Məhkəmə qərarları › İş №3(3-9)-352/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-352/2026

24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-352/2026 24.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, ##.##.1992-ci ildə Cəlilabad rayonu, Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati həbs tənbeh tətbiq edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Cəlilabad Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs toğlu IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, icra sənədi üzrə onun tələbkara 1472 manat borcu yaranmışdır. Məhkəmə qərarı qəbul edildikdən sonra həmin borc tamamilə ödənilmişdir. Hesab edir ki, hazırki vəziyyətdə onun həbsdə qalması üçün artıq lüzum yoxdur. Ona görə ki, onun hazırda həbsdə qalmağı növbəti aliment borcunun ödənilməsi üçün çətinlik yaradacaqdır. Iş üzrə yaranmış aliment borcunun tam ödənilməsi zərərin aradan qaldırılması kimi məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alına bilər. Həmçinin məhkəmənin adı çəkilən qərarından sonra ##.##.2026-cı il tarixdə tələbkar Zərərçəkmiş şəxs Xalıq qızı Cəlilabad Rayon Icra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək borcun tam ödənildiyini, aliment borcunun qalmadığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Artıq bir neçə gündür ki, həbsdədir və demək olar ki, barəsində verilmiş inzibati tənbehdən nəticə çıxarmışdır, peşmançılıq hissi keçirir. Bu səbəbdən tam ödənilən aliment borcu, tələbkarın ərizəsi və s. hallar nəzərə alınmaqla barəsində ədalətli qərar çıxarılmalıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X1 şikayətin dəlillərinə uyğun izahat verərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra tələbinin tam təmin olunduğunu, bu səbəbdən şikayətin təmin olunmasını və Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxs (tələbkar) və icra məmuru məhkəmə iclasına gəlməmiş, həmçinin barəsində iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gətirilməsi mümkün olmamış, zərərçəkmiş şəxs və icra məmuru gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, həmçinin şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Apellyasiya instansiyası məhkəməsi inzibati işin materiallarını, birinci instansiya məhkəməsinin qərarını, şikayətin dəlillərini və apellyasiya baxışı zamanı təqdim edilmiş əlavə sənədləri tam, hərtərəfli və obyektiv yoxlayaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.1.10-cu maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Cəlilabad rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsinə əsaəsn cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs Xalıq qızına verilməsi qət edilmişdir. Iş materialında olan Cəlilabad rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025 tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsini 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Iş materiallarına əlavə edilmiş zərərçəkmiş (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ərizəsindən və həmin tarixli ödəniş qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1472 manat borc məbləğini tam olaraq zərərçəkmiş şəxsə ödəmişdir. IXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Inzibati xəta haqqında iş üzrə toplanmış materialların, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın və apellyasiya instansiyasında aparılmış məhkəmə baxışının nəticələrinin məcmu və sistemli təhlilindən müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən hüquqi fakt icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi olmuşdur. Birinci instansiya məhkəməsi bu halı yuxarıda sadalanan hüquq normaları əsasında inzibati xətanın tərkibi kimi qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Lakin apellyasiya instansiyasında işə baxılan zaman iş üzrə hüquqi vəziyyəti əsaslı şəkildə dəyişən yeni faktiki və hüquqi hal müəyyən edilmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı icra vərəqəsi üzrə üzərinə düşən öhdəliyi tam həcmdə icra etmiş, yəni iddiaçı Zərərçəkmiş şəxs cəmi 1472 manat məbləğində pul vəsaitini tam ödəməklə icra sənədinin icrasını təmin etmişdir. Məhkəməyə təqdim edilmiş ərizədən və ödəniş qəbzindən də borcun tam ödənildiyi, dəymiş ziyanın aradan qaldırıldığı təsdiq edilmişdir. IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta icra sənədinin icra edilməməsi ilə ifadə olunan davam edən hüquqazidd davranışdır. Belə xətaların əsas xüsusiyyəti ondan ibarətdir ki, hüquqazidd vəziyyət xətanı törədən şəxsin davranışı nəticəsində istənilən mərhələdə aradan qaldırıla bilər və həmin andan etibarən inzibati xətanın ictimai təhlükəliliyi faktiki olaraq sona çatır. Qanunverici bu yanaşmanı nəzərə alaraq IXM-in 528-ci maddəsinin qeyd hissəsində xüsusi hüquqi tənzimləmə müəyyən etmişdir. Həmin normaya əsasən, IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Bu norma öz hüquqi mahiyyətinə görə xüsusi hal (lex specialis) xarakteri daşıyır və inzibati məsuliyyətin ümumi əsaslarını istisna edən xüsusi hal kimi çıxış edir. Inzibati hüquqda qəbul edildiyi kimi, inzibati məsuliyyətin məqsədi cəza vermək deyil, hüquqazidd davranışın qarşısını almaq, pozulmuş hüquq münasibətlərini bərpa etmək və hüquqi nizama hörməti təmin etməkdir. IXM-in 528-ci maddəsinin qeyd hissəsi də məhz bu məqsədəyönlü şərhin normativ ifadəsidir. Borclunun icra sənədini könüllü və ya faktiki olaraq icra etməsi ilə inzibati xətanın predmeti aradan qalxır və inzibati tənbeh tətbiq edilməsinin hüquqi və sosial zərurəti qalmır. Bununla yanaşı, IXM-in ümumi müddəalarından irəli gələn ədalətlilik, humanizm və proporsionallıq prinsipləri də nəzərə alınmalıdır. Inzibati həbs kimi sərt və azadlıqdan məhrumetmə xarakterli inzibati tənbeh yalnız zəruri və mütənasib hallarda tətbiq edilə bilər. Mövcud halda isə hüquqazidd vəziyyət aradan qaldırılmış, zərərçəkmiş şəxsin hüquqları tam bərpa edilmiş, inzibati xətanın nəticələri ləğv olunmuşdur. Belə bir şəraitdə inzibati həbs tənbehinin saxlanılması nə inzibati hüququn məqsədlərinə, nə də proporsionallıq prinsipinə uyğun gəlir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququ və ədalətli məhkəmə araşdırması prinsipi məhkəmədən iş üzrə mövcud olan faktiki və hüquqi vəziyyətin real məzmununu nəzərə almağı tələb edir. Apellyasiya instansiyasında müəyyən edilmiş yeni hüquqi fakt, yəni icra sənədinin tam icra edilməsi inzibati məsuliyyəti istisna edən hal olmaqla birinci instansiya məhkəməsinin qərarının hüquqi əsasını aradan qaldırır. Bundan əlavə, qanunverici tərəfindən birbaşa nəzərdə tutulmuş inzibati məsuliyyətdən azadetmə norması məhkəmə tərəfindən tətbiq edilməlidir. Əks yanaşma borclunun icra sənədini icra etməklə əldə etdiyi hüquqi nəticəni formal xarakterə endirmiş və normanın preventivtənzimləyici funksiyasını faktiki olaraq səmərəsiz etmiş olar. Beləliklə, apellyasiya instansiyası məhkəməsi normativ əsaslara istinad edərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün mövcud olmuş hüquqi əsas apellyasiya baxışı zamanı aradan qalxmışdır. Bu səbəbdən IXM-in 528-ci maddəsinin qeyd hissəsi, Məcəllənin ümumi prinsipləri, eləcə də inzibati məsuliyyət institutunun məqsəd və mahiyyəti rəhbər tutularaq birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. IXM-in 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində 20 (iyirmi) gün müddətə inzbati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları və IXM-in 53.1.10, 128-136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin maddə ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilsin və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal saxlanıldığı Cəlilabad Rayon Polis X4 Yerindən inzibati həbsdən azad olunsun. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbsdən azad edilməsi Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar