Məhkəmə qərarları › İş №3(3-9)-353/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-353/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-353/2026 03.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Xasməmmədov Elçin Isgəndər oğlunun sədrliyi Səmədov Alim Nadir oğlunun katibliyi Qərarından şikayət verilən orqan (AYNA) nümayəndəsi nümayəndə1 iştirakı ilə MÜƏYYƏN ETDI: Qərarından şikayət verilən orqan ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat məbləğində inzibati cərimə edilmişdir. Füzuli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (hakim S.N.Məmmədli) Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilərək Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin Agentliyə göndərilmişdir. Birinci instasniya məhkəməsinin qeyd edilən qərarından Qərarından şikayət verilən orqan nümayəndəsi Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsini xahiş etmişdir. Işin halları Qərarından şikayət verilən orqan ## #### 2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə idarə etdiyi “Mercedes-Benz S350” markalı, **MP*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində hüququ olmadan əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ***** nömrəli parklanma yerində saxlayaraq parklanma qaydalarını pozmaqla IXM-in 346-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Apellyasiya şikayətinin dəlilləri Qərarından şikayət verilən orqan nümayəndəsi nümayəndə3 şikayətində Füzuli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və səlahiyyətli orqanın ##.##.2026-cı il tarixli, AYN******* saylı qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərarından şikayət verilən orqan parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin İ hissəsinə əsasən, dövlət avtomobil yollarında parklanma yerləri Bakı şəhərinin inzibati ərazisində AYNA tərəfindən müəyyən olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən, parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən Bakı şəhərinin inzibati ərazisində AYNA ilə razılaşdırılmaqla təşkil edilir. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin 1-ci hissəsinə əsasən parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerləri 1.24 nişanlanması ilə işarələnir. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar. Həmin qanunun 72-ci maddəsində Nəqliyyat vasitələrinin tanınma nişanları haqqında ətraflı məlumat qeyd olunmuşdur. Belə ki, “Əlilliyi olan şəxs” tanınma nişanı — orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında — tərəfləri 150 mm ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində olmalıdır. Lakin Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi **MP*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz S350” markalı avtomobil isə “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmamışdır. Ona görə də o, həmin avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində əlillər üçün təyin olunmuş ***** nömrəli parklanma məntəqəsində saxladığına görə IXM-in 346-1.3-cü maddəsinin tələblərini pozmuşdur. Prosessual məsələlər Apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada barəsində icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə barəsində icraat aparılan şəxsin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı səlahiyyətli orqan Qərarından şikayət verilən orqan nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək həmin dəlillərə uyğun çıxış etdi və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. AYNA nümayəndəsi əlavə olaraq bildirdi ki, parklanma yerlərində əlillər üçün müəyyən edilmiş yerlərdə yalnız İ və II dərəcəli əlillər nəqliyyat vasitələrini saxlaya bilərlər. Qərardan şikayət verən orqan (şəxs) isə III dərəcəli əlildir və əlillər üçün parkalanma yerlərində ödənişsiz saxlama hüququ ona şamil olunmur. Bundan başqa əlillər üçün olan parklanma yerlərində saxlanılan avtomobilin ön və arxa tərəflərində əlillər üçün 7.17 nişanı olmalı, həmçinin həmin avtomobilin əlil tərəfindən idarə edilməsi avtomobilin qeydiyyat şəhadətnaməsində əks olunmalıdır. Qərardan şikayət verən orqan (şəxs) avtomobilində 7.17 nişanı da olmamışdır. Odur ki, AYNA-nın qərarını qanuni hesab edir və qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. Hüquqi məsələlər Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Səlahiyyətli orqanın apellyasiya şikayətində qeyd olunmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi **MP*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz S350” markalı avtomobil “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmadığından o, həmin avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində əlillər üçün nəzərdə tutulmuş ***** nömrəli parklanma məntəqəsində saxladığına görə parklanma qaydalarını pozmuşdur. Həmçinin ödənişsiz parklama yalnız əmək qabiliyyətinin 61-100 faiz hissəsini itirən İ və II dərəcəli əlillər üçün ola bildiyi halda Qərardan şikayət verən orqan (şəxs) III dərəcəli əlil olduğu üçün ona həmin güzəştin tətbiq olunması qanuni hesab edilə bilməz. Inzibati xəta haqqında işin materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayan məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası IXM-in 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 346-1.3-cü maddəsinə görə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanması bu maddə ilə inzibati məsuliyyətə səbəb olur. Bundan başqa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin X hissəsinə əsasən, parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerləri 1.24 nişanlanması ilə işarələnir. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar. Həmin Qanunun 72-ci maddəsinin 5-ci bəndinə əsasən, “Əlilliyi olan şəxs” tanınma nişanı - orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında — tərəfləri 150 mm ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində olmalıdır. Səlahiyyətli orqanın (Qərarından şikayət verilən orqan) qəbul etdiyi inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə idarə etdiyi “Mercedes-Benz S350” markalı, **MP*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində hüququ olmadan əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ***** nömrəli parklanma yerində saxlayaraq parklanma qaydalarını pozmaqla IXM-in 346-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının əlaqəli təhlilindən görünür ki, Bakı şəhəri üzrə parklanma yerlərində əlillər üçün nəzərdə tutulmuş yerlərdə avtomobili ödənişsiz saxlamaq üçün aşağıdakı halların birgə mövcud olması tələb edilir: -avtomobili əlillər üçün nəzərdə tutulmuş yerlərdə saxlayan şəxs İ və ya II dərəcəli əlil olmalıdır (orqanizmin funksiyasının 61-100 faizi itirilmiş olmalıdır); -avtombil xüsusi avadanlıqlarla (əlillər üçün nəqliyyat vasitəsinin idarə edilməsini asanlaşdıran) təchiz olunmuş avtomobil olmalı və bu hal, habelə şəxsin əlilliyi barədə məlumat nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilməlidir; -həmin nəqliyyat vasitəsində ön və arxa tərəflərdə əlillər üçün müəyyən edilmiş 7.17 nişanı mövcud olmalıdır. Lakin işdən görünür ki, istər inzibati xəta törətmiş şəxs Qərardan şikayət verən orqan (şəxs), istərsə də onun törətdiyi əmələ münasibətdə yuxarıda qeyd edilən əlamətlərdən heç biri müəyyən edilmir. Belə ki, ödənişsiz parklama yerlərindən ödənişsiz istifadə İ və II dərəcəli əlillərə aid olduğu halda Qərardan şikayət verən orqan (şəxs) III dərəcəli əlil olduğu müəyyən edilir. Həmçinin, onun əlillər üçün ayrılmış yerdə parklama apardığı “Mercedes-Benz S350” markalı, **MP*** dövlət qeydiyyat nişanlı avtomobildə əlillərə münasibətdə “Yol hərəkəti haqqında” qanunda əksini tapmış 7.17 nişanı mövcud olmamış və onun qeyd edilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində avtomobilin əlil tərəfindən idarə olunması göstərilməmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan idarə etdiyi parklama yerlərində əlillər üçün nəzərdə tutulmuş saxlama yerlərindən ödənişsiz istifadə etmək hüququna malik olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işin qeyd edilən faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini nəzərə almadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki. apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, şikayət təmin edilməməklə səlahiyyətli orqanın qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Füzuli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı həmin apellyasiya şikayətinə əsasən ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Qərarından şikayət verilən orqan inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsinin ## #### 2026-cı il tarixli AYN******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar