Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-340/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə, ##.##.1995-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Bayxanlı kəndin ünvanında qeydiyyatda olan; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs İsmayılova Vəfa Habil qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-(***)****/**** saylı icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2024-cü ildən başlayarq ##.##.2018- ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün X1 xeyrinə hər ay 235 (iki yüz otuz beş manat) sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 barəsində ## ##### 2026cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün iş materialları ilə birlikdə məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-(***)****/**** saylı icra sənədini icra etməmişdir. Cəlilabad Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli, MN******* saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. Zərərçəkmiş şəxs İsmayılova Vəfa Habil qızı məhkəmənin həmin qərarından şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-117)-262/2026-cı il tarixli qərarı qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qərarını onunlka əsaslandırmışdır ki, məhkəmə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Nürməmməd oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərətib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şəxsin icra sənədindən məlumatlı olması halı təsdiqini tapmamışdır. Tərəfin izahatı və işdə olan sənədlər ilə mübahisəsiz müəyyən edilmişdir ki, şəxs ##.##.2024-cü il tarixdə ölkəni tərk etmiş ##.##.2026-cı il tarixdə geri qayıtmışdır. İcraata başlamaq haqqında qərar ##.##.2024-cü il tarixdə qəbul edilsədə, həmin qərar və ya ##.##.2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında Bildiriş”in şəxsə rəsmi qaydada çatdırılması və ya şəxsin həmin qərar və ya bildirişdən məlumatlı olması halı öz təsdiqini tapmamışdır. Məhkəmə tərəfindən icra məmuruna verilmiş sualların cavabı olaraq həmin sənədlərin və ya icra icraatından məlumatlı olması halı təkzib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alimentlə bağlı bildirişi aldıqdan sonra Rusiya Federasiyasına qaçıb, məqsəd məhkəmə qərarının icrasından yayınmaq olub. ##.##.2026-cı il tarixdə o Rusiya Federasiyasından deportasiya olunub və axtarışda olduğu üçün Rusiya-Azərbaycan sərhəddini keçən zaman saxlanılıb. Barəsində inzibati iş aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixində ona olan aliment borcu 5640 (beş min altı yüz qırx- 24 ay x 235=5640 ) manat olub. Lakin icra məmuru protokol tərtib edən zaman bunu azaldaraq 5340 manat qeyd etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə 4800 manat borcu qalıb. ## ##### 2026-cı il tarixdən iki aya yaxın vaxt keçsədə borclu aliment borcunu ödəmək istəmir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə borcunu tam ödəməməsi (onun # #### 2026-cı il tarixə olan borcu 4800 manat olduğu halda) həmçinin məhkəmə qərarının icrasından yayınmaq. Yuxarıda qeyd etdiklərimə əsasən Sizdən xahiş edirəm ki, Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarını ləğv edərək barəsində inzibati iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəb edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu və zərərçəkmiş şəxs X3 məhkəmə iclasına gəlməmişlər, sonuncu məhkəməyə ərizə göndərək onun azyaşlı övladı var, bu azyaşlı övladı ilə Bakı şəhəri, Qaradağ rayonunda yaşayır. Övladını tək qoya bilmir. Buna görədə ##.#.2026-cı il tarixdə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcək. Məhkəmənin verdiyi qərarlara hörmətlə yanaşır. Məhkəmədən işini obyektiv araşdırıb ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə işin hallarına əsasən onun iştirakı olmadan şikayətə baxılması mümkün hesab edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, …. inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər», «inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır». Zərərçəkmiş şəxs apellyasiya müraciətində tələbini həmin Məcəllənin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş inzibati xəta haqqında materiallardan görünür ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırması zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanaraq (sübutlar qərarda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Nürməmməd oğlunun əməlini düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə tövsif etmişdir. Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-(***)****/**** saylı icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2024-cü ildən başlayarq ##.##.2018-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 xeyrinə hər ay 235 (iki yüz otuz beş manat) sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. ##.##.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərardan və həmin gün tarixli Bildirişdən görünür ki, yuxarıda qeyd edilən icra sənədi üzrə icraata başlanılmış və borcun 10 gün müddətində könüllü ödənilməsi ilə bağlı bildiriş göndərilmişdir. ##.##.2026-cı il tarixli, MN******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Ümumvətəndaş pasportundakı giriş-çıxış vizalarından görünür ki, barəsində icraat aparılan şəxs ##.##.2024-cü il tarixdə ölkəni tərk etmiş, ##.##.2026-cı ildə ölkəyə qayıtmışdır. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi (E.Q.Seyfullayev) tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *** nömrəli arayışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Nurməhəmməd oğlu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi ** saylı evin yanında tikilmiş şərti ünvanda qeydiyyatsız yaşayır. Ödəniş qəbzlərindən görünür ki, barəsində icraat aparılan şəxs ##.##.2026-cı ildə 300 manat, ##.##.2026-cı ildə 700 manat olmaqla aliment borcundən cəmi 1000 (min) manat ödəniş etmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, şəxs ##.##.2024-cü il tarixdə ölkəni tərk etmiş, ##.##.2026-cı ildə geri qayıtmışdır. İcraata başlamaq haqqında qərar ##.##.2024-cü il tarixdə qəbul edilsə də həmin qərar və ya ##.##.2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında Bildiriş”in şəxsə rəsmi qaydada çatıdırılması və ya şəxsin həmin qərar və bildirişdən məlumatlı olması halı təsdiqini tapmamışdır. Məhkəmə tərəfindən icra məmuruna verilmiş sualların cavabı olaraq da həmin sənədlərin şəxsə çatdırılması və ya icra icraatından məlumatlı olması halı təkzib edilmişdir. İşin hallarına əsasən müəyyən edilmişdir ki, şəxs icra sənədindən ##.##.2026cı ildə məlumatlı olmuş və elə həmin gün də barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə verilmişdir. Habelə mübahisəsiz hal kimi o da müəyyən edilmişdir ki, borclu qeydiyyatda olduğu ünvanda deyil, Bakı şəhəri ərazisində müvəqqəti qeydiyyatda olmaqla orada yaşayır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi obyektiv cəhətdən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır və subyektiv cəhətdən qəsdən törədilir. İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 134.1. və 134.1.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.5-1.bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; -135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs İsmayılova Vəfa Habil qızının şikayəti təmin olunmamalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134,135 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Zərərçəkmiş şəxs İsmayılova Vəfa Habil qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-340/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-340/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver