Məhkəmə qərarları › İş №3(3-9)-350/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-350/2026

02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-350/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, ##.##.1985-ci ildə Imişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən (deməsinə görə Sabirabad Quşçuluq MMC-də fəhlə kimi hazırda işə başlamış), ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Imişli Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Imişli Rayon Məhkəməsinə göndərilmişdir. Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayət verərək, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs cəzası təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, məhkəmə tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həddindən artıq yüngül cəza təyin edilmişdir. Belə ki, məhkəmə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir yerdə işləməməsi, maddi vəziyyətinin yaxşı olmaması, borcu hissə-hissə ayda 200 manat ödəniş etməklə qaytarmaq istəməsi və icraya möhlət verilməsi barədə dediklərini səmimi qəbul edərək inanmışdır. Bildirmək istəyir ki, borc müqaviləsi əsasında ödənilməli olan məbləğ müqavilədə göstərilən müddətdə ödənilməmiş, sonradan onun məhkəməyə verdiyi iddia ərizəsi əsasında işə baxılarkən də borcu ödəməkdən yayınmış və Imişli Rayon Məhkəməsinin qərarından apellyasiya və kassasiya şikayəti verməklə borcun ödənilməsindən müxtəlif bəhanələrlə yayınmış və hal-hazırda da ödəməkdən yayınmasına bəhanələrlə don geyindirməyə çalışmışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs indiyə kimi borcu hissə-hissə ödəsəydi borcunu tam ödəmiş olardı. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə instansiyalarında borcu qaytarmasını ləngitməklə, hal-hazırda isə icraçını və məhkəməni hiss-hissə ödəmək vədilə aldatmağa çalışır. Ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsi ilə inzibati həbs cəzası təyin edilməsi daha təsirli və məqsdəmüvafiq olar. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X1 hər biri ayrı-ayrılıqda icra sənədindən qəsdən yayınmadığını, yeni işə düzəldiyini və borcunu ödəyəcəyini, himayəsində azyaşlı uşaqlarının olması, onlardan birinin talassemiya xəstəliyindən əziyyət çəkməsinin nəzərə alınmağını, hazırda da borc məbləğindən beş yüz manat ödəniş etmək istədiyini bildirib, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərinə uyğun izahat verərək beş yüz manat ödənişi qəbul etmədiyini, borcunun tam şəkildə ödənilməsini, əks halda şikayətin təmin edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada həbs edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Iş materiallarında olan Imişli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- ****/**** saylı icra vərəqəsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borc olaraq 27500 manat və ödənilmiş dövlət rüsumunun 172,5 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. ##.##.2026-cı il tarixli qərarla həmin icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildirişi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı ildə rəsmi qaydada imzalamaqla qəbul etmiş, Icra və Probasiya Şöbəsinin rəsmi xəbərdarlıqları ilə borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdar edilmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təsdiqlənir və bu, şikayətdə mübahisələndirilmir. Zərərçəkmiş şəxsin şikayətində nə inzibati xətanın baş verməsi, nə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirliliyi mübahisələndirilmir. Şikayətin yeganə dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş 500 manat cərimə tənbehi həddindən artıq yüngüldür və şəxs barəsində daha ağır tənbeh inzibati həbs tətbiq edilməlidir. Buna görə də IXM-in 133.2.8-ci maddəsinə uyğun olaraq apellyasiya baxışı, mahiyyət etibarilə, tətbiq edilmiş inzibati tənbehin növünün və həddinin qanuniliyi və əsaslılığının yoxlanılması ilə məhdudlaşır. IXM-in 528.1-ci maddəsinin sanksiyası fiziki şəxslər üçün alternativ əsas tənbeh nəzərdə tutur: beş yüz manatdan min manatadək cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs. Bu iki tənbeh növü arasında seçim zərərçəkmiş şəxsin mövqeyi ilə deyil, hakimin fərdiləşdirmə səlahiyyəti çərçivəsində, qanunla müəyyən edilmiş meyarlar əsasında həll edilir. IXM-in 30.1-ci maddəsinə əsasən, inzibati həbs yalnız müstəsna hallarda, Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan ayrı-ayrı inzibati xətalara görə üç gündən üç ayadək müddətə və yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, inzibati həbs ən ağır inzibati tənbeh növü olub, onun tətbiqi qayda deyil, istisnadır və müstəsna halların mövcudluğunu tələb edir. IXM-in 9.1-ci maddəsinə görə, tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh şəxsi cəmiyyətdən təcrid etmək deyil, qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm həmin şəxs, həm də başqaları tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-in 31.2-ci maddəsinə görə isə tənbeh tətbiq edilərkən xətanın xarakteri, xətanı törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. IXM-in 32-ci maddəsi məsuliyyəti yüngülləşdirən halları müəyyən edir; həmin maddədə birbaşa sadalanmayan başqa halların da hakim tərəfindən yüngülləşdirən hal kimi nəzərə alınması mümkündür (Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe). Törədilmiş əməl pul tələbi üzrə icra sənədinin icra edilməməsidir; bu, əmlak xarakterli, zorakılıqla bağlı olmayan, şəxsin həyatına, sağlamlığına, ictimai asayişə və ya təhlükəsizliyə qəsd etməyən xətadır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işləməyən, maddi vəziyyəti ağır şəxsdir; hazırda işə düzəldiyini, borcu ödəmək niyyətində olduğunu, o cümlədən dərhal beş yüz manat ödəməyə hazır olduğunu bildirmişdir. Onun himayəsində azyaşlı uşaqları vardır və onlardan biri talassemiya - davamlı müalicə tələb edən ağır irsi xəstəlikdən əziyyət çəkir; şəxs özü də səhhəti ilə əlaqədar tibb müəssisəsinə müraciət etmişdir. Bu hallar IXM-in 31.2 və 32-ci maddələri baxımından məsuliyyəti yüngülləşdirən və inzibati həbsin müstəsna tədbir kimi tətbiqinə əks çəki yaradan hallar kimi qiymətləndirilir. Iş materiallarında məsuliyyəti ağırlaşdıran hallar, o cümlədən eyni xətanın təkrar törədilməsi (IXM-in 33.1.2 və 528.1-1-ci maddələri) müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini icra etməməsi işin hallarına görə qəsdən yayınmadan çox, obyektiv çətinliklərlə - maddi imkansızlıq və ailə yükü ilə bağlıdır. Belə vəziyyətdə inzibati həbs tənbeh növünün tətbiqi ailənin əsas dolanışıq mənbəyi olan şəxsin təcridi ilə nəticələnərək, onun borcu ödəmək imkanını daha da azaldar, təqsiri olmayan azyaşlı uşaqların, o cümlədən ağır xəstə uşağın vəziyyətini ağırlaşdırar. Bu isə həm icra prosesinin məqsədinə (borcun alınmasına), həm də inzibati tənbehin məqsədinə (tərbiyə və yeni xətanın qarşısının alınmasına) xidmət etmir, əksinə, onlara zidd nəticə verər. Cərimə tənbeh tədbiri isə həm əməlin qanunazidd olduğunu təsbit edir, həm dövlət büdcəsi qarşısında məsuliyyət yaradır, həm də şəxsin borcu ödəmək qabiliyyətini saxlayır. Zərərçəkmiş şəxsin yalnız inzibati həbsin tətbiqi barədə tələbi mahiyyət etibarilə cəza (intiqam) xarakteri daşıyır. Halbuki inzibati tənbeh kreditorun intiqam vasitəsi deyil, ictimai, korreksiyaedici və preventiv məqsədlərə xidmət edən tədbirdir. Zərərçəkmişin qanuni marağı borcun alınması inzibati həbslə deyil, davam edən icra icraatı vasitəsilə təmin olunur. IXM-in 31.5-ci maddəsinə və 528.1-ci maddəsinin Qeydinə görə, inzibati tənbehin tətbiqi borclunu icra sənədi üzrə öhdəlikdən azad etmir; icra davam edir, borclu icranı təmin etmədikdə isə qanun daha ağır məsuliyyət mexanizmini (IXM-in 528.1-1-ci maddəsi üzrə eyni icra sənədinə münasibətdə təkrar törətməyə görə məsuliyyəti) nəzərdə tutur. Beləliklə, cərimənin tətbiqi zərərçəkmişin hüquqlarının müdafiəsi imkanlarını tükəndirmir. Yuxarıda göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi IXM-in 9.1, 21, 30.1, 31.2 və 32-ci maddələrinin tələblərini düzgün tətbiq edərək, şəxsin əmlak və ailə vəziyyətini, xətanın xarakterini nəzərə almış, barəsində inzibati həbs tənbehinin tətbiqi üçün müstəsna halların mövcud olmadığını əsaslı müəyyən etmiş və sanksiyanın minimum həddində (500 manat) cərimə tənbeh tədbirini seçməklə tənbehi IXM-in 9.1-ci maddəsinin ədalətlilik prinsipinə uyğun, ədalətli və mütənasib şəkildə fərdiləşdirmişdir. Zərərçəkmiş şəxsin yalnız daha ağır tənbehin-inzibati həbsin tətbiqinə yönələn dəlili işin faktiki hallarının məcmusu ilə təsdiqlənmədiyindən əsassızdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar