Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-322/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə M Ü Ə Y Y Ə N E T D İ: Masallı Rayon Polis X1 X2 patrul xidməti inspektoru, R X3 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 333.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin həmin qərarından narazı qalan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixdə Masallı rayonu Yeddioymaq kəndi ərazisində hərəkətdə olduğu zaman idarə etdiyi “VAZ 21144” minik markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman, Masallı RPŞ-nin YPXnin əməkdaşları tərəfindən saxlanılaraq guya onun avtomobili sərxoş halda idarə etməsi və bununla əlaqədar avtomobilin duracağa yerləşdirilməsi və Azərbaycan Respublikası IXM-nin 333.1-ci maddəsi ilə barəsində inzibati protokol tərtib edilmişdir. O, polis əməkdaşlarına haqlı iradını və etrizanı bildirərək sərxoş olmadığını, yalnız ##.##.2026-cı il tarixdə yəni bir gün öncə iki bakal pivə içdiyini bildirmişdir. Əlavə olaraq ##.##.2026-cı il tarixdə spirtli içki qəbul etmədiyini bildirmişdir. Lakin polis əməkdaşları özlərinin təkidi ilə, yerində onu tibbi müayinə (alkotestr) qəbzindən keçirməklə 0.523% sərxoş olduğunu bildirmiş, həmin alkotestri, yalnız üfürməyi ona əmr etmişdirlər. Həmin testin təmiz olduğunu heç bir kənar müdaxiləyə məruz qalmadığını göstərməmişlər. Nəticədə barəsində Azərbaycan Respublikası IXM-nin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək avtomobili kənarlaşdırılmışdır. O, bununla razılaşmayaraq bu xüsusatı tam aydınlaşdırmaq və həqiqəti müəyyən etmək üçün həmin gün, yəni ##.##.2026-ci il tarixdə yaşadığı Lənkəran şəhərinə gələrək birbaşa saat 13:30 radələrində Lənkəran rayonlararası Narkoloji dispanserə gələrək həkimin iştirakı ilə müayinə olunmuşdur. Burada sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında ##.##.2026-cı il tarixli ****** saylı aktda onun ayıq olması, ümumiyyətlə alkoqol qəbulu əlaməti olmadığı təstiqini tapmışdır. Həmin ##.##.2026-cı il tarixli ****** saylı aktı birinci instansiya məhkəməsinə təqdim etməsinə baxmayaraq hakim onun təqsirsiz olması baxımından aktı sübut kimi qəbul etməmiş və səbəbini isə onun təqsirli olmasının iş materialları ilə tam sübuta yetirilməsi ilə əsaslandırmışdır. Lakin həkim mütəxəssis tərəfindən verilən mötəbərliyinə heç bir şübhə olmayan ##.##.2026-cı il tarixli ****** saylı aktı sübut kimi qəbul etməmişdir. Əksinə onun təqdim etdiyi sübut polis əməkdaşlarının özlərinin müayinə aktından daha mötəbərdir. Çünki polis əməkdaşlarının özlərinin belə müayinə aktı həkim və ya mütəxəssisin iştirakı ilə olmalı idi. Lakin məhkəmə bu xüsusuatı görməzdən gəlmiş bütün diqqətini inzibati protokolu qüvvədə saxlamağa yönəlmişdir. Hakim qərəzli olduğunu nümayiş etdirməklə maddənin sanksiyasında nəzərdə tutulmuş aşagı həddə olan dörd yüz manat məbləğində cərimə əvəzinə ən ağır cəzanı təyin elmişdir. Hesab edir ki, inzibati orqan tərəfindən toplanmış və məhkəməyə təqdim olunmuş materiallar tamamilə şübhəlidir. Beləliklə, hesab edir ki, Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil şikayətin dəlillərinə uyğun izahatlar verərək, şikayətin təmin edilməsini, eyni zamanda özünün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində səyyar satıcı vəzifəsində işlədiyini, sürücülük hüququnun məhdudlaşdırılmasına görə nəqliyyat vasitəsi idarə edə bilmədiyini, qeyd olunan halın onun işini itirməsi ilə nəticələnə biləcəyinin nəzərə alınmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli orqan Masallı Rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilməlidir. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Işə əlavə olunmuş Masallı RPŞ-nin DYPB-nin Yol patrul xidməti inspektoru, R X3 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 11:41 radələrində idarə etdiyi “VAZ 21144 minik” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu, Yeddioymaq kəndində hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Işə əlavə olunmuş ##.##.2026-cı il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə qəbzindən (alkotestr) görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. (Alkoqolun miqdarı 0,523%) Həmçinin, alkotestr qəbzinə “alkotestrin nəticəsi ilə razıyam, 2 pivə içmişəm, 2 bakal, hal şahidinə ehtiyac yoxdur, həkimə ehtiyac yoxdur” sözlərini yazaraq alkotestri imzalamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları”nın 2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə şikayətin dəlillərini, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə birinci instansiya məhkəməsi tərəfindən barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi əsaslı olmuşdur. Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilmişdir. Həmçinin, apellyasiya icraatı zamanı məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi tərəfindən şikayətin dəlilləri ilə yanaşı şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən IXM-in 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır tənbehin tətbiq edildiyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəziyyətinin nəzərə alınmadığı da qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin apellyasiya şikayətinin dəlillərində irəli sürdüyü tibbi müayinə zamanı onda sərxoşluq vəziyyətinin 0.00 promil olması ilə bağlı hala münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, həqiqətən də, məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli, ****** nömrəli “Sərxoşluq hallarının b ütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqol iyi gəlmir, nəticə: 0,00%. Apellyasiya məhkəməsi qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində sözügedən tibbi müayinə onun inzibati xətanı törətdiyi vaxtdan bir qədər sonra həyata keçirildiyindən onun qəbul etdiyi alkoqolun təsirinin azalması və ya yox olması halı istisna olunmur. Həmçinin xüsusilə qeyd etmək lazımdır ki, Xəyyam Məmmədov alkotestr müayinəsindən keçirilməsinə heç bir etiraz etməmiş, həkim-narkoloq tərəfindən tibbi müayinədən keçirilməsini tələb etməmiş, əksinə spirtli içki qəbul edərək sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsini özü də təsdiq etmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə avtomobilini idarə edərkən sərxoş vəziyyətdə olması onun özünün qismən etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan mötəbərliliyi şübhə doğurmayan digər sübutlarla da kifayət qədər təsdiq olunur. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yol polisi tərəfindən alkotester vasitəsi ilə müayinə edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur və müayinənin nəticələri mötəbərdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sonradan məhkəməyə təqdim etdiyi tibbi müayinə protokolu ilə müqayisədə əvvəlki müayinənin nəticələri daha tutarlı və əsaslı, habelə işin faktiki halları və digər sübutlar ilə uyğunluq təşkil edən mötəbər sübut kimi qəbul edilməlidir. Həmin tibbi müayinə protokolu özü-özlüyündə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirsizliyinə dəlalət edən hal kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, müdafiə tərəfinin göstərdiyi dəlillər, yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs baş vermiş inzibati xəta üzrə təqsirinin olmamasından ibarət xüsusat sonuncunun inzibati məsuliyyətdən yayınmasına yönəlmiş cəhd kimi qiymətləndirilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində seçilmiş inzibati tənbeh tədbiri məsələsinə gəldikdə, məhkəmənin qənaətinə görə və qərardan göründüyü kimi o, ##.##.2026-cı il tarixdə idarə etdiyi nəqliyyat vasitəsini alkoqol qəbulundan sonra sərxoş vəziyyətdə idarə etmiş, bu hal alkotestr vasitəsilə müəyyən olunmuş və 0,523% göstərici qeydə alınmışdır. O, nəticə ilə razı olduğunu yazılı qaydada təsdiq etmiş, tibbi müayinəyə və hal şahidinə ehtiyac olmadığını bildirmişdir. Bu sübutlar prosessual baxımdan yol verilən, mötəbər və kifayət qədər sübutlar olmaqla, inzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətlərini tam şəkildə təsdiq edir. IXM-in 333.1-ci maddəsi nəqliyyat vasitəsinin alkoqol təsiri altında idarə edilməsinə görə alternativ sanksiya nəzərdə tutur – dörd yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması. Bu norma klassik alternativ sanksiya modelidir və hüquq tətbiq edən orqana diskresion səlahiyyət verir. Hüquq nəzəriyyəsində alternativ sanksiya institutu fərdiləşdirmə prinsipinin normativ ifadəsi kimi qəbul edilir. Qanunverici eyni hüquqpozma üçün müxtəlif təsir vasitələri müəyyən etməklə, konkret iş üzrə ən adekvat və məqsədəuyğun tədbirin seçilməsini məhkəmənin daxili inamına və hüquqi qiymətləndirməsinə həvalə edir. Göründüyü kimi IXM-in 333.1-ci maddəsinin sanksiyası alternativ xarakter daşıyır və törədilmiş xətaya görə məhkəmə həm nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması, həm də cərimə tətbiq edə bilər. Formalaşmış məhkəmə təcrübəsi göstərir ki, məhkəməyə verilən bu səlahiyyət yalnız əsaslandırılmış olduqda qanuni hesab olunur. Inzibati hüququn fundamental prinsiplərindən biri olan cəzanın fərdiləşdirilməsi prinsipi nəzərə alındıqda, tənbeh tədbirinin seçilməsi zamanı şəxsin fərdi xüsusiyyətləri, əvvəlki davranışları, sosial və ailə vəziyyəti, maddi vəziyyəti, sağlamlıq vəziyyəti və yüngülləşdirici halları mütləq qiymətləndirilməlidir. Hazırki işdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilk dəfə inzibati xətaya yol vermişdir. Şəxs nişanlıdır və yaxın gələcəkdə ailə həyatı quracaqdır, şəxsin yeganə dolanışıq mənbəyi işlədiyi MMC-də səyyar satıcı vəzifəsində işləməklə sürücülük hüququnun məhdudlaşdırılmasına görə nəqliyyat vasitəsini idarə edə bilməməsi, onun əmək funksiyalarını yerinə yetirməsini faktiki mümkünsüz hala gətirməklə, onun işini itirməsi ehtimalını gücləndirir. Bütün bu hallar yüngülləşdirici amil hesab edilir və məhkəmə tərəfindən sanksiyanın daha yüngül formasının seçilməsinə təsir göstərən amillərdir. Həmçinin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı tənbeh tədbirləri görülən zaman proporsionallıq prinsipi də nəzərə alınmalıdır. Hüquqi nəzəriyyə göstərir ki, tənbeh törədilmiş xətanın ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması şəxsin əmək və iqtisadi fəaliyyətinə ciddi müdaxilə törədir. Əgər məqsədə çatmaq üçün daha yüngül tənbeh tədbiri kifayətdirsə, daha ağır tənbeh tətbiq olunmamalıdır. Bu işdə cərimə həm preventiv, həm də məsuliyyətə cəlb etmə funksiyasını yerinə yetirir, lakin ailənin dolanışığını və şəxsin sosial vəziyyətini pozmur. Praktiki baxımdan inzibati məsuliyyətin sosial-humanist aspekti də əhəmiyyətlidir. Tənbeh tədbiri yalnız cəzalandırma məqsədi daşımır, həm də şəxsin islahını təmin etməli, sosial və ailə vəziyyətinə müvafiq olmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailə vəziyyəti, törədilən xətadan dərs çıxarma qabiliyyəti nəzərə alınaraq, cərimə tənbeh tədbiri həm hüquqi, həm sosial-humanist, həm də preventiv baxımdan optimal hesab olunur. Bütün yuxarıdakı arqumentlərə əsaslanaraq, birinci instansiya məhkəməsinin qərarının ədalət, humanizm və vahid məhkəmə təcrübəsi prinsiplərinə zidd olaraq çıxarıldığı qənaətinə gəlmək olar. Ona görə qərarın dəyişdirilərək IXM-in 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 manat məbləğində cərimə tətbiq edilməsi məqsədəuyğun və hüquqi baxımdan əsaslıdır. IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. IXM-in 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. IXM-in 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. IXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanları nəzərə alıb hesab edirəm ki, şikayət qismən təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı nömrəli qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXMin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Masallı Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-322/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-322/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver