Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-335/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Bəhmənov Habil Xanoğla oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, qərarından barəsində inzibati haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Neftçala rayonu Neftçala Bələdiyyəsinin Nümayəndə iştirakı ilə. Neftçala rayonu Neftçala Bələdiyyəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Neftçala Rayon Məhkəməsinin 3(5-148)-168/2026 saylı, ## ### 2026-cı il tarixli qərarından barəsində inzibati haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Neftçala rayonu Neftçala Bələdiyyəsinin nümayəndəsi İsayev Cavid Teymur oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Şirvan-X4 tərəfindən Neftçala rayonu Neftçala Bələdiyyəsi barəsində ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, vətəndaş X8 müraciətinə baxılan zaman Bələdiyyəyə verilmiş ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli Göstəriş icra edilməmişdir. Neftçala Rayon Məhkəməsinin 3(5-148)-168/2026 saylı, ## ### 2026-cı il tarixli qərarı ilə Neftçala rayonu Neftçala Bələdiyyəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2.000 (iki min) manat miqdarında cərimə edilmişdir. Barəsində inzibati haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Neftçala rayonu Neftçala Bələdiyyəsinin nümayəndəsi İsayev Cavid Teymur oğlu həmin qərardan apellyasiya qaydasında şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Neftçala rayonu Neftçala Bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min] manat məbləğində cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. İş materiallarında qeyd edilən 9879.24 manat məbləğində əmək haqqı borcunu tam və qəti şəkildə təsdiq edən ilkin mühasibat sənədləri, əmək haqqı BeflOMOCTİarı, bank sənədləri və digər rəsmi maliyyə sənədləri təqdim edilməmişdir. Məhkəmə əsasən izahatlara və birtərəfli qaydada tərtib olunmuş məlumatlara istinad etmişdir. Halbuki həmin məlumatlar mübahisəsiz və kifayət qədər sübut hesab edilə bilməz. Bundan əlavə, 2014-cü ilə qədər olan maliyyə və kadr sənədlərinin bir hissəsi əvvəlki vəzifəli şəxslər tərəfindən lazımi qaydada Neftçala Bələdiyyəsinə təhvil verilməmiş, sənədlərin bir hissəsi arxivləşdirilməmiş və natamam vəziyyətdə olmuşdur. Bu səbəbdən tələb olunan bəzi sənədlərin tam şəkildə təqdim edilməsi obyektiv olaraq mümkün olmamışdır. Birinci instansiya məhkəməsi göstərilən halları tam araşdırmadan, yalnız təqdim edilmiş izahatlara əsaslanaraq Neftçala Bələdiyyəsinin inzibati məsuliyyətə cəlb edilməsi barədə nəticəyə gəlmişdir. İş üzrə təqdim olunmuş sübutlar inzibati məsuliyyət üçün kifayət etmədiyindən Neftçala Rayon Məhkəməsinin qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-148]-***/**** saylı qərarı ləğv edilməsi xahş olunur. Məhkəmə iclasında Neftçala rayonu Neftçala Bələdiyyəsinin sədri Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-148]-***/**** saylı qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Şirvan-X4nin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsi səbəbi barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə işin hallarına əsasən onların iştirakları olmadan şikayətə baxılması mümkün hesab edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Apellyasiya müraciətində tətbiq edilmiş tənbehin İnzibati Xətalar Məcəlləsinin 31-34-cü maddələrinin tələblərinə uyğun olmamasını iddia edilərək, apellyasiya tələbini həmin Məcəllənin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Təqdim edilmiş izahat və əmək haqqı sənədlərinə baxılan zaman müəyyən olunmuşdur ki, işçinin əmək müqaviləsinə xitam verilərkən əmək haqqı və son haqq hesab ona tam ödənilməmişdir. Belə ki, Bələdiyyənin ##.##.2024-cü il tarixdə tərtib etdiyi məlumatda işçilərə ümumilikdə 27403.10 manat, vətəndaş E.Müzəffərova isə ##.##.2014- cü tarixə 4275.24 manat əmək haqqı borcu qaldığı qeyd olunmuşdur. Həmçinin təqdim edilmiş sənədlərə Bələdiyyənin keçmiş mühasibi X7 iştirakı ilə baxılan zaman və Bələdiyyənin keçmiş mühasibi A.Müzəffərovanın təqdim edtiyi izahatdan müəyyən olunmuşdur ki, E.Müzəffərova işdən ##.##.2017-ci il tarixdən işdən çıxdığı günədək 5604.0 manat əmək haqqı (məzuniyyətlə birgə) borcu, ümumilidə isə 9879.24 manat borc qalmışdır. Aşkar olunmuş qanun pozuntusunun aradan qaldırılması məqsədilə vətəndaş E.Müzəffərova ödənilməmiş 9879.24 manat əmək haqqı borcunun 30 (otuz) gün müddətində ödənilməsini təmin edib Xidmətin Şirvan-X4nə məlumat (təsdiq edici sənədlərlə) verilməsi üçün Bələdiyyəyə ##.##.2026-c il tarixli, 3-17- 5/2- ****/**** nömrəli icrası məcbur olan göstəriş məktubu göndərilmiş, həmin göstəriş məktubu Bələdiyyəyə çatdırılmış (Bələdiyyənin şəxsi kabinetində yerləşdirilmiş), lakin icra edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Şirvan-X4 tərəfindən təqdim edilmiş ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, Qasımov İsa İzahəddin oğlunun izahatından, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan müəyyən olunur ki, vətəndaş X8 müraciətinə baxılan zaman Bələdiyyəyə verilmiş ##.##.2026-cı il tarixli, *-**-*/*- ****/**** nömrəli Göstəriş icra edilməmişdir. İş materialları ilə Neftçala rayonu Neftçala Bələdiyyəsinin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Bununla belə işə baxan hakim cərimə inzibati tənbeh tədbiri tətbiq edərkən İXM-in 116-cı maddəsinin tələblərini yerinə yetirməmişdr. Belə ki, İXM-in 116.1-116.4-cü maddələrinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında dəyişdirilməsini tələb edən İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsində təsbit edilmiş halın mövcud olduğunu göstərir. Beləliklə məhkəmə hesab edir ki, şikayət ətmin edilməməli, lakin qərar dəyişdirilərək, Neftçala rayonu Neftçala Bələdiyyəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən tətbiq edilmiş 2000 (iki min) manat cərimə inzibati tənbeh tədbiri, həmin Məcəllənin 116-cı maddəsinin tələbinə görə şərti olaraq tətbiq edilməli, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi üçün iki ay müddət müəyyən olunmalı və həmin müddət ərzində Neftçala rayonu Neftçala Bələdiyyəsinin İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə əsas olmuş hüquqpozmanı aradan qaldırmaqla, bu barədə Neftçala Rayon Məhkəməsinə məlumat verməli, bir ay müddətində hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Neftçala rayonu Neftçala Bələdiyyəsinin nümayəndəsi İsayev Cavid Teymur oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 3(5-148)-168/2026 saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilsin. Neftçala rayonu Neftçala Bələdiyyəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən tətbiq edilmiş 2000 (iki min) manat cərimə inzibati tənbeh tədbiri həmin Məcəllənin 116-cı maddəsinin tələbinə görə şərti olaraq tətbiq edilsin. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi üçün 1 (bir) ay müddət müəyyən olunsun və həmin müddət ərzində Neftçala rayonu Neftçala Bələdiyyəsinin İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə əsas olmuş hüquqpozmanı aradan qaldırmaqla, bu barədə Neftçala Rayon Məhkəməsinə məlumat versin. 1 (bir) ay müddətində hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməsin. Neftçala Rayon Məhkəməsinin 3(5-148)-168/2026 saylı, ## ### 2026-cı il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-335/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-335/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver