Məhkəmə qərarları › İş №3(3-9)-330/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-330/2026

17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-330/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Lerik Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim X1) hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İŞİN HALLARI: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Səlahiyyətli orqan - Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə apellyasiya şikayəti verərək, Lerik Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müəllif apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il *(*-***)-**/**** nömrəli qərarına əsasən (hakim Yusif Zeynalov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Aşağıdakı əsaslara görə hesab edilir ki, Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il *(*-***)-**/**** nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, X2 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməlidir. ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəzifəli şəxsi İmanov Famil Kamran oğlu Azərbaycan Respublikası IXM-nin 469-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1.500 (min beş yüz) manat inzibati cərimə tətbiq edilmişdir və həmin qərar qüvvəyə minmişdir. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi halda könüllü ödənilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsi ilə müəyyən edilmiş tədbirlərin görülməsi məhz qərarı qəbül edən səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. İmanov Famil Kamran oğlunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də rəsmi işləməsi və əmək haqqı alması ilə əlaqədar X2 Xidməti İXM-nın 150-ci maddəsinin tələblərinə əsasən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 1500 manat məbləğində cərimənin ödənilməsinin təmin edilməsi məqsədi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli xəbərdarlıq məktub ünvanlamışdır. Sözügedən cərimənin əmək haqqından tutulması ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbərliyi tərəfindən hər hansı tədbir görülmədiyindən İXM-nın 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Sadalanan tədbirlərə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Xidmətin qanuni göstərişinə əsasən 1500 manat cərimənin ödənilməsi ilə əlaqədar hər hansı vəsaitin köçürülməsi təmin edilməmişdir. Bu səbəbdən həm hüquqi şəxs, həm də vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi X2 Xidməti tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb İnzibati məsuliyyətə cəlb edilmiş şəxsin cəriməsinin tutulması üçün işəgötürənin İXM-nın 150.1-ci maddəsinin tələblərini saymayaraq heç bir tədbir görməməsi olmuşdur. Həmçinin, işəgötürənlərin bu kimi hərəkətləri şəxsin törətdiyi əmələ görə məsuliyyət daşıması və qanunlara əməl etmək ruhunda tərbiyələndirilməsi yolunda maneələr törədir, habelə heç bir lüzum olmadan İcra orqanlarının işinin əsassız artmasına gətirib çıxarır. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 1500 manat cərimənin ödənilməsi ilə bağlı heç bir tədbir görülməmiş və qanunvericiliyin tələbləri pozulmuşdur. Belə olan halda X2 Xidməti tərəfindən MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol qanuni və əsasladır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, lakin nümayəndələr məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Apellyasiya məhkəməsi qanunvericiliyin tələbinə əsasən məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsini qanunamüvafiq hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialı ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Lerik Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in 529.1-1-ci maddəsinin dispozisiyasına görə bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

13. İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, səlahiyyətli orqan - Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında X2 Xidməti tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin sərəncamverici direktoru İmanov Famil Kamran oğlu barəsində ##.##.2025-ci il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərək İXM-in 469-1-ci maddəsi ilə 1500 manat məbləğində inzibati qaydada cərimə olunmuş, qeyd edilən qərar F.İmanovun əmək haqqından hər ay 25% olmaqla 1.500 manat məbləğində inzibati cərimənin ödənilməsi üçün ##.##.2025-ci il tarixli məktubla hüquqi şəxsin ünvanına göndərilsə də, məhkəmə iclasında aparılmış araşdırma ilə hüquqi şəxsin sərəncamverici direktoru F.İmanovun # ######## 2025-ci il tarixindən ## #### 2026-cı il tarixinədək öz hesabına məzuniyyətə buraxıldığı və həmin tarixindən məzuniyyətdə olduğu, ona 2025-ci ilin dördüncü rübü üzrə heç bir əmək haqqının hesablanmadığı, bu səbəbdən onun gəlirindən heç bir tutulma aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Bununla da, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı təsdiqini tapmamışdır. Bununla da, əməldə İXM-in 529.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində qeyd olunan maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin qərarında tədqiq olunmuş sübutlar ətraflı şəkildə təsvir olunduğundan apellyasiya məhkəməsi prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Apellyasiya məhkəməsi aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin qərarının əsaslı olduğu qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin sərəncamverici direktoru F. İmanov # ######## 2025-ci il tarixindən ## #### 2026-cı il tarixinədək öz hesabına məzuniyyətə buraxılmış və həmin dövr ərzində faktiki olaraq əmək funksiyasını yerinə yetirməmişdir. Eyni zamanda, ona 2025-ci ilin dördüncü rübü üzrə əmək haqqı hesablanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi həmin Məcəllənin 150.5.1-ci maddəsində göstərilən subyektlər tərəfindən inzibati cərimənin icrası ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməməsini nəzərdə tutur. Lakin inzibati məsuliyyətin tətbiqi üçün şəxsin əməlində inzibati xəta tərkibinin bütün elementləri, o cümlədən təqsir elementi mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, F.İmanovun məzuniyyətdə olması və ona əmək haqqı hesablanmaması səbəbindən onun gəlirindən hər hansı məbləğin tutulması obyektiv olaraq mümkün olmamışdır. Şəxsin iradəsindən asılı olmayan hallarda qanunla nəzərdə tutulmuş hərəkətin yerinə yetirilməməsi isə qəsd və ya ehtiyatsızlıq formasında təqsir kimi qiymətləndirilə bilməz. Beləliklə də, F.İmanov inzibati cərimənin icrası ilə bağlı tədbirləri bilərəkdən və ya səhlənkarlıq nəticəsində yerinə yetirməmiş şəxs hesab edilə bilməz. Əksinə, gəlirin olmaması səbəbindən tutulmanın aparılması hüquqi və faktiki cəhətdən mümkün olmamışdır. Bu səbəbdən onun əməlində İXM-in 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın subyektiv tərəfi, yəni təqsir elementi mövcud deyildir və inzibati məsuliyyət üçün zəruri olan xəta tərkibi formalaşmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.2. inzibati xəta tərkibi olmadıqda. 109.2. Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə də, apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də səlahiyyətli orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lerik Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 38, 53, 133-136-cı maddələrini rəhbər tutaraq,

QƏRARA ALDI:

Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar