Məhkəmə qərarları › İş №3(3-9)-347/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-347/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-347/2026 29.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Qərardan şikayət verən orqan (şəxs) Adil oğlunun, səlahiyyətli orqan - * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Adil oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinı dair Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim X5), Qərardan şikayət verən orqan (şəxs) Adil oğlunun şikayətinin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Adil oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixində Şirvan Milli Parkının * saylı sahəsində qanunsuz xırda buynuzlu mal-qara otardığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Adil oğlu Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı ## ###### 2026-cı il tarixli qərarından məhkəməyə şikayət vermişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2026-cı il tarixli, MN 1897543 No-li inzibati tənbeh vermə haqqında qərarına o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmiş, həmin qərarın surəti ona rəsmi qaydada qeydiyyatda olduğu Şamaxı Rayonu, Quşçu kəndinə göndərilmiş və həmin qərarın surəti ##.##.2026-cı il tarixdə poçt xidməti tərəfindən ona təqdim edilmişdir. Qərardan narazı olduğu üçün hazırki şikayətlə Salyan Rayon Məhkəməsinə müraciət edərək, həmin qərarın ləğv olunması və inzibati işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Belə ki, qərarda qeyd edilmişdir ki, guya o, ##.##.2025-ci il tarixdə Salyan rayonu ərazisində yerləşən Şirvan Milli Parkının * saylı sahəsində qanunsuz olaraq xırda buynuzlu mal-qara otarmış, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. Hesab edir ki, həmin qərar əsassızdır və bu qərar ləğv edilməklə inzibati işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Belə ki, hazırki şikayət ərizəsinə əlavə etdiyi Salyan Rayon Məhkəməsinin *(***)-***/****-*** saylı, ##.##.2025-cil tarixli qərardadından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2018-ci il tarixli qətnaməsinin icrasına 6 ay müddətine möhlət verilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 8(057)-451/2025 №li, ##.##.2025-ci il tarixli qərardadına əsasən ərizəsi təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- ***/**** saylı, ## ###### 2018-ci il tarixli qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 8(057)-451/2025 №li, ##.##.2025-ci il tarixli qərardadının surəti ona və Şirvan Milli Parkına göndərilmişdir. Yəni burdan aydın olur ki, onun inzibati məsuliyyətə cəlb edilməsinə dair yuxarıda qeyd edilmiş qərardan Şirvan Milli Parkının xəbəri vardır. Baxmayaraq ki, Şirvan Milli Parkı Salyan Rayon Məhkəməsinin 8(057)-451/2025 №li, ##.##.2025-ci il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2018-ci il tarixli qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilməsi qərara alınmışdır. Burdan görünür ki, Şirvan Milli Parkının və Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Salyan Rayon Məhkəməsinin 8(057)-***/**** №-li, ##.##.2025-ci il tarixli qərardadindan məlumatlı olduqları halda bu qərardan 40 gün sonra bilərəkdən qərəzli şəkildə onu inzibati məsuliyyətə cəlb etmişdir. İşə baxan Salyan Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev apellyasiya şikayət verərək apellyasiya şikayətinin təmin edilməsini, Salyan rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) Adil oğlu barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə qalması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-433/2018 sayll, ##.##.2018-ci il saylı qərarına əsasən cavabdeh X3 ona məxsus əmlaklar ilə birlikdə Şirvan Milli Parkın ərazisindən çıxarılması barədə qərar qəbul edilmişdir. Həmin şəxs tərəfindən məhkəmə qərarı könüllü icra edilməmiş, və Salyan rayon icra və Probasiya şöbəsi tərəfindən ##.##.2025-ci il tarixində məcburi icra tədbirləri keçirilməsi üçün Ədil Abdullayevə ##.##.2025-ci il tarixli ******/** saylı məktub ünvanlanmışdır. Keçirilən tədbir nəticəsində ərazidə olan mal-qara çıxarılmış, ərazidə olan tikililərin bir qismi sökülmüşdür. Qeyd olunan qərarın icrası tam icra olunmadığından, qərarın tam icra olunması üçün Salyan rayon İcra və Probasiya şöbəsinə məktub ünvanlanmışdır. Qərardan şikayət verən orqan (şəxs) oglu tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2018-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizə ilə müraciət etmiş və Salyan rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-433/2018 sayll, ## ###### 2018ci il tarixli qətnaməsinin, yəni ərazidə olan tikililərin sökülməsinin icrasına 6 ay müddətinə möhlət verilmişdir. Lakin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2026-cı il tarixində 2 ədəd traktor və hər traktorda 2 ədəd qoşqu ilə ərazidə olan tikililərin sökülməsi ilə bağlı Milli Park ərazisinnə daxil olunmuş və Parkın əməkdaşları tərəfindən həmin fermaya yaxınlaşdıqda qeyd olunan traktorlarda 130 baş qoyun və 20 baş keçinin gətirilməsi müəyyən edilərək barəsində Az.Respublikası İXM-in 242-ci maddəsinə əsasən, yəni xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizə rejiminin pozulmasına görə ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqqında protokol tərtib edilmişdir. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunun: 1-ci maddəsinə əsasən, Xüsusi mühafizə olunan təbiət obyektləri - elmi, mədəni, estetik və sağlamlaşdırma dəyəri olan nadir, nəsli kəsilmək təhlükəsi qarşısında olan, səciyyəvi, xüsusi mühafizə rejimli zooloji, botanik, dendroloji, hidroloji, geoloji, geomorfoloji, hidrogeoloji, meşə, landşaft və torpaq obyektləridir. 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində beynəlxalq, respublika və bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz. 6-cı maddəsinə əsasən, Dövlət təbiət qoruqlarının, geoloji parkların və milli parkların əraziləri respublika əhəmiyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilir. 7-ci maddəsinə əsasən, Dövlət təbiət qoruqlarının və yasaqlıqlarının, geoloji parkların, milli parkların təbiət abidələrinin, zooloji parklar, nəbatat bağlarının və dendroloji parkların fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır. 10-cu maddəsinə əsasən, Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üçün xüsusi mühafizənin hüquqi rejimi, yaxud təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir. Xüsusi mühafizənin hüquqi rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində vƏ obyektlərində və ya xüsusi ayrılmış sahələrdə ətraf mühitin təbii vəziyyətini pozan hər hansı təsərrüfat fəaliyyətinə, həmçinin digər fəaliyyətlərə qadağalar nəzərdə tutur. 21-ci maddəsinə əsasən, milli parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir. Göründüyü kimi Salyan rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-433/2018 sayll, ## ###### 2018-ci il tarixli qətnamasinin, yəni ərazidə olan tikililərin sökülməsinin icrasına 6 ay müddətinə möhlət verilməsi göstərilsədə, Qərardan şikayət verən orqan (şəxs) tərərindən xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazi hesab olunan Şirvan Milli Parkının mühafizə olunan ərazisinə daxil olaraq, xüsusi mühafizə olunan təbiət obyektinin rejim qaydalarını həmin əraziyə mal-qara gətirərək pozmuşdur Lakin Salyan Rayon Məhkəməsi işə birtərəfli yanaşmış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, yalnız şikayətçinin ifadələrini qəbul etmiş və bunun nəticəsində əsassız və qanunsuz qərar qəbul etmişdir. Qeyd olunanlar Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-***)-***/**** saylı qərarının əsassız və qanunsuz olmasının birbaşa sübutdur. PROSESSUAL MƏSƏLƏLƏR: Səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçisi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunaraq Salyan rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) Adil oğlu barəsində * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə qalması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Adil oğlu apellyasiya şikayəti ilə razı olmadığını bildirdi, həmçinin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsinin qərarını və səlahiyyətli orqanın mövqeyini hərtərəfli, tam və obyektiv qaydada araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməli, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Əmək Məcəlləsinin 242-ci maddəsinin tələblərini pozaraq ##.##.2025-ci il tarixində Şirvan Milli Parkının * saylı sahəsində qanunsuz xırda buynuzlu mal-qara otardığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2018-ci il tarixli qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının ##.##.2025-ci il tarixli, ****** nömrəli aktında qeyd olunmuşdur ki, ## ###### 2025-ci il tarixli 2025-ci il tarixində Şirvan Milli Parkının * saylı sahəsində növbəti reyd zamanı Dirovdağ postu yaxınlığında axşam saat 21:30 radələrində bizə tərəf nəqliyyat vasitəsinin yaxınlaşdığını görmüşlər. Biz nəqliyyat vasitəsini saxlatdırdıqdan sonra sürücünün Qərardan şikayət verən orqan (şəxs) olduğunu müəyyən etmişlər. Qərardan şikayət verən orqan (şəxs) Milli parkın ərazisinə qeyri-qanuni girməklə mühafizə rejimini pozduğunu başa salmışlar. Qərardan şikayət verən orqan (şəxs) onalara bildirmişdir ki, parkın ərazsində özünə məxsus qeyriqanuni tikilmiş mal-qara saxlamaq üçün tövlələrini söküb kənar yerdə tikəcək. Qərardan şikayət verən orqan (şəxs) arxasınca gələn iki ədəd traktora yağış yağdığı üçün yaxınlaşıb yük yerlərinə baxa bilməmişlər. Şübhələndikləri üçün onların arxasınca yatağa getmişlər və orada traktorların yük yerlərində qoyun-quzununn və keçilərin olduğunu müəyyən etmişlər. Qərardan şikayət verən orqan (şəxs) parkın əməkdaşlarını aldadaraq özünə məxsus 130 baş qoyun və 20 baş keçini milli parka gizli gətirdiyini etiraf etmiş və sabah heyvanları ərazidən çıxaracağına söz vermişdir. Onlar yağış yağdığına görə səhərə qədər ona vaxt vermişlər. 22 dekabrda səhər saat 8:30 radələrində parkın əməkdaşları və Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə heyvanları sayıb 130 baş qoyun, 20 baş keçini milli parkın ərazisindən 9 km uzaqlaşdıraraq saat 13:20 radələrində Qərardan şikayət verən orqan (şəxs) qardaşı oğluna X7 vəziyyətdə təhvil vermişlər. Hadisə yerindən ***-***-**-** nömrəli telefondan ***-***-**-** nömrəli telefona məkan göndərildi. Ərazidə tərtib olunmuş ##.##.2025-ci il tarixində axşam saat 21:30 radələrində və ##.##.2025-ci il tarixində səhər saat 8-də ərazidən çıxarılaraq 13:30 radələrində heyvanların təhvil verilməsi barədə tərtib olunmuş çöl aktları akta əlavə edildi. AR İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün zəruri əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna və inzibati tənbeh edilə bilər və bu norma inzibati məsuliyyətin tətbiqinin əsas hüquqi şərtini təşkil edir və hər hansı inzibati tənbeh yalnız qanunla müəyyən edilmiş tərkib mövcud olduqda tətbiq edilə bilər. 12.1-ci maddəsinə görə, inzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl hesab olunur və bu anlayış inzibati məsuliyyətin mahiyyətini müəyyən etməklə yanaşı əməli hüquqi baxımdan qiymətləndirmək üçün əsas meyarları müəyyən edir. 13-cü maddəsinə əsasən inzibati xəta qəsdən və ya ehtiyatsızlıqdan törədilə bilər və şəxs öz əməlinin hüquqazidd xarakterini dərk edərək onun nəticələrini qabaqcadan görür və həmin nəticələrin baş verməsini arzu edir və ya buna şüurlu surətdə yol verirsə əməl qəsdən törədilmiş hesab olunur və hazırkı iş üzrə iş materialları ilə müəyyən edilən hallar şəxsin hərəkətlərinin qəsdən törədildiyini göstərir. 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər halları müəyyən edən hər cür faktiki məlumatlar sübut hesab olunur və həmin məlumatlar inzibati xəta haqqında protokol, digər sənədlər, yerində baxış aktları, foto və video materiallar, şahid ifadələri və səlahiyyətli orqanların rəsmi aktları ilə təsdiq oluna bilər və iş materiallarında mövcud olan sübutlar məhz bu kateqoriyaya aid olmaqla inzibati xətanın faktiki əsaslarını təsdiq edir. 84.1-ci maddəsinə əsasən inzibati xətalara baxan hakim sübutları işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanan daxili inamına görə qiymətləndirir və apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi bu tələbə uyğun hərəkət etməmiş, sübutları ayrı-ayrılıqda qiymətləndirmiş, onların qarşılıqlı əlaqəsini nəzərə almamış və nəticə etibarilə işin faktiki hallarına uyğun olmayan hüquqi nəticəyə gəlmişdir. İş materialları ilə müəyyən olunur ki, səlahiyyətli orqan Azərbaycan Respublikası ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN ******* saylı, ##.##.2026-cı il tarixli qərarla Qərardan şikayət verən orqan (şəxs) Adil oğlu İXM-in 242-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və ona 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərarla (həmçinin inzibati xəta haqqında protokolla) müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixində Şirvan Milli Parkının * saylı sahəsində qanunsuz olaraq xırda buynuzlu mal-qara otarmış və bununla da xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizə rejimini pozmuşdur. Bundan əlavə, iş materiallarında olan Şirvan Milli Parkının ##.##.2025-ci il tarixli ****** nömrəli aktından müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə axşam saat 21:30 radələrində keçirilən reyd zamanı Qərardan şikayət verən orqan (şəxs) Adil oğlunun idarə etdiyi nəqliyyat vasitəsi və onun arxasınca hərəkət edən iki traktor saxlanılmış, sonradan həmin traktorların yük hissəsində 130 baş qoyun və 20 baş keçinin olduğu müəyyən edilmişdir. Həmin aktda Qərardan şikayət verən orqan (şəxs) Adil oğlunun park əməkdaşlarına heyvanları milli park ərazisinə gətirdiyini bildirməsi, ertəsi gün heyvanları ərazidən çıxaracağını deməsi, ##.##.2025-ci il tarixdə isə park əməkdaşlarının iştirakı ilə həmin heyvanların sayılaraq milli park ərazisindən çıxarılması və X8 vəziyyətdə təhvil verilməsi öz əksini tapmışdır. Həmçinin akta hadisə yerində tərtib olunmuş çöl aktlarının və hadisə yerinə dair məkan məlumatlarının əlavə olunması həmin aktın məzmununu təsdiq edən hallardandır. Eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) özünün izahatı ilə də müəyyən olunur ki, o, məhkəmə tərəfindən verilmiş möhlət qərardadına istinad edərək ərazini tərk etmək istəməmiş və nəticədə heyvanlar bir gecə xüsusi mühafizə olunan ərazidə inşa edilmiş tövlədə saxlanılmışdır. APELLYASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Apellyasiya məhkəməsi hesab edir ki, inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar, ##.##.2025-ci il tarixli ****** nömrəli akt, hadisə yerində tərtib olunmuş çöl aktları və iş materiallarında olan digər sübutlar qarşılıqlı əlaqədə və məcmu halında qiymətləndirildikdə xüsusi mühafizə olunan təbiət ərazisi olan Şirvan Milli Parkına malqaranın daxil edilməsi və həmin ərazidə saxlanılması faktını təsdiq edir və bu hal İnzibati Xətalar Məcəlləsinin 242-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hüquqpozmanın obyektiv tərəfini tam şəkildə formalaşdırır. ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokolda və ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın mahiyyəti mal-qaranın qoruq ərazisində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən "otarılması" kimi ifadə edilmişdir. Lakin iş üzrə toplanmış sübutların məcmusu göstərir ki, faktiki olaraq mal-qara həmin ərazidə otarılmasa belə, qoruq ərazisində qanunsuz şəkildə saxlanılmışdır. İnzibati xəta tərkibinin mövcudluğu yalnız "otarma" hərəkətinin sübuta yetirilibyetirilməməsi ilə müəyyən edilmir. Əhəmiyyət kəsb edən hal Qərardan şikayət verən orqan (şəxs) xüsusi mühafizə olunan təbiət ərazisində qanunla qadağan edilmiş davranışa yol veribverməməsidir. Mal-qaranın qoruq ərazisində saxlanılması onun həmin ərazidə yerləşdirilməsi, qalmasına şərait yaradılması və qoruq rejiminin pozulması deməkdir. Belə davranış, mal-qaranın həmin anda aktiv şəkildə otarılıb-otarılmamasından asılı olmayaraq, qoruğun hüquqi rejiminə müdaxilə təşkil edir. Bu baxımdan, protokolda və qərarda "otarılma" ifadəsindən istifadə edilməsi inzibati xətənin mahiyyətini dəyişmir. İş üzrə müəyyən edilmiş faktiki hallar göstərirsə ki, mal-qara xüsusi mühafizə olunan təbiət ərazisində qanunsuz olaraq saxlanılmışdır, həmin hərəkət öz hüquqi mahiyyətinə görə İXM-in 242-ci maddəsində nəzərdə tutulan qadağanın pozulmasını ifadə edir. İnzibati məsuliyyətin tətbiqi zamanı hüquqi qiymətləndirmə istifadə edilmiş terminlə deyil, əməlin faktiki məzmunu və onun qanunun dispozisiyasında nəzərdə tutulmuş əlamətlərə uyğunluğu ilə müəyyən edilir. Beləliklə, yalnız mal-qaranın otarılmasının sübuta yetirilməməsi inzibati xəta tərkibinin olmaması barədə nəticəyə gəlmək üçün əsas vermir. Əksinə, mal-qaranın qoruq ərazisində qanunsuz saxlanılması, bunun Qərardan şikayət verən orqan (şəxs) iradəsi və nəzarəti altında baş verməsi, həmin ərazinin xüsusi mühafizə rejiminin pozulmasına səbəb olduğundan, İXM-in 242-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv əlamətlərini yaradır. Buna görə də, işin faktiki halları nəzərə alındıqda, protokolda "otarılma" ifadəsinin işlədilməsi inzibati məsuliyyətin qanuniliyinə təsir göstərən və ya inzibati xəta tərkibini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Şikayətdə istinad edilən Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsi və həmin qətnamənin icrasına dair Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə verilmiş möhlət barədə dəlillərə münasibətdə apellyasiya məhkəməsi bildirir ki, həmin qərardad yalnız mülki xarakterli icra sənədinin icrasına, yəni tikililərin sökülməsi və ərazidən çıxarılma ilə bağlı öhdəliklərin icrasının altı ay müddətinə təxirə salınmasına yönəlmişdir. Həmin qərardad xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə hüququ yaratmır, milli parkın xüsusi mühafizə rejimini dəyişdirmir və şəxsi həmin rejimə riayət etmək öhdəliyindən azad etmir. Buna görə də həmin qərardad inzibati delikt hüquq münasibətlərinə şamil oluna və inzibati xətanı istisna edən hal kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, istinad olunan məhkəmə qətnaməsinin məzmunundan görünür ki, həmin qətnamə ilə Şirvan Milli Parkının ərazisindən mal-qaranın çıxarılması barədə hər hansı göstəriş və ya hüquqi tənzimləmə müəyyən edilməmiş, yalnız Qərardan şikayət verən orqan (şəxs) istifadə və sahibliyində olan əmlakın həmin ərazidən çıxarılması nəzərdə tutulmuşdur. Deməli, qətnamənin predmeti mal-qaranın park ərazisində saxlanılması və ya çıxarılması məsələsi deyil, konkret əmlakın çıxarılması ilə bağlı öhdəliyin icrasıdır. Bundan başqa, ##.##.2025-ci il tarixli qərardadla da məhz həmin qətnamənin icrasına 6 ay müddətinə möhlət verilmişdir. Mülki Prosessual qanunvericiliyə uyğun olaraq icraya möhlət verilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyin icrasının müəyyən müddətə təxirə salınması deməkdir və möhlətin hüquqi nəticələri yalnız qətnamədə nəzərdə tutulmuş öhdəliklərə şamil edilir. Bu qərardadla şəxsin Şirvan Milli Parkının ərazisində malqara saxlamasına icazə verilməsi və ya belə hüququn tanınması barədə hər hansı müddəa müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə qərardadına istinad etməklə mal-qaranın Şirvan Milli Parkının ərazisində saxlanılmasının qanuni hesab edilməsi mümkün deyildir. Çünki məhkəmənin verdiyi möhlət yalnız qətnamənin predmetini təşkil edən əmlakın çıxarılması öhdəliyinin icrasına aiddir və onun hüquqi təsiri qətnamədə nəzərdə tutulmayan digər münasibətlərə şamil edilə bilməz. Məhkəmə aktı hüquq və vəzifələr yaradan sənəd olduğundan, onun müddəaları genişləndirici qaydada şərh edilə bilməz. Bu səbəbdən, şəxsin ##.##.2025-ci il tarixli qərardada istinad edərək mal-qaranı Şirvan Milli Parkının ərazisində saxlamağa davam etməsi həmin qərardadın hüquqi məzmununa uyğun gəlmir və belə istinad qanuni əsas yaratmır. Əks yanaşma məhkəmə aktının məzmununun genişləndirilməsi və ona aid olmayan hüquqi nəticələrin çıxarılması demək olardı ki, bu da hüquqi müəyyənlik və qanunçuluq prinsipləri ilə uzlaşmır. Şikayətdə göstərilən “şəxsin heyvanlarının əməkdaşlar tərəfindən əraziyə buraxılması” barədə dəlil apellyasiya məhkəməsi tərəfindən iş materialları ilə müqayisəli şəkildə araşdırılaraq qiymətləndirilmiş və müəyyən edilmişdir ki, həmin iddia iş üzrə mövcud sübutlarla təsdiq olunmur. Birinci instansiya məhkəməsinin istinad etdiyi videogörüntülər yalnız heyvanların müəyyən vaxtda ərazidən çıxarılması prosesini əks etdirir və həmin heyvanların xüsusi mühafizə olunan əraziyə hansı şəraitdə və kim tərəfindən gətirilməsi faktını təkzib etmir. Əksinə, iş materiallarında olan inzibati xəta haqqında protokol, ****** nömrəli akt, çöl aktları və sair sübutlar heyvanların əvvəlcə Qərardan şikayət verən orqan (şəxs) Adil oğlu tərəfindən milli park ərazisinə gətirildiyini və sonradan park əməkdaşlarının nəzarəti altında ərazidən çıxarıldığını təsdiq edir. Bu səbəbdən həmin video inzibati orqanın gəldiyi nəticəni təkzib edən mötəbər və kifayət qədər sübut kimi qiymətləndirilə bilməz. AR İnzibati Xətalar Məcəlləsinin 135.1.4-cü maddəsinə əsasən hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması məhkəmə qərarının ləğv edilməsi üçün müstəqil əsasdır və apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan inzibati protokola, inzibati qərara, Şirvan Milli Parkının aktına, şahid ifadəsinə və digər yazılı sübutlara tam və hərtərəfli hüquqi qiymət verməmiş, yalnız inzibati məsuliyyətə cəlb edilmiş şəxsin izahatına və təqdim etdiyi videogörüntülərə üstünlük verməklə sübutların obyektiv qiymətləndirilməsi prinsipini pozmuşdur. Nəticədə məhkəmənin gəldiyi nəticələr iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmamışdır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 8.1-ci, 8.2-ci və 8.3-cü maddələrində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi iş materialları ilə təkzib olunmuşdur və inzibati orqan tərəfindən təqdim edilən sübutlar həmin prezumpsiyanın aradan qaldırılması üçün kifayət qədər əsas yaratmış, şəxsin əməli ilə bağlı inzibati xətanın obyektiv və subyektiv əlamətlərini təsdiq etmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh qanunla müəyyən edilmiş müddətlər daxilində tətbiq edilmişdir və bu baxımdan hər hansı prosessual pozuntu müəyyən edilmir və inzibati icraatın qanuniliyinə təsir edən hal mövcud deyildir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır, iş üzrə faktiki hallar düzgün araşdırılmamış, sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, nəticədə iş materiallarına uyğun olmayan hüquqi nəticəyə gəlinmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edilərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Səlahiyyətli orqan - * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Adil oğlunun səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, ## ###### 2026-cı il tarixl inzibti tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar