Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-329/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında qərardan X4 tərəfindən verilmiş şikayət üzrə Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin vəzifəli şəxsinin ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təxminən 10 ildir ki, Lənkəran rayonu, Kənarmeşə kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində işləyir. Azəbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən ## ##### 2026-cı il tarixdə qəbul edilmiş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası IXM-in 271-ci maddəsi ilə təqsirli hesab edilərək inzibati qaydada 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, sözügedən qərar onun hüquqlarımın kobud şəkildə pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, həmin qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, ## ##### 2026-cı il tarixdə qəbul edilmiş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilən yandırılma halı qətiyyən onun tərəfindən icra olunmamışdır. ##.##.2026-ci il tarixdə Lənkəran rayonu, Kənarmeşə kənd tam orta ümumtəhsil məktəbinin həyətinin təmir işləri aparılan hissəsində yığılmış tullantıların nə vaxt, hansı şəraitdə və konkret olaraq kim (sonradan aldığı məlumata görə məktəbin dalandarı tərəfindən edilmişdir.) tərəfindən yandırılmasından qətiyyən məlumatı yoxdur. Rəhbərlik etdiyi məktəbdə hər hansı bir şəxsə təmir işləri ilə bağlı məktəbin həyətində yığılmış tullantıların yandırılmasını şifahi və ya yazılı formada həvalə etməmişdir. Bu səbəbsən də hesab edir ki, sözügedən qərar qəbul edilərkən IXM-in tələbləri pozulmaqla qəbul edilmişdir. Yəni, konkret olaraq onun sözügedən inzibati xətanın təqsirli olaraq törədilməsində hər hansı formada təqsirinin olması sübuta yetirilməmişdir. Lakin buna baxmayaraq * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən barəsində Azərbaycan Respublikasının IXMnin 271-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Bununla da inzibati orqan tərəfindən araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, qanunsuz və əsassız qərar qəbul edilməklə həmin inzibati xətanı aradan qaldıracaq şübhələr aydınlaşdırılmamışdır. Həmin şübhələrdən ən əsası isə qəbul edilmiş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarda ## #### 2026-cı il tarixində yandırılan tullantıların məhz tərəfindən törədilməsində təqsirinin olmasını təsdiq edən mötəbər sübutun olmamasıdır. Bu səbəbdən də hüquqlarının müdafiəsi üçün hazırkı şikayətlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Nicat Ağabəyov) ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin vəzifəli şəxsinin ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilmişdir. Qeyd olunan qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən qeyd olunan qərar qəbul edilərkən işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərə alınmayaraq nəticədə maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayəti qismən təmin edərək, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək Inzibati xəta haqqında işi yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilməsi barəsindəki ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarını Qərardan şikayət verən orqan (şəxs) subyektiv fikirlərinə istinadən, faktiki inzibati xəta hadisəsinin baş verdiyini nəzərə almadan qəbul etmişdir. Məhkəmə inzibati xəta haqqında qərar qəbul etmiş orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən məktəbin direktoru və dalandarının izahatlarının alınmaması, məktəbin cari təmir prosesində yaranan tullantıları daşınması ilə bağlı kimlərin öhdəlik daşıması ilə bağlı xüsusatların ətraflı şəkildə araşdırılmadan, yalnız ərazidə fotoşəkillər çəkilməklə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin fotoşəkillər əsasənda inzibati xəta haqqında qərar qəbul etmiş orqan yanlış nəticəyə gəlmiş, məktəbin ərazisində tullantıların qalaqlanması və yandırılmasının Lənkəran rayonu Kənarmeşə kənd tam orta ümumtəhsil məktəbinin direktoru Qərardan şikayət verən orqan (şəxs) təqsirindən baş verməsi barədə kifayət qədər və mötəbər sübutlar əldə etmədən onun barəsində ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın işin əhəmiyyətli hallarını nəzərdən qaçırması və araşdırmanı tam və hərtərəfli aparmadan qərar qəbul etməsi qənayətinə gəlmişdir. Lakin inzibati xəta hadisəsinin baş verdiyi, ərazidə məktəbin zibillərinin atılması və yandırılması barədə foto sübutları və sair amilləri nəzərə almamışdır. Lənkəran Rayon Məhkəməsinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilərək, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edərək Inzibati xəta haqqında işin yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilməsi barəsindəki ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı düzgün deyil və ləğv olunmalıdır. Belə ki, ətraf mühitin mühafizəsi tələblərinə uyğun olaraq ekoloji tarazlığın qorunması və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə və müvafiq qanunvericiliyin aktlarına riayət olunması vəziyyətinə nəzarəti həyata keçirmək, ekoloji qanunvericiliyin tətbiq olunması məqsədilə bir başa əmək funksiyasını həyata keçirən şəxs Kənarmeşə kənd ümumtəhsil tam orta məktəbinin ərazisində inzibati xətanı aşkar etmiş və yerindəcə apardığı araşdırmadan inzibati xətanın məktəbin direktoru Qərardan şikayət verən orqan (şəxs) tapşırığına görə baş verdiyi sonuncu tərəfindən təsdiqlənmiş - məktəb direktoru şəxsən arayış tərtib edərək müfəttişə təqdim etmişdir. ##.##.2026 tarixli ** nömrəli arayışında Qərardan şikayət verən orqan (şəxs) ərazidə müşahidə olunan tullantıların məktəbə aid olduğunu, təmizlik məqsədi ilə bir yerə yığılıb qalaqlanmasını, habelə tullantıların atılması üçün müvafiq müqavilənin olmadığını qeyd etmişdir. Bunların əsasında yerində akt və inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sorakı dövrdə də, məsələ ilə bağlı Qərardan şikayət verən orqan (şəxs) arqument kimi yalnız inzibati xətanın törədilməsinin bilməməzlikdən baş verdiyini gətirmiş, Idarədən inzibati xətanı olmamış kimi qəbul etməsini, tərtib edilmiş sənədlərin ləğv edilməsini israrla və yüksək emosional vəziyyətdə tələb etmişdir. Qərardan şikayət verən orqan (şəxs) qanunvericilik izah edilmiş və baş vermiş inzibati xəta hadisəsinin mahiyyəti ona izah edilmişdir. Baxmayaraq ki, iş üzrə məhkəmə baxışında Qərardan şikayət verən orqan (şəxs) yenədə subyektiv fikirləri ilə işin ləğv edilməsini istəsə də heç bir yeni sübut və ya işin mahiyyətin dəyişən dəlil təqdim etməmişdir. Məhkəmə də iş üzrə fikirlərini qeyd edən Qərardan şikayət verən orqan (şəxs) helə öz çıxışında qeyd edilənlərin həqiqətən baş verdiyini təstiq etsə də, məhkəmə bunlara əhəmiyyət verməmiş, nəticə olaraq şikayəti qismən təmin etmişdir. Işin faktiki mahiyyətin kənara qoraq məhkəmə “... iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Lənkəran rayonu Kənarmeşə kənd tam orta ümumtəhsil məktəbinin ərazisində tullantıların qalaqlanması qaydalarının pozulması və yandırılma faktına görə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə 2000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Astara Regional Idarəsi tərəfindən Lənkəran rayonu Kənarmeşə kənd tam orta ümumtəhsil məktəbinin direktoru Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, məktəbin cari təmiri prosesində yaranan tullantıların idarə olunması və ərazidən daşınması məsələsi imzalanmış podrat müqaviləsinin şərtlərinə uyğun olaraq birbaşa icraçı (podratçı) şirkətin öhdəliyinə verilmişdir. Təmir işlərinin gedişatı zamanı yaranan bütün növ tullantıların daşınması podratçı şirkət tərəfindən həyata keçirilməsi üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə bu nəticəyə gəlir ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın gəldiyi nəticə əsassızdır” mülahizəsi yürüdərək "... belə olan halda yenidən araşdırma zamanı inzibati xəta haqqında qərar qəbul etmiş orqan tərəfindən aidiyyəti maraqlı şəxslərin izahatları alınmalı, məktəbin cari təmiri prosesində yaranan tullantıların idarə olunması və ərazidən daşınması məsələsi imzalanmış podrat müqaviləsi əldə edilməli, həmin müqavilə üzrə təmiri prosesində yaranan tullantıların idarə olunması və ərazidən daşınması öhdəliyinin hansı subyektlərə şamil edildiyi müəyyən edilməli, digər zəruri qanunamüvafiq hərəkətlər yerinə yetirilməli, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları araşdırmalıdır” qənayətinə gəlmişdir. Hansı ki, təmir bərpa işləri aparılan ərazi və inzibati xəta hadisəsi baş verən ərazi eyni deyil. Faktiki mövcüd subutlar isə (Akt, inzibati xəta haqqında protokol, foto sübutlar, ##.##.2026-cı il tarixli ** nömrəli arayış) yox kimi hesab edilmişdir. Nəticədə də, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilərək, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edərək inzibati xəta haqqında işin yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilməsi barədə ## ### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərar qəbul etmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının əsassız və qanunsuz olmasının birbaşa sübutudur. Məhkəmə işin obyektiv, hərtərəfli araşdırılması üçün iş üzrə olan sübutları, məhkəmə baxışında Qərardan şikayət verən orqan (şəxs) çıxışını, hakimin suallarına onun cavabları inzibati xəta hadisəsi faktını və təqsirini etiraf etməsi kimi qəbul edilə bilərdi, lakin nəzərə almamışdır. Bu səbəbdən apelyasiya şikayəti təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ləğv edilməsini, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin MN ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, apellyasiya şikayətini işin materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Lənkəran rayonu Kənarmeşə kənd tam orta ümumtəhsil məktəbinin ərazisində tullantıların qalaqlanması qaydalarının pozulması və yandırılma faktına görə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə 2000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Astara Regional Idarəsi tərəfindən Lənkəran rayonu Kənarmeşə kənd tam orta ümumtəhsil məktəbinin direktoru Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, məktəbin cari təmiri prosesində yaranan tullantıların idarə olunması və ərazidən daşınması məsələsi imzalanmış podrat müqaviləsinin şərtlərinə uyğun olaraq birbaşa icraçı (podratçı) şirkətin öhdəliyinə verilmişdir. Təmir işlərinin gedişatı zamanı yaranan bütün növ tullantıların daşınması podratçı şirkət tərəfindən həyata keçirilməsi üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyə edilmişdir Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə olan halda yenidən araşdırma zamanı inzibati xəta haqqında qərar qəbul etmiş orqan tərəfindən özünün, dalandarın, podrat müqaviləsi əsasında işləri görən fəhlələrin izahatları alınmalı, məktəbin cari təmiri prosesində yaranan tullantıların idarə olunması və ərazidən daşınması məsələsi imzalanmış podrat müqaviləsi əldə edilərək tədqiq edilməli, həmin müqavilə üzrə təmiri prosesində yaranan tullantıların idarə olunması və ərazidən daşınması öhdəliyinin hansı subyektlərə şamil edildiyi müəyyən edilməli, digər zəruri qanunamüvafiq hərəkətlər yerinə yetirilməli, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları araşdırmalıdır. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Inzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Azərbaycan Respublikası IXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Yeni araşdırma zamanı qərarın təsviri hissəsində yuxarıda göstərilən bütün xüsusatlar tam, hərtərəfli araşdırılmaqla hüquqi nəticə verilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh edilənlərə və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə baxılması üçün işin materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-329/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-329/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver