Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-318/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin hakimi X1 Səmədov Alim Nadir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Cəbrayıl Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (hakim T.V.Nüsrətov) Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, DIN BDYPI-nin inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Işin halları Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir ona görə ki, o, ##.##.2026-cı il tarixdə “Kia Carnival” minik markalı **FU*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Yasamal rayonu, Kənar Dairəvi yolun 5-ci kilometrliyində hərəkətdə olan zaman yol nişanlarının tələblərinə riayət etməyərək kənar yola çıxarkən 1.1 üfüqi nişanlama xəttinin tələbini pozmuşdur. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından barəsində icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini belə əsaslandırmışdır ki, təqsirli bilindiyi inzibati xəta hadisəsinin videogörüntüsündən görünür ki, **LP*** dövlət qeydiyyat nişanlı avtomobil sol zolaqdan orta zolağa yerdəyişmə edərkən qəflətən ağ rəngli bir avtomobilin önünə çıxır və həmin avtomobilin ani tormozlama etməsinə səbəb olur, sonra isə üçüncü zolağa keçərək onun qarşısına, ardınca kənar yola çıxır. Bu zaman o, hərəkət sürətini saatda 75 kmdən 89 km-ə qaldıraraq **LP*** dövlət qeydiyyat nişanlı avtomobili keçdikdən sonra kənar yola çıxmışdır. Yolda avtomobil çox olduğu hallarda belə vəziyyətlərin normal qarşılandığını və sürücülərin bir-birinə anlayışla yanaşdığını hesab edir. Buna baxmayaraq, o, kənar yola çıxarkən **LP*** dövlət qeydiyyat nişanlı avtomobilə qətiyyən maneəçilik törətməmiş və hörmətsizlik etməmişdir. Videogörüntülərdən və fotoşəkillərdən aydın görünür ki, iki avtomobil arasında kifayət qədər məsafə olmuş və həmin nəqliyyat vasitəsinə maneə törətdiyini təsdiq edən heç bir hal yoxdur. Prosessual məsələlər Apellyasiya baxışı zamanı barəsində icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin qanunsuz, əsassız və düzgün olmayan nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıran məhkəmə aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab edir. IXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hımçinin, IXM-in 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Səlahiyyətli orqanın (DIN BDYPI-nin) qəbul etdiyi inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli EQ ******** saylı elektron qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) yol nişanlarının tələblərinə riayət edilməməsinə görə (kənar yola çıxarkən 1.1 üfüqi nişanlama xəttinin tələbinin pozulmasına görə) Azərbaycan Respublikasının IXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Apellyasiya baxışı zamanı Qərardan şikayət verən orqan (şəxs) göstərmişdir ki, o, kənar yola çıxarkən 1.1 üfüqi nişanlama xəttinin tələbini pozmamış, eyni zamanda kənar yola çıxarkən təhlükəsiz manevr etmiş və digər avtomobilə maneəçilik törətməmişdir. Qeyd etdiyi xüsusatlar avtomobilində olan videoqeydiyyat cihazında olan görüntülərlə də təsdiq olunur. Apellyasiya baxışı zamanı Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta hadisəsi zamanı idarə etdiyi avtomobildə quraşdırılmış olan videoqeydiyyat cihazının görüntülərini məhkəməyə təqdim etmişdir. Həmin görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, o, idarə etdiyi avtomobillə məlum yolayrıcına yaxınlaşarkən əvvəlcə hərəkət zolaqlarını ayıran kəsik xətləri sağ tərəfə keçməyə başlamış, sağdan eyni istiqamətə yanaşı gedən avtomobili ötmüş, daha sonra həmin kəsik xətlərin qurtardığı, düz xəttin isə başlandığı yerdən, yəni qaydaları pozmadan sağ hərəkət zolağında hərəkətini davam etdirmişdir. O, hərəkət zolaqlarını dəyişərkən xarici işıq siqnallarından istifadə etmişdir. Inzibati xəta haqqında protokolda qeyd edildiyi kimi hərəkət zolaqlarını düz xəttin üzərindən deyil, başlanğıcından keçməklə qayda pozuntusuna yol verməmişdir. Bundan başqa qeyd etmək lazımdır ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarında Qərardan şikayət verən orqan (şəxs) hərəkət zolaqlarını dəyişmə qaydalarını pozmaqda təqsirli bilinsə də, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda qeyd etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) hərəkətdə olan zaman xarici dönmə işığını yandırsa da, onunla eyni istiqamətdə sağda hərəkət edən və eyni vaxtda yerdəyişməni edən digər nəqliyyat vasitəsini ötən zaman ona yol verməmiş, təhlükəsiz manevr etməmiş və hərəkətin digər iştirakçısı olan həmin nəqliyyat vasitəsi üçün real maneə yaratmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərini başqa aspektdən araşdırmış, hərəkət zolaqlarını dəyişməsi qaydalarını isə düzgün istiqamətdə araşdırmamışdır. Odur ki, məhkəmə yuxarıda qeyd edilən işin faktiki hallarını IXM-in 75, 76, 84-cü maddələrinin tələbləri baxımından qiymətləndirərək hesab edir ki, işdə olan sübutlar Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi barədə nəticəyə gəlməyə əsas vermir. Azərbaycan Respublikası IXM-in 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. IXM-in 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. IXM-in 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın ləğv edilib inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları bir daha təhlil edib, onları şikayətin dəlilləri üzrə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 327.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Şikayət təmin edilsin. Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli EQ ******** saylı elektron qərarı ləğv edilsin. Azərbaycan Respublikası IXM-in 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığına görə Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 327.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-318/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-318/2026
11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver