Məhkəmə qərarları › İş №3(3-9)-332/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-332/2026

22.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-332/2026 22.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlu, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru nümayəndə1 iştirakı ilə. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair İmişli Rayon Məhkəməsinin 3(5-131)-398/2026 saylı, ## ### 2026-cı il tarixli qərarından barəsində inzibati haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Protokolu tərtib edən orqan hüquq və təşkilatı işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## ##### 2026-cı il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 20000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Bankda olan hesabından ## #### 2024-cü il tarixində Azərbaycan Respublikasından avans olaraq ölkə xaricinə köçürmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3- cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 20000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İmişli Rayon Məhkəməsinin 3(5-131)-398/2026 saylı, ## ### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 20000 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 4000 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə1 məhkəmənin həmin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, İmişli rayon Məhkəməsinin ## ### 2026-cı tarixli *(*-***)-***/**** saylı qərarı ləğv edilməlidir. Belə ki, işə baxan hakim tərəfindən gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi və işin halları hərtərəfli, tam və obyektiv araşdırılmaması əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. İş materiallarından göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud qanunvericiliyin tələblərinə uyğun hüquqi prosesləri normal qaydada həyata keçirmişdir. Başqa sözlə desək sözü gedən iş üzrə Gömrük bəyannaməsi aidiyyatı üzrə təqdim ediləndə orada “20” rəqəmi əvəzinə texniki səhv kimi “02” rəqəmi yazılmışdır. Buda diqqətdən yayınmış, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iki il müddətinə köçürmələr üzrə idxal olunan mal və ya xidmətin idxalını təsdiq edən müvafiq sənədlərin “xxxx” ASC-yə təqdim edilməmiş kimi göstərilmişdir. Həmçinin iki il müddət ərzində “xxxx” ASC tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə bu işlə bağlı hər hansı xəbərdarlıq və pretenziya olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti bu işlə bağlı Azərbaycan Respublikasının Məkəzi Bankının müvafiq məhkəməyə müraciətindən sonra məlumatı olmuşdur. Göstərilənlərə əsasən "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 20000 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 4000 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri barədə İmişli rayon Məhkəməsinin ## ### 2026cı tarixli *(*-***)-***/**** saylı qərarını ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru nümayəndə1 apellyasiya şikayətininin dəlillərini müdafiə edərək bildirdi ki, bank rekvizitləri ilə 2023-cü ildən həm “RabitəBank”, həmdə “xxxx”-da və digər banklarda ödənişləri olub və müqavilə üzrə malın ödənişini etmişlər. Gömrük bəyannaməsində texniki səhv olub, ödədikləri tək 20.000 ABŞ dolları dəyərində deyil, 23 konteyner mal alınıb, hər biri 13.000 AZN civarında və o qədər də pul ödənilib. 23 konteynerin bəyannamələri Gömrük Komitəsinin sistemində var. Sadəcə iki müqavilədə onların müqaviləsi və PİN kodu səhv yazılıb və hər iki müqavilə də texniki səhv olaraq onların brokeri tərəfindən alınıb. Digər bütün müqavilə üzrə mal ölkəyə idxal olunub və Banka tanınıb. Odur ki, İmişli rayon Məhkəməsinin ## ### 2026-cı tarixli *(*-***)-***/**** saylı qərarını ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun məlumat verilməsinə baxmayaraq Protokolu tərtib edən orqann səlahiyyətli nümayəndələri gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində əməlində inzibati xəta hadisəsinin olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Şikayətin məzmunundan görünür ki, FZ Ceramic" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas dəlili avans yolu ilə ödənilmiş vəsaitinə dair malların qaydalara əsasən müəyyən olunmuş vaxt ərzində idxal edilməsində olan gecikmənin obyektiv səbəblə bağlı olması ilə bağlıdır. Bununla əlaqədar olaraq məhkəmə aşağıdakı sübutları yenidən tədqiq etməyi zəruri hesab edir. «xxxx» ASC-nin KB-***/*-***/**** saylı Protokolu tərtib edən orqan ünvanlanmış məktubu ilə bildirilmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2 (iki) il müddətinə köçürmələr üzrə idxal olunan mal və ya xidmətin idxalını təsdiq edən müvafiq sənədləri «xxxx» ASC-ə təqdim etməmişdir. ##.##.2023-cü il tarixli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” şirkəti arasında bağlanmış müqavilədən görünür ki, məhsulların satışı ilə bağlı razılığa gəlinmişdir. OX* saylı ##.##.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 20000 dollar “xxxx” şirkətinin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin məktubunda qeyd olunub ki, 01251000443339, 01251000441117 sorğu nömrəli gömrük bəyannamələri üzrə müvafiq olaraq 26006547, ******** nömrəli düzəliş üçün sifarişlər tərtib edilərək araşdırılması üçün Dövlət Gömrük Komitəsinə ünvanlanmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə edilmiş sorğuya ## #### 2026-cı il tarixli cavab məktubunda qeyd olunub ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən təqdim olunmuş ödəniş sənədinin 70-ci qrafasında qeyd edilmiş invoys ilə gömrük bəyannamələrində bəyan edilən invoys eynilik təşkil etmədiyindən, məktubda göstərilən düzəlişlərin aparılması məqsədəmüvafiq hesab olunmur. Beləliliklə, apellyasiya baxışında şikayətin dəlilləri yoxlanılmış və qeyd olunan sübutlara, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ## #### 2026-cı il tarixli cavab məktubuna əsasən müəyyən edilmişdir ki, həmin hallar öz təsdiqini tapmır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən «İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar …., digər sənədlərlə, ….., inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir». Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən “Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir.”. Məhkəmə qanunun qeyd olunan normalarına əsasən hesab edir ki, yuxarıda qeyd olunan sənədlər və inzibati xəta haqqında protokol qanunla müəyyən edilmiş qaydada əldə edildiyindən, iş üzrə sübutlar hesab olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə “inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi)”, “inzibati xəta törətmiş şəxs”, “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Yuxarıda qeyd olunan, eləcə də, iş üzrə toplanmış digər sübutların məcmusu ilə müəyyən edilir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## #### 2024-cü il tarixində 20000 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin, həmin ödənişdən 20000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq banka təqdim edilməmişdir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında protokolun, eləcədə məhkəmə qərarının qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, İXM-in 135.1.1.-135.1.6-cı maddələrinə əsasən şikayət verilmiş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsinin gədiyi nəticələr inzibatı tənbeh vermə haqqında qərarın faktiki hallarına uyğundur, iş üçün əhəmiyyətli olan hallar sübuta yetmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdur. Ona görə də İmişli Rayon Məhkəməsinin 3(5-131)-398/2026 saylı, ## ### 2026-cı il tarixli qərarı qanuni hesab edilməli, verilmiş şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə1 tərəfindən verilmiş şikayət təmin olunmasın. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair İmişli Rayon Məhkəməsinin 3(5-131)-398/2026 saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar