Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-325/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə MÜƏYYƏN ETDI: Füzuli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim X3) hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2.000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Işin halları Apellyasiya şikayətinin dəlilləri Barəsində inzibati tənbeh tətbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Füzuli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanunsuz və əsassızdır. Həmin qərar işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmadan, habelə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. Ilk növbədə qeyd edilməlidir ki, işə baxılması zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin müdafiə hüququ pozulmuşdur. Belə ki, Cəmiyyət məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmamış, məhkəmə iclasında iştirak etmək, sübutlar təqdim etmək, vəsatətlər vermək və etirazlarını bildirmək imkanından məhrum edilmişdir. Halbuki, inzibati məsuliyyətə cəlb olunan şəxsin işə baxılmasında iştirak etmək hüququ ədalətli məhkəmə araşdırmasının əsas elementlərindən biridir. Məhkəmə tərəfindən Cəmiyyətin lazımi qaydada məlumatlandırılması barədə mötəbər sübutlar araşdırılmadan işə baxılması müdafiə hüququnun və məhkəməyə çıxış hüququnun pozulmasına səbəb olmuşdur. Bildiririk ki, şikayətə əlavə deilmiş, elektron yazışmalardan görünür ki, X6 Xidməti tərəfindən tələb edilən sənədlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2026-cı il tarixdə elektron poçt vasitəsilə aidiyyəti quruma göndərilmişdir. Lakin məhkəmədə iştirakımız təmin edilmədiyindən həmin sənədlərin göndərilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmin halı araşdırmamış, sənədlərin təqdim edilməsini təsdiq edən sübutların əldə olunması və qiymətləndirilməsi istiqamətində hər hansı prosessual tədbir görməmişdir. Halbuki iş üzrə bütün sübutların məcmu halında qiymətləndirilməsi məhkəmənin vəzifəsidir. Hazırkı iş üzrə isə cəmiyyət tərəfindən məlumat və sənədlərin qəsdən təqdim edilməməsi, yaxud dövlət orqanının qanuni tələbinin icrasından boyun qaçırılması faktı mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə həmçinin, X4 əmək fəaliyyəti ilə bağlı təqdim edilmiş sənədləri, ona əmək haqqının, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənişlərin və son haqq-hesabın tam şəkildə ödənilməsini təsdiq edən halları nəzərə almamışdır. Halbuki, həmin sənədlər müraciətin araşdırılması üçün tələb olunan məlumatların işəgötürəndə mövcud olduğunu və onların təqdim edilməsindən yayınmaq niyyətinin olmadığını göstərir. Çünki onların tərəfindən hansı sənədlər tələb olunubsa həmin sənədlərdə özlərinin tələb etdikləri sənəddə qeyd etdikləri elektron ünvana göndərilmişdir. Bunu təsdiq edən sənəd şikayətə əlavə edilir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar tam araşdırılmamış, işin faktiki halları düzgün müəyyən edilməmiş, nəticədə maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Bu səbəbdən Füzuli Rayon Məhkəməsinin qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olmaması nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Prosessual məsələlər Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış etdi və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında əlavə olaraq bildirdi ki, Çələbiyev Kəbir barəsində tələb edilən sənədlərin Əmək Müfəttişliyinə göndərilməsi barədə Əmək Müfəttişliyindən onlara bildiriş gəlmişdir. Onlar da sənədləri e-mail vasitəsilə göndərmiş və əlaqə nömrəsi də qeyd etmişdirlər ki, hər hansı çatışmazlıq və ya sual olarsa Əmək Müfəttişliyi onlarla əlaqə saxlasın. Lakin onlara heç bir məlumat verilmədən birbaşa Füzuli Rayon Məhkəməsinə müraciət olunub. Hazırda ona məlum olur ki, təqdim etdiyi sənədlərdə natamamlıq var, həmin çatışmazlıqları qısa müddətdə aradan qaldırıb X6 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edə bilər. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərar qəbul edildiyindən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında əlavə olaraq bildirdi ki, səlahiyyətli orqan olaraq Əmək və X7 MMC-yə məxsus olan elektron kabinetə tələbnaməni yerləşdirmişik. Sənədlər MMC tərəfindən göndərilsə də, sənədlər möhürlənməmiş, eyni zamanda tələb edilən sənədlər natamam təqdim edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası IXM-in 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. IXM-in 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Mübahisə olunan qərardan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – inzibati xəta haqqında protokol, icrası məcburi olan göstəriş, poçt göndərişlərinin izlənməsi, bildiriş, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə ##.##.2026-cı il tarixli məktub göndərilərək, tələb olunan sənədləri 7 iş günü ərzində idarəyə təqdim edilməsi tələb edilsə də, poçt izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, X4 əmək hüquqlarının pozulması barədə idarəyə şikayət ilə müraciət etmişdir. Müraciətə baxılması məqsədi ilə X4 aid sənədlərin 7 iş günü ərzində X6 Xidmətinin Bakı Şəhər Idarəsinə təqdim edilməsi xahiş edilmişdir. Poçt göndərişlərinin izlənməsinə dair elektron sistemdən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər Idarəsinin ##.##.2026-cı il tarixli məktubu ##.##.2026-cı il tarixdə rəsmi olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə çatdırılmışdır. Işdə olan DƏMX-nin Bakı Şəhər Idarəsinin ## #### 2026-cı il tarixli bildirişindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə icrası məcburi olan göstərişi icra etmədiyinə görə barəsində inzibati xəta işin başlanmasına əsas olduğu bildirilmiş və işə baxılması yeri və vaxtı barədə hüquqi şəxsə məlumat verilmişdir. Bununla yanaşı, apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X1 çıxış edərək bildirmişdir ki, Çələbiyev Kəbir barəsində tələb edilən sənədlərin Əmək Müfəttişliyinə göndərilməsi barədə Əmək Müfəttişliyindən onlara bildiriş gəlmiş, həmin sənədləri e-mail vasitəsilə göndərmiş və əlaqə nömrəsi də qeyd etmişdirlər ki, hər hansı çatışmazlıq və ya sual olarsa Əmək Müfəttişliyi onlarla əlaqə saxlasın. Lakin onlara heç bir məlumat verilmədən birbaşa Füzuli Rayon Məhkəməsinə müraciət olunmuşdur. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, səlahiyyətli orqan olaraq Əmək və X7 MMC-yə məxsus olan elektron kabinetə tələbnaməni yerləşdirmiş, sənədlər MMC tərəfindən göndərilsə də, sənədlərdə möhür olmamış, sənədlərdə natamamlıq olmuşdur. Məhkəmə hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər özünü müdafiə xarakterli olmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətdən yayınmasına yönəlmiş cəhd kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin məlumatlandırılmaması dəlilinə məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, həmin dəlillər iş materiallarında olan birinci instansiya məhkəməsinin məhkəmə bildirişlərinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hüquqi ünvanına göndərilməsini təsdiq edən müvafiq poçt sənədləri ilə tam şəkildə təkzib olunur. Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası IXM-in 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 205-1.1.2–205-1.1.4, 205-1.1.6, 205-1.2, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Qanunvericiliyin imperativ tələbi olmasına baxmayaraq, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirliliyi ilə bağlı hissədə düzgün nəticəyə gəlsə də, onun barəsində IXM-in 539.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cəriməni şərti olaraq tətbiq etməmişdir. Belə ki, qeyd olunan normanın sanksiyasından görünür ki, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Lakin birinci instansiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə 2000 manat məbləğində cəriməni şərti olaraq tətbiq etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. IXM-in 135.1 və 135.1.4-cü maddələrinə görə inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən icrası məcburi olan tələb edilən sənədləri göndərsə də həmin sənədlərdə natamamlıq olmuşdur. Ona görə də cəmiyyətin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 10 gün müddət təyin edilməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı inzibati tənbehə aid hissədə dəyişdirilməli və hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə təqsirli bilindiyi cərimə IXM-in 116.1-ci maddəsinə əsasən şərti hesab edilməli, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər Idarəsinin ##.##.2026-cı il tarixli icrası məcburi olan göstərişini 10 gün müddətində yerinə yetirmək vəzifəsi qoyulmalı, hazırkı qərarın surəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən əldə edildiyi vaxtdan 10 gün müddətində qeyd olunan icrası məcburi olan göstəriş yerinə yetirilmədiyi halda inzibati cərimə real icraya yönəldilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası IXM-in 116.1-ci maddəsinə əsasən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində təyin edilmiş 2000 (iki min) manat məbləğində inzibati cərimə şərti hesab edilsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər Idarəsinin ##.##.2026-cı il tarixli icrası məcburi olan göstərişini 10 gün müddətində yerinə yetirmək vəzifəsi qoyulsun. Hazırkı qərarın surəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən əldə edildiyi vaxtdan 10 gün müddətində qeyd olunan icrası məcburi olan göstəriş yerinə yetirilmədiyi halda inzibati cərimə real icraya yönəldilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-325/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-325/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver