Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-320/2026 12.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlu, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin nümayəndəsi (direktoru) Nümayəndə iştirakı ilə “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından “xxxx” MMC-nin direktoru Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (hakim Ləman Mehrəliyeva) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. IŞIN HALLARI: Protokol tərtib edən orqanlar tərəfindən “xxxx” MMC barəsində IXM-in 539.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Inzibati xəta haqqında həmin protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq DƏMX-nin Lənkəran-Astara regional şöbəsinin ##.##.2026-cı il tarixli 3-17-5/2- ****/**** nömrəli məktubuna əsasən Abdullayev Islam Elman oğlunun müraciəti ilə bağlı tələb olunan sənədləri təqdim etməmişdir. Buna görə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən “xxxx” MMC barəsində Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə ##.##.2026-cı il tarixdə, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından “xxxx” MMC-nin direktoru Nümayəndə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Lənkəran-X1 tərəfindən “xxxx” MMCnin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokol qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarına əsasən inzibati xətanın törədilməsində təqsirli bilinən “xxxx” MMC barəsində Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Işin materiallarına nəzər saldıqda görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Lənkəran-Astara Bölməsi tərəfindən ##.##.2026-cı il tarixdə “xxxx” MMC-yə müraciət edilərək bildirmişdir ki, Abdullayev Islam Elman oğlu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Çağrı Mərkəzi”nə müraciət etmişdir. Müraciət əsasında Bölmə “xxxx” MMC-yə Abdullayev Islam Elman oğlunun müraciətinə münasibət bildirilməsini və ona aid sənədlərin bölməyə təqdim edilməli olduğunu bildirmişdir. ##.##.2026-cı il tarixli müraciət “xxxx” MMC tərəfindən qəbul edilməmişdir. Iş materiallarına nəzər saldıqda məlum olur ki, qeyd olunan məktubun “xxxx” MMCyə çatdırılması, kim tərəfindən və hansı tarixdə qəbul edilməsi, eləcə də qəbul edən şəxsin şəxsiyyətini müəyyən etməyə imkan verən hər hansı təsdiqləyici məlumat və ya sənəd mövcud deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Lənkəran-X1 tərəfindən və ya Cəlilabad Rayon Məhkəməsi tərəfindən göndərilən məktublar ünvana çatmamış və qəbul edilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Lənkəran-X1 tərəfindən göndərilən məktub və ya Cəlilabad Rayon Məhkəməsində hər hansı bir məhkəmə prosesinin olub-olmamasında və ya vətəndaş Abdullayev Islam Elman oğlunun bizə qarşı hər hansısa şikayətinin olub-olmamasından məlumatı olmamışdır. Azərbaycan Respublikası IXM-in 12-ci maddəsinə əsasən inzibati xəta dedikdə bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab edilməsi üçün onun bir sıra elementləri özündə əks etdirməsi zəruridir. Ilk növbədə, əməlin inzibatı xəta hesab edilməsi üçün mövcud ictimai münasibətləri pozmağa yönəlmiş əlamətləri özündə əks etdirməsi vacibdir. Yəni törədilən əməl nəticəsində müəyyən ictimai münasibət üçün əhəmiyyətli təhlükə yaranmalıdır. Digər bir məqam isə, məhz hüquqi və ya fiziki şəxsin ictimai münasibətləri pozmağa yönəlmiş niyyətinin olubolmamasıdır. Niyyət o zaman mövcud olur ki, planlaşdırılmış şəkildə hər hansı bir əməlin baş verilməsi üçün aktiv və ya passiv bir hərəkət həyata keçirilir. Lakin yuxarıda göstərilən işin hallarında aydındır ki, “xxxx” MMC-nin belə bir niyyəti, o cümlədən hərəkəti mövcud olmamışdır. O da qeyd olunmalıdır ki, inzibati tənbehin məqsədi şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdır. Bu səbəbdən Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışı zamanı “xxxx” MMC-nin direktoru Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək həmin dəlillərə uyğun çıxış etdi və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4cü maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası IXM-in 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Mübahisə olunan qərardan görünür ki, hüquqi şəxs “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – inzibati xəta haqqında protokol, icrası məcburi olan göstəriş, poçt göndərişlərinin izlənməsi, bildiriş, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, işdə olan “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”ndən əldə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Lənkəran-Astara regional şöbəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** saylı məktubu “xxxx” MMC-nin şəxsi kabinetinə göndərilmişdir. Işdə olan “poçt göndərişlərinin izlənməsinə” dair məlumatlardan da görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Lənkəran-Astara regional şöbəsinin ##.##.2026-cı il tarixli, 3-17-5/2- ****/**** saylı məktubu “xxxx” MMC-nin ünvanına çatdırılmışdır. Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Lənkəran-Astara regional şöbəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubundan görünür ki, vətəndaş Abdullayev Islam Elman oğlunun “xxxx” MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə X2 Xidməti Lənkəran-Astara regional şöbəsində baxılmışdır. Həmin müraciətin araşdırılması ilə əlaqədar olaraq tərəflərindən cəmiyyətə ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli sorğu məktubu poçtla, həmçinin müəssisənin şəxsi kabinetinə göndərilmişdir. Lakin bugünkü tarixədək heç bir sənəd təqdim olunmamışdır. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmələri məqsədi ilə ##.##.2026-cı il tarixdə saat 16:00-da X2 Xidməti Lənkəran-Astara regional şöbəsinə və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetə daxil edilmiş “Zoom” platforması linki üzərindən) dəvət olunmuşdurlar. Həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədlərin müzakirə zamanı tərəflərindən təqdim edilməsi tələb olunmuşdur. Işdə olan “poçt göndərişlərinin izlənməsinə” dair məlumatlardan da görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Lənkəran-Astara regional şöbəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubu “xxxx” MMC-nin ünvanına çatdırılmışdır. Işdə olan “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”ndən əldə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Lənkəran-Astara regional şöbəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubu “xxxx” MMC-nin şəxsi kabinetinə göndərilmişdir. Göründüyü kimi, hüquqi şəxs “xxxx” MMC-nin IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. Işin materiallarında olan ##.##.2026-cı il tarixli *** saylı məktubun surətindən görünür ki, “xxxx” MMC onlardan tələb olunan sənədləri X2 Xidməti Lənkəran-Astara regional şöbəsinə təqdim etmiş və həmin təşkilatın T.Hüseynova soyadlı şəxsi tərəfindən həmin tarixdə imza edilərək qəbul edilmişdir. Azərbaycan Respublikası IXM-in 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 205-1.1.2–205-1.1.4, 205-1.1.6, 205-1.2, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Qanunvericiliyin imperativ tələbi olmasına baxmayaraq, birinci instansiya məhkəməsi “xxxx” MMC-nin təqsirliliyi ilə bağlı hissədə düzgün nəticəyə gəlsə də, onun barəsində IXM-in 539.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cəriməni şərti olaraq tətbiq etməmişdir. Belə ki, qeyd olunan normanın sanksiyasından görünür ki, hüquqi şəxslər hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Lakin birinci instansiya məhkəməsi hüquqi şəxs “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə 2000 manat məbləğində cəriməni şərti olaraq tətbiq etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Eyni zamanda işin materialları ilə müəyyən edilir ki, artıq tələb olunan sənədlər X2 Xidməti Lənkəran-Astara regional şöbəsinə təqdim olunduğundan, inzibati xətanın şərti olaraq tətbiqi zamanı əlavə müddətinb müəyyən edilməsinə ehtiyac yoxdur. IXM-in 135.1 və 135.1.4-cü maddələrinə görə inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı inzibati tənbehə aid hissədə dəyişdirilməli və hüquqi şəxs “xxxx” MMC-yə təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə 2000 manat məbləğində inzibati cərimə şərti olaraq təyin edilməli və həmin cərimə IXM-in 116.1-ci maddəsinə əsasən şərti hesab edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından “xxxx” MMC-nin direktoru Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilsin. Hüquqi şəxs “xxxx” MMC-yə təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə təyin edilmiş 2000 (iki min) manat məbləğində inzibati cərimə şərti hesab edilsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-320/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-320/2026
12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver