Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-355/2026 03.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. ## ###### 1987-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin yaşayan; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzə icraata xitam verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından Lənkəran Rayon Prokuroru, R Azad Qarayev tərəfindən verilmiş apellyasiya protestə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Protokol tərtib edən orqanlar-nin polis sahə rəisi, R X1 tərəfindən İXM-nin 227-ci maddəsi ilə ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə, saat 13:00 radələrində Lənkəran şəhəri ərazisində “Starvay” şadlıq evinin önündə Zərərçəkmiş şəxs məxsus “Samsung Qalaxy A 52” markalı mobil telefonu oğurlamışdır. Bu əməmlə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış və baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzə icraata, İXM-in 53.1.10-cu maddəsinə əsasən xitam verilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1 ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Lənkəran Rayon Prokuroru, R Azad Qarayev məhkəmənin qeyd olunan qərarından Şirvan Apellyasiya Məhkməsinə apellyasiya protesti vermişdir. Protest onunla əsaslandırılmışdır ki, Lənkəran şəhər-rayon polis şöbəsinin istintaq bölməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs məxsus 300 manat qiymətində əmlakını açıq talayaraq soyğunçuluq etməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, eyni fakt üzrə Lənkəran Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin həmin qərarı sorğu edilərək ## ##### 2026-cı il tarixdə Protokol tərtib edən orqanlar-yə daxil olmuş və qeydiyyata alınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin ibtidai istintaqını aparan müstəntiq tərəfindən məhkəmənin həmin qərarından protest verilməsi ilə bağlı ##.##.2026-cı il tarixdə vəsatət verilmişdir. Başlanmış cinayət işi üzrə aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2025-ci il tarixdə soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaq qərarına gəlib, bu məqsədlə həmin gün saat 13 radələrində Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsində fəaliyyət göstərən “Starway” şadlıq sarayının ikinci mərtəbəsinə qalxıb orada rastlaşdığı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs yaxınlaşaraq guya tanışına zəng etmək üçün mobil telefon istədiyinə görə Zərərçəkmiş şəxs özünə məxsus “Samsung Galaxy A52” markalı mobil telefonu ona təqdim etdikdən sonra sonuncunun onu müşahidə etməsini şüurlu sürətdə anlayıb bunu dərk etdiyi şəraitdə ona əhəmiyyət verməyib Zərərçəkmiş şəxs gözləri qarşısında ani zaman kəsiyində mobil telefonu özü ilə aparmaqla oradan uzaqlaşıb Zərərçəkmiş şəxs məxsus 300 manat qiymətində “Samsung Galaxy A52” markalı mobil telefonu açıq talayaraq soyğunçuluq etmişdir Bununla da, o, Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Toplanmış sübutların məcmusu əsas verdiyindən, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müstəntiqin ## ###### 2026-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Lakin Azərbaycan Respublikası CPMin 39.1.6-cı maddəsinə əsasən şəxs barəsində eyni ittiham üzrə məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Ona görə də hazırki iş üzrə məhkəmənin eyni fakt üzrə inzibati qərarının olması həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini istisna edir. Bu isə şəxsin cinayət məsuliyyətindən kənarda qalmasına səbəb olur. Qeyd edilənlərə əsasən Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025ci il tarixli qərarın ləğv olunması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Lənkəran Rayon prokurorun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. İşin hallarına əsasən məhkəmə protestə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayətin dəlillərindən göründüyü kimi, şikayət verən hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin hallarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə, saat 13:00 radələrində Lənkəran şəhəri ərazisində “Starvay” şadlıq evinin önündə Zərərçəkmiş şəxs məxsus “Samsung Qalaxy A 52” markalı mobil telefonu talaması mübahisə yaradan vəziyyət deyil. Mübahisə yaradan hal, həmin əməlin cinayət tərkibi yaratması və əməlin hüquqi tövsifi ilə bağldır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış ##.##.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilsə də, həmin qərar ləğv olunmuş və həmin əmələ görə CM-in 180.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Göründüyü kimi, inzibati xəta haqqında icraatın başlanması üçün əsas olan qərar ləğv olunmuşdur, bu vəziyyətdə birinci intsansiya məhkəməsinin istinad edə biləcəyi mötəbər sübut müəyyən olunmur. İXM-nin 53.1.7-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda iznibati xəta haqqında icraat başlana bilməz və başlanmış icraata xitam verilməlidir. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 75.0-ci maddəsi inzibati xəta haqqında iş üzrə aşağıdakıların müəyyən edilməsini tələb edir. -75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); -75.0.2. inzibati xəta törətmiş şəxs; -75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; -75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; -75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; -75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; -75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qeyd olunan Məcəllənin 84.1. və 84.2-ci maddələrinə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İsitnad olunmuş Məcəllənin 135.1 və 135.1.5-1-ci maddələrinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın, eləcədə məhkəmə qərarının qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində işin halları tam araşdırılmamış, nəticədə faktiki vəziyyətlə uzlaşmayan qərar qəbul edilmişdir Belə olan halda, qərar ləğv olunmalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata o, fakt üzrə cinayət işin başlanması əsası üzrə xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Lənkəran Rayon Prokuroru, R Azad Qarayev tərəfindən verilmiş protest təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata, həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərar elan olunduğu andan qüvvəsini alır, qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-355/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-355/2026
03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver