Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-345/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Bəhmənov Habil Xanoğlan oğlu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həbs edilməsi barədə Astara Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində X3 İTB-nin polis sahə rəisi X1 tərəfindən ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, ##.##.2026-cı il tarixdə, saat 18 radələrində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Astara RPŞ-nin inzibati binasının qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Astara Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilmiş, barəsində olan inzibati həbsin müddəti ## ### 2026-cı il tarixdən hesablanmışdır. Barəsində inzibati tənbeh vermə haqqında qərardan şikayət verən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin həmin qərarından apellyasiya şikayəti vermişdir. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Astara Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarın sürətini ## ### 2026-cı il tarixdə almışdır. Astara Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli məktubundan görünür ki, qərardan verilmiş şikayət qanunla müəyyən edilmiş 10 gün müddət ötdükdən sonra verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apelyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə verilir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X2rşı [BP], № *****/**, §§ 39-42, ## #### 2012). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Nəzərə alınmalıdır ki, CPM-in 203.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Qanun normasının məzmunundan göründüyü kimi şikayət və ya protest verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş 10 günlük müddətin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Göstərilənlərə əsasən, şikayətə baxılması üçün icraata qəbul edilməkdən imtina edilməli və şikayət edən barəsində inzibati tənbeh vermə haqqında qərardan şikayət verən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müddətin ötürülməsi üçün üzürlü hal olduğu halda, ötürülmüş müddətin bərpa olunması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Astara Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından qərarından barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-345/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-345/2026
17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver