Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-341/2026 01.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Masallı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim X1), ##.##.1979-cu il tarixdə Masallı rayonu, Qızılavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru İbayev Bəhruz Məhəmməd oğlu tərəfindən tərtib olunmuş MN ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Masallı Rayon Məhkəməsinin **(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Buna görə də, icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Masallı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1 -ci maddəsi ilə təqsirli bilinərək həbslə əlaqədar cəzanın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Çıxarılmış qərar tam qanunsuzdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ötən bir il ərzində bir dəfədə olsun kəsilmiş aliment pulunu tam şəkildə ödəməmişdir. Bilərəkdən ayda 1-2 manat pul ödəyir. Elə vaxt olur iki ayda bir ödəyir. Maddi imkanı olduqca yüksəkdir, qəsdən aliment pulunu ödəmir. Bu barədə ona icra məmuru dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq nəticəsi olmamışdır. ##.##.2026-cı il tarixdə icra şöbəsinin rəisi Tural İsmayılov onları qəbul etmiş, bu adam Tural müəllimin yanında pulqabısından pullarını çıxardaraq şou göstərdi. Pulunun olduğunu lakin guya ona öz cılız fikri ilə işgəncə verəcəyini bildirdi. Bu sözlərdən sonra icra məmuru həqiqətən də onun aliment pulunu bilərəkdən vermədiyinə əmin oldu. Dərhal onun barəsində protokol tərtib olunub məhkəməyə göndərilmişdir. Məhkəmə işi araşdırmadan icraat xitam vermişdir. 5 səhifəlik qərarında bir cümlədə olsun əsaslandırma apara bilməmişdir. İcra məmuru qətnaməni icra etdirmək istəyir, qanunun sərt üzünü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs başa salmaq istəyir, lakin məhkməə buna imkan vermir. Məhkəmənin məqsədini o başa düşə bilməmişdir. Qərarda qeyd edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay aliment pulunu ödəyir və məhkəmə iclasında 300 manatda ödəniş etmək istədi, lakin Zərərçəkmiş şəxs pulu götürmədi. Hörmətli məhkəmə hakim Fidan Qasımlı burda yanılır. Fidan xanım humanist bir insandır, istəyir ki, məsələlər sülh yolu ilə həll olunsun. Məhkəmə saf və təcrübəsiz olduğuna görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hakimi aldada bildi. Yəni bilərəkdən, məcburiyyət qarşısında qalaraq pulu ödəmək istədi. Əgər qəsdi yox idisə pulu icra şöbəsində ödəməli idi. Uzun müddət türmə həyatı yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs türmənin qorxusundan məhkəmə iclasında pulu ödəmək istəyirdi. Yəni qəsdi belə əsas’andırır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alimenti ödəməyə yetəri qədər maddi imkanı var, lakin bilərəkdən pulu ödəmək istəmir, həbsin qorxusundan məhkəmə iclasında pul ödəmək istədi. Məhkəmə bütün bu hadisələrə düzgün hüquqi qiymət verə bilmədi, ona görə də qanunsuz qərar qəbul etmiş oldu. Hesab edir ki, qərar qanunsuzdur və ləğv edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini qəbul etmədiyini bildirərək qeyd etdi ki, fəhləliklə məşğuldur. Bakı şəhərində yaşayır. 5 maydan sonra 400 manat pul ödəmişdir. 2-3 gün əvvəl də 400 manat ödəmiş, toplamda 800 manat pul ödəmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Masalı Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məlumat verilmiş, zərərçəkmiş şəxs tərəfindən Elektron Məhkəmə İnformasiya sisteminə şəxsi kabinet vasitəsi ilə ərizə təqdim edərək məhkəmə iclasına gələ bilməyəcəyini, şikayətini tam şəkildə müdafiə etdiyini, qarşı tərəfindən bilərəkdən aliment pulunu ödəmədiyini, maddi imkanının olduqca yaxşı olduğunu, lakin qəsdən ödəmədiyini qeyd olunan şəxsin həbs olunmasını bildirərək məhkəmə iclasına az qalmış bilərəkdən aliment pulunu ödədiyini və qeyd olunan halların nəzərə alınmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi qanunvericiliyin tələbinə əsasən məhkəmə iclasının qeyd olunan şəxslərin iştirakları olmadan keçirilməsini qanunamüvafiq hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli surətdə araşdıraraq apellyasiya məhkəməsi belə hesab edir ki, şikayət təmin edilməməli və Masallı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran apellyasiya məhkəməsi təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, şikayət müəllifi işin faktiki hallarını mübahisələndirməmiş və icra sənədi üzrə borclunun həbs olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarında tədqiq edilmiş sübutlar (o cümlədən icra məmuru B.İbayev, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və tələbkar Zərərçəkmiş şəxs izahatları və sair sübutlar) geniş şəkildə təsvir edildiyindən apellyasiya məhkəməsi prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutları yenidən qərarında sadalamağa zərurət görmür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin mövcudluğundan məlumatlı olmasına baxmayaraq onun icrasından tam yayınmaq niyyəti olmamış, əksinə aliment borcundan mütəmadi olaraq qismən ödənişlər etmiş, icra məmurunun çağırışına əsasən icra orqanına könüllü gəlmiş, borcunun bir hissəsini ödəməyə hazır olduğunu bildirmiş, məhkəmə iclasında isə 300 manat məbləğində ödəniş etməyə imkanının olduğunu qeyd etmişdir, eyni zamanda borclu tərəfindən icra sənədinin icrasının tam təmin edilməməsi onun üzrsüz şəkildə icradan yayınması kimi qiymətləndirilə bilməz, belə ki, iş materialları ilə onun müəyyən dövrlərdə maddi imkanlarının məhdud olması, eləcə də borcun hissə-hissə ödənilməsi istiqamətində hərəkətlər etməsi müəyyən olunur, bu baxımdan məhkəmə hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi, xüsusilə icra sənədinin üzrsüz səbəbdən icrasından qəsdən yayınma halı müəyyən edilmir, odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir.Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Hazırkı vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut Azərbaycan Respublikası İXM-in 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları Azərbaycan Respublikası İXM-in 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya məhkəməsi zamanı keçirilən iclas zamanı sədrlik edənə ödəniş qəbzləri təqdim edərək mütəmadi olaraq ödənişlər etdiyini və aliment ödənişindən yayınmadığını bildirdi. Təqdim olunan ödəniş qəbzlərinə əsasən: ##.##.2026-cı il tarixli qəbzə əsasən Z***** N***** R***** qızına məxsus 41697388******** nömrəli kart nömrəsinə 100.00 AZN ödəniş etmişdir. ##.##.2026-cı il tarixli **** nömrəli qəbzə əsasən Z***** N***** R***** qızına məxsus 41697388******** nömrəli kart nömrəsinə 300.00 AZN ödəniş etmişdir. ##.##.2026-cı il tarixli qəbzə əsasən Z***** N***** R***** qızına məxsus 41697388******** nömrəli kart nömrəsinə 400.00 AZN ödəniş etmişdir. Apellyasiya məhkəməsi iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını, apellyasiya şikayətinin dəlillərini və iclas zamanı təqdim olunmuş ödəniş qəbzlərini hərtərəfli, tam və obyektiv şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və borclu şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə apellyasiya şikayətinin tələbləri isə hüquqi və faktiki əsaslardan məhrumdur. Belə ki, iş materiallarının məcmu şəkildə təhlili göstərir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədi üzrə aliment öhdəliyinin icrası ilə bağlı müəyyən dövrlərdə ödənişlərin həyata keçirildiyi, o cümlədən ##.##.2026-cı il tarixdə 100 manat, ##.##.2026-cı il tarixdə 300 manat və ##.##.2026-cı il tarixdə 400 manat olmaqla ümumilikdə 800 manat məbləğində ödənişlərin edildiyi müəyyən edilmişdir ki, bu da icra sənədinin tam icra edilməməsi faktını özü-özlüyündə qəsdən və üzrsüz səbəbdən yayınma kimi qiymətləndirməyə əsas vermir, əksinə borclunun icra öhdəliyini tam inkar etmədiyini və icranın mərhələli şəkildə həyata keçirildiyini göstərən mühüm fakt kimi çıxış edir. Eyni zamanda iş materiallarında borclunun icra sənədini qəsdən icra etməməsini və ya üzrsüz səbəbdən yayınmasını təsdiq edən mötəbər və tam sübutlar mövcud deyildir, belə ki, onun real maddi vəziyyəti, gəlir mənbələri, əmək fəaliyyəti, bank hesabları, sosial ödənişləri, pensiya təminatı, nəqliyyat vasitəsi və daşınmaz əmlakı ilə bağlı hallar tam və hərtərəfli araşdırılmamış, bu istiqamətdə müvafiq dövlət orqanlarına sorğular verildiyini təsdiq edən sübutlar iş materiallarına əlavə olunmamışdır və nəticə etibarilə inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan “qəsd” və “üzrsüz səbəb” elementləri iş materialları ilə sübuta yetirilməmişdir. Odur ki, iş materiallarında olan sənədlərlə borclunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiqini tapmamış, əksinə təkzib olunmuşdur. Azərbaycan Respublikası İXM-in təqsirsizlik prezumpsiyasından bəhs edən 8-ci maddəsində aşağıdakılar göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1 və 53.1.2-ci maddələrinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin yaranması üçün əsasların olmadığını tam araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Odur ki, apellyasiya məhkəməsi hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməllərində icra sənədinin üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra edilməməsi, eləcə də icra sənədinin icrasını mümkünsüz etməyə yönələn hər hansı hərəkətlərə yol verilməsi halları müşahidə olunmadığından onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi yoxdur. Beləliklə, iş üzrə toplanmış sübutlar məcmusu borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq etmir, əksinə həmin əməl üzrə zəruri hüquqi tərkib elementlərinin, xüsusilə də qəsd və üzrsüz səbəb elementinin mövcudluğunu təkzib edir və buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab olunaraq dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Odur ki, apellyasiya məhkəməsi şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-341/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-341/2026
01.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver