Məhkəmə qərarları › İş №3(3-9)-323/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-323/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-323/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə olan inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Yardımlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Daşkənd meşəbəyliyinin * saylı meşə dolayında 0.70 ha dövlət meşə fondununun ərazisində ot biçməsi əsası ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxan Yardımlı Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov apellyasiya şikayəti verərək, Yardımlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barəsində qərarını Qərardan şikayət verən orqan (şəxs) adına Yardımlı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il ## #### tarixli **/* saylı qərarı ilə 0,12 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün ## ###### 2000-ci il tarixdə, JN:322, kod ******** saylı dövlət aktı əsasında verildiyi ilə əsaslandırmışdır. Ardıyca qərarda Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsinə istinadən "sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir («Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiyaya qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, “bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır" fikirləri qeyd edilmiş və barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin əsaslı olduğundan təmin edilməsi, * saylı RETSİnin ##.##.2026-cı il tarixli MN ******* saylı qərarının ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində İMX-nin 257-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğu qeyd edilmişdir. Lakin inzibati xəta hadisəsinin baş verdiyi ərazinin həmin yer olmadığı nəzərə alınmamışdır. Yardımlı Rayon Məhkəməsinin ##.##.2026 tarixli, *(*-***)-***/**** saylı qərarı düzgün deyil və ləğv olunmalıdır. Belə ki, aşkar məsələ odur ki, ətraf mühitin mühafizəsi tələblərinə uyğun olaraq ekoloji tarazlığın qorunması və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə və müvafiq qanunvericiliyin aktlarına riayət olunması vəziyyətinə nəzarəti həyata keçirmək, ekoloji qanunvericiliyin tətbiq olunması məqsədilə birbaşa əmək funksiyasını həyata keçirən şəxslər, yəni ** saylı X3 mərkəzinin meşə mühafizəsi mühəndisinin (Əlipaşa Əhədov), ** saylı X3 mərkəzinin Daşkənd meşəbəyliyinin * saylı dolayının gözətçisinin (Mahir Yusubov), Daşkənd meşəbəyliyinin meşəbəyisinin (Haldun Qulamov) qanuni tələblərinə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən heç bir əhəmiyyət verilmədiyi, meşə torpaqlarını zəbt etməyi ilə yanaşı, həmin əraziyə cavabdeh şəxsləri təhqir etməsi, inzibati xəta hadisəsinin faktiki olaraq ** saylı X3 mərkəzinə aid olması məhkəmə araşdırmasından kənarda qalmışdır. Qeyd edilənlər barədə ##.##.2025-ci il tarixli məlumat (meşə gözətçisi Qərardan şikayət verən orqan (şəxs) qanunsuz ot bicməsi barədə); ##.##.2025 tarixli AKT-ın (Qərardan şikayət verən orqan (şəxs) qanuni işini görən əməkdaşları təhqir etdiyi barədə) olması nəzərə alınmamışdır. Qərardan şikayət verən orqan (şəxs) ona islahat komissiyası ilə ayrılmış torpağın sənədlərinin heç bir subut və dəlil olmadan meşə torpaqlarında qanunsuz ot biçdiyi əraziyə aid olmasını özünün mülahizəsinə görə təkid etdiyi təəssüf ki, məhkəmə tərəfindən reallıq kimi qəbul edilmişdir. Halbuki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı xidmətindən Qərardan şikayət verən orqan (şəxs) müraciətinə cavab verilərkən qanunsuz ot biçdiyi ərazinin məhz meşə fondu torpaqları olması aydın deyilmişdir -("... araşdırılarkən faktiki istifadə etdiyiniz ərazinin koordinatları və tərəfinizdən təqdim edilmiş JN-227 və JN-*** nömrəli dövlət aktlarında göstərilən koordinatlar ** saylı X3 Mərkəzinin xidməti ərazisi olan Daşkənd meşəbəyliyinə aid meşə quruluşu xəritələri ilə müqayisə edilmiş və təqdim etdiyiniz dövlət aktlarında göstərilən koordinatların bələdiyyə torpaqları hüdudlarında, faktiki istifadə etdiyiniz ərazinin koordinatların isə dövlət meşə fondu torpaqlarında yerləşməsi müəyyən olunmuşdur. Odur ki, tərəfinizdən qanunsuz olaraq zəbt olunmuş meşə fondu torpaqlarında inşa etdiyiniz tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətinə gətirilməklə ** saylı X3 Mərkəzinə təhvil verilməsi sizdən tələb olunur". Eyni zamanda, qeyd olunanlarla bağlı Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir.) Lakin məhkəmə Qərardan şikayət verən orqan (şəxs) formal mülahizələrlə əsaslandırılmış şikayətini təmin edərək, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlar Yardımlı Rayon Məhkəməsinin ##.##.2026 tarixli *(*-***)- ***/**** saylı qərarının əsassız və qanunsuz olmasının birbaşa sübutudur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz verərək, apellyasiya şikayətinin təmin edilməsini və Yardımlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni və əsaslı nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmamasını və məhkəmənin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 257-ci maddəsinin dispozisiyasına görə meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur İş materiallarında olan torpağa mülkiyyət hüququna dair J№-322 KOD ******** saylı dövlət aktının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Yardımlı rayou Aqrar İslahat Komissiyasının 1998-ci il ## #### tarixli **/* saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair J№-227 KOD ******** saylı dövlət aktının surətindən görünür ki, X4 Yardımlı rayou Aqrar İslahat Komissiyasının 1998-ci il ## #### tarixli **/* saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.38 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Daşkənd meşəbəyliyinin * saylı meşə dolayında 0.70 ha dövlət meşə fondununun ərazisində ot biçilmişdir. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(038)- ***/**** №-li qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 ## ###### 2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 257-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Məhkəmənin qənaətinə görə “** saylı X3 Mərkəzinin Daşkənd meşəbəyliynin * saylı meşə dolayının gözətçisi X2 verdiyi yazılı məlumat əsasında mərkəzin əməkdaşları tərəfindən ## #### 2025-ci il tarixdə Daşkənd meşəbəyliyinin * saylı meşə dolayında araşdırma aparılmış, araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) meşə fondunun ərazisində özbaşına ot biçdiyi müəyyən edilmişdir. Buna görə də sonuncunun barəsində İXM-nin 257-ci maddəsi ilə ** saylı X3 Mərkəzi tərəfindən MN ******* №-li, ##.##.2025ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün * saylı RETSİ-yə göndərilmişdir. Lakin * saylı RETSİ tərəfindən inzibati xəta haqqında işə baxılması yeri və vaxtı barədə Qərardan şikayət verən orqan (şəxs) məlumat verilməmiş, onun iştirakı təmin edilmədən, hər hansının sübutunun olub-olmaması aydınlaşdırmadan ##.##.2025-ci il tarixli qərarla, barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Halbuki, Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə təqdim etdiyi Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarından görünür ki, onun və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. * saylı RETSİ tərəfindən biçilmiş torpaq sahəsinin sonuncunun mülkiyyətinə verilmiş torpaq sahəsi, yaxud da meşə fonduna aid torpaq sahəsinin olub-olmaması araşdırılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən məhkəməyə təqdim edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, müəyyən torpaq sahəsi kənd təsərrüfat təyinatlı olmaqla, tam şəkildə Qərardan şikayət verən orqan (şəxs) xüsusi mülkiyyətinə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını tam, hərətərəfli və obyektiv çəkildə nəzərdən keçirib birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuş, iş üzrə düzgün nəticəyə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi hər şeydən əvvəl qeyd edir ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair dövlət aktlarından, habelə məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) və onun ailə üzvlərinin xüsusi mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahələri mövcuddur. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı Qərardan şikayət verən orqan (şəxs) izahatlarında ot biçmə işlərinin ona məxsus torpaq sahəsində aparıldığını, dövlət meşə fondu torpaqlarından istifadə etmədiyini bildirmişdir. Lakin inzibati orqan tərəfindən həmin izahatların təkzibi üçün kifayət edən, obyektiv və mötəbər sübutlar təqdim edilməmişdir. İş materiallarında yalnız inzibati xəta haqqında protokol və vəzifəli şəxslərin mülahizələrinə əsaslanan sənədlər mövcud olsa da, ot biçildiyi iddia edilən konkret ərazinin həqiqətən dövlət meşə fondu torpaqlarına aid olmasını birmənalı təsdiq edən sübutlar təqdim edilməmişdir. Xüsusilə, torpaq sahəsinin hüquqi statusunun, sərhədlərinin və koordinatlarının müəyyən edilməsi üçün hər hansı geodeziya ölçmələrinin aparılması, müvafiq mütəxəssis rəyi və ya ekspertiza təyin edilməsi, habelə mübahisələndirilən ərazinin dövlət meşə fondu torpaqlarına aid olmasını təsdiq edən xəritə və digər texniki sənədlərin iş materiallarına əlavə edilməsi səlahiyyətli orqan tərəfindən təmin olunmamışdır. Halbuki, işdən görünür ki, həmin məsələ daha əvvəl də məhkəmə araşdırmasının predmeti olmuş, Yardımlı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə inzibati orqanın əvvəlki qərarı ləğv edilərək iş yenidən baxılması üçün inzibati orqana qaytarılmışdır. Həmin qərarda məhkəmə açıq şəkildə göstərmişdir ki, biçilmiş ərazinin şəxsin mülkiyyətində olan torpaq sahəsinə, yoxsa dövlət meşə fondu torpaqlarına aid olmasının müəyyənləşdirilməsi üçün zəruri araşdırmalar aparılmamışdır. Buna baxmayaraq, iş yenidən baxılması üçün qaytarıldıqdan sonra da inzibati orqan tərəfindən göstərilən nöqsanlar aradan qaldırılmamış, mübahisəli torpaq sahəsinin hüquqi mənsubiyyəti tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır. Apellyasiya şikayətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin cavab məktubuna istinad edilərək faktiki istifadə olunan ərazinin dövlət meşə fondu torpaqlarında yerləşdiyi göstərilsə də, həmin məktub və ya onun əsaslandığı xəritələr, koordinatlar, ölçmə materialları və digər sənədlər iş materiallarına əlavə edilməmişdir. Odur ki, apellyasiya şikayətində göstərilən həmin məlumatlar məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə qərarı yalnız iş materiallarında olan və məhkəmə tərəfindən bilavasitə araşdırılmış sübutlara əsaslana bilər. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin yuxarıda qeyd edilən normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, barəsində icraat aparılan şəxs şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Göründüyü kimi, inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə görə, inzibati məsuliyyətə cəlbetmə yalnız şəxsin təqsirinin qanunla müəyyən edilmiş qaydada toplanmış, mötəbər və kifayət edən sübutların məcmusu ilə tam sübuta yetirildiyi hallarda mümkündür. Buna görə də, şəxsin təqdim etdiyi sənədlər və verdiyi izahatlar fonunda onun özünə məxsus mülkiyyətində olan torpaq sahəsində fəaliyyət göstərdiyinə dair qeyd etdiyi xüsusatları təkzib edən kifayət qədər və inandırıcı sübutlar təqdim edilmədiyi halda, yalnız ehtimallara və inzibati orqanın qənaətinə əsaslanmaqla onun İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə təqsirli bilinməsi mümkün deyildir. Qanunvericiliyin tələblərinə görə, inzibati məsuliyyətə cəlb etmə haqqında qərarın qanuniliyi və əsaslılığı sübutlarla təsdiq olunmalı, şəxsin təqsiri isə inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşdüyü halda, mövcud iş üzrə bu vəzifənin yerinə yetirilməməsi, səlahiyyətli orqan tərəfindən iş üzrə hər hansı əlavə və inandırıcı sübutların təqdim edilməməsi həmin orqanın mövqeyinin və irəli sürülən ittihamın sübuta yetirilmədiyini göstərir. Bununla yanaşı, yuxarıda da qeyd edildiyi kimi, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Mövcud iş üzrə isə inzibati xətanın baş verməsi və həmin xətanın törədilməsində Qərardan şikayət verən orqan (şəxs) təqsiri şübhəsiz şəkildə müəyyən olunmamış, əksinə, aradan qaldırılmamış şübhələr mövcud olmuşdur. Belə ki, iş üzrə toplanmış sübutların məcmusu Qərardan şikayət verən orqan (şəxs) dövlət meşə fondu torpaqlarında ot biçməsi faktını mötəbər şəkildə təsdiq etmir. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən apellyasiya instansiyası məhkəməsi belə hesab edir ki, işin halları onu deməyə əsas verir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xəta hadisəsini törətməsi sübuta yetmir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin qanuni və ədalətli olan qərarının ləğv edilməsi üçün kifayət qədər əsas vermir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar