Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-339/2026 22.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin hakimi X1 Səmədov Alim Nadir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakı ilə MÜƏYYƏN ETDI: ##.##.1959-cu ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şirvan Şəhər Icra Hakimiyyətinin Mənzil Təsərrüfat Idarəsinin rəisi, Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 manat məbləğində cərimə edilmişdir. Işin halları Birinci instansiya məhkəməsinin qərarına görə Şirvan Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədinə əsasən Şirvan Şəhər Icra Hakimiyyətinin Mənzil Təsərrüfat Idarəsinin Zərərçəkmiş şəxs ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə ## #### 2025-ci il tarixli **-K saylı əmrinin ləğv edilməsi, Zərərçəkmiş şəxs Şirvan ŞIH Mənzil Təsərrüfat Idarəsinin təmir-təmizlik sahəsinin rəisi vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi nəzərdə tutulsa da, Şirvan ŞIH Mənzil Təsərrüfat Idarəsinin rəisi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədində göstərilən tələbləri icra etməmiş və icra sənədinin icrası ilə əlaqədar Şirvan şəhəri üzrə Icra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan hərəkətləri ilə IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Apellyasiya şikayətinin dəlilləri Şirvan Şəhər Məhkəməsinin qeyd olunan qərarından barəsində inzibati tənbeh təyin edilmiş vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirvan Apellyasiya Məhkəməsinə şikayət verərək, barəsində olan inzibati xəta haqqında işə yenidən baxılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli *** nömrəli qərarı ilə yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı müəssisələri yenidən təşkil olunmuşdur. Odur ki, idarədə bir neçə ştat, o cümlədən Zərərçəkmiş şəxs tutduğu vəzifə ləğv edilmişdir. Ona görə də Zərərçəkmiş şəxs işlə təmin edə bilmir. Yeni yaradılan qurumda Zərərçəkmiş şəxs tutduğu vəzifəyə uyğun yeni ştat yaradılarsa, sonuncunun işlə təmin olunmasına baxılacaqdır. Prosessual məsələlər Apellyasiya baxışı zamanı barəsində icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını və Şirvan Şəhər Məhkəməsinin qərarının qərarının ləğv edilib barəsində olan hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs qarşı tərəfin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmamasını, Şirvan Şəhər Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini işin faktiki halları ilə əlaqəli şəkildə yoxlayaraq aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası IXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmçinin, IXM-in 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Mübahisə olunan qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası haqqında bildiriş, barəsində icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin (tələbkarın) və icra məmurunun izahatları, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şirvan Şəhər Icra Hakimiyyətinin Mənzil Təsərrüfat Idarəsinin iddiaçı Zərərçəkmiş şəxs ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə ## #### 2025-ci il tarixli **-K saylı əmri ləğv edilmiş, iddiaçı Zərərçəkmiş şəxs Şirvan ŞIH Mənzil Təsərrüfat Idarəsinin təmir-təmizlik sahəsinin rəisi vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin olunması qət edilmişdir. Icraata başlamaq haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı icra vərəqəsi üzrə həmin tarixdə icraata başlanılmışdır. ##.##.2026-cı il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmiş, ona icra sənədində göstərilən tələbin könüllü icra olunması üçün 10 gün vaxt verilmiş və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. ##.##.2026-cı il tarixli xəbərdarlıqdan görünür ki, Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə tələbin icra edilməməsi ilə bağlı Şirvan şəhəri üzrə Icra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şirvan Şəhər Icra Hakimiyyətinin Mənzil Təsərrüfat Idarəsinə xəbərdarlıq edilmişdir. Iş materiallarından görünür ki, icra sənədi icraya yönəldildikdən sonra icra məmuru tərəfindən icra sənədində qoyulan tələblərin yerinə yetirilməsi üçün lazım olan bütün tədbirlər görülmüşdür. Bu məqsədlə icra məmuru Şirvan Şəhər Icra Hakimiyyətinin Mənzil Təsərrüfat Idarəsinin rəisi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası haqqında bildiriş verməklə icra sənədində göstərilən tələbin könüllü icra olunması üçün 10 gün vaxt vermiş, tələb üzrsüz səbəbdən icra edilmədikdə icranın məcburi qaydada təmin ediləcəyini bildirmiş, eyni zamanda məsuliyyəti barədə xəbərdar etmiş, bütün icra tədbirləri nəticə vermədiyindən, yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbi qərəzli olaraq icra etmədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Göründüyü kimi, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan icra etməmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qərəzli olaraq tələbi icra etməməsi iş materialları ilə tam təsdiq olunur və onun hərəkəti IXM-in 528.1-ci maddəsinin təsiri altına düşür. Məhkəmə inzibati tənbeh ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası IXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsinin sanksiyasında vəzifəli şəxslər üçün min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, düzgün olaraq vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə aşağı həddə (1200 manat) inzibati cərimə təyin etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-339/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-339/2026
22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver