Məhkəmə qərarları › İş №3(3-9)-346/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-346/2026

17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-346/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, ##.##.1985-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, X2 kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 528.1-1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati həbs tənbeh tətbiq edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs toğlu IXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qərar qəbul olunarkən bir çox pozuntulara yol verilmiş və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, iş üzrə tələbkar zərərçəkmiş şəxs6 ilə aralarında razılıq əldə olunmuş, sonuncunun onun barəsində şikayət və tələbi yoxdur. Məhkəmə tərəfindən göstərilən xüsusatlar nəzərə alınmamışdır. Həmçinin ağır xəstədir. Himayəsində üç azyaşlı uşağı vardır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X1 hər biri ayrı-ayrılıqda şikayətin dəlillərinə uyğun izahat verərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra tələbinin tam təmin olunduğunu, bu səbəbdən şikayətin təmin olunmasını və Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxs və icra məmuru məhkəmə iclasına gəlməmiş, zərərçəkmiş şəxs və icra məmuru gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Apellyasiya instansiyası məhkəməsi inzibati işin materiallarını, birinci instansiya məhkəməsinin qərarını, şikayətin dəlillərini və apellyasiya baxışı zamanı təqdim edilmiş əlavə sənədləri tam, hərtərəfli və obyektiv yoxlayaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı saylı icra vərəqəsinə əsasən, cavabdehlər X3 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Iddiaçı zərərçəkmiş şəxs6 və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Kürdəmir rayonu Çölqubalı kəndi ərazisində yerləşən 3,20 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,48 ha hissəsindən məcburi qaydada çıxarılmalı və həmin torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılması qeyd edilmiş, cavabdehlər X3 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutulması göstərilmişdir. Icraata başlama haqqında ##.##.2026-cı il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı saylı icra vərəqəsinə əsasən iş üzrə icraat başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmiş və o, bildirişi ##.##.2026-cı il tarixdə almışdır. Kürdəmir rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş) yüz manat inzibati cərimə edilmişdir. Iş materiallarına əlavə edilmiş zərərçəkmiş (tələbkar) zərərçəkmiş şəxs6 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ərizəsindən və Kürdəmir Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru Hikmət Quliyevin həmin tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbi tam icra etmiş və barəsində olan icra sənədinə xitam verilmişdir. IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. IXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu norma inzibati məsuliyyətin qanunilik prinsipinin birbaşa təminatıdır. Çünki inzibati məsuliyyət yalnız formal protokolun mövcudluğuna görə deyil, konkret maddənin obyektiv və subyektiv əlamətlərinin, yəni inzibati xəta tərkibinin mövcudluğu sübuta yetirildiyi halda tətbiq edilə bilər. IXM-in 528.1-1-ci maddəsinin məzmunundan görünür ki, həmin maddə üzrə məsuliyyətin yaranması üçün əvvəlcə IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətaya görə inzibati tənbeh almış şəxsin inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə icra sənədindəki tələbi və ya icra məmurunun qanuni tələbini yenidən üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən olunmalıdır. Deməli, bu tərkibin obyektiv tərəfinin zəruri əlamətləri aktiv və qüvvədə olan icra sənədinin, həmin icra sənədi üzrə icra edilməli real tələbin, icra məmuru tərəfindən müəyyən edilmiş icra müddətinin və həmin müddətdə üzrsüz icra etməmə faktının mövcudluğudur. Iş materiallarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli icra vərəqəsi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və digər borclunun tələbkar zərərçəkmiş şəxs6 və onun ailə üzvlərinin birgə mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması nəzərdə tutulmuşdur. Həmin icra sənədi üzrə ## ##### 2026-cı il tarixdə icraata başlanılmış, borcluya könüllü icra üçün bildiriş göndərilmişdir. Bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində əvvəlcə IXM-in 528.1-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmiş, daha sonra isə ## #### 2026-cı il tarixli protokol əsasında IXM-in 528.1-1-ci maddəsi ilə 15 gün inzibati həbs tənbehi tətbiq olunmuşdur. Bununla yanaşı, apellyasiya baxışı zamanı təqdim edilmiş tələbkar zərərçəkmiş şəxs6 ## #### 2026-cı il tarixli ərizəsindən və Kürdəmir Rayon Icra və Probasiya Şöbəsinin icra məmurunun həmin tarixli qərarından müəyyən olunur ki, icra sənədi üzrə tələb tam icra edilmiş, tələbkarın tələbi təmin olunmuş və həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, IXM-in 528.1 və 528.1-1-ci maddələri üzrə məsuliyyət icra sənədinin mövcudluğundan və həmin sənəd üzrə icra edilməmiş real tələbin qalmasından ayrılıqda qiymətləndirilə bilməz. Icra sənədi üzrə icraata xitam verilməsi həmin icra sənədinin icra mərhələsində artıq hüquqi nəticəsini başa çatdırması deməkdir. Belə halda icra məmurunun borclu qarşısında yerinə yetirilməsi tələb olunan aktual və qüvvədə olan icra tələbi qalmır. Mövcud olmayan və icraatı xitamla başa çatmış icra sənədinin icra edilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi, xüsusilə inzibati həbs kimi azadlıqdan məhrumetmə xarakterli tənbehə məruz qoyulması qanunilik, hüquqi müəyyənlik və mütənasiblik prinsipləri ilə uzlaşmır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən icra sənədinin icra olunmaması faktını əsas götürmüşdür. Lakin apellyasiya baxışı zamanı iş üzrə hüquqi vəziyyət köklü şəkildə dəyişmiş, icra sənədi üzrə tələbin tam icra edilməsi və icraata xitam verilməsi rəsmi sənədlərlə təsdiq olunmuşdur. IXM-in 133.2.8-ci maddəsinə əsasən apellyasiya instansiyası şikayətə baxarkən qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan, habelə əlavə təqdim edilmiş materiallar əsasında yoxlayır. Buna görə də apellyasiya instansiyası məhkəməsi iş üzrə hazırkı hüquqi vəziyyəti nəzərə almadan yalnız birinci instansiya məhkəməsinin qərar qəbul etdiyi andakı formal vəziyyətlə kifayətlənə bilməz. Icra sənədinin tam icrası və icraata xitam verilməsi inzibati xətanın ictimai münasibətlərə yönəlmiş zərərli nəticəsini və həmin tərkibin obyektiv tərəfini aradan qaldırmışdır. Başqa sözlə, artıq icra olunmalı tələb, həmin tələbin icrasından yayınma və icra məmurunun icra edilməyən aktual qanuni tələbi mövcud deyildir. Bu şəraitdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin saxlanılması mümkün hesab edilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən nəzərə alır ki, inzibati həbs cəzası şəxsin azadlığına ən ağır inzibati müdaxilə formasıdır. Belə müdaxilə yalnız qanunla dəqiq müəyyən edilmiş əsasların mövcud olduğu, tərkibin bütün əlamətlərinin şübhəsiz sübuta yetirildiyi və müdaxilənin zəruri və mütənasib olduğu hallarda tətbiq edilə bilər. Icra sənədi üzrə tələbin tam yerinə yetirildiyi və həmin icra sənədi üzrə icraata xitam verildiyi halda şəxsin azadlıqdan məhrum edilməsi artıq icranı təmin etməyə yönəlmiş hüquqi vasitə deyil, əsası aradan qalxmış formal cəzalandırma xarakteri daşıyır. Bu yanaşma Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ ilə də uzlaşır. Avropa Məhkəməsi “Hornsby Yunanıstana qarşı” işində məhkəmə qərarının icrasını ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi qiymətləndirmişdir. “Burdov Rusiyaya qarşı” işində də qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmamasının hüquqi müdafiənin effektivliyini şübhə altına aldığı vurğulanmışdır. Lakin bu presedentlərdən çıxan nəticə ondan ibarətdir ki, dövlətin əsas vəzifəsi məhkəmə qərarının real icrasını təmin etməkdir; icra təmin edildikdən və icra sənədi üzrə icraata xitam verildikdən sonra artıq icranı təmin etmək məqsədi ilə şəxsin azadlığının məhdudlaşdırılması zəruri hüquqi vasitə kimi qiymətləndirilə bilməz. Avropa Məhkəməsi “X6rşı” işində də məhkəmə qərarlarının icrası sahəsində dövlətin pozitiv öhdəliyini qeyd etməklə yanaşı, müdaxilələrin hüquqi müəyyənlik və mütənasiblik tələblərinə uyğun olmasının vacibliyini göstərmişdir. Həmin yanaşma hazırkı işə tətbiq edildikdə, məhkəmə belə nəticəyə gəlir ki, icra sənədinin tələbi faktiki və hüquqi olaraq təmin edildiyi, icraata rəsmi qaydada xitam verildiyi halda, artıq həmin icra sənədinin “icra edilməməsi” kimi davam edən hüquqazidd vəziyyət mövcud deyil. Buna görə şəxsin inzibati həbsdə saxlanılması nə icranın təmin olunmasına xidmət edir, nə də demokratik cəmiyyətdə zəruri və mütənasib müdaxilə kimi əsaslandırıla bilər. X11 5-ci maddəsinin mahiyyətinə görə şəxsin azadlığından məhrum edilməsi yalnız qanunla nəzərdə tutulmuş, aydın və proqnozlaşdırıla bilən əsaslara söykənməli, formal deyil, real və aktual hüquqi zərurətlə əsaslandırılmalıdır. Hazırkı işdə icra sənədi üzrə tələbin tam icra olunması və icraata xitam verilməsi ilə həmin aktual hüquqi zərurət aradan qalxmışdır. Belə vəziyyətdə inzibati həbsin saxlanılması azadlıq hüququna qeyri-mütənasib müdaxilə riski yaradır. Məhkəmə şikayətdə göstərilən tələbkarla barışma, tələbkarın şikayət və tələbinin qalmaması barədə dəlilləri də bu kontekstdə qiymətləndirir. Həmin hallar özlüyündə yalnız barışma əsası kimi deyil, daha əhəmiyyətlisi, icra sənədi üzrə tələbin real şəkildə yerinə yetirildiyini və icra predmetinin aradan qalxdığını təsdiq edən faktiki göstəricilər kimi hüquqi əhəmiyyət kəsb edir. Səhhət və ailə vəziyyəti ilə bağlı dəlillər isə tənbeh seçimi zamanı əhəmiyyətli ola bilsə də, hazırkı işdə nəticə inzibati tənbehin yüngülləşdirilməsi deyil, ümumiyyətlə tərkibin olmaması əsası ilə icraata xitam verilməsi olduğundan həmin halların ayrıca tənbeh məsələsi kimi müzakirəsinə zərurət qalmır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Çünki həmin maddə üzrə məsuliyyəti şərtləndirən əsas element – qüvvədə olan icra sənədi üzrə icra edilməmiş aktual tələb və həmin tələbin üzrsüz səbəbdən icra edilməməsi faktı apellyasiya baxışı zamanı mövcud deyildir. Mövcud olmayan icra tələbinin icra edilməməsinə görə şəxsin inzibati həbsə məruz qoyulması yolverilməzdir. IXM-in 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan daxili inamı ilə sübutları qiymətləndirir. Iş üzrə sübutların məcmusu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün zəruri olan inzibati xəta tərkibinin mövcudluğunu təsdiq etmir. IXM-in 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. IXM-in 135.1.5-1-ci maddəsinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilməli, o, inzibati həbsdən dərhal azad olunmalıdır. Şərh olunanları və IXM-in 53.1.2, 84, 128, 133.2.8, 134.1.3 və 135.1.5-1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin maddə ilə onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal məhkəmə iclas zalından inzibati həbsdən azad olunsun. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbsdən azad edilməsi Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar