Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-327/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlunun, məhkəmə iclası katibi X1 iştirakı ilə. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından apellyasiya protestinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Lənkəran Rayon Məhkəməsinin ## ### 2025-cı il tarixli *(***)-***/**** nömrəli qərardadından Lənkəran Rayon Prokuroru, R Azad Qarayev tərəfindən verilmiş apellyasiya protesti əsasında inzibati xəta haqqında işə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Protokol tərtib edən orqanlar-nin polis sahə rəisi, R X2 tərəfindən İXM-nin 227-ci maddəsi ilə ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Həmin prorokoldan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə, saat 13:00 radələrində Lənkəran şəhəri ərazisində “Starvay” şadlıq evinin önündə Zərərçəkmiş şəxs məxsus Samsung Qalaxy A 52 markalı mobil telefonu oğurlamışdır. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 227-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzə icraata xitam verilsin Lənkəran rayon prokuroru, R Azad Qarayev məhkəmənin qərarından apellyasiya protesti verilməsi üçün “buraxılmış prosessual müddətin bərpasına dair” vəsatətlə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ### 2025-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə (hakim: Anar Pənahov) Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından apellyasiya protesti verilməsi üçün “buraxılmış prosessual müddətin bərpasına dair” Lənkəran rayon prokuroru, R Azad Qarayevin vəsatəti təmin edilməmişdir. Lənkəran rayon prokuroru, R Azad Qarayev protestlə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından Lənkəran Rayon Prokuroru, R Azad Qarayev tərəfindən verilmiş protestin apellyasiya icraatına qəbul olunmasından imtina edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Lənkəran şəhər-rayon polis şöbəsinin istintaq bölməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs məxsus 300 manat qiymətində əmlakını açıq talayaraq soyğunçuluq etməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, eyni fakt üzrə Lənkəran Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin həmin qərarı sorğu edilərək ## ##### 2026-cı il tarixdə Protokol tərtib edən orqanlar-yə daxil olmuş və qeydiyyata alınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin ibtidai istintaqını aparan müstəntiq tərəfindən məhkəmənin həmin qərarından protest verilməsi ilə bağlı ##.##.2026-cı il tarixdə vəsatət verilmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim Murad Aslanov) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında ## ####### 2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən əməlində inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilmişdir. Başlanmış cinayət işi üzrə aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2025-ci il tarixdə soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaq qərarına gəlib, bu məqsədlə həmin gün saat 13 radələrində Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsində fəaliyyət göstərən “Starway” şadlıq sarayının ikinci mərtəbəsinə qalxıb orada rastlaşdığı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs yaxınlaşaraq guya tanışına zəng etmək üçün mobil telefon istədiyinə görə Zərərçəkmiş şəxs özünə məxsus “Samsung Galaxy A52” markalı mobil telefonu ona təqdim etdikdən sonra sonuncunun onu müşahidə etməsini şüurlu sürətdə anlayıb bunu dərk etdiyi şəraitdə ona əhəmiyyət verməyib Zərərçəkmiş şəxs gözləri qarşısında ani zaman kəsiyində mobil telefonu özü ilə aparmaqla oradan uzaqlaşıb Zərərçəkmiş şəxs məxsus 300 manat qiymətində “Samsung Galaxy A52” markalı mobil telefonu açıq talayaraq soyğunçuluq etmişdir Bununla da, o, Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Toplanmış sübutların məcmusu əsas verdiyindən, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müstəntiqin ## ###### 2026-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Lakin Azərbaycan Respublikası CPM-in 39.1.6-cı maddəsinə əsasən şəxs barəsində eyni ittiham üzrə məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Ona görə də hazırki iş üzrə məhkəmənin eyni fakt üzrə inzibati qərarının olması həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini istisna edir. Bu isə şəxsin cinayət məsuliyyətindən kənarda qalmasına səbəb olur. Göründüyü kimi Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından apellyasiya protestinin verilməsi müddəti Lənkəran Rayon Prokuroru, R Azad Qarayev tərəfindən ötürülməmişdir. Protestdə qərardadının ləğv edilməsini və apellyasiya protestin verilməsi müddətinin buraxılmamış hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs (üçüncü şəxs) səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə səlahiyyətli nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərardadının qanuniliyini və əsaslılığını iş materilları ilə birlikdə yoxlayaraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin ## ### 2025-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, inzibati xəta haqqında materiala baxılarkən Maraqlı şəxs (üçüncü şəxs) iştirak etməmişdir. Bu hal əsas verir ki, rayon prokurorluq orqanına qərardadın surəti göndərilməmişdir. Ona görə də hal-hazırdək vəizyyətdə Maraqlı şəxs (üçüncü şəxs) şikayət vermək üçün müddəti ptürməsi üzürlü hesab olunmalıdır. İXM-in 117-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qeyd olunan Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Apellyasiya məhkəməsi protestin dəlillərini, iş materilları ilə birlikdə yoxlayaraq hesab edir ki, vəzifəli şəxsin inzibati xəta haqqında iş üzrə qərarından şikayət vermə müddəti üzrlü sayılaraq bərpa edilməlidir. Yuxarıda gösərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Lənkəran Rayon Prokuroru, R Azad Qarayev tərəfindən verilmiş protest əsaslı olduğundan təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin ## ### 2025-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı ləğv edilməli, ötürülmüş prosessual müddət bərpa edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Lənkəran Rayon Prokuroru, R Azad Qarayev tərəfindən verilmiş apellyasiya protesti təmin olunsun. Lənkəran Rayon Məhkəməsinin ## ### 2025-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Lənkəran Rayon Prokuroru, R X3 Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025ci il tarixli qərarından apellyasiya protestinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilsin. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-327/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-327/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver