Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-333/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Səlahiyyətli orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 253.3.1-ci və 253.5.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından inzibati protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-in 253.3.1ci və 253.5.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim X3) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin IXM-in 253.3.1-ci və 253.5.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarından narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi əvəzi Oqtay Şahmurov şikayət verərək, Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-in 253.3.1-ci və 253.5.1-ci maddələri ilə tərtib olunmuş ## ##### 2026-cı il tarixli MN seriyalı 2494888 protokola əsasən məsuliyyətə cəlb edilməklə cərimə edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN VƏ ŞIKAYƏTƏ ETIRAZIN DƏLILLƏRI: Şikayət onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, iş 3(5-106)-344/2026 Ns-li qərarını aşağıdakı əsaslara görə əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, ***** nömrəli aktdan görünür ki, Ağcabədi rayonunda Qarabağ və Hindarx suvarma kanalları arasındakı ərazidə ağacların kəsilməsi ilə bağlı * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə müraciət daxil olmuşdur. Sözügedən əraziyə baxış keçirilən zaman diametri 10 sm olan 4 ədəd, diametri 14 sm olan tut ağacı, diametri 20 sm olan bir ədəd qarağac ağacı, diametri 8 sm olan bir ədəd əncir ağacı, diametri 28 sm olan bir ədəd tut ağacı, diametri 26 sm olan bir ədəd söyüd ağacı və diametri 40 sm oan bir ədəd tut ağacının kök boğazdan kəsildiyi və diametri 8 sm olan beş ədəd tut ağacının 0,6 metr hündürlükdən kəsildiyi və diametri 20 sm olan 1 metr hündürlükdən kəsildiyi və on ədəd böyürtkən kolunun ərazidən təmizləndiyi müəyyən edilmişdir. Eyni zamanda həmin ərazidə su borularının yaxınlığında diametri 30 sm olan tut ağaclarının bəzi budaqlarının kəsildiyi müəyyən olunmuşdur. Qeyd edilən ağacların kəsilərkən hansı bioloji inkişafda olmalarının müəyyən edilməsi məqsədilə * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin mütəxəssisi dəvət olunmuş, baxış keçirilən zaman diametrləri 10 sm olan dörd ədəd tut ağacı, diametrləri 8 sm olan beş ədəd tut ağacı (0,6 metr hündürlükdən kəsilmiş) və 10 ədəd böyürtkən kolunun kəsilərkən yaş vəziyyətdə olması və kəsilərkən məhv olması və kəsilmiş digər yaşıllıqların kəsilərkən quru vəziyyətdə olduğu, 7 ədəd diametri 30 sm olan tut ağaclarının bəzi budaqlarının kəsilərkən zədələnməsi müəyyən olunmuşdur. Bununla bağlı X4 Sistemləri Istismarı idarəsi verilmiş sorğuya şifahi olaraq cavab verərək 2025-ci ilin əsaslı təmir planına uyğun olaraq Hindarx nasos stansiyasının təzyiqli boru xəttinin 550 metr hissəsinin yenisi ilə əvəz olunması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə ## #### 2026-cı il tarixdə iki tərəfli müqavilə bağlanaraq həmin şirkət tərəfindən işlərin görüldüyü və X4 Sistemləri Istismarı idarəsi tərəfindən hər hansı ağac və ya kol kəsilməsinin sifariş edilmədiyini bildirmişdir. 2025-ci ilin oktyabr ayında Ağcabədi rayon Hindarx qəsəbəsi ərazisində meşə fonduna daxil olmayan 4 ədəd tut ağacının, 10 ədəd böyürtkən kolunun qəsdən məhv edilməsi və 7 ədəd tut ağacının zədələnməsi nəticəsində hüquqi şəxs “xxxx" MMC tərəfindən təbiətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli *** saylı qərarının * saylı əlavəsinə əsasən 2560 (iki min beş yüz altmış) manat ziyan vurulması müəyyən edilmişdir. Bundan başqa, * saylı X5 Mərkəzindən Idarəyə daxil olmuş ##.##.2026-cı il tarixli **/***/d nömrəli rəydə göstərilmişdir ki, Ağcabədi rayon Hindarx inzibati ərazisində X4 Sistemlərinin Istismarı Idarəsinin ərazisinə əməkdaşları, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları ilə birgə baxış keçirmişdir. Baxış zamanı məlum olmuşdur ki, təxminin 7-8 ay bundan əvvəl diametrləri 10 sm olan 4 ədəd tut ağacı və 10 ədəd böyürtkən kolunun kəsilərkən yaş vəziyyətdə olduğu, 7 ədəd diametri 30 sm olan tut ağacının bəzi budaqlarının kəsilərkən zədələndiyi və digərlərinin isə kəsilərkən quru vəziyyətdə olduğu müəyyən edilmişdir. Aparılan təkrar araşdırma zamanı şikayətçinin göstərdiyi Hindarx qəsəbəsi və Qiyaməddinli kəndi arasında yerləşən su boru xəttinin ətrafında kəsilmiş yaş vəziyyətdə 4 ədəd tut ağacının, 10 ədəd böyürtkən kolunun kəsilərək məhv olduğunu, 7 ədəd tut ağacının zədələndiyi müəyyən olunmuşdur. Qeyd edilənlərlə bağlı rəhbərliyin göstərişi əsasında ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun müdiri nümayəndə2 Elman oğlunun iştirakı ilə Inter Conustruction and Engineering MMC tərəfındən müqvilədə göstərilən 550 metirlik boru xəttinin Ağcabədi rayon Hindarx qəsəbəsi ilə Qiyaməddinli kəndləri arasında yerləşən boru xətti boyunca müxtəlif qəzalı yerlərdə işlərin icra olunduğu müşahidə edilsə də müqavilədə göstərilən şərtlərin yerinə yetrilmədiyi belə ki, yenisi ilə əvəz olunaraq üzərinin torpaq örtüyü ilə örtülmədiyi, xətti boyu təmir işləri aparılan zaman əlavə olaraq Inter Conustruction and Engineering MMC tərəfindən diametri 30 sm olan bir ədəd əncir və diametri 10 və 12 sm olan 2 ədəd tut ağacının məhv edildiyi və bir ədəd söyüd ağacının zədələndiyi müəyyən edilmişdir. Faktla bağlı ##.##.2026-cı il tarixli ****** nömrəli akt tərtib olunmuş və ağacların bioloji vəziyyəti ilə bağlı * saylı RMTM-dən rəy alınmışdır. Ağcabədi rayon Hindarx qəsəbəsi ərazisində meşə fonduna daxil olmayan 2 ədəd tut və 1 ədəd əncir ağacının qəsdən məhv edilməsi nəticəsində hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən təbiətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli *** saylı qərarının * saylı əlavəsinə əsasən 1080 (bir min səksən) manat ziyan dəyməsi müəyyən edilmişdir. Ağcabədi Rayon Məhkəməsi işə bir tərəfli yanaşmış,Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC özünü müdafiə etmək üçün gətirdiyi dəllillərə əsaslanaraq yalnız şikayətçinin maraqlarından çıxış etmiş, yuxarıda qeyd edilənləri nəzərə almadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən şikayətə etiraz təqdim edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin məsləhətçisi-müfəttişi X2 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və üzrlü səbəbdən gəlməməsinin səbəbləri barədə bildirməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQI MƏSƏLƏLƏR: Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-in 253.3.1-ci maddəsinə əsasən eyni inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 253.5.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə görə - fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. Məhkəmə ilk öncə qeyd edir ki, inzibati məsuliyyətin tətbiqi üçün yalnız inzibati xətanın mövcudluğu deyil, həm də həmin xətanın konkret subyekt tərəfindən törədildiyi sübut edilməlidir. IXM-in 8-ci maddəsinə əsasən, inzibati məsuliyyət yalnız şəxsin təqsiri sübuta yetirildikdə tətbiq edilə bilər. Habelə, inzibati xəta haqqında iş üzrə sübutetmə vəzifəsi inzibati xəta haqqında protokol tərtib edən orqanın üzərinə düşür. Hazırkı iş üzrə iş materiallarından görünür ki, təqdim edilmiş sübutlar ağacların məhv edilməsi faktının harada və hansı tarixdə baş verdiyini tam və dəqiq təsdiq etmir, həmin əməlin birbaşa olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən törədildiyini göstərən heç bir sübutu ehtiva etmir, cəmiyyətin əməkdaşlarının, texnikasının və ya göstərişlərinin ağacların məhv edilməsi ilə əlaqəsini təsdiqləmir. Əksinə iş materialında olan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi nümayəndə2 ##.##.2026-cı il tarixdə keçirilmiş birinci instansiya məhkəmə iclasında verdiyi, o cümlədən birinci instansiya məhkəməsində şahid qismində izahatı alınmış X4 Sistemlərinin Istismarı Idarəsinin əməkdaşı X1 izahatlarından görünür ki, protokolun tərtib edilməsinə əsas olumuş ağacların yerləşdiyi ərazidə ümumiyyətlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən heç bir iş görülməmiş, həmin hüquqi şəxs başqa ərazidə işləri icra etmişdir. X4 Sistemlərinin Istismarı Idarəsinin verdiyi ##.##.2026-cı il tarixli məktub əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində səhvən protokol tərtib olunmuşdur. Iş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin adından hərəkət etmiş konkret fiziki şəxslərin müəyyən edilməsi, onların vəzifə səlahiyyətləri və əməl ilə səbəbli əlaqə mövcudluğu göstərilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməkdaşları tərəfindən ağacların yerləşdiyi-kəsildiyi və məhv edildiyi torpaq sahəsində hər hansı iş görülməmiş, başqa əarzidə icra işləri aparılmışdır. Bu hal inzibati xəta subyektinin müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edir. Torpaq sahəsindən faktiki istifadə edən şəxsin kimliyi, işlərin kimin tapşırığı ilə və kimin maraqları naminə aparıldığı müəyyən edilmədən inzibati məsuliyyətin hüquqi cəhətdən tətbiqi mümkün deyildir. Üçüncü şəxslərin müstəqil fəaliyyəti ehtimalları araşdırılmadan məsuliyyətin birbaşa hüquqi şəxsə yüklənməsi fərdiləşdirmə prinsipinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Bu prinsip inzibati icraata da şamil edilir. Inzibati hüquqda qəbul edilmiş mövqeyə görə, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əməlin hüquqi şəxsin adından və maraqları naminə törədilməsi, həmin əməllə hüquqi şəxs arasında səbəbli əlaqənin mövcudluğu və hüquqi şəxsin təqsirinin konkret faktlarla sübut edilməsi zəruridir. Hazırkı iş üzrə bu tələblərin heç biri sübuta yetirilməmişdir. Avropa Insan Hüquqları Məhkəməsinin presedent hüququna görə (məsələn, Ozturk Almaniyaya qarşı, Angel Romaniyaya qarşı), inzibati sanksiyalar mahiyyət etibarilə “cinayət xarakterli” olduqda, sübutetmə standartı yüksək olmalı və şəxs yalnız aydın və inandırıcı sübutlar əsasında məsuliyyətə cəlb edilə bilər. Hazırkı iş üzrə belə sübutların mövcud olmaması inzibati məsuliyyətin tətbiqini qeyri-mümkün edir. Nəticədə qeyd edilməlidir ki, inzibati məsuliyyət subyektin dəqiq müəyyən edilmədiyi, təqsirin sübut olunmadığı və sübutların qanuni yolla əldə edilmədiyi hallarda istisna edilir. Bundan başqa, məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X2 təmsil etdiyi orqanın nümayəndəsi nümayəndə2 ona qarşı qərəzi olması səbəbindən birinci instansiya məhkəməsində ##.##.2026-cı il tarixdə keçirilmiş iclasda verdiyi izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində səhvən protokol tərtib olunduğunu göstərdiyini bildirmişdir. Həmin iclasda şahid qismində dindirilmiş X4 Sistemlərinin Istismarı Idarəsinin əməkdaşı X1 nümayəndə2la oxşar məzmunlu izahat verməsini isə onun işin nəticəsində maraqlı olması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, həmin dəlillər subyektiv mülahizələrə söykənməklə heç bir mötəbər sübutla öz təsdiqini tapmayan formal xarakterli iddialardır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, nümayəndə2 * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşı olmaqla idarənin rəis əvəzi Oqtay Şahmurov tərəfindən onlara verilmiş etibarnamə əsasında inzibati orqanın səlahiyyətli nümayəndəsi olaraq idarənin maraqlarını müdafiə etmək üçün məhkəmədə iştirak etmiş, həmin orqanın vəzifəli şəxsi (T.Hacızadə) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı təmsil etdiyi dövlət təşkilatının mövqeyini ifadə etmişdir. Eyni zamanda, apellyasiya şikayətinin Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində meşə fonduna daxil olmayan 2 ədəd tut və 1 ədəd əncir ağacının qəsdən məhv edilməsi, faktla bağlı ##.##.2026-cı il tarixli ****** nömrəli akt tərtib olunması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin fakt mübahisələndirilən məhkəmə qərarından sonra aşkar edilmiş və hazırki apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə tədqiqatının predmeti deyil. IXM-in 2-ci mаddəsinə əsаsən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 48-ci mаddəsinə görə isə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Konstisusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası IXM-in “Təqsirsizlik prezumpsiyası prinsipi” adlanan 8-ci maddəsində göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından verilmiş şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 253.3.1-ci və 253.5.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsinə dair inzibati iş üzrə Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-106)-344/2026 saylı qərarı səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi əvəzi Oqtay Şahmurov tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 253.3.1-ci və 253.5.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsinə dair inzibati iş üzrə Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-106)-344/2026 saylı qərarı səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi əvəzi Oqtay Şahmurov tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-333/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-333/2026
17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver