Məhkəmə qərarları › İş №3(3-9)-328/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-328/2026

17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-328/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Səlahiyyətli orqan - Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X10 Xidməti * saylı Lənkəran - Astara Regional bölməsinin nümayəndəsi Həsənov İbrahim Əliməmməd oğlunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 iştirаkları ilə, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi) ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İŞİN HALLARI: Birinci instansiya məhkəməsinin qərarından və iş materiallarından görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanında tullantı suları kənara təyinatsız axıdılmışdır. Buna görə də, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-in 262.2.3-cü maddəsi ilə səlahiyyətli orqan - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinin və X10 Xidməti * saylı Lənkəran-Astara Regional bölməsi tərəfindən ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Lənkəran Rayon Məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı İnzibati xəta haqqında iş üzrə qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qərarı əsassız və qanunsuzdur. İşə baxan hakim tərəfindən hərtərəfli ədalətli şəkildə deyil, birtərəfli və qanunsuz qəbul edilmişdir. Buna görə də ləğv edilməlidir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X10 Xidməti * saylı Lənkəran - Astara Regional bölməsinin qərəzli olaraq (konkret olaraq həmin qurumun əməkdaşı Həsənov İbrahim Əliməmməd oğlunun) məhkəməyə təqdim etdiyi protokolun və aktın məzmunundan və ya həmçinin inzibati xəta haqqında iş üzrə iş materiallarından aşkar surətdə bəllidir ki, sözügedən protokol və akt bütün hüquqları bölmə tərəfindən növbəti dəfə qərəzli və məqsədli olaraq kobud şəkildə pozulmaqla qəbul edilmişdir, təkrarən böhtana məruz qalmaqla törətdikləri eyni xüsusatlı əmələ görə inzibati tənbeh tədbirinə məruz qalmışdır. Sözügedən bölmə ilə aralarında anoloji mübahisəyə dair əvvəllər də törədilməmiş inzibati xəta ilə bağlı məhkəmə çəkişməsi mövcud olmuş, həmin məhkəmə çəkişməsi nəticəsində birinci instansiya məhkəməsində (Lənkəran Rayon Məhkəməsinin eyni hakimin ##.##.2025ci tarixli, iş №*(***)-***/**** saylı qərarı) həmin bölmənin haqsız olması sübut olunmuş, həmin bölmənin verdiyi apellyasiya şikayəti əsasında sonuncu instansiya məhkəməsi olan apellyasiya məhkəməsi (Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, iş № *(***)***/**** saylı qərarı) də özünün yekun və qəti qərarı ilə birinici instansiya məhkəməsinin qərarını haqlı olması qənaətinə gələrək, apellyasiya şikayətini təmin etməmiş, birinic instansiya məhkəməsinin qərarını qüvvədə saxlamış, nəticə etibarı ilə təqsir sübuta yetirilmədiyindən, sözügedən protokola və qərardada xitam verilmişdir. Lakin elə həmin iclasın nəticəsindən dərhal sonra, həmin qurumunun əməkdaşı Həsənov İbrahim Əliməmməd oğlu qəzəbli və qərəzli şəkildə növbəti protokol və qərardadla hədələyərək bildirimişdir ki, yeni protokollar tərtib ediləcək və nəyin bahasına olursa-olsun inzibati qaydada tənbeh tədbirinə məruz qalmaqda, MMC-nin cərimə olunmasına nail olacaq. Hazırki protokol və qərardad da məhz bu şəxsin növbəti və alternativ qanunsuz və qərəzli əməl və hərəkətlərinin bariz nümunəsidir. Əvvəlki protokol kimi, hazırki protokol da nqanunsuz və əsassızdır. Belə ki, əvvəlki protokolda olduğu kimi sözü gedən protokolla da guya ##.##.2026-cı il tarixində Lənkəran şəhəri, F.Məmmədov ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən tullantı sularının kənara təyinatsız axıdılması müəyyən edilmiş və buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC qısa müddət ərzində təkrarən əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətət cəlb olunaraq təkrarən məhkəməyə verilmişdir. Müəssisənin əraziində 4 ədəd şamba mövcuddur. Yağış və qar sularının, ümumiyyətlə tullantı sularıın axıdılması üçün nəzərdə tutulmuş kanala MMC tərəfindən hər hansı cirkab sualrı axıdılmır. MMC-nin qeyd olunan 4 şambası olduğundan, buna hər hanası ehtiyyac duyulmur. Şambalar mütəmadi olaraq təmizlənir. Bölmənin əməkdaşı İbrahim Həsənov təkrarən qərəzli şəkildə həmin əraziyə gəlib baxış keçirərkən, yenə də ona cirkli və tullantı sualrının axıdılmaması bildirilsə də, o özünün qərəzli və qanunsuz, yalan və böhtanla müşaiyət olunan əməllərini davam etdirərək, eyni şəxs barəsində, eyni inzibati mübahisə və ya xəta ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmasına baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə Qərarlarına və onların aliliyinə, qanunliyinə məhəl qoymadan özünün bədnam xarakterli hərəkətlərini, söz verdiyi kimi davam etdirərək növbəti qanunsuz və əsassız məhkəmə çəkişməsinin yaranmasına səbbə olmuş, bu hərəkəti ilə də MMC-nin sahibkarlıq fəaliyyətinə yenə də manə olmuş, işgüzar imicinə dəfələrlə xələl gətirmiş , eyni zamanda məhkəmənin də vaxtının alaraq qanunsuz çəkişmələrə zəmin yaratmışdır. Birinci instansiya məhkəmələrinin iclaslarında da qeyd etmişlər ki, sübutetmə yükü sözügedən qanunsuz protokolu tərtib etmiş şəxsin üzrətinə düşür. Qarşı tərəfin MMC tərəfindən sözügeən çirkab sularının kanala axıdılmasını təsdiq edən hər hansı bir mötərəbər sübutu yoxdur. Məhkəmə iş üzrə sözügedən qərarı qəbul edərkən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin təkrarən gətirdiyi anoloji xarakterli “dəlillərə” çox təzadlı şəkildə bu dəfə tamamilə başqa bir absurd prizmadan yanaşaraq bir növ özü özünün əvvəl verdiyi qərarın əksinə tam qanunsuz və əsassız bir qərar qəbul eməklə bir növ özünün əvvəlki qərarını şübhə altına qoymuş, bir növ özünün əvvəlki qərarının (apellyasiya instansiya məhkəməsi tərəfindən digər qərarla qüvvəsində saxlanılmışdır) qanunsuz olduğunu “etiraf etmişdir”. Birinici instansiya məhkəməsi şox qəribə şəkildə qeyd etmişdir ki, guya Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, mütəxəssis rəyi, eləcə də digər sənədlərlə və materiallarla sübta yetirilir. Amma, əslində yalnız “mütəxəssis rəyi” adlandırdığı absurd, qarma-qarışıq və qətiyyən sübut növü kimi istinad olunması istisna olunan həmin sənədə (qeyd: guya, mütəxəssis rəyidir, amma, mənbəyi, mənşəyi, hansı “mütəxəssis” tərəfindən tərtib olunduğu müəyyən olunmayan, yərtib edənlərin həqiqətən də bu sahə üzrə mütəxəssis olub-olmadığı bəlli olmayan, ümumiyyətlə şəxsiyyətləri müəyyən olunmayan şəxslər tərəfindən yazılmıış sadəcə yazılı bir kağız). PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı səlahiyyətli orqan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X10 Xidməti * saylı Lənkəran - Astara Regional bölməsinin nümayəndəsi Həsənov İbrahim Əliməmməd oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni və əsaslı nəticəyə gəldiyini göstərib, şikayətin təmin edilməməsini, məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinin dispozisiyasına görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Odur ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli aktdan və həmin gün tərtib edilmiş inzibati xəta haqqında protokoldan, eləcə də ##.##.2026-cı il tarixli foto və videogörüntülərdən görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən tullantı və yağış sularının qapalı və açıq kanala təyinatsız axıtması səbəbilə inzibati xəta aşkar olunmuş, MMC-nin direktoru X3 protokolu imza etməkdən imtina etmişdir. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən verilmiş birgə mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir:

1. ##.##.2026-cı il tarixə təqdim olunan video görüntülərdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə rabitə və enerji kommunikasiya şəbəkələrinə) axıdılması müşahidə edilmir.

2. Əraziyə obyektlərdən baxış keçirilən zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMС-yə məxsus və ətrafında olan digər obyektlərdən quyulara qurunt və çirkab suların axıdılması müşahidə olundu. (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-in nümayəndələri mövcud suyun qonşu obyektdən axıdılmasını bildirdi. Birlikdə baxış keçirilən zaman qonşu obyektdən də qurunt suların fasilələrlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ərazisinə axıdılması müşühidə edilsə də, qonşu obyektdən qurunt sular vurulmayan zaman da quyulara su axıntısı aşkar edildi.

3. ##.##.2026-cı il tarixdə qeydə alınmış videogörüntülərdə quyuya axıdılan suyun mənbəyini və həmin suyun təyinatlı və ya təyinatsız axıdılmasını qismən təyin etmək mümkün olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus olmayan ətrafdakı obyektdən qurut suları fasilələrlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ərazisində olan drenaj kanallara vurulması müşahidə edildi. Bundan əlavə sözügedən qonşu obyektlərdən su vurulmayan zamanlarda da quyulara suyun axıdılması müşahidə edilir. Ərazidə olan xətlərin təsdiq olunmuş sxemi olmadığından axıdılan suyun mənbəyini tam dəqiqləşdirmək mümkün olmamışdır. ##.##.2026-ci il tarixində sözügedən əraziyə baxış keçirilən zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus şambodan (kanalizasiya anbarı) ərazidə olan quyulara birləşmənin olması, lakin sonradan betonlanaraq tıxaclanması müşahidə edildi. Qeyd edilən rəy üzrə məhkəmə iclasında izahat vermiş X4 Sistemləri İstismarı idarəsinin rəis müavini X2 göstərmişdir ki, rəydə qeyd edilən birinci cavab üzrə görüntülərdə (##.##.2026) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə rabitə və enerji kommunikasiya şəbəkələrinə) axıdılması müşahidə edilməmiş, lakin görüntülərdə yağış və qar sularının axıdılması üçün nəzərdə tutulmuş kanal üzərində yerləşən birinci quyuya suyun axıdıldığı görünür. Rəy tərtib edilərkən suların yalnız çöllərə, küçələrə rabitə və enerji kommunikasiya şəbəkələrinə axıdılmamaması nəzərdə tutulduğundan, bilvasitə suların yağış və qar sularının axıdılması üçün nəzərdə tutulmuş kanala axıdılmadığı qeyd edilmişdir. Bundan başqa həm ##.##.2026-cı il tarixdəki görüntülər, həm də ##.##.2026-cı il tarixdə baxış keçilərkən yağış və qar sularının axıdılması üçün nəzərdə tutulan kanala suların axıdılması müşahidə edilmiş, həmin suların həqiqətən qonuşluqda yerləşən obyektən də axıdılması halı olmuş olsa da, axan suyun həcmi, eləcə də qonşuluqda yrləşən obyektdən suyun axıdılmadığı zaman da qeyd edilən kanala Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən quyuya birləşən borulardan suyun axıdılmasına görə həmin suların bir qisminin məhz qeyd edilən MMC-də formalaşmasını deməyə əsas verir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları nəzərdən keçirib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət vermiş, haqlı olaraq hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin çirkab suları təyinatsız olaraq axıtması, beləliklə də İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. Barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi göstərdiyi halları təsdiq edən hər hansı tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, həmçinin onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Elçin Ağayev şikayətində istinad etdiyi halların doğruluğu ilə razılaşsaq belə, göstərilən xüsusat da öz-özlüyündə onun İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətini istista edən hal deyildir. Belə olan halda, apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətdə göstərdiyi dəlillər inzibati məsuliyyətdən yayınmaya cəhd kimi qiymətləndirilməlidir və onun əməlində inzibati xəta tərkibinin olmaması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas verən hal kimi qəbul oluna bilməz. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətinin əsas dəlillərindən biri də ondan ibarətdir ki, şikayət müəllifi hesab edir ki, artıq eyni predmet-inzibati xəta ilə əlaqədar olaraq səlahiyyətli orqan tərəfindən 2-ci dəfədir ki, inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci tarixli qərarı ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-in 262.2.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qərar qüvvədə olduğu halda səlahiyyətli orqan tərəfindən ## ###### 2026-cı il tarixdə yenidən həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materialları ilə müəyyən edilir ki, səlahiyyətli orqan ADSEA tərəfindən hüquqi şəxs barəsində İXM-in 262.2.3-cü maddəsi ilə ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Lənkərah Rayon Məhkəməsinin ##.##.2025-ci il tarxili qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Səlahiyyətli orqan tərəfindən ## ###### 2026-cı il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## ###### 2026-cı il tarixdə törədilmişdir. Göründüyü kimi, burada söhbət eyni inzibati xətadan getmir. Birinci dəfə inzibati xəta ##.##.2025-ci il tarixdə törədilibsə ikinci dəfə inzibati xəta ##.##.2026-cı il tarixdə törədilmişdir. İXM-in imperativ xarakterli 9.2-ci maddəsində qeyd edilir ki, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Apellyasiya məhkəməsi bu dəlillərlə razılaşmayaraq qeyd edir ki, müdafiə tərəfinin eyni əmələ görə hüquqi şəxsin təkrar inzibati məsuliyyətə cəlb edildiyi barədə arqumenti iş materialları ilə təsdiq olunmur. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə ##.##.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə isə hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bununla yanaşı, səlahiyyətli orqan tərəfindən ##.##.2026-cı il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hüquqi şəxs tərəfindən ##.##.2026-cı il tarixədək davam etdirilmiş və həmin tarixdə yenidən aşkar edilmişdir. Uzanan inzibati xəta hüquqazidd vəziyyətin müəyyən müddət ərzində fasiləsiz davam etdirilməsi ilə xarakterizə olunur. Belə xətalarda inzibati məsuliyyətə cəlbetmə üçün əsas hüquqazidd vəziyyətin aşkar edilməsi anında mövcud olmasıdır. Şəxs inzibati məsuliyyətə cəlb olunduqdan, yaxud onun barəsində inzibati icraat aparıldıqdan sonra hüquqazidd vəziyyəti aradan qaldırmır və həmin vəziyyəti davam etdirirsə, onun hərəkəti yeni inzibati məsuliyyətin yaranmasına səbəb olur. Bu baxımdan, ##.##.2025-ci il tarixdə aşkar edilmiş hüquqazidd vəziyyət sonradan aradan qaldırılmamış, əksinə ##.##.2026-cı il tarixdə də mövcud olmuşdur. Deməli, sonuncu protokol əvvəlki inzibati xəta üzrə aparılmış icraatın təkrarı deyil, hüquqi şəxs tərəfindən davam etdirilən uzanan inzibati xətanın sonrakı dövrdə mövcudluğunun aşkar edilməsi ilə bağlı tərtib edilmişdir. Odur ki, burada eyni inzibati xəta hadisəsinə görə təkrar məsuliyyətə cəlbetmədən deyil, hüquqi şəxsin inzibati qanunvericiliyin tələblərini pozmaqda davam etməsi nəticəsində yaranmış yeni inzibati məsuliyyətdən söhbət gedir. Bu səbəbdən də “bir əmələ görə iki dəfə məsuliyyətə cəlb etmə” (non bis in idem) prinsipi tətbiq oluna bilməz. Qeyd olunanlardan belə yekun nəticə hasil olur ki, ##.##.2025-ci il tarixli qərarla (##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokola münasibətdə) inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin təqsiri sübuta yetirilmədiyinə görə xitam verilməsi hüquqazidd vəziyyətin mövcud olmadığını deyil, həmin tarixədək təqsirin sübut edilmədiyini göstərir. Əgər hüquqazidd vəziyyət sonradan da davam etmiş və ##.##.2026-cı il tarixdə yenidən aşkar edilmişdirsə, bu artıq yeni inzibati-hüquqi qiymətləndirmənin predmetidir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə tənbeh tətbiq edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinin nisbi-müəyyən sanksiyasında fiziki şəxslər üçün yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üçün səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər üçün isə iki min manatdan üç min manatadək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq birinci instansiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində İXM-in 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmiş, habelə cərimənin məbləğini (2.000 manat) ən aşağı həddə müəyyən etməklə onun barəsində kifayət qədər ədalətli davranmışdır. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə tətbiq edilmiş inzibati tənbeh tədbiri ədalətli olmuşdur. Beləliklə də, apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar