Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-324/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan Ismayıl oğlunun katibliyi M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) IXM-in 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) Neftçala Rayon Məhkəməsinə şikayət vermiş, məhkəmənin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul olunmuş ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarından narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının və ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul olunmuş ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı tam obyektiv deyil və əsassızdır. Onlar həmin ərazidə istirahət etmək niyyəti ilə gəldiklərini bildirib, yemək yediklərini qeyd etmişdir. Onların məqsədi ilk öncə həmin əraziyə gedərək ov etmək olmuş, lakin Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları onlara bildirmişdir ki, həmin ərazidə ov etmək qadağandır. Artıq həmin ərazidə olduqları üçün orada oturub istirahət etmək qərarına gəlmişlər. Lakin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları dediklərinə məhəl qoymayıb onların qanuni sənədlərlə olan silahlarını alıb qaçmışlar. Bu səbəbdən Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə razı deyildir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Qərardan şikayət verən orqan (şəxs) gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Səlahiyyətli orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasını nümayəndənin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair səlahiyyətli orqan tərəfindən qərar qəbul edilmişdir. ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin vəzifəli şəxsinin ## ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri, Pirallahı rayonu, Xəzər dənizi sahilində, qanunla qadağan edilən ərazidə lazımi icazə sənədi olmadan qanunsuz ov etdiyinə görə 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. ## ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilib. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Ictimai Təhlükəsizlik Idarəsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, **** nömrəli şəhadətnamədən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) 12 kalibrli, “ATA ARMS” markalı, **-H**Y****** nömrəli yivsiz lüləli ov silahının saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə görə müvafiq icazə verilib. Həmçinin işə əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən ## ###### 2025-ci ildə Qərardan şikayət verən orqan (şəxs) **** nömrəli ovçuluq bileti verilmişdir. Iş materiallarında olan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şəxsən yazılmış və imzalanmış ## ###### 2026-cı il tarixli izahatından görünür ki, o, özünə məxsus tüfənglə ov etmək istəyərkən Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları tərəfindən saxlanılmış, silahı təhvil vermiş, bu zaman əməlinin qanunsuz olduğundan xəbərsiz olmuş, bir daha belə bir hadisənin təkrarlanmayacağını bildirmişdir. Iş materiallarında olan fotoşəkillərdən həmçinin görünür ki, Qərardan şikayət verən orqan (şəxs) nahar edərkən deyil, ayaq üstə, çiynində silah olduğu vaxt saxlanılmışdır. Şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir: IXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Inzibati icraatın əsas prinsiplərindən biri sübutların ayrı-ayrılıqda deyil, onların məcmu halında qiymətləndirilməsidir. Sübutların qiymətləndirilməsi zamanı hər bir sübutun mötəbərliyi, aidiyyəti və yol verilənliyi ilə yanaşı, onların digər sübutlarla uyğunluğu və qarşılıqlı təsdiqedici xarakter daşıyıb-daşımaması da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar vahid sübut sistemini təşkil etməklə Qərardan şikayət verən orqan (şəxs) IXM-in 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati orqanın gəldiyi nəticəni təsdiq edir. Iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin vəzifəli şəxsi tərəfindən ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında isə ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Iş materiallarında protokolun qanunla müəyyən edilmiş prosedur qaydalarının pozulması ilə tərtib edildiyini göstərən hər hansı məlumat və ya sübut mövcud deyildir. Əksinə, işdən görünür ki, barəsində icraat aparılan şəxs protokolla tanış olmuş, onu imzalamış və həmin mərhələdə protokolun məzmununa və ya tərtib edilmə qaydasına dair hər hansı etiraz irəli sürməmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iş üzrə mühüm sübutlardan biri Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixli öz əli ilə yazılmış izahatıdır. Həmin izahatdan görünür ki, o, özünə məxsus tüfənglə ov etmək istəyərkən saxlanıldığını, silahını təhvil verdiyini, etdiyi hərəkətin qanunsuz olmasından xəbərsiz olduğunu və gələcəkdə belə halların təkrarlanmayacağını bildirmişdir. Məhkəmə təcrübəsində hadisənin baş verdiyi zamana ən yaxın müddətdə verilmiş və şəxsin öz əli ilə yazdığı izahatlar yüksək sübut əhəmiyyətinə malik hesab edilir. Belə izahatlar sonradan müdafiə mövqeyinin formalaşdırılması məqsədilə verilən bəyanatlarla müqayisədə hadisənin faktiki hallarını daha obyektiv əks etdirən məlumat mənbəyi kimi qiymətləndirilir. Inzibati icraatın başlanması zamanı verilmiş etiraf sonradan dəyişdirilə bilər, lakin qanunvericiliyin mənasına görə ilkin etiraf qanunsuz yolla əldə edilməmişdirsə mötəbər sübutdur və sonradan dəyişən ifadə sübutu etibarsız etmir. Şikayətçi sonradan verdiyi izahatlarda həmin əraziyə yalnız istirahət etmək və nahar etmək məqsədilə gəldiyini bildirsə də, bu mövqe onun ilkin izahatının məzmunu ilə uzlaşmır. Hüquqi müəyyənlik və sübutların daxili uyğunluğu prinsipləri baxımından eyni hadisə barədə bir-birini təkzib edən izahatlardan daha erkən verilmiş və digər sübutlarla təsdiqlənən izahata üstünlük verilməsi əsaslı hesab olunur. Bundan başqa, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) nahar etdiyi və ya istirahət etdiyi vəziyyətdə deyil, çiynində ov silahı olduğu halda aşkar edilmişdir. Həmin fotoşəkillər onun sonradan irəli sürdüyü "yalnız istirahət etmək məqsədilə ərazidə olması" barədə mövqeyini təsdiqləmir. Əksinə, fotoşəkillər onun ilkin izahatında göstərdiyi hallar ilə uyğunluq təşkil edir və həmin izahatın mötəbərliyini daha da gücləndirir. Iş materiallarından həmçinin görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ov silahını saxlamaq və istifadə etmək hüququnu təsdiq edən müvafiq icazə sənədi və ovçuluq bileti olmuşdur. Lakin həmin sənədlərin mövcudluğu şəxsin istənilən ərazidə və istənilən şəraitdə ov etmək hüququna malik olması kimi qiymətləndirilə bilməz. Ov silahına dair icazə və ovçuluq bileti yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və icazə verilən ərazilərdə ov fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi əsas yaradır. Buna görə də həmin sənədlərin mövcudluğu inzibati məsuliyyəti istisna edən hal kimi qəbul edilə bilməz. Məhkəmə şikayətçinin məhkəməyə təqdim etdiyi dəlillərin iş üzrə mövcud sübutlar məcmusunu təkzib etmək üçün kifayət etmədiyi qənaətindədir. Şikayətçi tərəfindən onun ilkin izahatının həqiqi iradəsini əks etdirmədiyini, təzyiq altında alındığını və ya fotoşəkillərin işin faktiki hallarını düzgün əks etdirmədiyini göstərən hər hansı obyektiv sübut təqdim edilməmişdir. Halbuki inzibati orqan tərəfindən təqdim olunmuş sübutlar bir-birini tamamlayır və qarşılıqlı şəkildə təsdiq edir. Qeyd edilməlidir ki, IXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Lakin bu prinsip yalnız əsaslı və sübutlarla təsdiq olunan şübhələrə şamil edilir; mücərrəd və ya yalnız fərziyyəyə əsaslanan şübhə təqsirsizlik prezumpsiyasının tətbiqi üçün kifayət deyildir. Hazırkı işdə toplanmış sübutlar — şəxsin öz əli ilə yazdığı ilkin izahat, fotoşəkillər və inzibati orqanın digər materialları — bir-birini qarşılıqlı şəkildə təsdiq edərək vahid və ardıcıl sübut mənzərəsi yaratdığından, Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyinə dair əsaslı şübhə yaranmır. Bu səbəbdən IXM-in 8.3-cü maddəsində nəzərdə tutulmuş qayda apellyasiya şikayətinin xeyrinə nəticə çıxarılması üçün əsas vermir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, şikayətçinin mövqeyi müxtəlif mərhələlərdə ziddiyyətli olmuşdur. Belə ki, bir tərəfdən o, inzibati xəta törətmədiyini bildirmiş, digər tərəfdən isə tətbiq edilmiş cərimənin ləğv edilərək ona alternativ inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Bu hal da onun irəli sürdüyü dəlillərin inandırıcılıq dərəcəsini azaldan amillərdən biri kimi qiymətləndirilir. Nəticədə, məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar onların məcmu halında qiymətləndirildikdə Qərardan şikayət verən orqan (şəxs) IXM-in 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə nəticəyə gəlmək üçün kifayət edir. Birinci instansiya məhkəməsi sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, iş üzrə faktiki halları düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna görə də məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. IXM-in: 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Inzibati xəta haqqında işlərdə foto-çəkiliş qanunla icazə verilmiş sübut vasitəsidir, yəni video, foto, səsyazmalar inzibati xəta işində sübut hesab olunur. Qanun foto-çəkilişin aparılması üçün ayrıca “şəxsin razılığını” tələb etmir. Əsas odur ki, çəkiliş xətanın aşkar edildiyi yerdə, səlahiyyətli şəxs tərəfindən və xidməti səlahiyyət çərçivəsində aparılsın. Bu halda fotoşəkil tam qanuni və mötəbər sübutdur. Dövlət nəzarəti həyata keçirən orqanların çəkiliş aparmaq səlahiyyəti vardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları onların fəaliyyətini tənzimləyən normativ aktlarda, “Ətraf mühitin mühafizəsi haqqında” qanunda dövlət nəzarətinin məqsədi göstərilir. Belə ki, həmin normativ-hüquqi aktda ətraf mühitə zərər vuran halları aşkar etmək, sənədləşdirmək və qarşısını almaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birbaşa vəzifəsi olaraq müəyyən olunub. Sənədləşdirmənin tərkib hissələrindən biri də inzibati xətanın sənədləşdirilməsi zamanı foto-çəkilişdən istifadə olunmasıdır. Bu həm sübut toplama, həm də faktın tam və obyektiv təsdiqi üçün vacib faktordur. Bundan başqa çəkiliş zamanı Qərardan şikayət verən orqan (şəxs) heç bir etiraz etmir. Bu fakt onu göstərir ki, şəxsin foto-çəkiliş aparılmasından məlumatı vardır və bu hal onun heç bir etirazını doğurmur. Avropa Insan Hüquqları Məhkəməsinin yanaşmasına görə açıq ictimai yerdə çəkiliş üçün şəxsin razılığı tələb olunmur, çünki şəxsin “gözlənilən məxfiliyi” aşağıdır və dövlət nəzarəti üçün açıq məkanda video-fiksasiya şəxsin hüquqlarını, dövlət nəzarəti çərçivəsində aparılan çəkiliş isə məxfiliyi pozmur (P.G. və J.H. Birləşmiş Krallığa qarşı, X3rşı). Bu presedentlər ekoloji nəzarətə tam tətbiq oluna bilər. Inzibati xətanı aşkar edən vəzifəli şəxs sübutları toplamaq və qorumaq üçün dərhal tədbir görməlidir. Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları da faktın təhrif olunmaması, sonradan mübahisə edilməməsi və obyektiv qiymətləndirmə aparılması üçün fotoçəkiliş aparmaqla qanunun tələbini icra etmişdir. Inzibati xətalar haqqında işlər üzrə icraatın əsas prinsiplərindən biri sübutların sərbəst qiymətləndirilməsi prinsipidir. Bu prinsipə əsasən, məhkəmə sübutların hər birini ayrılıqda və onların məcmusunu daxili inamına əsaslanaraq qiymətləndirir. Birmənalı şəkildə qəbul olunur ki, inzibati məsuliyyətə cəlbetmə zamanı sübutetmə yalnız birbaşa sübutlarla məhdudlaşmır, dolayı sübutların məcmusu da şəxsin təqsirliliyinə dair nəticəyə gəlmək üçün kifayət edə bilər. Bu cür sübutlar inzibati icraat praktikasında geniş tətbiq olunan və qəbul edilən sübut növlərindəndir. Məhkəmə həmin sübutları digər materiallarla birlikdə qiymətləndirərək onların hadisəni obyektiv əks etdirdiyi qənaətinə gəlmişdir. Burada mühüm olan hal sübutların formal növü deyil, onların qarşılıqlı əlaqədə hadisənin faktiki hallarını inandırıcı şəkildə ortaya qoymasıdır. Eyni zamanda, məhkəmə xüsusi olaraq vurğulayır ki, inzibati məsuliyyət institutunun əsas məqsədi yalnız cəzalandırma deyil, həm də ictimai münasibətlərin qorunması və hüquqpozmalara qarşı preventiv təsirin təmin edilməsidir. Ekoloji hüquqpozmalarla bağlı işlərdə isə bu məqsəd daha da əhəmiyyətlidir, çünki belə pozuntular geniş ictimai maraqlara toxunur və onların qarşısının alınması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Beləliklə, şikayətdə göstərilən bütün dəlillər ayrı-ayrılıqda və məcmu halında təhlil edildikdə müəyyən olunur ki, onlar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir. Şikayət əsasən eyni halların fərqli şərhi və subyektiv qiymətləndirilməsinə yönəlmişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün hüquqi əsas təşkil etmir. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında qərar tərtib olunarkən hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunan hallar isə hazırda məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Qərardan şikayət verən orqan (şəxs) tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuş, məhkəmə şikayəti təmin etməyərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-148)-114/2026 nömrəli qərarı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-324/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-324/2026
18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver