Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-326/2026 24.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin nümayəndəsi X2, Azərbaycan Dövlət Su X11 Suların Istifadəsinə və X8 Xidmətinin * saylı X3 Bölməsinin nümayəndəsi X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Laçın Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Dövlət Su X11 Suların Istifadəsinə və X8 Xidmətinin * saylı X3 Bölməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin (VÖEN **********) Azərbaycan Respublikası IXM-nin (bundan sonra mətndə IXM) 264.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Laçın Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə (hakim X5) nzibati xəta törətmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC (VÖEN **********) IXM-nin 264.0.1- ci maddəsi ilə təqsirli bilinsin və barəsində 7500 (yeddi min beş yüz) manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilsin. Hazırda həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən tərəfindən apellyasiya şikayəti verilərək Laçın Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su X11 Suların Istifadəsinə və X8 Xidmətinin * saylı X3 bölməsinin ## ###### 2026-cı il tarixli *** nömrəli sərəncamı əsasında Laçın rayonu ərazisində “Su Məcəlləsi və suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması” məqsədilə nəzarət tədbirləri həyata keçirilmişdir. Keçirilən nəzarət tədbirləri zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin əməkdaşları tərəfindən daimi və qəsdli şəkildə tullantı sularının Şəlvə çayına axıdılması olduğu mübahisə predmetinə zəmin yaradan hal kimi qeyd olunmuşdur. Lakin faktiki vəziyyət bundan ibarət olmuşdur ki, həmin dövrdə intensiv yağıntılar, ərazidə texnikaların fasiləsiz işləməsi və tikinti düşərgəsində yaranmış müvəqqəti yüklənmə nəticəsində tullantı sularının toplandığı xüsusi quyunun (şambo) dolması baş vermişdir. Bu hal qısa müddətli texniki xarakter daşımış, daimi və məqsədli çirkləndirmə olmamışdır. Ən vacib məqam ondan ibarətdir ki, yaranmış vəziyyət müəyyən olunan kimi tərəflərindən dərhal tədbirlər görülmüş, xüsusi quyularda betonlama və digər texniki işlər aparılmış, tullantı sularının ətrafa yayılmasının qarşısı alınmış və problem tam şəkildə aradan qaldırılmışdır. Hazırda qeyd olunan nöqsanlar tamamilə aradan qaldırılmışdır. Bununla bağlı fotoşəkillər və digər təsdiqedici materiallar məhkəməyə təqdim olunur. Bundan əlavə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC ilə aidiyyəti publik hüquqi şəxs arasında məişət tullantılarının mütəmadi daşınması ilə bağlı müqavilə bağlanmış və tullantıların daşınması davamlı şəkildə həyata keçirilmişdir. Bu da şirkətin ekoloji tələblərə məsuliyyətli yanaşdığını göstərir. Inzibati icraat materiallarından, həmçinin görünür ki, nəzarət tədbirlərinin aparılması haqqında sərəncam ## ###### 2026-cı il tarixində verilmiş olsa da, yoxlama aktı və inzibati xəta haqqında protokol yalnız ## #### 2026-cı il tarixində tərtib edilmişdir. Bu müddət ərzində isə tərəflərindən mövcud texniki problem tam aradan qaldırılmış, aidiyyəti dövlət orqanları tərəfindən aparılmış sonrakı baxış zamanı vəziyyətin düzəldildiyi müəyyən edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, ## ###### 2026-cı il tarixdə * saylı X3 Bölməsi tərəfindən ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə məsələ ilə bağlı müraciət edilmiş, həmin idarənin əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş və intensiv yağıntılar nəticəsində dolmuş quyuda artıq betonlama və digər texniki işlərin aparıldığı, problemlərin tam şəkildə aradan qaldırıldığı müəyyən edilmişdir. Bununla bağlı aidiyyəti dövlət orqanı tərəfindən rəsmi cavab məktubu təqdim edilmişdir. Birinci instansiya məhkəməsi baş vermiş hadisənin davamlı və qəsdli ekoloji pozuntu, yoxsa müvəqqəti texniki xarakterli vəziyyət olmasını tam və obyektiv araşdırmamışdır. Halbuki bu hal tətbiq edilən inzibati məsuliyyət tədbirinin ağırlığının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi tərəfindən problemin müəyyən olunan kimi dərhal aradan qaldırılması, betonlama və digər texniki işlərin görülməsi, aidiyyəti dövlət orqanı tərəfindən sonradan aparılmış baxış zamanı vəziyyətin düzəldilməsinin təsdiq olunması halları tam hüquqi qiymətləndirilməmişdir. Halbuki həmin hallar məsuliyyəti yüngülləşdirən və inzibati tənbehin mütənasibliyinə birbaşa təsir edən mühüm faktiki hallardır. Məhkəmə tərəfindən iş materiallarında qeyd edilən“çirkab sularının Şəlvə çayına axıdılması” nəticəsinin hansı texniki və elmi əsaslarla müəyyən edildiyi araşdırılmamışdır. Tullantı sularının axın istiqamətini, faktiki yayılmasını və çaya təsirini təsdiq edən obyektiv texniki sübutlar mövcud deyildir. Halbuki bu hal inzibati xəta tərkibinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən inzibati araşdırma müddəti ərzində hansı konkret prosessual hərəkətlərin, texniki qiymətləndirmələrin və ya ekspertiza xarakterli araşdırmaların aparıldığı tam müəyyən edilməmişdir. Halbuki IXM-in 102-ci maddəsinə əsasən inzibati araşdırma ekspertiza və digər prosessual hərəkətlərin aparılması məqsədilə həyata keçirilir və bu hallar işin düzgün həlli üçün mühüm əhəmiyyət daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən məsuliyyəti yüngülləşdirən halların mövcudluğu qəbul olunsa da, həmin halların tətbiq edilən inzibati tənbehin növünə və məbləğinə hansı formada təsir etdiyi əsaslandırılmamışdır. Halbuki bu hal inzibati tənbehin mütənasibliyinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi tərəfindən tullantı sularının Şəlvə çayına axıdılması nəticəsində ətraf mühitə faktiki zərərin vurulduğu qənaətinə gəlinmişdir. Lakin həmin hal laborator analiz, ekspertiza rəyi, su nümunələrinin tədqiqi və ya digər obyektiv elmi-texniki sübutlarla təsdiq edilməmişdir. Iş üzrə nəticə əsasən vizual müşahidələrə, fotoşəkillərə və ehtimal xarakterli qənaətlərə əsaslandırılmışdır. Məhkəmə tərəfindən tullantı sularının həcmi, axıdılmanın davametmə müddəti və çirklənmənin səviyyəsi müəyyən edilmiş hal kimi qiymətləndirilsə də, həmin hallar iş materiallarında hər hansı texniki ölçmə, hesablanma və ya qiymətləndirmə sənədləri ilə təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən daimi və sistemli şəkildətullantı sularının axıdılması qənaətinə üstünlük verilmişdir. Halbuki iş materiallarında bunun davamlı xarakter daşımasını təsdiq edən obyektiv sübutlar mövcud deyildir. Əksinə, iş materiallarında problemin müvəqqəti texniki xarakter daşıdığı, intensiv yağıntılar və quyunun dolması nəticəsində yarandığı göstərilmişdir. Məhkəmə tərəfindən “Şəlvə çayına axıdılma” halı müəyyən edilmiş fakt kimi qiymətləndirilsə də, tullantı sularının faktiki olaraq hansı istiqamətdə yayıldığını və çaya çatmasını təsdiq edən texniki sxem, hidroloji qiymətləndirmə və ya digər obyektiv sübutlar təqdim edilməmişdir. Iş materiallarında qeyd edilənnəticələr əsasən inzibati xəta haqqında protokol, yoxlama aktı və vizual müşahidələrə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən inzibati araşdırma zamanı “xxxx” MMC nümayəndəsinin iştirakı qeyd edilsə də, həmin şəxs və ya təşkilat tərəfindən hər hansı texniki qiymətləndirmə, ekspertiza və ya çirklənmənin səviyyəsini müəyyən edən sənəd təqdim edilməmişdir. Məhkəmə tərəfindən tətbiq olunmuş inzibati tənbehinağırlığını əsaslandıran hallar tam sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında ətraf mühitə ağır nəticələrin vurulması, genişmiqyaslı çirklənmə və ya təkrar pozuntu halları ilə bağlı kifayət qədər obyektiv sübutlar mövcud deyildir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş bəzi faktiki hallar düzgün göstərilsə də, həmin hallardan çıxarılan hüquqi nəticələr işin faktiki vəziyyəti ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə tərəfindən problemin sonradan aradan qaldırıldığı, məsuliyyəti yüngülləşdirən halların mövcud olduğu, təkrar pozuntunun olmadığı və tərəfimizdən texniki tədbirlərin görüldüyü qəbul edilmişdir. Lakin buna baxmayaraq tətbiq edilmiş inzibati cərimənin məbləği və xarakteri işin faktiki hallarına münasibətdə qeyri-mütənasib olmuşdur. Iş materiallarından görünür ki, hadisə daimi və qəsdli ekoloji hüquq pozuntusu deyil, intensiv yağıntılar, texniki yüklənmə və tullantı sularının toplandığı quyunun dolması nəticəsində yaranmış müvəqqəti texniki xarakterli vəziyyət olmuşdur. Mövcud vəziyyət müəyyən olunan kimi dərhal tədbirlər görülmüş, xüsusi quyularda betonlama və digər texniki işlər aparılmış, tullantı sularının ətrafa yayılmasının qarşısı alınmış və problem tam şəkildə aradan qaldırılmışdır. Zərərin səviyyəsini, çirklənmənin miqyasını və Şəlvə çayına təsirini müəyyən edən laborator analiz, ekspertiza rəyi və ya digər obyektiv texniki sübutlar mövcud deyildir. Hadisənin xarakteri və nəticələri ilə bağlı gəlinmiş nəticələr əsasən vizual müşahidələrə və inzibati xəta haqqında protokola əsaslandırılmışdır. Həmçinin iş materialları ilə tullantı sularının idarə olunması üçün xüsusi quyunun mövcud olduğu, tullantıların daşınmasına dair müqavilənin bağlandığı və texniki təminatların yaradıldığı təsdiq olunur. Bu hallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən qəsdli və sistemli şəkildə ekoloji tələblərin pozulması nəticəsinə uyğun gəlmir. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki halları, sübutların məcmusu və müəyyən edilmiş hallar arasında tam uyğunluq təşkil etməmişdir. Laçın Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini Şirvan Apellyasiya Məhkəməsindən xahiş etmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Dövlət Su X11 Suların Istifadəsinə və X8 Xidmətinin * saylı X3 Bölməsinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayətin dəlillərini iş materialları üzrə tədqiq edərək və proses iştirakçılarını dinləyərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə üçün Laçın Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-in 264.0.1-ci maddəsinə görə su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bundan başqa, Azərbaycan Respublikası IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. IXM-in 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Şikayətin dəlillərindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC birinci instansiya məhkəməsinin yanlış nəticəyə gəldiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Azərbaycan Dövlət Su X11 Suların Istifadəsinə və X8 Xidmətinin * saylı X3 bölməsinin ## ###### 2026-cı il tarixli *** nömrəli sərəncamı əsasında Laçın rayonu ərazisində “Su Məcəlləsi və suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması” məqsədilə nəzarət tədbirləri həyata keçirilmişdir. Keçirilən nəzarət tədbirləri zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin əməkdaşları tərəfindən daimi və qəsdli şəkildə tullantı sularının Şəlvə çayına axıdılması olduğu mübahisə predmetinə zəmin yaradan hal kimi qeyd olunmuşdur. Lakin faktiki vəziyyət bundan ibarət olmuşdur ki, həmin dövrdə intensiv yağıntılar, ərazidə texnikaların fasiləsiz işləməsi və tikinti düşərgəsində yaranmış müvəqqəti yüklənmə nəticəsində tullantı sularının toplandığı xüsusi quyunun (şambo) dolması baş vermişdir. Bu hal qısa müddətli texniki xarakter daşımış, daimi və məqsədli çirkləndirmə olmamışdır. Ən vacib məqam ondan ibarətdir ki, yaranmış vəziyyət müəyyən olunan kimi tərəflərindən dərhal tədbirlər görülmüş, xüsusi quyularda betonlama və digər texniki işlər aparılmış, tullantı sularının ətrafa yayılmasının qarşısı alınmış və problem tam şəkildə aradan qaldırılmışdır. Hazırda qeyd olunan nöqsanlar tamamilə aradan qaldırılmışdır. Bununla bağlı fotoşəkillər və digər təsdiqedici materiallar məhkəməyə təqdim olunur. Bundan əlavə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC ilə aidiyyəti publik hüquqi şəxs arasında məişət tullantılarının mütəmadi daşınması ilə bağlı müqavilə bağlanmış və tullantıların daşınması davamlı şəkildə həyata keçirilmişdir. Bu da şirkətin ekoloji tələblərə məsuliyyətli yanaşdığını göstərir. Inzibati icraat materiallarından, həmçinin görünür ki, nəzarət tədbirlərinin aparılması haqqında sərəncam ## ###### 2026-cı il tarixində verilmiş olsa da, yoxlama aktı və inzibati xəta haqqında protokol yalnız ## #### 2026-cı il tarixində tərtib edilmişdir. Bu müddət ərzində isə tərəflərindən mövcud texniki problem tam aradan qaldırılmış, aidiyyəti dövlət orqanları tərəfindən aparılmış sonrakı baxış zamanı vəziyyətin düzəldildiyi müəyyən edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, ## ###### 2026-cı il tarixdə * saylı X3 Bölməsi tərəfindən ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə məsələ ilə bağlı müraciət edilmiş, həmin idarənin əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş və intensiv yağıntılar nəticəsində dolmuş quyuda artıq betonlama və digər texniki işlərin aparıldığı, problemlərin tam şəkildə aradan qaldırıldığı müəyyən edilmişdir. Bununla bağlı aidiyyəti dövlət orqanı tərəfindən rəsmi cavab məktubu təqdim edilmişdir. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yoxlayıcı orqan düzgün qərar çıxarılması üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və sahibkarın xeyrinə olan halların nəzərə alınmasından imtina edilə bilməz. Hazırkı iş üzrə isə tullantı sularının idarə olunması üçün xüsusi quyu mövcud olmuş, vəziyyət müvəqqəti texniki xarakter daşımış, problem dərhal aradan qaldırılmış, aidiyyəti dövlət orqanı tərəfindən sonradan bu hal təsdiq edilmiş, təkrar pozuntu qeydə alınmamış, ətraf mühitə faktiki zərərin vurulması laborator analiz və ya ekspertiza ilə təsdiq edilməmişdir. Bundan başqa, yoxlama aktında qeyd edilən bəzi hallar yalnız vizual müşahidələrə əsaslanmış, tullantı sularının ətraf mühitə faktiki təsiri ilə bağlı obyektiv texniki sübutlar təqdim olunmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC uzun illərdir ölkədə, xüsusilə Qarabağ bölgəsində həyata keçirilən tikinti və bərpa layihələrində iştirak edir və fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çalışır. Şirkət üçün ekologiyanın qorunması və ətraf mühitə həssas yanaşma prinsipial əhəmiyyət daşıyır. Beləliklə, baş vermiş hal davamlı və qəsdli ekoloji hüquq pozuntusu deyil, qısa müddətli və sonradan tam aradan qaldırılmış texniki vəziyyət olmuşdur. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları nəzərdən keçirib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət vermiş, haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Inzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin apellyasiya şikayətində irəli sürdüyü su təsərrüfatı obyektlərinə, yəni su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğulara heç bir xəsarət və ziyan yetirməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, göstərilən xüsusat iş materialları ilə tam təkzib olunur. Həmçinin barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs göstərdiyi halları təsdiq edən hər hansı tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin şikayətində istinad etdiyi hallar onun IXMnin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətini istisna edən hallar deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin şikayətində göstərdiyi dəlillər inzibati məsuliyyətdən yayınmaya cəhd kimi qiymətləndirilməlidir və onun əməlində inzibati xəta tərkibinin olmaması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas verən hal kimi qəbul oluna bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSCnin Azərbaycan Respublikası IXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə aşağıda qeyd olunanlara görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-yə tətbiq edilmiş inzibati tənbeh ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası IXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası IXM-in 264.0.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üçün iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər üçün isə yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Apellyasiya məhkkəməsi törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, həmçinin məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin barəsində Azərbaycan Respublikası IXM-in 264.0.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmiş, habelə cərimənin məbləğini ən aşağı həddə müəyyən etməklə onun barəsində kifayət qədər ədalətli davranmışdır. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-yə tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-326/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-326/2026
24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver