Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-319/2026 05.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması barədə Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından müdafiəçi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim X2), ##.##.1977-ci il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati həbs edilməsi barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: ## ###### 2026-cı il tarixdə Kürdəmir şəhəri, Aran qəsəbəsi, bina 26, mənzil 27-də qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs 2025-ci ilin dekabr ayı ərzində ayrı-ayrı vaxtlarda oğlu X3 Gürcüstan Respublikasında keçirilən kikboksinq yarışlarında iştirak etmək üçün oğlunun müəllimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 400 manat, Göyçay şəhərində keçirilən yarışlarda oğlunun qalib gəldiyi üçün oğluna kəmər verilməsi üçün 100 manat pul vermişdir, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vədinə əməl etməyib, onun 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Protokolu tərtib edən orqan-də aparılmış araşdırma zamanı cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus 500 manat pulu dələduzluq yolu ilə ələ keçirmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi əlamətləri olduğundan onun olduğu yerin müəyyən edilib barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Protokolu tərtib edən orqannin İTB-yə göndərilmişdir. Ona görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 227-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil apellyasiya şikayəti verərək, AR İXM-in 227-ci maddəsi ilə təqsirli bilinib, 1 ay həbs cəzası almış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbslə bağlı olmayan hər hansı bir cəzanın verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli inzibati qərarı ilə müdafiə etdiyi şəxs 30 gün müddətinə barəsində inzibati həbs seçilmişdir. Şəxs varəsində məhkəmə qərarı icra edilmişdir. Zərəçəkmiş şəxsdən alınan məbləğin bir qismi ödənilmiş, digər qismi isə özü ilə razılaşaraq ödənilməyə yönəlçişdir. Ziyanın bir qismi ödənilmiş, digər qismi isə ödəniləçək ərəfəsindədir. Şəxs 7 dəfə Dünya və Avropa çempionudur. Niyyət və məqsədi idmançıların yetişdirilməsidir. Kiçiçik bir anlaşılmasızlıq səbəbindən qeyd olunan hallar yaşanılmışdır. Müdafiə etdiyi şəxs barəsində kifayət qədər ağır cəza müəyyən edilmişdir. Qeyd olunan cəza onun nə şəxsiyyətinə, nə də hazırkı ailə vzəiyyətinə uyğun deyil. Bu səbəbdən də ziyanın ödənilməsi, habelə zərəçəkənlə razılığın əldə edilməsi səbəbindən, məhkəmə bütün halları nəzərə ala bilər. Müdafiə etdiyi şəxs barəsində şikayətin və tələbin olmamasını nəzərə alaraq, şəxsin vətən qarşısında Azərbaycan bayrağını dəfələrlə qaldırılmasını nəzərə alaraq onun barəsində çıxarılan qərarla razı deyil. Şəxs bildiyi həddə şikayətçi deyil. Məhkəmədən xahişi ondan ibarətdir ki, müdafiə etdiyi şəxs barəsində qeyd edilənləri nəzərə alaraq icraata xitam verilməsi ilə bağıə qərar qəbul edilsin. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və səlahiyyətli orqan Kürdəmir Rayon Polis şöbəsinə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil # #### 2026-cı il tarixdə “Elektron Məhkəmə” sistemindən Şəxsi kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə ərizə ünvanlayaraq bildirmişdir ki, ona verilən məlumata görə zərəçəkmiş şəxslə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barışmışlar, yerdə qalan ziyanı ödənilməsi razılığına gəlinmişdir. Müdafiə etdiyi şəxs idmançıdır, 7 qat Dünya Çempionu, 7 qat Avropa Çempionudur. Azərbaycan bayrağını həmişə yüksəklərə qaldıran bir şəxsdir. Odur ki, apellyasiya şikayətində istinad etdiyi dəlillərə əhəmiyyət verərək şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs # #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə ərizə ünvalayaraq müdafiəçisi tərəfində verilmiş apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Apellyasiya məhkəməsi proses iştirakçılarının iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli surətdə araşdıraraq apellyasiya məhkəməsi belə hesab edir ki, şikayət təmin edilmədən, Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsində inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Protokolu tərtib edən orqan-nin sahə rəisi R X1 izahat verərək bildirmişdir ki, ##.##.2026-cı il tarixdə, Kürdəmir şəhəri, Aran qəsəbəsi, bina 26, mənzil 27də qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs 2025-ci ilin dekabr ayı ərzində ayrı-ayrı vaxtlarda oğlu X3 Gürcüstan Respublikasında keçirilən kikboksinq yarışlarında iştirak etmək üçün oğlunun müəllimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 400 manat, Göyçay şəhərində keçirilən yarışlarda oğlunun qalib gəldiyi üçün oğluna kəmər verilməsi üçün 100 manat pul verdiyini, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vədinə əməl etmədiyini, onun 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus 500 manat pulu dələduzluq yolu ilə ələ keçirmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM nin 227-ci maddəsinin tərkibi əlamətləri olduğundan onun olduğu yerin müəyyən edilib barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Protokolu tərtib edən orqan-nin İTB-nə göndərilmişdir. Ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ədalətli qərar verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, hər kəs yarışlara öz hesabına qatılır. Zərərçəkmiş şəxs oğlunun idman yarışında iştirakı üçün 400 manat və 100 manat olmaqla ümumilikdə 500 manat ödəniş etmişdir.Yarış təxirə salındığı üçün yarış baş tutmamışdır. Sonra isə zərərçəkənin oğlu hərbi xidmətə getmişdir. Özünü təqsirli bilir. Hal hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilmir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 2025-ci ilin dekabr ayında müxtəlif vaxtlarda oğlu X3 Gürcüstan Respublikasında təşkil olunan kikboksinq yarışlarında iştirak etməsi məqsədilə onun müəllimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 400 manat, daha sonra isə Göyçay şəhərində keçirilən yarışda oğlunun qalib gəlməsi ilə əlaqədar kəmər alınması üçün 100 manat vermiş, lakin sonradan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi vədləri yerinə yetirməmiş və ümumilikdə 500 manat məbləğində pulunu mənimsəmişdir. Şikayətçidir, pulunun qaytarılmasını xahiş edir. ##.##.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. Mübahisə olunan qərardan görünür ki, inzibati xəta haqqında işə baxan hakim inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərlə İXM-nin 227-ci maddəsi ilə müəyyən edilmiş inzibati xəta hadisəsinin baş verməsini sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 227-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilərək, barəsində 1 (bir) ay inzibati həbsin tətbiqi barədə yekun nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati xəta haqqında iş üzrə icraat materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə istər inzibati xəta haqqında protokol tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsinin hakimi İXM-nin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Barəsində inzibati xəta haqqına qərar qəbul olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiçısi Vəkil vermiş olduğu apellyasiya şikayətinin barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirinin qanunsuz olması və məhkəmənin onun məsuliyyətini aradan qaldıran halları nəzərə almaması barədə dəlillərinə qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, həmin dəlillər konkret hüquqi əsası olmayan mülahizə xarakterli dəlillər olmaqla şikayətin təmin olunaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icaata xitam verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Apellyasiya şikayətində şikayət müəllifi əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati tənbeh növünü mübahisələndirdiyindən apellyasiya məhkəməsi tətbiq olunmuş tənbeh tədbiri ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, inzibati tənbeh inzibati məsuliyyətin həyata keçirilməsi forması olmaqla, inzibati xəta törətmiş şəxsin qanunlara hörmət ruhunda tərbiyə edilməsinə, hüquq qaydalarına əməl etməsinin təmin olunmasına və gələcəkdə yeni hüquq pozuntularının qarşısının alınmasına xidmət edir. Bu baxımdan tənbehin seçilməsi zamanı onun tərbiyəvi və profilaktik təsiri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə nəticəyə gələrkən, inzibati xətanın xarakterini, onun şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, səmimi peşmançılığını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xətanın məqsədlərinə nail olmaq baxımından İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək, barəsində 1 ay müddətinə inzibati həbs cəzasının tətbiq olunmasını məqsədəmüvafiq hesab etmişdir. İş materialları ilə müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən vurulmuş ziyana görə 500 manat zərərçəkmiş şəxsə ödənilməmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mingəçevir şəhər məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İXM-in 227-ci maddəsinin alternativ xarakterli nisbi-müəyyən sanksiyasında yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in imperativ xarakterli 31.4-cü maddəsinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Apellyasiya məhkəməsi qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması və zərərçəkmiş şəxslə barışıq əldə edilməməsi və ona dəymiş ziyanın ödənilməməsi baxımından qanuni və ədalətli olmuşdur. Belə ki, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin bu günədək ödənilməməsi inzibati xəta törətmiş şəxsin əməlindən irəli gələn mənfi nəticələrin aradan qaldırılması istiqamətində hər hansı təşəbbüs göstərmədiyini təsdiq edir. Belə şəraitdə ona yüngül inzibati tənbeh tədbirinin tətbiqi törədilmiş xətanın xarakterinə, nəticələrinin ağırlığına və ədalət prinsiplərinə uyğun hesab edilə bilməz. Çünki bu, nə zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpasına xidmət edir, nə də inzibati məsuliyyətin profilaktik məqsədlərinin həyata keçirilməsini təmin edir. Vurulmuş ziyan ödənilmədiyinə və zərərçəkmiş şəxs şikayətçi olduğuna görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir və belə olan halda maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Belə ki, Azərbaycan Respublikası İXM-in: 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək, barəsində 1 ay müddətinə inzibati həbs cəzasını tətbiq edərkən sonuncunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmişdir və şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçısi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(3-9)-319/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-319/2026
05.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver