Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-357/2026 01.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından icra sənədi üzrə tələbkar Maraqlı şəxs (üçüncü şəxs) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Hacıyev İsa Camal oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim X2), ##.##.1981-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli - himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Boradigah qəsəbəsi, N.Nərimanov küçəsi ev 23-də qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI: Cəlilabad Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İbayev Bəhruz Məhəmməd oğlu tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qaydada qərar qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İcra sənədi üzrə tələbkar Maraqlı şəxs (üçüncü şəxs) ASC-nin nümayəndəsi Hacıyev İsa Camal oğlu apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin *(*- ***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati həbs növündə daha ciddi tənbeh tətbiq edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2015ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədinə əsasən borclular X6, Əhədov Rəşad İsrafil oğlu və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müştərək qaydada 23225 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumunun tutularaq tələbkar Maraqlı şəxs (üçüncü şəxs) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassız olmaqla yanaşı, tətbiq edilmiş inzibati tənbeh ədalətlilik və fərdiləşdirmə prinsiplərinə uyğun deyildir. Belə ki, təkrar inzibati xəta törədilməsi faktına hüquqi qiymət verilməmişdir. İş materiallarından və əlavə təqdim olunan sübutlardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs daha əvvəl eyni hüquq pozuntusuna görə Masallı Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə inzibati məsuliyyətə cəlb olunmuş və ona 8 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Bu hal onu göstərir ki, əvvəl tətbiq olunmuş inzibati tənbeh nəticə verməmişdir. Şəxs məhkəmə qərarlarının icrasından sistemli şəkildə yayınır. Hüquq pozuntusu təkrar və davamlı xarakter daşıyır. Məhkəmə isə bu mühüm halı nəzərə almamış və qərarında ona hüquqi qiymət verməmişdir. Azərbaycan Respubliaksı İnzibati Xətalar Məcəlləsinin 9.1 və 31.2-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respubliaksı İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırkı işdə borclunun uzun müddət (illərlə) icradan yayınması, əvvəl inzibati həbsə məruz qalması, buna baxmayaraq davranışını dəyişməməsi ağırlaşdırıcı xarakter daşısa da, məhkəmə bu hallan nəzərə almamışdır. Odur ki, inzibati tənbehin məqsədləri təmin olunmamışdır. İnzibati tənbehin məqsədi yalnız cəzalandırma deyil, həm də yeni hüquq pozuntularının qarşısını almaq, şəxsi qanunlara hörmət ruhunda tərbiyə etməkdir. Lakin əvvəlki inzibati həbs belə nəticə verməmişdirsə, təkrar cərimə tətbiqi heç bir preventiv təsir göstərmir. Bu isə tətbiq edilmiş cəzanın formal xarakter daşıdığını göstərir. Hal-hazırda qərəzli icra etməmə (qəsd elementi) mövcuddur. İş materialları ilə sübuta yetirilir ki, borcluya dəfələrlə rəsmi bildirişlər təqdim olunmuş, kifayət qədər vaxt verilmiş, buna baxmayaraq icra təmin edilməmişdir. Bu hallar artıq sadə maddi çətinlik deyil, qərəzli şəkildə icradan yayınma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli qərarına əsasən şəxsin əvvəl inzibati məsuliyyətə cəlb edilməsi, tənbehin təsirinin olub- olmaması, əməlin qərəzli olub-olmaması mütləq araşdırılmalıdır. Məhkəmə bu hüquqi mövqeyi düzgün tətbiq etməmişdir. Göstərilənlərə əsasən Məhkəmə işin hallarını tam və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, əsassız olaraq yüngül tənbeh seçmişdir. Məhkəmələr də maraqlı olmalıdır ki, məhkəmənin adından çıxarılmış yekun qanuni qüvvədə olan qərarlar icra olunsun. Bütün bunlara əsasən hesab edilir ki, Masallı rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarı əsassız olduğundan ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs tənbeh tədbiri verilməlidir. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Hazırda Neftçala rayon Məhkəməsinin rayon məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. Lakin həmin qətnamə hal-hazıradək borclunun qanunusuz hərkətləri səbəbindən icra olmamışdır. Sumqayıt şəhər məhkəməsi qərar qəbul edərkən borclutərəfindən məhkəmə qətnaməsinin icrasına yönəlmiş maneələri nəzərə almayaraq, borclu X7 inzibati məsuliyyətə cəlb etməmişdir. Bu halda, gəlcəkdə də həmin qətnamənin icrasının qeyri mümkün olduğunu nəzərə almamışdır TƏRƏFLƏRİN İZAHATLARI: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə, icra sənədi üzrə tələbkara və səlahiyyətli orqana məlumat verilsə də, onlar (eləcə də nümayəndələri) məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Apellyasiya məhkəməsi proses iştirakçılarının iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialı və icra işi üzrə toplanmış materiallarla müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə şikayət təmin edilməməli, iş üzrə Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədinə əsasən borclular X6, Əhədov Rəşad İsrafil oğlu və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müştərək qaydada 23225 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Maraqlı şəxs (üçüncü şəxs) ASC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədinin icrasının təmin edilməsi məqsədilə ##.##.2022-ci il tarixdə Masallı rayon İcra və probasiya şöbəsində icra icraatı başlanmış, borcluya tələbin könüllü icrası barədə bildiriş şəxsən təqdim edilmişdir. Lakin borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədinin icrasından yayınmışdır. İcra məmurunun izahatına görə borclu dəfələrlə icra şöbəsinə çağırılmış, lakin çağırışlara gəlməmiş və heç bir ödəniş etməmişdir. Hazırda icra sənədi üzrə onun 3.075 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmaqdadır. Borclu izahatında maddi vəziyyətinin ağır olduğunu, ailə vəziyyəti və digər hallar səbəbindən borcu tam ödəyə bilmədiyini bildirmişdir. Buna baxmayaraq, icra sənədinin uzun müddət icra olunmaması və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi səbəbindən borclu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək iş materialları məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin qərarında tədqiq edilmiş sübutlar (o cümlədən icra məmuru B.İbayev, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatları və sair sübutlar) geniş şəkildə təsvir edildiyindən apellyasiya məhkəməsi prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutları yenidən qərarında sadalamağa zərurət görmür. Apellyasiya məhkəməsi belə hesab edir ki, iş materialları ilə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədinə əsasən borclular X6, Əhədov Rəşad İsrafil oğlu və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müştərək qaydada 23.225 ABŞ dolları məbləğində milli manat ekvivalentində pul vəsaiti və 20 manat dövlət rüsumunun tutularaq Maraqlı şəxs (üçüncü şəxs) ASC-nin xeyrinə ödənilməsinə dair icra sənədinin icrası üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapmışdır. Belə ki, borclu icra icraatı çərçivəsində ona təqdim edilmiş tələbin könüllü icrası barədə bildirişə və icra məmurunun qanuni çağırışlarına baxmayaraq üzərinə düşən öhdəliyi tam icra etməmiş, icra sənədinin icrasından yayınmışdır. Eyni zamanda borclu tərəfindən qismən ödənişlərin edildiyi göstərilsə də, icra sənədi üzrə ödənilməmiş 3.075 ABŞ dolları məbləğində milli manat ekvivalentində borc qalmaqda davam edir və bu hal iş materialları ilə təsdiq olunur. Borclunun icranı həyata keçirməməsi ilə bağlı göstərdiyi maddi vəziyyətinin çətin olması barədə dəlillər məhkəmə tərəfindən üzrlü səbəb kimi qəbul edilmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır və birinci instansiya məhkəməsinin onun təqsirli bilinməsi və 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tələbinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, şikayət müəllifi işin faktiki hallarını mübahisələndirməmiş və icra sənədi üzrə borclunun həbs olunmasını xahiş etmişdir. Odur ki, icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq olunmuş 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri ilə bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin bu qənaəti inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in: 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə müəyyən edilir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə müəyyən olunmuş borcun (onun üzərinə düşən) bir hissəsini ödəsə də, icra öhdəliyi tam şəkildə yerinə yetirilməmiş və hazırda 3.075 ABŞ dolları məbləğində borc qalmaqda davam edir. Bununla yanaşı, borclu tərəfindən icra icraatı dövründə müəyyən ödənişlərin həyata keçirilməsi və borcun mərhələli şəkildə azaldılması istiqamətində hərəkətlərin olması müəyyən edilmişdir. Həmçinin borclunun ailə vəziyyəti və sosial halları məhkəmə tərəfindən nəzərə alınmışdır. Bütün bu hallar məhkəməyə onu deməyə əsas verir ki, borclunun əməlində tam yayınma niyyəti ilə yanaşı, öhdəliyin qismən icrası istiqamətində davranışlar da mövcuddur. Belə olan halda, onun barəsində daha ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiqi ədalətli və məqsədəmüvafiq hesab edilə bilməz. Beləliklə də, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, tələbkar Maraqlı şəxs (üçüncü şəxs) ASC-nin nümayəndəsi İ.Hacıyevin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmçinin, apellyasiya məhkəməsi belə hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir daha «İcra haqqında» Azərbaycan Respublikası Qanunun borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətdən bəhs edən 82-ci maddəsinin tələbləri izah olunmalıdır: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2018-ci il tarixli Qərarındakı mövqeyə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Odur ki, icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəzərinə çatdırılmalıdır ki, icra sənədi üzrə borcunu üzürsüz səbəblərdən tam şəkildə ödəməyəcəyi təqdirdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Odur ki, apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: İcra sənədi üzrə tələbkar Maraqlı şəxs (üçüncü şəxs) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Hacıyev İsa Camal oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-357/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-357/2026
01.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver