Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-337/2026 12.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Mən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimi Həşimov Yaşar Xanoğlan oğlu, Salyan Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan – * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Abdullayev İbadət İsaq oğlu şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim X1) Abdullayev İbadət İsaq oğlunun şikayətinin təmin edilməsi və * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar məktubla proses iştirakçılarına göndərilməklə, o cümlədən səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin elektron ünvanına ##.##.2026cı il saat 16:05-də yerləşdirilmişdir. İş materiallarından görünür ki, həmin qərardan səlahiyyətli orqan – * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi F.Piriyev tərəfindən apellyasiya qaydasında verilmiş ##.##.2026-cı il tarixli şikayət elə ##.##.2026-cı il tarixdə poçt şöbəsinə təhvil verilmiş, ##.##.2026-cı il tarixdə isə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. AR İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.1-ci maddəsinə görə hakimin qərarından apelyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qanunvericiliyin normasının məzmunundan da göründüyü kimi şikayət və ya protest verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş 10 günlük müddətin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Beləliklə də müəyyən olunur ki, Salyan Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından şikayət vermə müddəti 2# ##### 2026-cı il tarixdə bitmiş, lakin apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə verilmiş, bununla da, şikayət verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş 10 (on) günlük müddət ötürülmüşdür. Səlahiyyətli orqan inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası ilə bağlı birinci instansiya məhkəməsinə vəsatət verməmişdir. AR İnzibati Xətalar Məcəlləsində birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilərkən qanunla müəyyən olunmuş müddət ötürüldükdə və müddətin bərpası haqqında vəsatət verilmədikdə, apellyasiya məhkəməsi tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən hər hansı norma yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. AR İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Eləcə də, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab etmişdir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qeyd olunanlara məcmu halda qiymət verərək hesab edirəm ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya qaydasında verilmiş şikayət qanunla müəyyən edilmiş prosessual müddət buraxılmaqla verildiyindən və müddətin bərpası haqqında vəsatət verilmədiyindən, səlahiyyətli orqan tərəfindən verilmiş şikayətə baxılmadan inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılmalı, şikayət vermiş şəxsə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Odur ki, yuxarıda şərh olunanları, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini və qanunun analogiyası qaydasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM: Səlahiyyətli orqan – * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən Salyan Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından verilmiş apellyasiya şikayəti icraata qəbul edilmədən inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Səlahiyyətli orqana buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad qəbul edildiyi tarixdən quvvəyə minir. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(3-9)-337/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-337/2026
12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver