Məhkəmə qərarları › İş №3(3-9)-354/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-354/2026

03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-354/2026 03.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəra haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin direktoru Səfərov Emin Barat oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə cərimə edilməsi barədə Füzuli Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin nümayəndəsi və vəkili Vəkil Şıxsafa oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Protokolu tərtib edən orqan Bakı şəhər Idarəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən X3 Xidməti Bakı şəhər Idarəsinin ##.##.2025-ci il tarixli, 3- **- */*-******/**** nömrəli göstərişi yerinə yetirilmədiyinə görə, onun barəsində ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün Fizuli Rayon Məhkəməsinə göndərilmişdir. Füzuli Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin direktoru Səfərov Emin Barat oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 3000 (üç min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin nümayəndəsi və vəkili Vəkil Şıxsafa oğlu məhkəmənin qeyd olunan qərarından şikayət vermişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti (Xidmət) tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin (QSC) direktoru vəzifəsində işləyənEmin Barat oğlu Səfərov barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1- 1.maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı ##.##.2025-ci il tarixli MN ******* nömrəli Inzibati xəta haqqında protokol tərtib edilmiş, Emin Səfərovun1500 AZN cərimə edilməsi və tutulmuş məbləğin Xidmətin müvafiq hesabına ödənilməsi qərara alınmışdır. Xidmətin ##.##.2025-ci il tarixli 3-17-5\2- 115664\**** nömrəli məktubu ilə protokol QSC-yə göndərilmiş və E. Səfərovun əmək haqqından hər ay 25% tutularaq müvafiq hesaba ödənilməsi bildirilmişdir. Lakin protokolun icrasına QSC tərəfindən 2026-cı ilin mart ayından başlanılaraq E. Səfərovunhər aylıq əmək haqqından onun əmək haqqının 25% tutularaq Xidmətin göstərdiyi hesaba ödənilmiş və tutma üzrə ödəniş tam həyata keçirilmişdir. Xidmət isə Emin Səfərov barəsində (vəzifəli şəxs kimi, yaşayış yeri üzrə) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1. maddəsi iləinzibati işə baxılması üçün ##.##.2026-cı il tarixli MN ******* nömrəli Inzibati xəta haqqında protokolu və digər materialları ##.##.2026-cı il tarixli 3-17-5/2-34663\**** nömrəli məktubla Füzuli Rayon Məhkəməsinə müvafiq qaydada baxılması üçün göndərmişdir. Xidmət eyni zamanda, QSC barəsində (Hüquqi şəxs qismində)tərtib etdiyi ##.##.2026-cı il tarixli MN ******* nömrəli Inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları IXM-nin 529.1-1. maddəsi ilə baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərmişdir. (E. Səfərov barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli MN ******* nömrəli protokolun vaxtında icra edilməməsinə görə) Nizami Rayon Məhkəməsi tərəfindən bu inzibati işə baxılaraq Məhkəmənin ##.##.2026-cı il tarixli 3(5-99)- 1705\**** nömrəli qərarı ilə QSCInzibati Xətalar Məcəlləsinin 529.1.-1. maddəsi ilə təqsirli bilinərək 3000 AZN məbləğində cərimə edilmişdir. Füzuli Rayon Məhkəməsi də baxdığı işdə eyni əmələ görəQSC-ni təqsirli tərəf kimi işə cəlb edərək barəsində inzibati işə baxmışdır. Lakin (tam qarışıqlı bir şəkildə) ##.##.2026-cı il tarixli 3(5-119)-306\**** nömrəli yekun Qərarının “xxxx” hissəsində QSC-nin direktoru Emin SəfərovunInzibati Xətalar Məcəlləsinin 529.1.-1. maddəsi ilə təqsirli bilərək 3000 AZN məbləğində cərimə edildiyini göstərmişdir. Emin Səfərov QSC-nin direktorudur və vəzifəli şəxsdir. Məhkəmə tərəfindən işə QSC barəsində baxılması faktı eyni zamanda məhkəmənin işin baxışını başqa vaxta keçirilməsi barədə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadından da aydın görünür. Həmin qərarın həm təsviri hissəsində, həm də qərar hissəsində QSC-nin IXM-nin 529.1.-1.-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi və işə baxılmasının ##.##.2026-cı ilə keçirildiyi göstərilmişdir. Eyni ilə Məhkəmənin QSC-yə ünvanlandığı10.04.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli bildirişlərində də QSC barəsində inzibati işə baxıldığı bildirilmişdir. Beləliklə iş üzrə qərar qəbul edən məhkəmə işi araşdırmadan, işə vəzifəli şəxs E. Səfərovun hərəkətləri barədə baxmaq əvəzinə bu işə aidiyyəti olmayan hüquqi şəxs barədə baxaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Işə faktiki olaraq hüquqi şəxs-QSC barəsində baxmasına baxmayaraq, onun direktoru E. Səfərov barəsində əsassız olaraq 3000 manat cərimə tədbiri tətbiq etmişdir. Odur ki, Füzuli Rayon Məhkəməsinin bu inzibati xəta üzrə qəbul etdiyi##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərar əsassız və qanunsuz olduğundan ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Füzuli Rayon Məhkəməsinin inzibati xəta işi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərar əsassız və qanunsuz olduğundan onun ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Füzuli Rayon Məhkəməsinin inzibati xəta işi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarını ləğv edərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Protokolu tərtib edən orqan səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işin hallarına əsasən nümayəndənin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayətin dəlillərindən göründüyü kimi, şikayət verən hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Inzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “Emin Səfərov Barat oğlu ##.##.2024-ci il tarixdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin direkoru vəzifəsində işləyir. - Protokolu tərtib edən orqan Bakı şəhər idarəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** saylı göstəriş xarakterli xəbərdarlıq məktubunda deyilir: “Bildiririk ki, Protokolu tərtib edən orqan tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılan təhlillər zamanı əldə edilmiş məlumatlar əsasında məlum olmuşdur ki, hər bir işçinizin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanması təmin edilmədiyindən “Tikinti-Quraşdırma AZ NY TŞ" Qapalı Səhhmdar Cəmiyyətinin direktoru Emin Səfərov Barat oğlu Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - AR IXM) 469-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Protokolu tərtib edən orqan (bundan sonra - Xidmət) tərəfindən ##.##.2025-ci il tarixli MN******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. AR IXM-nin 150.5.1-ci maddəsinə əsasən fiziki şəxslər barəsində qəbul edilmiş qərar bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, cərimənin ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Həmin Məcəllənin 150.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır.” - ##.##.2025-cı il tarixli, haqqında qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin direktoru Səfərov Emin Barat oğlu barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən onun barəsində 1500 manat inzibati cərimə edilmişdir. - ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xxxx” QSC direktoru Səfərov Emin Barat oğlu X3 Xidməti Bakı şəhər idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli göstərişi yerinə yetirilmədiyinə görə barəsində ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. -Protokolu tərtib edən orqan məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 469-1-ci maddəsinə əsasən xxxx” QSC-nin direktoru Emin Səfərov Barat oğlu barəsində Protokolu tərtib edən orqan (bundan sonra-Xidmət) tərəfindən inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli MN******* nömrəli elektron Qərar qəbul edilmişdir. Həmin Məcəllənin 150.5.1-ci maddəsinə əsasən 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında Qərarın surəti həmin Qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əmək haqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Həmçinin, bu Məcəllənin 150.6cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əmək haqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə Qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Qeyd olunanlara əsasən xxxx” QSC-nin direktoru Emin Səfərov Barat oğlunun əmək haqqından hər ay 25% tutulmaqla 1500 manat məbləğində inzibati cərimənin ödənilməsinin təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi üçün ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktub göndərilmiş, lakin hazırki dövrə qədər tutulma həyata keçirilməmiş və yaxud mümkünsüzlüyü barədə məlumat təqdim olunmmışdır. Bununla bağlı tərəfimizdən Cəmiyyətin ünvanına ##.##.2026-cı il tarixli 3-17-5/2- *****/**** nömrəli məktubla Inzibati xəta haqqında Protokola dəvət bildirişi, həmçinin işəgötürənin şəxsi kabinetinə Avtomatlaşdırılmış Sosial Informasiya Sistemi (ASIS) vasitəsilə göndərilmişdir. Həmin məktubda inzibati xəta haqqında işə başlanılmasının yeri və vaxtı barəsində məlumat bildirilsə də, Cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmçinin bu Məcəllənin 100.2-ci maddəsinə əsasən Protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Nəticədə vəzifəli şəxs qismində Emin Səfərov Barat oğlu barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən Xidmət tərəfindən Inzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN ******* nömrəli Protokol tərtib edilmiş, inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən Məcəllənin 525-535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə aidiyyəti üzrə Rayon (şəhər) məhkəmələrində baxılır. Odur ki, Məcəllənin 103-cü maddəsinə əsasən Cəmiyyətin direktoru X1 barəsində tərtib edilmiş ##.##.2026- cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol, həmin tarixli MN ******* nömrəli qərardad və digər sənədlər müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Sizə göndərilir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Protokolu tərtib edən orqan Bakı şəhər Idarəsi tərəfindən ##.##.2025- ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməsi üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSCyə göstəriş xarakterli məktub göndərilmiş, həmin məktubda Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Protokolu tərtib edən orqan tərəfindən Inak Eyyupun cərimə edilməsi barədə ##.##.2025-ci il tarixli, 3-17-5/2- ******/**** nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi, həmin qərarın qanuni qüvvəyə mindiyi bidirilmiş, lakin ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar heç bir tədbir görülməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, xxxx” QSC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin tələblərini pozmuş və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmənin qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin direktoru Səfərov Emin Barat oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat cərimə olunmuşdur. Əvvəlcə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Emin Səfərov barəsində qanunla müəyən olunmuş həddən artıq miqdarda cərimə tənbeh tədbiri tətbiq etmişdir. Belə ki, vəzifəli şəxlsər barəsində həmin inzibati xətaya görə nəzərdə tutulmuş cərimə tənbeh tədbirinin yuxarı həddi 2000 manatdır. Bundan başqa işin hallarından görünür ki, Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində hüquqi şəxs kimi, IXM-in 529.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə tənbeh tədbiri tətbiq olunmuşdur. Bundan sonra Emin Səfərov barəsində IXM-in 469-1-ci maddəsi ilə tətbiq edilmiş 1500 manat cəriməni ödəməyə başlamışdır. Nəticə olaraq, hazırkı inzibati xəta haqqında icraat üzrə qərar qəbul edilənədək, IXM-in 150-ci maddəsində nəzərdə tutulmuş tədbirlər icra olunmağa başlamış, IXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi ortadan qalxmışdır. IXM-in 53.1. və 53.1.2-ci maddələrinə əsasən, i nzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası IXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Isitnad olunmuş Məcəllənin 135.1 və 135.1.5-1-ci maddələrinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın, eləcədə məhkəmə qərarının qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, IXM-in 135.1.5-1-ci maddəsinə əsasən şikayət verilmiş qərarın ləğv edilməsi üçün prosessual əsas müəyyən olunmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı qanunsuz hesab edilməli, verilmiş şikayət təmin olunmalı, Füzuli Rayon Məhkəməsinin *(*- ***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərar ləğv olunmalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin direktoru Səfərov Emin Barat oğlunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati xəra haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin nümayəndəsi və vəkili Vəkil Şıxsafa tərəfindən verilmiş şikayət təmin edilsin. Füzuli Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin direktoru Səfərov Emin Barat oğlunun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərar elan olunduğu andan qüvvəsini alır, qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar