Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-336/2026 22.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 529.3-cü maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməsinə dair Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarından barəsində barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası DINin Baş Dövlət Yol Polisi Idarəsinin inzibati təcrübə üzrə baş inspektoru R X1 tərəfindən ## ###### 2024-cü il tarixli IXP seriyalı 6740977 və IXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı EQ23020123, EQ******** nömrəli qərarlar əsasında tərtib olunmuş IXP seriyalı 6740977 və IXP seriyalı ******* nömrəli protokollar əsasında çıxarılmışdır. Lakin məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. Ünvanına göndərilən poçt göndərişi isə “köçmüşdür” qeydi ilə geri qaytarılmışdır. Bu səbəbdən qərar barəsində vaxtında məlumat ala bilməmişdir. Onun iştirakının təmin edilmədən işə baxılması onun hüquqlarını pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu tamamilə ödədiyini bildirib, şikayətin təmin edilməsini və Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarının ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməli, Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı şikayətə münasibətdə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə “Mercedes Benz 190D minik” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində tərtib olunmuş EQ23020123 və EQ23243192 inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə cərimə növündə inzibati tənbeh etmə haqqında qanuni qüvvəyə minmiş qərarı qanunla müəyyən olunmuş müddət ərzində heç bir əsaslı səbəb olmadan icra etməmişdir. Iş materiallarına əlavə edilmiş DIN-in BDYPI-nə məxsus olan portaldan çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs EQ******** nömrəli qərar üzrə ##.##.2025-ci il tarixdə 80 manat, EQ******** nömrəli qərar üzrə ##.##.2025-ci il tarixdə 16 manat ödəmişdir. Beləliklə, apellyasiya baxışı zamanı müvafiq cərimələrin tam ödənilməsi barədə əlavə sübut məhkəməyə təqdim edilmiş və iş materialları ilə təsdiq olunmuşdur. IXM-in 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilən normanın məzmunundan aydın olur ki, IXM-in 529.3-cü maddəsi üzrə inzibati məsuliyyətdən azadetmə xüsusi hüquqi əsasdır. Bu əsas şəxsin əvvəlki mərhələdə cəriməni vaxtında icra etməməsi faktını inkar etmir, lakin qanunvericinin birbaşa iradəsinə uyğun olaraq cərimə, dəbbə pulu və qanunda nəzərdə tutulmuş digər ödənişlər məhkəmə qərarı qəbul edilənədək ödənildikdə inzibati tənbehin tətbiqini istisna edir. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxarkən yalnız birinci instansiya məhkəməsinin qərarının formal mövcudluğunu deyil, həm də IXM-in 133.2.8-ci maddəsinə uyğun olaraq iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında qərarın qanuniliyini və əsaslılığını yoxlamalıdır. Bu baxımdan, apellyasiya baxışı zamanı təqdim edilmiş ödəniş sənədləri hüquqi əhəmiyyət daşıyan yeni hal kimi qiymətləndirilməli və məsuliyyətdən azadetmə normasının tətbiqi məsələsi həll edilməlidir. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən hal inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi olmuşdur. Lakin hazırkı mərhələdə həmin qərarlar üzrə cərimələr tam ödənilmiş, bununla da IXM-in 529-cu maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulan xüsusi məsuliyyətdən azadetmə şərti yaranmışdır. Bu hal inzibati xəta tərkibinin əvvəlki dövr üçün mövcud olub-olmamasından ayrıca qiymətləndirilməlidir. Çünki qanunverici 529.3-cü maddənin “Qeyd” hissəsində məsuliyyətdən azadetməni ayrıca və xüsusi qayda kimi müəyyən etmişdir. Buna görə də cərimələrin sonradan ödənilməsi şəxsin təqsirsizliyi barədə nəticə deyil, məhz qanunda nəzərdə tutulmuş məsuliyyətdən azadetmə və icraata xitam verilmə əsası kimi qəbul edilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, şikayətdə birinci instansiya məhkəməsində iclasın vaxtı və yeri barədə məlumatlandırılmama dəlili irəli sürülmüşdür. Iş materiallarında məhkəmə bildirişinin “köçmüşdür” qeydi ilə geri qaytarıldığı göstərildiyindən, şəxsin məhkəmə iclasında iştirak və izahat vermək imkanının təmin edilməsi məsələsi birinci instansiya mərhələsində kifayət qədər aydınlaşdırılmamışdır. Hazırkı apellyasiya baxışında isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı təmin edilmiş, o, izahat vermiş və cərimələrin tam ödənilməsinə dair məlumatlar məhkəmə tərəfindən araşdırılmışdır. IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. IXM-in 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 529.3-cü maddəsi üzrə tətbiq edilmiş inzibati tənbehin saxlanılması üçün hüquqi əsas qalmamışdır. Çünki iş üzrə məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək müvafiq cərimələr tam ödənilmiş, bu hal IXM-in 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq inzibati məsuliyyətdən azadetmə əsası yaratmışdır. Buna görə də Salyan Rayon Məhkəməsinin qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları və IXM-in 128-136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfin verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müvafiq cərimələri ödədiyinə görə IXM-in 529.3-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən həmin maddə ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilsin və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-336/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-336/2026
22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver