Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-349/2026 01.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd təsərrufatı İstehsal-İstehlak Kooperativinin nümayəndəsi Nümayəndə, səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd təsərrufatı İstehsal-İstehlak Kooperativinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan X3 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (sədrlik edən hakim X4) ilə, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd təsərrufatı İstehsal-İstehlak Kooperativinin əməlində inzibati xəta tərkibi olmadığından barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd təsərrufatı İstehsal-İstehlak Kooperativi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinin 2-3.4-cü bəndinin tələbi pozularaq ##.##.2025-ci il tarixində Əliyev Kamran Cəlil oğlu ilə əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmiş və bununla da o, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qaydada qərar qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli şikayət verərək, Salyan Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmət tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd təsərrüfatı İstehsal-İstehlak Kooperativi barəsində tərtib edilmiş ## ###### 2026cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd təsərrüfatı İstehsal-İstehlak Kooperativinin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. T.Məlikli şikayətini onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və barəsində iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6-lstehlak Kooperativi məsuliyyətə cəlb olunmalıdır. Əliyev Kamran Cəlil oğlu əmək hüquqlarının pozulması ilə əlaqədar Xidmətə müraciət edərək əmək haqqının verilmədiyini bildirmişdir. Xidmət tərəfindən aparılan araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6-lstehlak Kooperativi ilə vətəndaş Əliyev Kamran Cəlil oğlu ilə arasında yaranmış əmək münasibətləri mülki-hüquqi müqavilə ilə rəsmiləşdirildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 111 və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcalləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər araşında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd təsərrüfatı İstehsal-İstehlak Kooperativinin fəaliyyəti heyvandarlıqla və taxıl bitkilərinin əkini olmuş, 2025-ci ildə birinci dəfə olaraq pambıq əkilmiş, lakin gözləntiləri doğrulmamışdır. Əliyev Kamran Cəlil oğlu ilə də həmin pambığın yığılması üçün iki aylıq müddətə müqavilə bağlanmışdır. Pampıq əkilmiş torpaqlarda pambığın yığılması iki ay nəzərdə tutulmuş, lakin bir ay müddətində iş yekunlaşmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı əmək müqaviləsinin müəyyən müddətə bağlanılmalıdır. Göründüyü kimi, Əliyev Kamran Cəlil oğlunun gördüyü iş mövsümü olduğundan onunla mülki-hüquqi müqavilə yox, əmək müqaviləsi bağlanmalı idi. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd təsərrüfatı İstehsal-İstehlak Kooperativi tərəfindən Əliyev Kamran Cəlil oğlu Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi sübut olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır, həmçinin həmin məcəllənin 49-cu maddəsinin 1 -ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 44-cü maddəsində göstərilir ki, əmək müqaviləsi bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsində Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçi olduğu göstərilir. Əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 135.1.1-ci maddəsində deyilir ki, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, eyni zamanda 135.1.2-ci maddəsində hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 21-ci maddəsində isə qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 18-ci maddəsinə görə Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd təsərrüfatı İstehsal-İstehlak Kooperativi tərəfindən İXM-in 192.1-ci maddəsinin tələblərinin pozulması və X3 Xidməti tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. TƏRƏFLƏRİN İZAHATLARI: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Salyan Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmət tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd təsərrüfatı İstehsal-İstehlak Kooperativi barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd təsərrüfatı İstehsal-İstehlak Kooperativinin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd təsərrufatı İstehsal-İstehlak Kooperativinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını və apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən araşdırılması üçün Salyan Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan: ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd təsərrufatı İstehsal-İstehlak Kooperativi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinin 2-3.4-cü bəndinin tələbi pozularaq ##.##.2025-ci il tarixində Əliyev Kamran Cəlil oğlu ilə əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmiş və bununla da o, Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. ##.##.2025-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd təsərrufatı İstehsal-İstehlak Kooperativi ilə Əliyev Kamran Cəlil oğlu arasında podrat müqviləsi bağlanmış, həmin müqaviləyə əsasən Əliyev Kamran Cəlil oğlu koopevə aid traktoru idarə etməklə pambıq yığmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2 ay müddətində, 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olması barədə tərəflər razılığa gəlmişlər. Əliyev Kamran Cəlil oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə elektron müraciətindən görünür ki, o, ##.##.2025-ci il tarixdə kooperativdə mexanizator vəzifəsində işə cəlb olunduğunu, kooperativlə əmək münasibətlərində olmasına baxmayaraq onunla əmək müqaviləsi bağlanmadığını və cari tarixədək əmək haqqı ödənilmədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran apellyasiya məhkəməsi təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi iş materialları əsasında belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativi ilə Əliyev Kamran Cəlil oğlu arasında əmək münasibətləri deyil, mülki-hüquqi münasibətlər mövcud olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə podrat müqaviləsi adlandırılsa da, hüquqi mahiyyətinə görə xidmət müqaviləsinin bir növü olan tapşırıq müqaviləsinə daha yaxındır. Məhkəmə bununla yanaşı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin hüquqi təbiətinin podrat və ya tapşırıq müqaviləsi olması hazırkı mübahisənin həlli baxımından həlledici əhəmiyyət kəsb etmədiyindən həmin məsələnin geniş araşdırılmasına ehtiyac yoxdur. Birinci instansiya məhkəməsi həmçinin belə qənaətə gəlmişdir ki, kooperativ əsasən heyvandarlıq və taxılçılıq fəaliyyəti ilə məşğul olmuş, pambıq əkini isə ilk dəfə həyata keçirilmiş, pambıq yığımı mövsümi xarakter daşımış və yalnız həmin məhsulun yığılması məqsədilə qısa müddətə müqavilə bağlanmışdır. Məhkəmə bu halları nəzərə alaraq pambıq yığımının kooperativin əsas fəaliyyət sahəsinə aid olmadığını göstərmiş, nəticədə tərəflər arasında bağlanmış müqavilənin mülki-hüquqi müqavilə kimi qiymətləndirilməsinin qanunvericiliyə zidd olmadığı qənaətinə gəlmişdir. Bunun əsasında birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin obyektiv əlamətləri mövcud olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyi və əsaslılığını yoxlayarkən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin olub-olmaması, şəxsin təqsiri, inzibati məsuliyyət üçün əhəmiyyət kəsb edən digər hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən isə inzibati xətanın olubolmamasını, şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək məqsədilə hakimin əsaslana bildiyi hər cür faktiki məlumatlar sübut hesab edilir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 78-ci maddəsinə əsasən hakim sübutları onların aidiyyəti, mümkünlüyü, mötəbərliyi, eləcə də bütün sübutların məcmusu baxımından kifayət etməsi meyarları əsasında qiymətləndirməlidir. Bu isə o deməkdir ki, məhkəmə yalnız iş materiallarında olan ayrı-ayrı sənədlərlə kifayətlənməməli, iş üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsinə xidmət edən sübutları toplamalı, araşdırmalı və qarşılıqlı şəkildə qiymətləndirməlidir. Hazırkı iş üzrə mübahisənin əsas predmetini tərəflər arasında yaranmış münasibətlərin hüquqi təbiətinin müəyyən olunması təşkil edir. Başqa sözlə, birinci instansiya məhkəməsi müəyyən etməli idi ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativi ilə Əliyev Kamran Cəlil oğlu arasında yaranmış münasibətlər əmək münasibətləri olmuş, yoxsa mülki-hüquqi müqavilədən irəli gələn münasibətlər kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, belə mübahisələrin həlli zamanı münasibətlərin yalnız müqavilədə verilmiş adına əsasən deyil, onların faktiki məzmununa, tərəflərin real hüquq və vəzifələrinə, münasibətlərin icra edilmə qaydasına və işin bütün faktiki hallarına qiymət verilməsi zəruridir. Bu hüquqi yanaşma həm Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarından, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərindən irəli gəlir. Lakin iş materiallarının araşdırılması göstərir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən əsasən kooperativ nümayəndəsinin izahatına, tərəflər arasında bağlanmış müqavilənin mətninə və kooperativin fəaliyyət istiqaməti barədə təqdim edilmiş məlumatlara istinad etmiş, lakin münasibətlərin faktiki xarakterinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən bütün sübutları tam həcmdə araşdırmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb bilavasitə Əliyev Kamran Cəlil oğlunun X3 Xidmətinə etdiyi müraciət olmuşdur. Həmin müraciətdə o, ##.##.2025-ci il tarixdən kooperativdə mexanizator kimi işlədiyini, faktiki olaraq əmək münasibətlərində olmasına baxmayaraq onunla əmək müqaviləsi bağlanmadığını və cari tarixədək əmək haqqı almadığını bildirmişdir. Deməli, iş üzrə əsas mübahisəli məsələ məhz həmin şəxsin faktiki olaraq hansı hüquqi münasibətlər çərçivəsində fəaliyyət göstərməsinin müəyyən edilməsidir. Lakin birinci instansiya məhkəməsi iş üzrə həlledici əhəmiyyət daşıyan Əliyev Kamran Cəlil oğlunu məhkəmə iclasına çağıraraq dindirməmiş, onun izahatını bilavasitə məhkəmə araşdırması zamanı almamış, yalnız səlahiyyətli orqana (DƏMX) təqdim etdiyi yazılı müraciətlə kifayətlənmişdir. Halbuki, iş üzrə yaranmış ziddiyyətlərin aradan qaldırılması, münasibətlərin həqiqi mahiyyətinin müəyyən edilməsi və obyektiv nəticəyə gəlinməsi üçün K.Əliyevin məhkəmə iclasında dindirilməsi zəruri idi. Ən azından K.Əliyevin hansı tarixdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativində işə cəlb olunması dəqiqləşdirilməlidir. Belə ki, tərəflər arasında müqavilə ##.##.2025-ci il tarixdə bağlansa da K.Əliyev DƏMX-yə müraciətində ##.##.2025-ci il tarixdən işə cəlb olunduğunu bildirmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün ilk növbədə tərəflər arasında yaranmış hüquqi münasibətin həqiqi mahiyyətinin müəyyən edilməsi zəruridir. Bu baxımdan yalnız tərəflər arasında bağlanmış müqavilənin adı və ya onun ayrı-ayrı şərtləri həlledici hesab edilə bilməz. Münasibətin hüquqi xarakteri onun faktiki icra qaydasına, tərəflərin qarşılıqlı hüquq və vəzifələrinin məzmununa, işin görülmə formasına, işin təşkilinə, tərəflər arasında mövcud olmuş tabelik münasibətlərinə və digər faktiki hallara qiymət verilməklə müəyyən edilməlidir. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" ## ####### 2023-cü il tarixli qərarında ətraflı şəkildə ifadə olunmuşdur. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, qanunverici Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü və 2-4-cü hissələrini qəbul etməklə şəxsin sərbəst iradəsi əsasında artıq yaranmış əmək münasibətlərinin hüquqi cəhətdən düzgün rəsmiləşdirilməsini təmin etməyi, əmək hüquqlarının və sosial təminatlarının müdafiəsini güdmüşdür. Plenum xüsusi vurğulamışdır ki, şəxsin əməyə olan bacarığı həm əmək müqaviləsi, həm də mülki-hüquqi müqavilələr vasitəsilə həyata keçirilə bilər. Bununla belə, tərəflər arasında yaranmış münasibətlərin əmək və ya mülki hüquq münasibəti olması yalnız müqavilənin adından deyil, həmin münasibətlərin xarakterindən, həqiqi mahiyyətindən və işin faktiki hallarından asılı olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyindən aydın görünür ki, məhkəmə yalnız müqavilənin "podrat müqaviləsi", "xidmət müqaviləsi" və ya başqa ad altında bağlanmasına əsaslanaraq münasibətin hüquqi təbiəti barədə nəticəyə gələ bilməz. Əksinə, məhkəmə müqavilənin faktiki icrasını, tərəflərin davranışını və münasibətlərin real məzmununu araşdırmağa borcludur. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin göstərilmişdir ki, əmək münasibətləri zahirən podrat, tapşırıq, komissiya və digər mülki-hüquqi müqavilələrdən irəli gələn münasibətlərə bənzəsə də, onlar hüquqi təbiətinə görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu səbəbdən də həmin münasibətlərin düzgün hüquqi qiymətləndirilməsi şəxslərin əmək hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri işəgötürənlə işçi arasında qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçinin əmək funksiyasını şəxsən yerinə yetirməsi, daxili intizam qaydalarına riayət etməsi, işəgötürənin isə işçini işlə təmin etməsi, əmək şəraiti yaratması və əmək haqqı ödəməsi ilə xarakterizə olunur. Eyni zamanda həmin Məcəllənin 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlanan və əmək münasibətlərinin əsas şərtlərini müəyyən edən yazılı müqavilə hesab edilir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən də göründüyü kimi, əmək münasibətlərinin əsas fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, işçi əmək funksiyasını şəxsən yerinə yetirir, işəgötürənin müəyyən etdiyi iş rejiminə və daxili intizam qaydalarına tabe olur, onun göstərişlərini icra edir və əmək fəaliyyətini işəgötürənin təşkil etdiyi istehsal prosesinin tərkib hissəsi kimi həyata keçirir. Əksinə, mülki-hüquqi müqavilələrdə tərəflər hüquqi və faktiki baxımdan bərabər subyektlər kimi çıxış edir, icraçı əsasən müəyyən nəticənin əldə edilməsini öhdəsinə götürür, həmin nəticəyə hansı üsulla nail olmasını isə əsasən özü müəyyən edir. Belə münasibətlərdə işin görülməsi prosesi deyil, yekun nəticə hüquqi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsində nəzərdə tutulmuş müqavilə azadlığı prinsipi yalnız münasibətin həqiqətən mülki-hüquqi xarakter daşıdığı hallarda tətbiq edilə bilər. Əgər tərəflər arasında faktiki olaraq əmək münasibətləri yaranmışdırsa, həmin münasibətlərin mülki-hüquqi müqavilə ilə rəsmiləşdirilməsi qanunvericiliyin imperativ tələblərinə zidd hesab olunur. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin "d" bəndində podrat, tapşırıq, komissiya və digər mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə həmin Məcəllənin şamil edilmədiyi nəzərdə tutulmuşdur. Lakin bu norma yalnız o hallarda tətbiq oluna bilər ki, tərəflər arasında yaranmış münasibətlərin həqiqətən mülki-hüquqi xarakter daşıdığı müəyyən edilsin. Münasibətin hüquqi təbiəti müəyyən edilmədən həmin normaya istinad edilməsi düzgün hüquqi nəticəyə gəlmək üçün kifayət hesab edilə bilməz. Birinci instansiya məhkəməsi qərarında kooperativin əsas fəaliyyət istiqamətinin heyvandarlıq və taxılçılıq olması, pambıq əkininin isə ilk dəfə həyata keçirilməsi səbəbindən pambıq yığımının işəgötürənin əsas fəaliyyət sahəsinə aid olmadığı qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, bu nəticəyə gəlməzdən əvvəl həmin halın da tam araşdırılması zəruri idi. Beləliklə də, apellyasiya məhkəməsi hesab edir ki, mövcud sübutların məcmusu tərəflər arasında münasibətlərin əmək münasibətləri və ya mülki-hüquqi münasibətlər olması barədə qəti nəticəyə gəlmək üçün kifayət etmir. Bunun əsas səbəbi isə iş üzrə ən mühüm sübutlardan biri hesab edilən Əliyev Kamran Cəlil oğlunun birinci instansiya məhkəməsində dindirilməməsi və onun izahatının bilavasitə məhkəmə araşdırmasının predmeti edilməməsidir. Azərbaycan Respublikası İXM-in: 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda apellyasiya instansyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə də, apellyasiya məhkəməsi hesab edir ki, yuxarıda göstərilən səbəblərdən şikayət qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında material yenidən baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı həmin apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Qərarın təsviri-əsaslandırıcı (hüquqi məsələlər) hissəsində sadalanan halların tаm və hərtərəfli аrаşdırılması, eləcə də iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd təsərrufatı İstehsal-İstehlak Kooperativinin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialı yenidən baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-349/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-349/2026
01.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver