Məhkəmə qərarları › İş №3(3-9)-344/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-344/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-344/2026 03.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və başlanmış inzibati xəata haqqında icraata xitam verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş protokol üzrə idarə rəisi tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsilə tərtib olunmuş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli qərar ilə Qərardan şikayət verən orqan (şəxs) həmin maddəni törətməkdə təqsirli bilinərək, 2200 manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil şikayəti onunla əsaslandırmışdır ki, Lənkəran rayonunun Boladi kəndində yerləşən Seyidoba məscidinin ərazisində aparılan tikinti abadlaşdırma işləri zamanı 1 (bir) ədəd qarağac cinsinə mənsub, diametri 72 sm-də ağacın yaş halda kəsilməsi ilə bağlı Qərardan şikayət verən orqan (şəxs) barəsində * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən ## #### 2026-cı il tarixli ****** saylı inzibati akt qanunsuz və əsassız olaraq tərtib olunmuşdur. ## #### 2026-cı il tarixli ****** saylı inzibati aktda göstərilir ki, ağac kəsilməsi ilə bağlı daxil olmuş ##.##.2026-cı il tarixli şifahi müraciət əsasında idarənin əməkdaşları tərəfindən araşdırma aparılmış və Seyidoba məscidinin ərazisinə keçirilmiş baxış zamanı ərazidəki tikinti-abadlaşdırma işləri ilə bağlı qarağac cinsinə mənsub, diametri 72 sm-də ağacın kəsilməsi müəyyən olunmuşdur. Ətrafdakı yaşayış massivində yaşayan əhali ilə aparılmış sorğu zamanı sözügedən ağacı kəsən şəxsin Boladi kənd sakini olan və usta kimi fəaliyyət göstərən Qərardan şikayət verən orqan (şəxs) olduğu bildirilmişdir. Qərardan şikayət verən orqan (şəxs) izahatında Boladi kəndində yerləşən Seyidoba məscidinin həyətində kənd camaatının dəstəyi ilə təmənnasız tikinti işləri apardığı zaman məscid ərazisinə daxil olmağa maneçilik törədən, aşma təhlükəsi olan və "Qara Seyid" qəbrinin üstündə təhlükə yaradan 1 ədəd qarağac cinsli 70 sm diametrdə olan ağacı kəsdiyini bildirmişdir. Göstərilənlərlə bağlı olaraq "Ətraf mühitin mühafizəsi haqqında" ##.##.1999-cu il tarixli və "Yaşıllıqların mühafizəsi haqqında" ##.##.2014-cü il tarixli Qanunların tələblərinin pozulduğu və İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədildiyi qeyd edilmişdir. * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli MN ******* saylı protokoldan və inzibati tənbeh vermə haqqında ## ##### 2026-cı il tarixli MN ******* saylı qərardan görünür ki, Lənkəran rayonunun Boladi kəndində yerləşən Seyidoba məscidinin ərazisində aparılan tikinti abadlaşdırma işləri zamanı 1 (bir) ədəd qarağac cinsinə mənsub, diametri 72 sm-də ağacın yaş halda kəsilməsi faktı ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsinə görə barəsində 2200 (iki min iki yüz) manat cərimə tənbehi tətbiq edilmişdir. İdarənin inzibati tənbeh vermə haqqında ## ##### 2026-cı il tarixli MN ******* saylı qərarı qanunsuz və əsassızdır. Ona görə də, ləğv edilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında ## ##### 2026-cı il tarixli MN ******* saylı qərarın verilməsinə əsas olan sənədlər ## #### 2026-cı il tarixli ****** saylı inzibati akt və inzibati xəta haqqında ## #### 2026-cı il tarixli MN ******* saylı protokoldur. İlk olaraq aktdakı qanunsuzluqları qeyd edir. Akt tərtib edilərkən videoçəkiliş aparılmamış və Qərardan şikayət verən orqan (şəxs) aktı imzalamaqdan imtina etmişdir. Belə olan vəziyyətdə akta sübut kimi istinad oluna bilməz və iş üzrə sübutlar siyahısından xaric edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 94.1-ci maddəsinə əsasən inzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilir. Qərardan şikayət verən orqan (şəxs) usta kimi fəaliyyət göstərir. Onun işi tikinti işlərini aparmaqdır, ağac kəsmək deyildir. * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərtib etdikləri aktda göstərmişlər ki, ətrafdakı yaşayış massivində yaşayan əhali ilə aparılmış sorğu zamanı sözügedən ağacı kəsən şəxsin Boladi kənd sakini olan və usta kimi fəaliyyət göstərən Qərardan şikayət verən orqan (şəxs) olmasını müəyyən etmişlər. Söhbət hansı əhalidən gedir? Boladi kəndinin minlərlə əhalisi var. Aktı tərtib edən orqan ya konkret şahid ifadələrinə, ya da foto və ya videoçəkilişlərə istinad etməklə akt tərtib edə və bu barədə şəxsin cərimələnməsi ilə əlaqədar protokol tərtib etməklə qərar qəbul edə bilərdi. Lakin qeyd etdiklərimin heç biri sübut kimi işə əlavə edilməmişdir. Çünki belə bir sübut və ya sübutlar yoxdur. Qərardan şikayət verən orqan (şəxs) hazırki vaxtadək heç vaxt ağacların kəsilməsi işi ilə məşğul olmamışdır. Barəsində tərtib edilən akt, protokol və qərarın heç bir hüquqi əsası yoxdur. Akt və protokolun tərtib edilməsi üçün ilk öncə sübutlar toplanılmalıdır. Ağac kəsmə halı həqiqətən baş vermiş olsaydı belə, Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş sənədlər əsassız və qanunsuz hesab olunmalı idi. Belə ki, şikayətə əlavə etdiyi sənədlərdən görünür ki, ağacın qanunsuz kəsildiyi iddia edilən mübahisəli yerdə müvafiq tikinti işlərinin aparılması ilə əlaqədar lazımi icazə sənədləri alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş layihədən görünür ki, Lənkəran rayonunun Boladi kəndində yerləşən Seyidoba məscidinin ərazisində tikiləcək mərasim evinin layihəsi Şöbəyə təqdim edilmiş və layihə barədə məlumat verildikdən sonra Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin ## ######## 2025-ci il tarixli 3-24-1/2- **/M-***/**/**** saylı məktubundan görünür ki, Lənkəran rayonunun Boladi kənd sakini X3 həmin kənddə yerləşən Seyidoba məhəllə məscidinin yaxınlığında mərasim zalının tikintisi üçün layihə sənədlərinə münasibət bildirilməsi barədə müraciətinə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baxılmışdır. Qeyd olunan məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli *** nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (4833 inventar nömrəli) dövlət mühafizəsinə götürülmüşdür. Təqdim edilmiş layihə əsasında, aidiyyəti qurumlarla razılaşdırılaraq Dövlət Xidmətinin əməkdaşlarının nəzarəti altında sözügedən məscidin yaxınlığında mərasim evinin tikintisinə etiraz edilməmişdir. İşdə olan ## #### 2020-ci il tarixli lisenziyadan da görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi ilə bağlı "İnşaatlayihə” MMC-yə müvafiq lisenziya vermişdir. İşdə olan Lənkəran rayon Boladi kənd İƏDN tərəfindən verilmiş ## ##### 2026- cı il tarixli arayışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Lənkəran rayonunun Boladi kəndində yaşayır. Kəndin hörmətli sakinlərindən biridir, olduqca aztəminatlı şəraitdə yaşayır və ailəsinin yeganə gəlir mənbəyi müntəzəm olmayan fəhlə işləyir. O, xeyirxah və dindar şəxs kimi kənddəki məscid, qəbiristanlıq və digər ictimai yerlərin təmirində, abadlaşdırılmasında hər zaman təmənnasız (ödənişsiz) iştirak edir. Məscidin həyətində aparılan tikinti işlərində də heç bir qazanc güdmədən kənd sakinlərinin xeyriyyə məqsədli müraciəti əsasında könüllü olaraq işləmişdir. Göründüyü kimi, Lənkəran rayonunun Boladi kəndində yerləşən Seyidoba məscidinin ərazisində tikiləcək mərasim evinin layihəsi Lənkəran şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən qanunamüvafiq qaydada təsdiq edilmiş, lisenziyası olan "İnşaat-layihə” MMC tərəfindənı tikinti işlərinə başlanılmış və Mədəniyyət Nazirliyi tərəfindən mərasim evinin tikintisinə etiraz edilməmişdir. Yəni Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ağac kəsilmiş olsaydı belə, müvafiq qurumlardan alınan icazə və layihədə göstərilmiş yerdə tikintiyə hazırlıq işlərinin aparılmasında onun tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Əksinə Qərardan şikayət verən orqan (şəxs) heç bir maddi maraq güdmədən xeyriyyəçilik işləri ilə məşğul olmaqla kənd məscidində könüllü olaraq tikinti işləri ilə məşğul olmuşdur. Ona təşəkkür edilməli yerdə barəsində qanunsuz akt, protokol və qərar tərtib edilmişdir. Müdafiəçi Vəkil Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə müdafiəçi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsilə tərtib olunmuş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı hesab edilmişdir. Qərardan narazı qalan barəsində qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət vermişdir. Şikayətdə qeyd olunmuşdur ki, Lənkəran rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. Qərardan şikayət verən orqan (şəxs) usta kimi fəaliyyət göstərir. Onun işi tikinti işlərini aparmaqdır, ağac kəsmək deyildir. * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərtib etdikləri aktda göstərmişlər ki, ətrafdakı yaşayış massivində yaşayan əhali ilə aparılmış sorğu zamanı sözügedən ağacı kəsən şəxsin Boladi kənd sakini olan və usta kimi fəaliyyət göstərən Qərardan şikayət verən orqan (şəxs) olmasını müəyyən etmişlər. Söhbət hansı əhalidən gedir? Boladi kəndinin minlərlə əhalisi var. Aktı tərtib edən orqan ya konkret şahid ifadələrinə, va da foto və va videocəkilislərə istinad etməklə akt tərtib edə və bu barədə şəxsin cərimələnməsi ilə əlaqədar protokol tərtib etməklə qərar qəbul edə bilərdi. Lakin qeyd etdiklərimin heç biri sübut kimi isə əlavə edilməmişdir. Çünki belə bir sübut və va sübutlar yoxdur. Qərardan şikayət verən orqan (şəxs) hazırki vaxtadək heç vaxt ağacların kəsilməsi işi ilə məşğul olmamışdır. Barəmdə tərtib edilən akt, protokol və qərarın heç bir hüquqi əsası yoxdur. Akt və protokolun tərtib edilməsi üçün ilk öncə sübutlar toplanılmalıdır. Ağacın qanunsuz kəsildiyi iddia edilən mübahisəli verdə müvafiq tikinti islərinin aparılması ilə əlaqədar lazımi icazə sənədləri alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş layihədən görünür ki, Lənkəran rayonunun Boladi kəndində yerləşən Seyidoba məscidinin ərazisində tikiləcək mərasim evinin layihəsi Şöbəyə təqdim edilmiş və layihə barədə məlumat verildikdən sonra Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. Lənkəran rayonunun Boladi kəndində yerləşən Seyidoba məscidinin ərazisində tikiləcək mərasim evinin layihəsi Lənkəran səhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən qanunamüvafiq qaydada təsdiq edilmiş, lisenziyası olan “İnşaat-layihə” MMC tərəfindən tikinti islərinə başlanılmış və Mədəniyyət Nazirliyi tərəfindən mərasim evinin tikintisinə etiraz edilməmişdir. Yəni Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ağac kəsilmiş olsaydı belə, müvafiq qurumlardan alınan icazə və layihədə göstərilmiş verdə tikintiyə hazırlıq islərinin aparılmasında onun tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Əksinə Qərardan şikayət verən orqan (şəxs) heç bir maddi maraq güdmədən xeyriyyəçilik isləri ilə məşğul olmaqla kənd məscidində könüllü olaraq tikinti isləri ilə məşğul olmuşdur. Ona təşəkkür edilməli verdə barəsində qanunsuz akt, protokol və qərar tərtib edilmişdir. Ağacı kimin kəsdiyi bilinmir, bunu Ekologiya idarəsinin əməkdaşları müəyyən etməlidir. Lakin heç bir mötəbər sübut olmadan fərziyyə və mülahizə əsasında cərimə tənbehi ona tətbiq edilmişdir, məhkəmə isə həmin fərziyyələri təsdiq etmişdir. Qeyd edilənlərə əsasən, Lənkəran rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarını ləğv edib barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını və Lənkəran rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını və Lənkəran rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 bildirmişdir ki, görməmişdir. Ağac məsçidin həyətində idi, kənd camaatı ağacın kəsilməsini çoxdan istəyirdi, amma icazə yox idi. Ekologiya İdarəsinin işçiləri gələrək, Nüsrətin çağırılmasını istədilər. Bundan sonra oraya ərazi nümayəndəsu şahid1 gəldi. Nüsrət gəldikdən sonra izahat yazıb bildirdi ki, ağazı o, kəsmişdir. Lakin o, Nüsrətdən xahiş etməmişdir ki, ağacı kəsməsini yalandan etiraf etsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Boladi kənd İƏD nümayəndəsi şahid1 Məşi oğlu şahid şahid2 ilə eyni məzmunda izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşıdır. Ağac kəsilən gün məlumatları olmuşdur ki, məscidin həyətində “Qarağac” ağacı kəsilmişdir. Ağacı kəsən şəxsin Nüsrət olmasını möyrəndiklərinə görə, bələdiyyə sədrindən onun çağırılmasını xahiş etmişlər. Az sonra Nüsrət gəlmiş və izahat vermişdir ki, ağacı kəsmişdir. Ondan heş kim xahiş etməmişdir ki, yalandan etirafedici izahat yazsın. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2.-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Şikayətin dəlillərini işin materialları üzrə tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilməməlidir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən inzibati xəta haqqında toplanmış materiallarla yanaşı işin faktiki hallarına əsaslanmışdır. İş materiallarında olan ## #### 2020-ci il tarixli Lisenziyadan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "İnşaat-Layihə" MMC-yə tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirməyə icazə verilmişdir. ## ######## 2025-ci il tarixli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin *-**-*/*-**/M***/**/**** saylı məktubundan görünür ki, Lənkəran rayonu Boladi kəndində yerləşən Seyidoba məhəllə məscidinin yaxınlığında mərasim zalının tikintisi üçün layihə sənədlərinə baxılmış və tikintiyə etiraz edilməmişdir. ## #### 2026-cı il tarixli ****** nömrəli Aktdan görünür ki, Lənkəran rayonu Boladi kəndində yerləşən Seyidoba məscidinin ərazisində 1 ədəd diametri 72 sm olan qarağac cinsinə mənsub ağacın kəsilməsi faktı müəyyən edilmiş və sakinlər arasında aparılan sorğuya əsasən bu əməlin usta kimi fəaliyyət göstərən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədildiyi qeyd olunmuşdur. ## #### 2026-cı il tarixli İnzibati xəta haqqında bildiriş və MN ******* nömrəli protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi barədə sənədləşmə aparılmış və işə baxılması üçün o, ## ##### 2026-cı il tarixinə * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə çağırılmışdır. ## ##### 2026-cı il tarixli İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərardan və aidiyyəti bildiriş məktubundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2200 (iki min iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. ## ##### 2026-cı il tarixli Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) kəndin hörmətli və xeyirxah dindarlarından biri olmaqla yanaşı, aztəminatlıdır və məscidin həyətindəki tikinti işlərində kənd sakinlərinin müraciəti əsasında könüllü, heç bir qazanc güdmədən (təmənnasız) iştirak etmişdir. Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə tərtib olunmuş ##.##.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, ## ##### 2025-ci il tarixində İmişli-Kürdəmir avtomobil yolunun sol hissəsində qazıntı işləri aparan zaman 48 ədəd qanunsuz saksaul kollarının çıxardılaraq məhv edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə -fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsi ilə bağlı bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etmək bütün fiziki və hüquqi şəxslərin vəzifəsidir. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən isə bu qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən «İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar …., digər sənədlərlə, ….., inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir». Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən “Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir.”. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə “inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi)”, “inzibati xəta törətmiş şəxs”, “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə məhkəmə hesab edir ki, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır, qərarın ləğv olunması və ya dəyişirilməsi üçün həmin Məcəllənin 135.1.1-135.1.6.-cı maddələrində göstərilən hallar müəyyən olunmur. Odur ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar