Məhkəmə qərarları › İş №3(3-9)-348/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-348/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-348/2026 29.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə ##.##.1996-cu ildə Rusiya Federasiyası Samara vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Şirvan şəhəri Məftun Osmanov adına ** saylı orta ümumitəhsil məktəbin direktoru vəzifəsində işləyən, Şirvan şəhəri, Heydər Əliyev prospekti, ev 28, mənzil 17-də qeydiyyatda olan və orada yaşayan; Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-c maddəsi ilə təyin edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından X6 hüquq idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-X5 rəis müavini Səmədov İman Yusif oğlunun ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli protokolunun və ##.##.2026-ci il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Şirvan şəhəri ** nömrəli məktəbin direktoru vəzifəsini müvəqqəti icra edir. Maraqlı şəxs DƏMX-nin Şirvan-Salyan RS-nin rəis müavini Səmədov İman Yusif oğlunun ## ##### 2026-cı il tarixli, MN******* nömrəli Protokoluna uyğun olaraq ## ### 2026cı il il tarixli, MN ******* nömrəli Qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinde nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 manat məbləgində inzibati cərimənin şərti olaraq tətbiq olunması qərara alınmışdır. Hesab edir ki, maraqlı şəxs DƏMX-nin Şirvan-Salyan RS-nin rəis müavini Samədov İman Yusif oglunun ## ##### 2026-cı il tarixli, MN******* nömrəli Protokolu vo ## ### 2026-cı il tarixli, MN ******* nömrəli Qərarı əsassızdır. Belə ki, maraqlı şəxsin DƏMX-nin Şirvan-Salyan RŞ-nin rəis müavini Səmədov İman Yusil oğlunun adı çəkilən Protokol və Qərarına əsasən məktəbin işçisi X4 ilə "xidmətedici" vəzifəsi üzrə bağlanılmış müqavilədə işçinin əmək funksiyaları göstərilmədiyi, əmək funksiyalarının dairəsi müəyyən olunmadığı halda təmizlik işlərinin görülməsindən imtina olunduğu üçün əmək müqaviləsinə xitam verilmiş və bununla da, maraqlı şəxsin DƏMX-nin Şirvan-Salyan RŞ-nin rəis müavini Səmədov İman Yusif oğlunun ## ##### 2026-cı il tarixli, MN******* nömrəli Protokolu va ## ### 2026-cı il tarixli, MN ******* nömrəli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 192.6ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinmişdir. X4 əmək müqaviləsinə əsasən məktəbin işçisidir. Lakin onunla bağlanılmış əmək müqaviləsində əmək funksiyaları göstərilməmiş, əmək tunksiyalarının dairəsi müəyyən olunmamışdır. Ona görə də o, məktəbdə işçi olaraq tapşırılmış hər hansı bir işin icrasından imtina etmişdir. Ona təmizlik işlərinin görülməsi həvalə edilmiş, lakin o, həmin işlərin icrasından da imtina etmişdir. Bu səbəbdən də onunla bağlanılmış müqaviləsinə xitam verilmişdir. İşdən görünür ki, hazırda mübahisələndirilən qərarın qəbul edilməsi zamanı "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh tərəfindən bizə təqdim edilməmişdir. Şirvan şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayət qismən təmin edilmiş, X6 Xidmətinin Şirvan-X5 tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilmiş, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və şikayətçinin iştirakı təmin edilərək işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün X6 Xidmətinin Şirvan- X5nə göndərilmişdir. Qərardan narazı qalan X6 hüquq idarəsinin rəis müavini Tamerlan Məlikli şikayət vermişdir. Şikayət onunla əsaslandırlmışdır ki, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin Şirvan-X5 ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Bildirilir ki, T.Qasımova ilə “kiçik xidmətedici işçi” vəzifəsi üzrə bağlanmış əmək müqaviləsində işçinin əmək funksiyalarının nədən ibarət olduğunun göstərilmədiyi, əmək funksiyalarının dairəsi müəyyən olunmadığı halda ona təmizlik işlərinin görülməsinin təklif edildiyi, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təmizlik işlərinin görülməsi ilə bağlı əmək funksiyalarının “kiçik xidmətedici işçi”nin görməli olduğu işlərə aid edildiyi qeyd edilmiş, nəticədə təmizlik işlərinin (“əmək funksiyaları”nın) T.Qasımova tərəfindən icra edilməməsi səbəbindən onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi müəyyən olunmuşdur. Beləliklə, Xidmətin Şirvan-X5 ##.##.2026-cı il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarı tam qanuni və əsaslıdır. Məhkəmə tərəfindən araşdırma aparılmamış, sadəcə bir tərəfin, qərardan şikayət vermiş şəxsin özünümüdafiə xarakterli mülahizələrinə əsaslanaraq birtərəfli qaydada qanunazidd qərar çıxarmışdır. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməməsi nəticəsində işçi qanunsuz olaraq işdən azad edilmiş və onun əmək hüquqları pozulmuşdur. Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM- in 192.6cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və sübuta yetirilmişdir.Eyni zamanda, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışına uyğun əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik şəxs olduğundan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Şirvan-X5 tərəfindən qəbul edilmiş ##.##.2026- cı il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayətinin dəlillərini əsassız hesab edərək, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-X5 səlahiyyətli nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İşin hallarına əsasən məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. X6 hüquq idarəsinin rəis müavini Tamerlan Məlikli şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Apellyasiya qaydasında verilən şikayətdə birinci instansiya məhkəməsi tərəfindən sübutlar və onların qiymətləndirilməsinə dair inzibati xəta qanunun tələblərinin pozulması, Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi olduğu halda, iş üzrə icraata əsassız xitam verilməsi kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Şikayətin dəlilləri və işin faktiki hallarına əsasən hesab edirəm ki, birinci instansiya məhkəməsinin qənaəti düzgün olmamışdır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-X5 tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində şərti cərimə edilmişdir. - Şirvan şəhəri Məftun Orucov adına ** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli, ** №li əmrindən görünür ki, X4 ilə bağlanmış əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə verilmiş xitam barədə əmr ##.##.2026-cı il tarixdən etibarən qüvvədən düşmüş hesab edilmiş, X4 ##.##.2026cı il tarixdən etibarən öz əvvəlki işinə (kiçik xidmətedici işçi vəzifəsinə) bərpa edilmişdir. - Qərardan şikayət verən orqan (şəxs) və X4 arasında bağlanmış ##.##.2026-cı il tarixli əmək müqaviləsindən görünür ki, X4Şirvan şəhəri Məftun Orucov adına ** nömrəli tam orta ümumtəhsil məktəbinə kiçik xidmətedici işçi vəzifəsinə işə düzəlmiş, həmin müqavilənin 3-cü bəndində işçinin əmək funksiyalarının dairəsi göstərilmişdir. X4 ilə "xidmətedici" vəzifəsi üzrə bağlanılmış müqavilədə işçinin əmək funksiyaları göstərilmədiyi, əmək funksiyalarının dairəsi müəyyən olunmadığı halda təmizlik işlərinin görülməsindən imtina olunduğu üçün əmək müqaviləsinə xitam verilmiş və bununla da, DƏMXnin Şirvan-X5 ## ### 2026-cı il tarixli, MN ******* nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 1500 manat şərti cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı, həmçinin, müəyyən edilmişdir ki, X4 ilə bağlanmış əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə verilmiş xitam barədə əmr ##.##.2026-cı il tarixdən etibarən qüvvədən düşmüş hesab edilmiş, X4 ##.##.2026-cı il tarixdən etibarən öz əvvəlki işinə (kiçik xidmətedici işçi vəzifəsinə) bərpa edilmişdir. Tərəflər arasında bağlanmış yeni əmək müqaviləsində işçinin əmək funksiyaları göstərilmişdir. İXM-in 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Göründüyü kimi, İXM-in 116-cı maddəsinin tələbinə uyğun olaraq, Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanın yaranmasına əsas olan pozuntunu aradan qaldırmış, bununla da həmin qərarın icra olunması, yəni 1500 manat cərimənin ödənilməsinə əsas qalmamışdır. Belə vəziyyətdə hakim Qərardan şikayət verən orqan (şəxs) artıq aradan qaldırmış olduğu pozuntunun yenidən araşdırılması qənaətinə gəlmişdir. Bundan başqa hakim qərarda inzibati xəta ilə əlaqəsi olmayan hala da qiymət vermiş, mövcud sənədlərin elektron sistemə inteqrasiya olunması ilə bağlı qeydlər etmişdir. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olmadığını, onun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasların olduğunu göstərir. Məhkəmə qanunvericiliyin normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, şikayət təmin olunmalı, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, X6 Xidmətinin Şirvan-X5n rəisinə və Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanın artıq aradan qaldırılması və 1500 manat şərti cərimənin icraya yönəldilməsinin əsasların olmadığı izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: X6 hüquq idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv olunsun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-X5 tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvəsində saxlanılsın. Hüquqpozmanın aradan qaldırdılması nəzərə alınaraq, Qərardan şikayət verən orqan (şəxs) 1500 manat cəriməni ödəməkdən azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar