Məhkəmə qərarları › İş №3(3-9)-351/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-351/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-351/2026 13.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov Ismayıl Cəbrayıl oğlunun katibliyi, səlahiyyətli orqan Salyan Rayon Polis Şöbəsinin ITB-nin rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Salyan Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Salyan Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim X14), ##.##.1989-cu il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, X3 Mərkəzində müəllim işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. IŞIN HALLARI: Məhkəmənin icraatına # ### 2026-cı il tarixdə Salyan Rayon Polis Şöbəsinin sahə rəisi, R X4 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib olunmuş MN ******* saylı, # ### 2026-cı il tarixli və MN ******* saylı, # ### 2026-cı il tarixli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. MN ******* saylı, # ### 2026-cı il tarixli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 12 radələrində protokolu tərtib edən orqan1-nin inzibati binasında polisin iş rejimini pozaraq uca səslə nalayiq ifadələrlə təhqir edərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Həmin inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə məhkəmənin icraatında olan 3(5-152)-449/2026 və *(*-***)-***/**** nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi və işin 3(5-152)-449/2026 nömrə ilə davam etdirilməsi qərara alınmışdır. Inzibati xəta haqqında protokollara baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin barəsində qəbul etdiyi 0# ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qanunsuz və əsassız qərarı tamamilə ləğv edilməsini, barəsində IXM-in 510.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin sözügedən qərarı qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən qərar ləğv edilməli, barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Əməlin hüquqi tövsifi tamamilə səhvdir və qərəzlidir: Ortada bir xuliqanlıq xətası deyil, iflasa uğramış köhnə bir şərləmə cinayətinin rüsvayçı iflasından doğan qisas aktı və saxta ssenari mövcuddur. IXM-in 510.1-ci maddəsində nəzərdə tutulan xırda xuliqanlıq əməlinin fundamental şərti onun cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” ##.##.2004cü il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, şəxsi intriqalar, qabaqcadan yaranmış qərəzlilik və düşmənçilik zəminində baş verən hadisələr xuliqanlıq kimi tövsif edilə bilməz. Onunla şahid2 Qabil qızı arasında sıradan bir narazılıq deyil, Səbinənin ona qarşı illərdir apardığı sistemli psixoloji terror, təqib və məhv etmə kampaniyası mövcuddur. şahid2 hələ 2024-cü ildə ona qarşı törətdiyi amansız, qanunsuz və qəddar hərəkətlərlə onu sözün əsl mənasında ölüm həddinə çatdırmışdır. Səbinənin ona yaşatdığı dözülməz mənəvi işgəncələr, psixoloji təzyiqlər və ləyaqətini ayaqlar altına atan rəftarı onu elə bir çarəsiz və dözülməz həddə çatdırmışdı ki, o dərman içərək öz canına qəsd etmək, intihar etmək məcburiyyətində qalmışdır. Bir insanın həyatını əlindən almaq dərəcəsinə varan bu qorxunc faktla bağlı Salyan şəhər prokurorluğunda rəsmi araşdırma aparılmış və bu faciə sənədləşdirilmişdir. Öz cinayətkar məsuliyyətindən və prokurorluq araşdırmasından yayınmaq, törətdiyi amansızlığın üstünü örtmək və ona daha ağır zərbə vurmaq üçün ona qarşı tamamilə əsassız, uydurma şər və böhtanlarla dolu iddia qaldıraraq işi xüsusi ittiham qaydasında Salyan Rayon Məhkəməsinə daşımışdır. Lakin ədalət zəfər çalmış və Salyan Rayon Məhkəməsininin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı Hökmü ilə mənə tam bəraət verilmişdir. Məhz bu nöqtədə hadisələrin real və vahiməli kulminasiya nöqtəsi baş vermişdir: Onu ölümə sürükləyən, illərdir ailəsini və onu hədəf seçən şahid2 aylarla üzərində işlədiyi böhtan senarisi ##.##.2026-cı il tarixdə hakim tərəfindən oxunan Bəraət Hökmü ilə məhkəmə zalındaca darmadağın edildi. Illərlə bəslədiyi nifrətin və qurduğu tələnin bir saniyədə iflasa uğradığını görən, hüquqi müstəvidə rüsvayçı şəkildə məğlub olan şahid2 məhkəmədən çıxarkən isterik bir qəzəb və intikam hissinə qapılmışdır. Elə həmin gün, ona verilən bəraətin şokunu və acısını həzm edə bilməyən bu şəxs, * saylı məktəbin qarşısında növbəti qisas senarisini işə saldı. Məhkəmə kürsüsündən ona heç bir zərbə vura bilməyəcəyini, onu qanunla ittiham etməyə gücünün çatmadığını dərk etdiyi an, acizliyindən doğan bir nifrətlə * saylı məktəbin qarşısındaca üstünə bu "xırda xuliqanlıq" şərini atdı. O, dərhal yaxın rəfiqəsi şahid1 ilə əlbir olaraq mütəşəkkil şəkildə polis orqanlarına yalan məlumat ötürdü və məkan olaraq məktəbin qarşısını seçməklə guya onu ictimai qaydanı pozduğu görüntüsünü yaratmağa çalışdı. Ortada nə bir nəlayiq ifadə, nə də ictimai qayda pozuntusu var. Ortada yalnızca və yalnızca ədalətin ona verdiyi bəraəti qəbul edə bilməyən, qanunun onun üzünə vurduğu şillənin qisasını elə həmin gün * saylı məktəbin qarşısında saxta bir polis protokolu ilə almağa çalışan kinli bir insanın aciz cəhdi var. Iflasa uğrayan xüsusi ittiham iddiasının qisasını, məhkəmənin bəraət verdiyi gün inzibati protokol vasitəsilə almaq cəhdinə apellyasiya məhkəməsi tərəfindən kəsərli bir hüquqi cavab verilməli, bu qərəz zənciri qırılmalı və qanundan qisas aləti kimi istifadə edilməsinə son qoyulmalıdır. Işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Məhkəmə qərarında iddia olunur ki, o, ##.##.2026-cı il tarixdə Salyan şəhəri, Ə.Zeynalov küçəsində və ##.##.2026-cı il tarixdə protokolu tərtib edən orqan1-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq xətası törətmişdir. Lakin bu iddialar tamamilə həqiqətdən uzaqdır və birtərəfli qaydada tərtib edilmiş protokollara əsaslanır. X10 ilə eyni məktəbdə çalışırlar. Şahid qismində dindirilən şahid1 Rauf qızı şahid2 yaxın rəfiqəsi və iş yoldaşıdır, onun ifadələri obyektivlikdən uzaqdır və onu şərləmək məqsədi daşıyır. Eyni zamanda, ##.##.2026-cı il tarixdə protokolu tərtib edən orqan1-nin binasında baş verdiyi iddia olunan hadisə zamanı o heç bir nalayiq ifadə işlətməmişdir. Yalnız ona və onkoloji xəstə anasına qarşı edilən haqsızlığa və təzyiqlərə görə əsəbi vəziyyətdə olduğu üçün səsini ucaltmışdır. Uca səslə danışmaq və hüquqlarını tələb etmək IXM-in 510.1-ci maddəsinin tərkibini (ictimai qaydanı və açıqca hörmətsizliyi) ifadə etmir. IXM-nin 510.1-ci maddəsinə əsasən, xırda xuliqanlıq - ictimai qaydanı pozan, lakin cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmayan hərəkətlərə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” ##.##.2004-cü il tarixli Qərarının 2-ci və 3-cü bəndlərində açıq-aydın göstərilir ki, xuliqanlıq əməlinin əsas şərti onun ictimai qaydanı kobud surətdə pozması və cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməsidir. Plenum qərarında xüsusilə vurğulanır ki, şəxsi münasibətlər, ailə-məişət münaqişələri zəminində, qabaqcadan yaranmış qərəzlilik və ya intriqalar fonunda baş verən mübahisələr xuliqanlıq (və ya xırda xuliqanlıq) kimi tövsif oluna bilməz. Onun şahid2 Qabil qızı arasında sıradan bir iş yeri narazılığı deyil, Səbinənin ona qarşı illərdir bəslədiyi tükənməz nifrət, qərəz və mənəvi terror fəaliyyəti mövcuddur. Onlar eyni idarədə çalışır. Səbinə tərəfindən ona qarşı davamlı olaraq qondarma intriqalar, xəbərçiliklər və onu kollektiv daxilində ləkələmək cəhdləri edilmişdir. Iddia olunan ##.##.2026-cı il tarixli hadisənin mahiyyəti tamamilə saxtalaşdırılmışdır. Onun tərəfindən şahid2 qarşı heç bir təhqir, nalayiq söyüş və ya ləyaqəti alçaldan ifadə işlədilməmişdir. Onun məqsədi heç bir halda cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmək (xuliqanlıq etmək) olmamışdır və ola da bilməzdi. Uzun illərin şəxsi ədavətindən və peşəkar qısqanclığından doğan, tamamilə şəxsi müstəvidə qalmalı olan bir iş yeri mübahisəsinin polis gücü ilə süni şəkildə şişirdilərək "ictimai qaydanın pozulması" kimi qələmə verilməsi və ona "xırda xuliqanlıq" damğasının vurulması qanunun ruhuna, ədalət prinsiplərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarına tamamilə zidd olan, hüquqi baxımdan qəbulolunmaz bir saxtakarlıqdır. Şəxsi zəmindəki nifrəti dövlətin maddələri ilə rəsmiləşdirib qanundan qisas qırmancı kimi istifadə etmək cəhdinə son qoyulmalıdır. Sübutların qiymətləndirilməsində və inzibati icraatın aparılmasında polis əməkdaşları tərəfindən kobud qanunsuzluqlara yol verilmişdir: Ortada hüquqi icraat deyil, "polis mundiri" arxasında gizlənən bir qohumbazlıq şəbəkəsinin şərləmə aktı mövcuddur. IXM-in 76-cı və 84-cü maddələri inzibati iş üzrə sübutların mütləq şəkildə obyektiv, bitərəf və tərəfsiz araşdırılmasını tələb edir. Lakin bu işdə obyektivlikdən və hüquqdan danışmaq qeyri-mümkündür. Çünki barəsində qondarma materialları hazırlayan protokolu tərtib edən orqan1-nin əməkdaşları, Mühafizə Bölməsinin rəisi, polis Rı Sədi Abbasov, polis leytnantı X4, əməliyyat işləri üzrə rəis müavini, polis Rı Etibar Balakişiyev, polis leytnantı X2, R X11 və R X5 dövlətin onlara verdiyi müqəddəs səlahiyyətlərdən və qanunlardan şəxsi maraqlar və korporativ qisasçılıq üçün sui-istifadə etmişdilər. Onu şərləyən X10 və ona qarşı yalandan üzə duran yeganə "şahid" şahid1 yaxın qohumları X21 əməkdaşlarıdır. şahid2 həyat yoldaşı protokolu tərtib edən orqan1-nin əməkdaşıdır. şahid1 qardaşı Neftçala RPŞ-nin əməkdaşıdır. Budur real mənzərə! Ortada məhkəmə zalında ona uduzan, bəraət hökmünün qəzəbi ilə qovrulan şahid2 və onun rəfiqəsi şahid1 öz polis yoldaşlarının vəzifə gücündən, rütbəsindən və şöbədəki nüfuzundan istifadə edərək ona qarşı qurduqları rəzil bir tələ var! Bu işdə adları keçən polis əməkdaşları dövlətin qanunlarına və xidməti andlarına deyil, birbaşa həmin daxili işlər əməkdaşlarının (həyat yoldaşlarının) kənardan etdikləri qanunsuz təzyiqlərə, pərdəarxası tapşırıqlara və korporativ "dostluq" zənglərinə xidmət etmişdilər. Öz xidməti mövqelərindən xaincəsinə istifadə edərək, protokolu tərtib edən orqan1-ni sanki öz şəxsi intriqalarının icra orqanına çevirmiş, kənardan idarə etdikləri administrativ rıçaqlarla barəsində saxta senarinin hazırlanmasını təmin etmişdilər. Məhz bu pərdəarxası təsirlərin, qohumbazlıq və korporativ həmrəylik zəncirinin nəticəsidir ki, polis əməkdaşları mənə qarşı heç bir hüquqi çərçivəyə sığmayan bir qəddarlıq nümayiş etdirmişlər. Öz xidməti yoldaşlarının qohumlarını məmnun etmək və kənardan gələn qanunsuz "təlimatları" kor-koranə icra etmək üçün qanunları tapdalayan, sifarişlə protokol yazan polislərin tərtib etdiyi materiallar hüquqi sübut deyil, vəzifə cinayətinin və qərəzin rəsmi sənədidir. Məhkəmə binasından kənarda duraraq öz vəzifə nüfuzları ilə bu çirkin qisas planını idarə edən şəxslərin və onlara baş əyən polislərin qurduğu bu qanunsuzluq zənciri apellyasiya instansiyası tərəfindən mütləq qırılmalı, ədalət bərqərar olunmalıdır. Məhz bu saxtakarlıq və korporativ həmrəylik zəminində o və onkoloji xəstə anası inzibati binada saatlarla ac-susuz, telefonsuz və xarici aləmdən təcrid olunmuş vəziyyətdə saxlanılmışdır. Ona və onkoloji xəstə anasına qarşı azğın bir cinayətkar kimi rəftar edilməsinin, psixoloji təzyiqlər göstərilməsinin tək bir səbəbi var: Şöbədəki polis yoldaşlarının qohumlarının intriqa və qisas amallarına "xidmət etmək"! Öz xidməti yoldaşlarının qohumlarını məmnun etmək üçün qanunları tapdalayan, sifarişlə protokol yazan polislərin tərtib etdiyi materiallar hüquqi sübut deyil, vəzifə cinayətinin rəsmi sənədidir. Belə bir cinayətkar ortaqlıq və qərəz zənciri altında tərtib olunmuş protokolların məhkəmə tərəfindən əsas götürülməsi ədalətin ruhuna sarsıdıcı bir zərbədir və apellyasiya instansiyası tərəfindən bu rüsvayçı qanunsuzluğa mütləq son qoyulmalıdır. Məsuliyyəti yüngülləşdirən hallara rəğmən tənbehin tətbiqi qeyri-mütənasibdir və qəddarlıqdır: Polisin hüquqa sığmayan amansızlığı himayəsində olan və ölüm yatağında çarpışan ağır onkoloji xəstə anasının həyatını fəlakətə sürükləmişdir. Birinci instansiya məhkəməsi tərəfindən rəsmən qəbul edilmişdir ki, onun himayəsində 17 yaşında yetkinlik yaşına çatmayan övladı və 1-ci dərəcə əlilliyi müəyyən edilmiş anası X16 vardır. Anası bu dünyada tək bir nəfərin – onun baxımıma, onun şəfqətinə və onun himayəsinə möhtacdır. Barəsində qondarma materialları hazırlayan protokolu tərtib edən orqan1-nin əməkdaşları Mühafizə Bölməsinin rəisi, polis Rı Sədi Abbasov, polis leytnantı X4, əməliyyat işləri üzrə rəis müavini, polis Rı Etibar Balakişiyev, polis leytnantı X2, R X11 və R X5 ona qarşı qərəzli şərləmə kampaniyası aparmaqla bərabər, birbaşa vəzifə cinayəti törətmişlər. Işin gizlədilən və məhkəmənin nəzərindən qəsdən qaçırılan ən qorxunc real mənzərəsi isə budur. O Salyan Rayon Polis Şöbəsinə tək deyil, 1-ci dərəcə əlilliyi olan, ölüm yatağındakı ağır onkoloji xəstə anası Axundova Laləzar ilə birlikdə getmişdir. Onlar otaqda əyləşdiyi zaman R Isayev Eltun və adları çəkilən digər əməkdaşlar rəsmi polis mundirində deyil, tamamilə mülki (adi) geyimdə otağa daxil oldular. Otaqda təkcə polis leytnantı Muradov Əlixan rəsmi geyim formasında idi. Onlar özlərini təqdim etmədilər və o onların polis əməkdaşı olduğunu belə bilmirdi. O dövlətinə bağlı, qanunlara tabe olan bir vətəndaş olaraq heç bir zaman polisə qarşı hər hansı bir hörmətsizlik etməz və etməmişdir də. Bu şəxslər otağa daxil olan kimi, qanunsuz və əsassız olaraq, onun insan ləyaqətini ayaqlar altına ataraq mobil telefonları ilə onu icazəsiz videoya çəkməyə, psixoloji təzyiq göstərməyə başladılar. Onun bu qanunsuz videoya çəkilməyinə və mənəvi terrora dözə bilməyən xəstə anası ayağa qalxaraq ana ürəyi ilə: "Nə istəyirsiniz mənim qızımdan?!" deyə etiraz etdikdə, bu vəzifəli şəxslər hüquq keşikçisi olduqlarını unudaraq vəhşicəsinə üstlərinə hücum etdilər! R X11 hamının gözü qarşısında onun ağır onkoloji xəstə anasını fiziki güc tətbiq edərək amansızcasına itələmiş, digər polislər isə ona qarşı ağır təhqirlər, söyüşlər və alçaldıcı ifadələr işlədərək mənəvi və fiziki zorakılıq tətbiq etmişdilər. Bir qadını və onun ölüm döşəyindəki xərçəng xəstəsi olan anasını polis şöbəsində təhqir edən, itələyən və videoya çəkərək qanunsuz qorxu altında saxlayan bu şəxslər, öz törətdikləri bu ağır cinayətin, bu xidməti rüsvayçılığın üstünü örtmək və onları susdurmaq üçün dərhal senari dəyişdirmişlər. 17 yaşında yetinlik yaşına çatmayan oğlu axşama qədər ondan xəbərsiz qaldı. Heç bir məlumat əldə edə bilmədi. Bunun ardınca o və ağır xəstə anası şöbədə tam saat 11:00-dan 16:10-a qədər (6 saat boyunca) faktiki olaraq girov kimi saxlanılmışlar. Bu 6 saat ərzində onalara qarşı heç bir insanlığa sığmayan işgəncə rejimi tətbiq edilmişdir. Onlara heç bir telefon zəngi etməyə imkan verilməmiş, ən ibtidai insan ehtiyacı olan ayaqyoluna getməyə belə rəhmsizcəsinə qadağa qoyulmuş, saatlarla ac-susuz saxlanılmışlar. Ən dəhşətlisi isə odur ki, anasının onkoloji xəstəliyinə görə saatbasaaat qəbul etməli olduğu həyati vacib dərmanları içməsinə belə polislər qəddar bir inadkarlıqla mane olmuşlar. Bu qəddarlıq ona qarşı törədilən saxta xuliqanlıq protokolunun, qadına və xəstə anaya qarşı şöbədə edilən zorakılığın üstünü örtmək və bizi qorxudaraq susdurmaq məqsədi daşımışdır. Bu işin ən böyük saxtakarlığını və uydurulmuş ssenari olduğunu sübut edən faktlardan biri isə budur ki, Salyan Rayon Məhkəməsində barəsində protokol tərtib edən və ona qarşı durub yalandan ifadə verən polislərlə, şöbədə ona və anasına o mənəvi işgəncələri verən, onları 6 saat girov saxlayan polislər tamamilə fərqli inslar olmuşdur! Şöbədə otaqda onlara hücum edən, onları qanunsuz videoya çəkən o polislər öz törətdikləri vəzifə cinayətinin və vəhşiliyin məhkəmə qarşısında ifşa olunmasından qorxduqları üçün hakim qarşısına çıxmağa cürət etmədilər. Həm şöbədə onlara zülmü edənlərin arasında olan, həm də məhkəmədə qarşısınaa çıxan yeganə şəxs R Isayev Eltun olmuşdur! Digər polislər isə hadisədən tamamilə xəbərsiz, sadəcə sifarişlə saxta protokolu imzalayan və məhkəmədə üzünə durmaq üçün göndərilən məkdaşlar idi. Bu fakt təkbaşına sübut edir ki, ortada qanuni bir icraat yoxdur, sadəcə pərdəarxası idarə olunan saxta bir ssenari var! Mülki (adi) geyimdə otağa daxil olan, özlərini təqdim etməyən, yaşlı və ağır xəstə bir qadını fiziki olaraq itələyən və məni qanunsuz olaraq videoya çəkərək psixoloji terrora məruz qoyan polislərin bu əməlləri Azərbaycan Respublikasının "Polis haqqında" Qanununun 5-ci (Polis tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi) və 21-ci (Polis əməkdaşının xidməti vəzifələrini yerinə yetirərkən hüquqları və vəzifələri) maddələrinin birbaşa pozulmasıdır. Öz cinayətkar və qanunsuz əməllərini gizlətmək, qohumbazlıq zəminində (şahid2 və şahid1 polis olan qohumlarının kənardan sifarişi ilə) ona vurduqları zərbəni leqallaşdırmaq üçün ona qarşı bu saxta xırda xuliqanlıq protokolunu tərtib etmişlər. Kənardan gələn qanunsuz təlimatları kor-koranə icra etmək üçün bir qadını və anasını şöbədə təhqir edən polislərin tərtib etdiyi sənədlər hüquqi sübut deyil, vəzifə səlahiyyətlərini aşma və zorakılıq cinayətinin rəsmi örtüyüdür. Bu qəddar qanunsuzluq zənciri apellyasiya instansiyası tərəfindən mütləq ifşa olunmalı və ədalət bərqərar edilməlidir. Bu amansız və rəhmsiz rəftarın vurduğu zərbə nəticəsində anamın onsuz da tükənməkdə olan səhhəti kəskin şəkildə pisləşmiş, xəstəliyi amansızcasına alovlanmışdır. O, bu hadisədən sonra faktiki olaraq yatağa məhkum olmuşdur və hazırda da həyatla ölüm arasında çarpışmaqdadır. Müayinə olunduğu xəstəxananın psixiatr rəyində də rəsmi, hüquqi və tibbi dillə yazılmışdır. Birinci instansiya məhkəməsi polisin bu vicdansız və qeyri-insani rəftarının bir ailəni necə uçuruma apardığını, canı ip üstündə olan bir ananın həyatının necə qəsdən təhlükəyə atıldığını və bu sarsıntının psixiatr rəyi ilə təsdiqlənən acı həqiqətini tamamilə görməzdən gəlmişdir. IXM-in 4-cü və 9-cu maddələrinin fundamental humanizm prinsipləri heçə sayılaraq, yataqdakı xəstəsinə nəfəs verməyə çalışan bir övlada, yəni ona cərimə kəsilmişdir. Bu qərar nə hüquqa, nə ədalətə, nə də insanlığın ən ibtidai vicdan normalarına sığmır. Bu amansız cəzanın qüvvədə saxlanılması, ölüm döşəyində olan bir anaya və onun fədakar qızına qarşı edilən ən böyük haqsızlıqdır. Iş materiallarında onun nalayiq söyüşlər söyməsini təsdiq edən heç bir mötəbər sübut yoxdur. Ortada yalnız iki rəfiqənin qabaqcadan planlaşdırılmış uzlaşma xarakterli bəyanatları və bu bəyanatlar əsasında polisin birtərəfli tərtib etdiyi protokol var. Bu cür ciddi şübhələr olduğu halda məhkəmə şübhələri mənim xeyrimə şərh etməli və işə xitam verməli olduğu halda, qanunun prinsiplərini tam tərsinə tətbiq etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya instansiyası məhkəməsinin iclasında səlahiyyətli orqan Salyan Rayon Polis Şöbəsinin ITB-nin rəisi X1 izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 və müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Vəkil apellyasiya şikayətinin dəlilərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Mübahisə olunan qərardan görünür ki, inzibati xəta haqqında işə baxan hakim inzibati xəta haqqında protokolları, onlara əlavə olunmuş sənədləri, Salyan Rayon Polis Şöbəsinin sahə rəisi, R Əlixan Muradovun, R Eltun Isayevin, polis əməkdaşı Valid Şahbazinin, habelə şahidlər şahid2 və şahid1 Rauf qızının izahatlarını, eləcə də iş materiallarında olan digər sənədləri sübut kimi qiymətləndirərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (hər iki inzibati xəta hadisəsinə münasibətdə) törətməsini sübuta yetirilmiş hesab etmiş, nəticədə onu həmin maddə ilə təqsirli bilərək barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə yekun nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini, proses iştirakçılarının izahatlarını və məhkəmə tərəfindən verilmiş sorğunu məktubunu tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmadan, iş üzrə Sabirabad Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində: Salyan Rayon Polis Şöbəsinin sahə rəisi R X4 tərtib olunmuş inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, şahid2 ilə birlikdə eyni idarədə işləyir. şahid2 ##.##.2026-cı il tarixdə onun barəsində etdiyi müraciətlə tanış olmuş, həmin ərizədə yazılanlara cavab olaraq bildirmişdir ki, şahid2 onun barəsində dediyi bütün sözlər yalandır. şahid2 etdiyi eyni məzmunlu şikayətlə bağlı ##.##.2026cı il tarixdə Salyan Rayon Məhkəməsində hakim Şahəddin Kələntərovun sədrliyi altında keçirilən məhkəmə iclası nəticəsində heç bir sübut olmadığından barəsində bəraətverici hökm çıxarılmışdır. Həmin gün məhkəmə iclasından çıxdıqdan sonra * saylı məktəbin qarşısında şahid2 ilə rastlaşmış, lakin onu təhqir etməmişdir. şahid2 onun barəsində etdiyi müraciəti əsassız və yalandır. şahid2 müraciəti ilə bağlı protokolu tərtib edən orqan1-nə çağırılmış, lakin həmin müraciətdə qeyd olunan xüsusatlar yalan olduğu üçün uca səslə danışmışdır. Məqsədi polisin iş fəaliyyətini və ictimai asayişi pozmaq olmamışdır. Sadəcə əsəbi olduğu üçün uca səslə danışmışdır. Himayəsində ağır ürək xəstəliyindən əziyyət çəkən birinci dərəcə əlilliyi müəyyən edilmiş anası və 17 yaşında yetkinlik yaşına çatmayan övladı vardır. Bunları nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Şahid şahid2 izahatında bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə birlikdə eyni idarədə işləyir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun barəsində dəfələrlə bilə-bilə həqiqətə uyğun olmayan söz-böhtan xarakterli ağır ittihamlar etmişdir. Onun barəsində müxtəlif dövlət orqanlarına müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun işlədiyi kollektiv daxilində iş yoldaşları yanında şərəf və ləyaqətini alçaldan məlumatlar söyləmiş, sosial şəbəkədə onun barəsində nalayiq sözlərdən istifadə etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun iş fəaliyyətində sağlam mühitdə işləməyinə şərait yaratmır. Illərdir ki, işlədiyi idarədə onun haqqında əsassız söhbətlər yayır, işgüzar nüfuzuna ziyan vurur, ictimai mühitdə onu təhqir və böhtanlarla biabır edir. ##.##.2026 tarixində * saylı məktəbin qarşısından keçərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs maşınla ona və müəllim yoldaşı olan şahid1 Rauf qızına yaxınlaşaraq maşının pəncərəsini açmış, küçənin ortasında insanların içində onlara barmağı ilə təhqiredici hərəkətlər göstərmiş, daha sonra onlara yüksək səslə nalayiq ifadələrlə təhqir edərək söyüş və ləyaqətini alçaltmışdır. Həmçinin yüksək səslə qışqır-bağır salaraq ictimai qaydanı və ictimai təhlükəsizliyi pozmuşdur. Şahid şahid1 Rauf qızı izahatında göstərmişdir ki, şahid2 Salyan rayon məhkəməsinin X6 barəsində etdiyi müraciəti ilə bağlı ##.##.2026-cı il tarixdə o və şahid2 Salyan rayon məhkəməsinə getmişlər. Məhkəmə iclası bitdikdən sonra onlar məhkəmədən çıxmışlar. Salyan şəhərində yerləşən * saylı tam orta məktəbin qarşısından keçərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs maşınla onlara yaxınlaşaraq maşının pəncərəsini açmış, küçənin ortasında insanların içində onlara barmağı ilə təhqiredici hərəkətlər göstərmiş, daha sonra onlara yüksək səslə nalayiq ifadələrlə təhqir edərək söyüş və ləyaqətini alçaltmışdır. Həmçinin yüksək səslə qışqır-bağır salaraq ictimai qaydanı və ictimai təhlükəsizliyi pozmuşdur. Şahid protokolu tərtib edən orqan1-nin əməkdaşı X7 izahatında bildirmişdir ki, ##.##.2026-cı il tarixdə saat 12 radələrində Salyan Rayon Polis Şöbəsinin inzibati binasında xidmətdə olan zaman bir nəfər şəxsin uca səslə danışaraq iş rejimini pozduğunu görmüşdü. Salyan Rayon Polis X39 Bölməsinin polis sahə rəisi, R Eltun Isayev həmin şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra ona Polis Şöbəsinin inzibati binasında olmasını və uca səslə danışaraq polisin iş rejmini pozması haqqında hüquqi izahlar verərkən həmin şəxs Eltun Isayevin bu tələbinə məhəl qoymayaraq öz əməllərinə davam edib onunla sözlü mübahisə etməyə başladı. Mübahisə zamanı həmin şəxs uca səslə nalayiq ifadələr işlədirdi. Bu zaman ITB-nin polis sahə rəisi, R Əlixan Muradov və Şöbənin digər əməkdaşları da orada idi. Dəfələrlə həmin şəxsə sakit olmasını deyib, etdiyi əməlin qanun pozuntusu olması barədə hüquqi izahlar versələr də, o, bu tələblərə məhəl qoymayaraq öz əməlinə davam edirdi. Sonradan məlum olmuşdur ki, həmin şəxs Salyan şəhəri B.Talıblı küçəsi ev 21 mənzil 1-də qeydiyyatda olmaqla orada yaşayan, ##.##.1989-cu il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdır. Şahid protokolu tərtib edən orqan1-nin əməkdaşı X11 izahatında bildirmişdir ki, ##.##.2026-cı il tarixdə saat 12 radələrində Salyan Rayon Polis Şöbəsinin inzibati binasında xidmətdə olan zaman bir nəfər şəxsin uca səslə danışaraq iş rejimini pozduğunu görmüşdü. O, həmin şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra ona Polis Şöbəsinin inzibati binasında olmasını və uca səslə danışaraq polisin iş rejmini pozması haqqında hüquqi izahlar verərkən həmin şəxs bu tələbə məhəl qoymayaraq öz əməllərinə davam edib onunla sözlü mübahisə etməyə başladı. Mübahisə zamanı həmin şəxs uca səslə nalayiq ifadələr işlədirdi. Bu zaman ITB-nin polis sahə rəisi, R Əlixan Muradov və Şöbənin digər əməkdaşları da orada idi. Dəfələrlə həmin şəxsə sakit olmasını deyib, etdiyi əməlin qanun pozuntusu olması barədə hüquqi izahlar versələr də, o, bu tələblərə məhəl qoymayaraq öz əməlinə davam edirdi. Sonradan məlum olmuşdur ki, həmin şəxs Salyan şəhəri B.Talıblı küçəsi ev 21 mənzil 1-də qeydiyyatda olmaqla orada yaşayan, ##.##.1989-cu il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdır. Iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sənədlərdə əsasən: MN ******* saylı, 0# ### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Salyan şəhəri, Ə.Zeynalov küçəsi şahid2 uca səslə nalayiq ifadələrlə təhqir edərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. ##.##.2026-cı il tarixli, MN ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının IXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan Rayon Prokurorluğu tərəfindən protokolu tərtib edən orqan1-nə ünvanlanmış ##.##.2026-cı il tarixli protokoldan görünür ki, şahid2 Salyan Rayon Prokurorluğuna daxil olmuş müraciəti baxılması üçün protokolu tərtib edən orqan1-nə göndərilmişdir. MN ******* saylı, 0# ### 2026-cı il tarixli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 12 radələrində protokolu tərtib edən orqan1-nin inzibati binasında polisin iş rejimini pozaraq uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. ##.##.2026-cı il tarixli, MN ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının IXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. protokolu tərtib edən orqan1 ITB-nin sahə rəisi, R Eltun Isayev tərəfindən protokolu tərtib edən orqan1-nin rəis müavini R Etibar Balakişiyevə ünvanlanmış ##.##.2026-cı il tarixli raportdan görünür ki, ##.##.2026-cı il tarixdə saat 12 radələrində Salyan Rayon Polis Şöbəsinin inzibati binasında xidmətdə olan zaman bir nəfər şəxsin uca səslə danışaraq iş rejimini pozduğunu görmuşdür. O, həmin şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra Polis Şöbəsinin inzibati binasında olmasını və uca səslə danışaraq polisin iş rejmini pozması haqqında hüquqi izahlar verərkən həmin şəxs ona məhəl qoymayaraq öz əməllərinə davam edib onunla sözlü mübahisə etməyə başladı. Mübahisə zamanı həmin şəxs uca səslə nalayiq ifadələr işlədirdi. Bu zaman ITB-nin polis sahə rəisi, R Əlixan Muradov və Şöbənin digər əməkdaşları da orada idi. Onlar dəfələrlə həmin şəxsə sakit olmasını deyib, etdiyi əməlin qanun pozuntusu olması barədə hüquqi izahlar versələr də, o, bu tələblərə məhəl qoymayaraq öz əməlinə davam edirdi. Sonradan məlum oldu ki, həmin şəxs Salyan şəhəri B.Talıblı küçəsi ev 21 mənzil 1-də qeydiyyatda olmaqla orada yaşayan, ##.##.1989-cu il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdır. Odur ki, raportuma dair aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. protokolu tərtib edən orqan1 ITB-nin polis sahə rəisi, R X4 tərəfindən tərtib edilmiş “vətəndaşın izahat verməkdən və protokolu imza etməkdən imtina etməsi barədə” ##.##.2026-cı il tarixli protokoldan görünür ki, protokolu tərtib edən orqan1nin ITB-nin sahə rəisi, R X2, protokolu tərtib edən orqan1-nin RPŞ-nin ITB-nin sahə polis sahə rəisi, R X11 və protokolu tərtib edən orqan1-nin RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, R X5 iştirakları ilə Salyan şəhəri B.Talıblı küçəsi ev 21 mənzil 1-də qeydiyyatda olmaqla orada yaşayan, ##.##.1989-cu il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraat ilə əlaqədar aparılan araşdırma ilə bağlı izahat verməkdən və AR IXM-nin 510.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmişdir. Bununla əlaqədar olaraq şifahi ərizə protokolu tərtib edilmişdir. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Salyan Rayon Məhkəməsinin 0# ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından görünür ki, məhkəmənin icraatında olan 3(5-152)-449/2026 və *(*-***)-***/**** nömrəli inzibati işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Doğum haqqında şəhadətnamə məlumatlarından görünür ki, X8 ##.##.2009-cu il tarixdə Salyan rayonunda doğulmuş, anası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, atası isə X13r. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş sənəddən görünür ki, X17 Tibb-Sosial Ekspert Komissiyası tərəfindən ##.##.2025-ci il tarixdən birinci dərəcəli əlillik təyin edilmiş, orqanizmin funksiyalarının pozulması faizi 85% olaraq müəyyən olunmuşdur. Sənəddə diaqnoz kimi çoxsaylı mieloma, sümüklərdə çoxsaylı litik ocaqlar, onurğanın bel-oma şöbəsi və çanaq sümüklərinin çoxsaylı sınıqları, hərəkət və yerişin pozulması, həmçinin III mərhələ xroniki böyrək xəstəliyi göstərilmişdir. Əlilliyin müddətsiz olduğu, səbəbinin ümumi xəstəliklə əlaqəli olduğu və şəxsin əmək qabiliyyətsiz hesab edildiyi qeyd olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş sənəddən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Aslan qızına “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə” aid kateqoriya üzrə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Müraciət və ərizə tarixi ##.##.2026-cı il, təyinatın başlanğıc tarixi isə ##.##.2025-ci il göstərilmiş, aylıq məbləğin 120 manat olduğu və təyinat barədə qərar verildiyi qeyd edilmişdir. Apellyasiya araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, 6 aprel tarixində iş yoldaşı Səbinə vəzifə səlahiyyətlərini aşaraq sənədlərini gizlətmişdi. Bunun səbəbini soruşanda ona qarşı qeyri-etik sözlər işlədərək hədələmişdir. Onun hədələrinə dözə bilməyib, 102-yə şikayət edib, barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin qadın da onun barəsində xüsusi ittiham qaydasında şikayət etmişdi. Aprel ayının 14-də onun şikayətinə məhkəmə xitam vermişdi. 14 apreldə ondan şikayət etmişdi ki, gua o məhkəmədən çıxanda maşını saxlayıb onları söymüşdür. Onların arasında heç bir mübahisə olmamışdır. Hətta o məhkəmə çıxışında onlarla qarşılaşmamışdır. Onu həmin şikayətlə bağlı polis şöbəsinə çağırmışdılar. May ayının 5-də ona Şöbədə bildirdilər ki, şahid2 ondan şikayət edib. Həmin gün izahatı yazıb evə getmişdir. X9 adlı polis əməkdaşı ayın 7-də onu Şöbəyə çağırıb. Ona Səbinənin rəisin qəbulunda olduğunu, buna görə də barəsində 510-cu maddə ilə protokolun tətrib ediləcəyini bildirdi. O orada etirazını bildirmişdir. Orada polis əməkdaşları tərəfindən ona təhqirlər, təzyiqlər, hədələr olub. Sadiq müəllim onu video-çəkilişə alıb. Həmin günü saat 11:00-dan saat 16:10-a qədər onu Şöbədə qanunsuz saxlayıblar. Anası xəstədir, tək qoya bilmədiyindən onun da özüilə aparmışdır. Xəstə halı ilə anasına da saatlarla zülm ediblər. Onu 8 saata yaxın Şöbədə saxlayıb, sonra şahid2 şikayətinə əsasən protokol tərtib edib gecə ilə məhkəməyə çıxarıblar. Orada da cərimə edilmişdir. O yalnız məhkəmədən çıxandan sonra öz vəkil ilə və 102-ə zəng edərək başına gələnlər barədə məlumat verə bilmişdir. Protokolun şahid2 şikayətinə əsasən tərtib edildiyini bildirmişdilər. şahid1 Səbinənin şahididir. Hər yerə də onunla gedirdi. şahid1 da onun iş yoldaşıdır. * saylı məktəb məhkəməyə yaxındır. Ümumiyyətlə məhkəmə, polis şöbəsi və məktəb bir-birlərinə yaxındırlar, eyni küçədədirlər. Məktəbin, şöbənin kamera görüntüləri mövcuddur. O məhkəmə çıxışından sonra onları ümumiyyətlə görməmişdir. Onlardan sonra çıxmamışdır. Bildirir ki, onun Şöbədə səsi yüksək çıxıb, lakin bunun səbəbi saatlarla orda saxlanmağı, boğazında problemin olması, eyni mənmunlu şikayətlərin dəfələrlə olması olub. Məhkəmə iclasında baş verən hadisələrin video-görüntülərinin əldə edilməsi istiqamətində müvafiq sorğuların verilməsi xahiş olunmuş və məhkəmə tərəfindən inzibati orqana müvafiq sorğu məktubu ünvanlamışdır. Salyan Rayon Polis Şöbəsinin ##.##.2026-cı il tarixli, 313104\*-*****/**** nömrəli cavab məktubundan görünür ki, Salyan şəhəri * saylı tam orta məktəbin və inzibati binasının videoçüşahidə kameralarının yaddaş qurğusunda olan görüntülərin vaxt keçdiyindən təqdim edilməsi mümkün olmamışdır. Apellyasiya şikayətində və apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən irəli sürülmüş dəlillər iş materialları ilə müqayisəli şəkildə qiymətləndirildikdə müəyyən edilir ki, həmin izahatlar və mülahizələr iş üzrə toplanmış mötəbər sübutlarla öz təsdiqini tapmır və yalnız şəxsin öz subyektiv mülahizələrinə əsaslanır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iddia etmişdir ki, ##.##.2026-cı il tarixində şahid2 ilə ümumiyyətlə qarşılaşmamış, onu təhqir etməmiş, ##.##.2026-cı il tarixində isə Salyan Rayon Polis Şöbəsində nalayiq ifadələr işlətməmiş, yalnız əsəbi olduğuna görə səsinin tonu yüksəlmişdir. Həmçinin o, polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını, qanunsuz olaraq şöbədə saxlanıldığını, anasına qarşı kobud rəftar edildiyini, polis əməkdaşlarının qərəzli hərəkət etdiyini və inzibati xəta haqqında protokolun əvvəlcədən hazırlanmış ssenari əsasında tərtib olunduğunu bildirmişdir. Bununla yanaşı, o, şahid2 və şahid1 qərəzli olduqlarını, polis əməkdaşlarının isə həmin şəxslərlə əlaqəli olduqlarını irəli sürmüşdür. Lakin iş materiallarında göstərilən bu iddiaları təsdiq edən hər hansı obyektiv, mötəbər və prosessual qaydada əldə edilmiş sübutlar mövcud deyildir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis şöbəsində qanunsuz saxlanılması, fiziki və ya psixoloji təzyiqə məruz qalması, anasına qarşı zor tətbiq edilməsi, polis əməkdaşlarının qərəzli hərəkət etməsi, protokolun saxta tərtib edilməsi, yaxud şahidlərin bilərəkdən yalan ifadə verməsi barədə iş materiallarına heç bir rəsmi sənəd, tibbi sənəd, ekspert rəyi, video və ya digər obyektiv sübut təqdim edilməmişdir. Bu səbəbdən həmin iddialar yalnız mülahizə xarakteri daşımaqla, sübutetmə predmetinə daxil olan halları təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Əksinə, iş materiallarından görünür ki, ##.##.2026-cı il tarixli hadisə ilə bağlı şahid2 və şahid1 Rauf qızı bir-birini tamamlayan, hadisənin başvermə şəraitini eyni ardıcıllıqla təsvir edən izahatlar vermiş, hər iki şahid Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onların ünvanına uca səslə nalayiq ifadələr işlətməsini, küçədə insanların olduğu yerdə təhqiredici hərəkətlər etməsini və ictimai qaydanı pozmasını təsdiq etmişlər. Bu izahatlar inzibati xəta haqqında protokolun məzmunu ilə də uzlaşır. Bundan başqa, ##.##.2026-cı il tarixində Salyan Rayon Polis Şöbəsinin inzibati binasında baş vermiş hadisə ilə bağlı R Eltun Isayev və polis əməkdaşı Valid Şahbazi tərəfindən verilmiş izahatlar da bir-birini tamamlayır. Həmin izahatlardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarının dəfələrlə etdiyi qanuni tələblərə məhəl qoymamış, uca səslə nalayiq ifadələr işlətməyə davam etmiş, polis şöbəsinin normal iş fəaliyyətini pozmuşdur. Bu hallar tərtib edilmiş raportlar, inzibati xəta haqqında protokollar və digər yazılı materiallarla da öz təsdiqini tapmışdır. Iş materiallarında olan sübutların məcmusu göstərir ki, birinci instansiya məhkəməsi yalnız inzibati xəta haqqında protokollarla kifayətlənməmiş, şahidlərin izahatlarını, yazılı sənədləri və digər materialları qarşılıqlı əlaqədə qiymətləndirmiş, IXM-in 76-cı və 84-cü maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutun mötəbərliyini və sübutedici əhəmiyyətini araşdırmışdır. Məhkəmənin gəldiyi nəticə ayrı-ayrı bir sübuta deyil, iş üzrə toplanmış sübutların qarşılıqlı məcmusuna əsaslanmışdır. Apellyasiya baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəsatəti əsasında hadisələrin baş verdiyi ərazilərdə yerləşən videomüşahidə kameralarının görüntülərinin əldə edilməsi üçün müvafiq sorğular verilmiş, lakin Salyan Rayon Polis Şöbəsinin təqdim etdiyi rəsmi cavabdan müəyyən edilmişdir ki, həm Salyan şəhər * saylı tam orta məktəbin, həm də Salyan Rayon Polis Şöbəsinin videomüşahidə sistemində saxlanılan görüntülər saxlanma müddəti başa çatdığı üçün təqdim edilə bilməmişdir. Beləliklə, video-görüntülərin əldə olunmaması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs irəli sürdüyü iddiaların doğruluğunu təsdiq edən hal kimi qiymətləndirilə bilməz və həmin hal iş üzrə mövcud digər sübutların hüquqi qüvvəsini aradan qaldırmır. Qeyd olunanlar göstərir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində və apellyasiya baxışı zamanı irəli sürdüyü arqumentlər iş materiallarında olan mötəbər sübutlarla təsdiq edilmədiyindən, həmin arqumentlər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız hesab edilməsi üçün kifayət etmir. Əksinə, iş üzrə toplanmış sübutlar - inzibati xəta haqqında protokollar, polis əməkdaşlarının raport və izahatları, hadisə şahidlərinin bir-birini tamamlayan izahatları, habelə digər yazılı materiallar — Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə və ##.##.2026-cı il tarixdə IXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına və toplanmış sübutlara uyğun olduğunu göstərir. Bununla yanaşı, apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbehlə bağlı aşağıdakıların qeyd olunmasını əsaslı hesab edir. Belə ki, Inzibati Xətalar Məcəlləsinin: 9.1. Inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası IXM-in 510.1-ci maddəsinin alternativ sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə, eləcə də işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının və orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş anasının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, inzibati xətanın məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində IXM-in 510.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirini tətbiq etmişdir. Apellyasiya məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (hər iki inzibati xəta haqqında protokola əsasən) IXM-in 510.1-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirini (IXM-in 34.4-cü maddəsinin tələbini də nəzərə almaqla) tətbiq edərkən qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, 100 manat məbləğində inzibati cərimə törədilmiş iki inzibati xətanın ağırlıq dərəcəsinə mütənasib olmaqla yanaşı, inzibati tənbehin hüquq pozucusunu qanunlara hörmət ruhunda tərbiyə etmək, gələcəkdə yeni inzibati xətaların törədilməsinin qarşısını almaq və hüquq qaydasının təmin edilməsinə xidmət edən məqsədlərinə nail olmaq üçün kifayət edən və zəruri tədbirdir. Beləliklə də, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla Salyan Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli qərarının ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi kimi qəbul oluna bilməz. Ona görə də, şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsaslanaraq və AR Inzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar