Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-315/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ələsgərov Sənan Adil oğlunun katibliyi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə. ##.##.1976-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum evi şöbəsində mama vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ## ###### 2026-cı il tarixdə Şirvan Şəhər prokurorluğuna zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsi daxil olmuşdur. Həmin ərizədən görünür ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasının doğum evi şöbəsində işləyən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adlı şəxs iş zamanı digər işçilər və vətəndaşların yanında ünvanına təhqiramiz ifadələr səsləndirmiş, mütəmadi olaraq onun ləyaqətini alçadan sözlərlə icmiayyətdə nüfuzunu alçatmış və köməkçisi vəzifəsində çalışdığı dünyaşöhrətli yazıçı Çingiz Abdullayev barədə də sosial şəbəkədə uyğunsuz ifadələr səsləndirmişdir. Pozulmuş hüquqlarının təmin edilməsini xahiş etmişdir. Şirvan Şəhər prokuroru, R X1 tərəfindən Şirvan şəhər Mərkəzi Xəstəxanasının doğum evi şöbəsində işləyən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış və materiallar baxılması üçün Şirvan şəhər məhkəsməsinə göndərilmişdir. Şirvan şəhər məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək, 80 manat miqdarında cərimə edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə iclasında ifadə verən şahid Şirvan ŞMX PHŞ-nin "Doğum evi" şöbəsində qeydiyyatçı vəzifəsində çalışan şahid1 öz ifadəsində, onun Ruhiyyəni qətiyyən təhqir etmədiyini, nizam itizamlı olmağını, həmçinin verilmiş suallara cavab olaraq onun prokurorluq tərəfindən aparılan icraat zamanı ifadələrinin sonradan dəyişdirildiyini və saxtalaşdırıldığını məhkəmədə hakimə bildirmişdir, lakin məhkəmə tamamilə əksini onun ifadəsi kimi öz qərarında yazmışdır. Sübut üçün məhkəmənin video qeydlərinə baxmaq olar. Məhkəmə şahidin ifadələrini təhrif edərək göstərmişdir ki, guya o Ruhiyyənin əxlaqsız olmasını bildirmişdir. Lakin bu belə deyil, Ruhiyyənin və Kəmalənin ona qarşı qərəzli münasibət göstərməsi, ona qarşı şər böhtan atmaları hamıya bəllidir. Bunları iş yoldaşlarıda təsdiqləyiblər, lakin prokurorluq və məhkəmə icraatı qərəzli aparıldığı üçün həmin ifadələr onun əleyhinə təhrif edilmişdir. Buna görə də, Şirvan Şəhər Məhkəməsində aparılmış məhkəmə iclasının fasiləsiz audiovideo yazılarına apellyasiya instasniya məhkəməsi tərəfindən baxış keçirilərək şahidin ifadələrinin təhrif olunması müəyyən olunmalı, həmçinin məhkəmə iclasında iş yoldaşları ##.##.1977-ci il təvəllüdlü, şahid1 şahid qismində cəlb edilərək didnidirlmələri, bununla da obyektiv həqiqətin müəyyən edilməsi təmin edilməlidir. Qeyd olunanlara əsasən Şirvan Şəhər Məhəkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarın ləğv edilməsi, əməlində inzibati xəta tərkibi olmadığı üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində aparılan Azərbaycan Respublikası İXMnin 510-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin təmin edilməsini, Şirvan Şəhər Məhəkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarın ləğv edilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. şahid1 şahid qismində izahat verərək, prokurorluğa vermiş olduğu izahatını təkzib etmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs ünvanına hər hansı söz deməsini eşitmədiyini, prokurorluq əməkdaşının onun izahatını dəyişdirməsini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərini əsassız hesab edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Şirvan şəhər prokurorluğunun səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Şirvan Şəhər Məhəkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. -“İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə Şirvan şəhər Prokurorluğunun ##.##.2026-cı il tarixli qərarından görünür ki, Şirvan ŞMX PHŞ-nin "Doğum evi" şöbəsində mama vəzifəsində çalışan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Elsad qızı ## ###### 2026-Cl il tarixdə, saat 10 radələrində Şirvan Şəhər Mərkəzi xəstəxanasının "Doğum evi" şöbəsində iş prosesi zamanı koridorda yüksək səslə bütün digər kollektivin vanında tibb bacısı vəzifəsində çalışan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr səsləndirmiş, Şirvan şəhərində müxtəlif kişi cinsli vətəndaşlarla görüşüb yüngül həyat tərzi yaşayan və fahişəliklə məşğul olan qadın olmasını bildirmiş, Xəstəxananın normal fəaliyyətini pozmuş, səs-küy salmiş, bununla da o, xırda xuliqanliq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, İXM-nin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətani törətmişdir. -## ###### 2026-cı il tarixli Şirvan şəhər Mərkəzi xəstəxanası PHŞ-dən daxil olmuş videogörüntünün əks olunduğu diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim olunmuş kompakt disk standart ölçülərdədir, diskin üz hissəsi ağ rəngdə olmagla üzərində "Bingo" yazısı həkk olunmuşdur. Disk kompyuterə daxil edilmişdir. Diskin içərisində "xxxx" ədəd video görüntü vardır, ölçüsü-376,67 kb-dir. Görüntü faylının adi "Doğum evi"-dir. Faylı açdiqda tarix ##.##.2026-cı il, saat 10:40-dır. Xəstəxananın direktoru Pərviz Rüstəmbəyov və köməkçilərinin "Doğum evi" şöbəsinə gəlməsi və birinci mərtəbədə yerləşən otağa daxil olması müşahidə olunur. 3 dəqiqə sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çağırılır və direktorun daxil olduğu otağa yaxınlaşır, yaxınlaşan zaman əl-qol işarələri ilə danışır ve koridorda olan tibb bacısı əli ilə "sus" işarəsi verdikdən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs susur, direktorun olduğu otağa daxil olur. Saat 10:55də direktor və digər işçilər otaqdan çıxaraq uzaqlaşır, yuxarı mərtəbəyə qalxır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ise direktorun ardinca otaqdan çıxır, koridorda, giriş qapısının yaninda digər tibb işçilərini ətrafina toplayaraq saat 11:00-a qədər olan müddət ərzində əl jestlərindən istifadə edərək və işarələr edərək danışır, həmçinin baş tibb bacısı vəzifəsində çalışan şahid3 ilə sözlü mübahisə edir. Videogörüntüdə audio-səs faylı olmadığından danışığın mətnini müəyyən etmək mümkün olmamışdir. -İş materiallarından müəyyən olunur ki, Şirvan ŞMX PHŞ-nin "Doğum evi" şöbəsində mama vəzifəsində çalışan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Elsad qızı ## ###### 2026-Cl il tarixdə, saat 10 radələrində Şirvan Şəhər Mərkəzi xəstəxanasının "Doğum evi" şöbəsində iş prosesi zamanı koridorda yüksək səslə bütün digər kollektivin vanında tibb bacısı vəzifəsində çalışan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr səsləndirmiş, Şirvan şəhərində müxtəlif kişi cinsli vətəndaşlarla görüşüb yüngül həyat tərzi yaşayan və fahişəliklə məşğul olan qadın olmasını bildirmiş, Xəstəxananın normal fəaliyyətini pozmuş, səs-küy salmiş, bununla da o, xırda xuliqanliq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmişdir. -## #### 2026-cı il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. -İnzibati xəta hadisəsinin olması ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, diəgr şahidlərin, Şirvan şəhər prokurorluğunun nümayəndəsinin izahatları və videogörüntünün əks olunduğu disklə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli qərarla, habelə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş sənədlərlə təsdiq olunur İXM-in 510.1-ci maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-315/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-315/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver