Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-334/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan Ismayıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında Neftçala RPŞ-nin X1 Bölməsinin ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli qərarından verilmiş şikayətin təmin olunmamasına dair Neftçala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Neftçala RPŞ-nin X1 Bölməsi tərəfindən ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, barəsində inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Qərarından şikayət verilən orqan X1 Bölməsi tərəfindən IXM-in 327.2-ci maddəsi ilə tərtib edilmiş ## ###### 2026-cı il tarixli, ТР ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmışdır. Məhkəmə qərarından narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, ətraflı araşdırıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, hərəkət hissəsində öndə gedən avtomobil anidən dönmə işığını yandırmadan sürətini azaldaraq yolun sağına meyillənmiş və o da qəza riski yaratmamaq üçün qarşı hərəkət zolağına çıxmadan öz zolağı ilə digər avtomobilin yanından keçmişdir. Heç bir hərəkətə mane olmamış və zolağını tərk etməmişdir. Polis əməkdaşı bunu ötmə kimi qiymətləndirərək ona cərimə yazmışdır və görüntü istədiyi halda təqdim etməmişdir. O, əməkdaşa işə tələsdiyni desə də, bu ötmə etdiyini əks etdirmir və qanunla ona cərimə yazlmasına razılaşmır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) və inzibati protokolu tərtib etmiş Qərarından şikayət verilən orqan DYPBnin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə, saat 08:48-də “Opel Astra” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Neftçala rayonu, Kür Qarabucaq kəndi, 1-ci küçə 146 istiqamətində idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə IXM-in 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Iş materiallarına əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, “Opel Astra” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobildən düşərək Yol Patrul Xidməti əməkdaşına yaxınlaşmış, tərəflər arasında qısa dialoq baş vermişdir. Görüntüdən müəyyən olunur ki, YPX əməkdaşı sürücüyə həmin yolda ötmənin qadağan edildiyini bildirmiş, sürücü isə buna cavab olaraq “bəli bilirəm, işə tələsirdim” ifadəsini işlətmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, sürücünün həmin ifadəsi ayrıca götürüldükdə inzibati xətanın tam və birbaşa etirafı kimi qiymətləndirilə bilməz. Lakin həmin izahat inzibati tənbeh vermə haqqında qərar, iş materiallarında olan digər sənədlər və videogörüntüdə əks olunan hallar ilə birlikdə qiymətləndirildikdə iş üzrə sübutlar sisteminin tərkib hissəsi kimi nəzərə alınmalıdır. IXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. IXM-in 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, habelə inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin və səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı səlahiyyətli orqanın gəlmiş olduğu qənaətlə razılaşaraq sonuncunun həmin qərardan vermiş olduğu şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə sübutlar ayrı-ayrılıqda deyil, onların məcmusu və qarşılıqlı əlaqəsi baxımından qiymətləndirilməlidir. Iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərar, hadisə ilə bağlı videogörüntü, sürücünün hadisə yerində verdiyi izahat və inzibati materialda olan digər sənədlər birlikdə qiymətləndirildikdə Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən əsas müəyyən olunmur. Videogörüntü ilə bağlı şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin görüntüdə ötmə əməliyyatının bütün texniki elementlərinin fasiləsiz və hərtərəfli şəkildə əks olunmaması təkbaşına inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilməsi üçün kifayət etmir. Çünki videogörüntü işdə olan yeganə sübut kimi deyil, digər materiallarla birlikdə qiymətləndirilməli olan sübutlardan biri kimi çıxış edir. Şikayətçinin ötmə əməliyyatı etmədiyi, yalnız qarşıda hərəkət edən nəqliyyat vasitəsinin yanından öz hərəkət zolağı daxilində keçdiyi barədə dəlilləri iş materialları ilə təsdiq olunmur. Həmin dəlilləri təsdiq edən hər hansı obyektiv sübut apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmiş, iş materiallarında isə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aradan qaldıran hal müəyyən edilməmişdir. Iş materiallarına əlavə edilmiş video görüntüdən hər hansı konkret manevrin — ötmə əməliyyatının texniki baxımdan aydın və mübahisəsiz şəkildə təsbit olunması mümkün olmasa da, həmin görüntüdə sürücü ilə Yol Patrul Xidməti əməkdaşı arasında baş vermiş dialoq mühüm sübut əhəmiyyəti kəsb edir. Görüntüdən müəyyən olunur ki, YPX əməkdaşı tərəfindən sürücüyə həmin yolda ötmənin qadağan edildiyi bildirildikdə, Qərardan şikayət verən orqan (şəxs) bunu inkar etməmiş, əksinə “bəli bilirəm, işə tələsirdim” deməklə həmin qaydanı bildiyini və mövcud vəziyyətdə bu qadağanı nəzərə almadan hərəkət etdiyini ifadə etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş video görüntüdən hər hansı konkret manevrin — ötmə əməliyyatının texniki baxımdan aydın və mübahisəsiz şəkildə təsbit olunması mümkün olmasa da, həmin görüntüdə sürücü ilə Yol Patrul Xidməti əməkdaşı arasında baş vermiş dialoq mühüm sübut əhəmiyyəti kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, bu cür izahat sürücünün törədilmiş inzibati xətaya münasibətdə dolayısı etirafı kimi qiymətləndirilməlidir. Şikayətçinin məhkəməyə təqdim etdiyi izahatlarda qayda pozuntusunun baş vermədiyini bildirməsi isə onun ilkin davranışı və hadisə yerində verdiyi izahatla ziddiyyət təşkil edir və bu səbəbdən inandırıcı hesab edilmir. Məhkəmə qeyd edir ki, inzibati icraat zamanı şəxsin özünün hadisə ilə bağlı verdiyi ilkin izahatlar sübutlar sistemində mühüm yer tutur və digər hallarla birlikdə qiymətləndirilməlidir. Bu baxımdan, sürücünün yol hərəkəti qaydalarının tələblərini bildiyini etiraf etməsi və bunu pozmasını dolayısı ilə qəbul etməsi inzibati xəta hadisəsinin baş verməsini təsdiq edən hallardan biri kimi çıxış edir. Şikayətdə birinci instansiya məhkəməsinin onun dəlillərinə hüquqi qiymət verməməsi barədə göstərilənlər də əsaslı hesab edilmir. IXM-in 84-cü maddəsinin mənasına görə sübutların qiymətləndirilməsi hakimin daxili inamına əsaslanır və bu qiymətləndirmə işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına söykənməlidir. Məhkəmə şikayətçinin bütün dəlillərini qəbul etməyə deyil, həmin dəlilləri iş materiallarında olan sübutlarla müqayisəli şəkildə qiymətləndirməyə borcludur. Birinci instansiya məhkəməsi də məhz bu qaydada şikayətdə göstərilən halları iş materialları ilə müqayisədə qiymətləndirmiş və onların inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsas yaratmadığı qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraatın məqsədi yalnız şəxsin məsuliyyətə cəlb edilməsi deyil, həm də inzibati xəta hadisəsinin, şəxsin təqsirinin və işin düzgün həlli üçün əhəmiyyətli olan halların vaxtında, tam və obyektiv şəkildə müəyyən edilməsidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi işin faktiki hallarını və təqdim edilmiş materialları araşdırmış, şikayətçinin dəlillərinə münasibət bildirmiş və səlahiyyətli orqanın qərarının qanuni olması barədə əsaslandırılmış nəticəyə gəlmişdir. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə yeni inzibati xətaların törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Şikayətin dəlilləri həmin qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir. Nəhayət, məhkəmə vurğulayır ki, IXM-in 53-cü maddəsinin mənasına görə məhkəmə inzibati orqanın qərarını yalnız o halda ləğv edə bilər ki, inzibati xəta hadisəsi və ya şəxsin təqsiri sübuta yetirilməmiş olsun, yaxud yol verilmiş pozuntular qərarın mahiyyətinə təsir edən xarakter daşısın. Mövcud işdə isə həm inzibati xəta hadisəsi, həm də şikayətçinin təqsiri kifayət qədər sübutlarla təsdiq olunur, şikayətdə göstərilən hallar isə bu nəticəni sarsıdan hüquqi qüvvəyə malik deyildir. Sübutların azad qiymətləndirilməsi və hakimlərin daxili inamı prinsipinə uyğun olaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Videogörüntü obyektiv sübut kimi inzibati xəta faktını birbaşa təsdiq edir və həmin sübutun etibarlılığına şübhə yaradan hər hansı hal müəyyən edilməmişdir. Beləliklə, müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb olunmaması üçün heç bir əsas yoxdur. Qərardan şikayət verən orqan (şəxs) şikayətində göstərdiyi xüsusatlar onun özünü müdafiəsi və inzibati məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında qərar tərtib olunarkən hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunan hallar isə hazırda məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Qərardan şikayət verən orqan (şəxs) tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuş, məhkəmə şikayəti təmin etməyərək Neftçala RPŞ-nin X1 Bölməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-334/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-334/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver