barəsində inzibati icraat başlanmış və Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə material məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxslə barışmış, onun şikayəti olmamışdır. Buna baxmayaraq hakim onun barəsində ədalətsiz qərar qəbul edərək sürücülük hüququnu məhdudlaşdırmışdır. Halbuki, onun əməlini yüngüniləşdirən hallar vardır, o, 1-ci qrup əlildir, zərərçəkənlə barışmışdır və ziyan ödənilmişdir. Belə olan halda ona ağır cəza verilməsi hakimin ədalətsiz qərar qəbul etməsini sübut edir. O, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 300 manat cərimə olunmaq istəyir, onun yeganə qazanc yeri avtomobilidir, avtomobili idarə etmək hüququnun əlindən alınması onun və ailəsinin vəziyyətini olduqca ağırlaşdıracaqdır. Hakim nəqliyyat vasitələrini idarə etmək hüququnu məhdudlaşdırarkən qərarın əsaslandırma hissəsində göstərmişdir ki, guya həmin nəticə işin hallarına və onun şəxsiyyətinə uyğundur. O, 1-ci qrup əlildir və zərərçəkmiş şəxslə barışmışdır. Belə olan halda ağır cəza verilməsi Inzibati Xətalar Məcəlləsinin tələblərinə ziddir. Məhkəmə tərəfindən cəza təyin olunarkən Inzibati Xətalar Məcəlləsinin 31 və 32-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuş, yüngülləşdirici halların olması və ağırlaşdırıcı halların olmaması nəzərə alınmamış və nəticədə qanunsuz cəza təyin olunmuşdur. Məhkəmənin elektron sistemində vətəndaş barəsində bütün məlumatlar əks olunur və məhkəmə onun əlil olması ilə bağlı ümumiyyətlə araşdırma aparmamış, zərərçəkmiş şəxslə barışmağını qərarda qeyd etməmiş, vurulmuş ziyanın aradan qaldırılmasına qiymət verməmiş, onun 2 azyaşlı uşağının olmasını araşdırmamışdır. Bu səbəbdən də Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarını ləğv edilməsini və onun Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən 300 manat məbləğində cərimə olunmağı barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını, barəsində inzibati cərimə tənbehinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, ## ###### 2026-ci tarixdə Bakı Lənkəran yolunun Masallı ərazisində hərəkətdə olarkən qəflətən Mersedes markalı maşın baş yola çıxaraq qəza vəziyyəti yaratmış, sürücü vəziyyətdən çıxa bilməmiş, avtomobil çevrilmiş və o, xəsarət almışdır. Buna baxmayarq əks tərəfə qarşı heç bir iddiası yoxdur. Inzibati xəta haqqında protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Belə olan halda məhkəmə tərəfindən işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb və barəsində inzibati tənbeh təyin edilmiş şəxsi dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı inzibati tənbehə aid hissədə dəyişdirilməlidir. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya şikayətində işin halları və ya əməlin hüquqi tövsifi mübahisələndirilməmiş, yalnız inzibati tənbeh məsələsinə toxunulmuşdur. Apellyasiya müraciətində mübahisələndirilməsə də, məhkəmə tövsifin düzgünlüyünü araşdırmışdır. Iş materiallarında olan ## ##### 2026-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası CM-in 263-cü maddəsinin tərkibi yoxdur, ona görə də material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə BDYPI-nin YPXA-ya göndərilmişdir. Həmin qərarda olan X1 izahatında göstərmişdir ki, ## ###### 2026-cı il tarixdə saat 15:20 radələrində idarə etdiyi “Mercedes Benz E 200” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə təzə Ələt-Astara yolu ilə üzü Astara rayonu istiqamətində hərəkətdə olarkən avtomobilinin mühərrikindən səs gəldiyi üçün yolun sağ kənarında dayanmış, bir müddət avtomobilin mühərrikinə nəzər yetirdikdən sonra avtomobilinə əyləşib sükanı sola buraraq yola çıxdıqda həmin an Astara rayonu istiqamətində hərəkətdə olan “Chevrolet Niva” markalı avtomobilin sağ qabaq hissəsi onun idarə etdiyi avtomobilin sol arxa yan hissəsinə çırpılmışdır. Hadisə nəticəsində o və avtomobilində olan sərnişinlər heç bir xəsarət almamışlar. Lakin digər avtomobildə olan sürücü və sərnişin xəsarət almışlar. Hadisə zamanı o, sükanı sola buraraq yola doğru 40-50 km/saat sürətlə çıxmışdır. Hadisədən əvvəl onun məqsədi avtomobili nasaz olduğundan avtomobili qarşıda stasionar posta qədər sürüb oradan evakuatorla yaşadığı ünvana aparmaq olmuşdur. Hadisə onun ehtiyatsız hərəkəti nəticəsində baş vermişdir. Həmin qərarda olan X2 izahatında göstərilmişdir ki, ## ###### 2026-cı il tarixdə qardaşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “Mercedes Benz” markalı avtomobildə bir yaşlı övladı ilə birgə sərnişin olmuşlar, o və övladı arxa sərnişin oturacağında əyləşmişlər. Qardaşı Aşur onu və övladını Lənkəran rayonuna aparırmış. Həmin vaxt avtomobilin mühərrikindən güclü səs gəldiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi avtomobili yolun sağ kənarında qarşıda dayanmış Niva markalı avtomobildən 10-15 metr aralıda saxlamış, avtomobilə bir qədər diqqət yetirdikdən sonra təkrar avtomobilə əyləşib sükanı sola buraraq yola çıxdıqda həmin anda arxadan gələn “Chevrolet Niva” markalı avtomobil sağ qabaq hissəsi ilə onun olduğu “Mercedes Benz” markalı avtomobilə çırpılmışdır. Hadisə nəticəsində o və azyaşlı övladı heç bir xəsarət almamış, hadisədən sonra yaşadıqları ünvana geri qayıtmışlar. Arxa sərnişin oturacağında əyləşdiyindən hadisə ilə bağlı başqa bir məlumatı yoxdur. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli *** saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi barədə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın alın nahiyəsinin əzilmiş yarası və sağ diz nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabariq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan ## ###### 2026-cı il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş ## #### 2026-ci il tarixli, **/*** nömrəli rəyindən görünür ki, “Mercedes Benz E 200” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Chevrolet Niva“ minik markalı, **-KL-*** dövlət-qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. Iş materiallarında olan ## ##### 2026-ci tarixli, seriya IXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməldə Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X9 Əlillik haqqında arayışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İ dərəcəli əlildir. Iş materiallarında olan doğum haqqında ## ###### 2021 və ## ### 2024-cü il tarixli şəhadətnamələrin sürətlərindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2013-cü il təvəllüdlü X5 və ## #### 2023-cü il təvəllüdlü X6 adlı 2 azyaşlı övladı vardır. Mübahisə olunan qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – tərəflərin ilkin araşdırma zamanı verdikləri izahatları, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, inzibati xəta haqqında protokol, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin tövsifi ilə razılaşsa da, tətbiq edilmiş inzibati tənbehlə bağlı daha ədalətli qərar qəbul edilməsinin zəruriliyinə diqqəti yönəltməyi məqsədəuyğun hesab edir. IXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Beləliklə, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi, onun 1-ci qrup müddətsiz əlil olması və himayəsində 2 azyaşlı övladının olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası IXM-in 327.8-ci maddəsinin sanksiyasına görə, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törədən şəxs üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Apellyasiya instansiyası məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran haların olmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tətbiq edilmiş inzibati tənbehin növü hissəsində dəyişdirilməli və ona 300 manat məbləğində inzibati cərimə təyin edilməlidir. IXM-in 135.1 və 135.1.5-ci maddələrinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı inzibati tənbehə dair hissədə dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-in 327.8-ci maddəsi ilə ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar