Məhkəmə qərarları › İş №3(3-9)-358/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-358/2026

09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-358/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakları ilə, ## #### 1986-cı ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Aşağı Qaramanlı ərazi dairəsi, Astanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsində ünvansız evdə kirayədə yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Neftçala Rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarında məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyi göstərilmişdir. Halbuki iş materiallarından görünür ki, onun məsuliyyətini yüngülləşdirən hallar mövcuddur. Belə ki, aliment üzrə ödənişlər etmiş, iş yerini itirdiyinə görə müvəqqəti maddi çətinliklə üzləşmiş, yığılmış aliment borcunun bir hissəsini ödəmişdir. O, icra məmurunun çağırışından yayınmadığını, ünvanına hər hansı bildiriş göndərilmədiyini və istifadə etdiyi mobil telefonuna icra şöbəsinə çağırılması barədə zəng edilmədiyini göstərmişdir. Şikayətçi hesab edir ki, bu vəziyyətdə aliment borcunu üzrsüz səbəbdən ödəməməsi barədə nəticəyə gəlinməsi düzgün deyildir. Bundan başqa, aliment borcunu ödəməkdə çətinlik çəkdiyi halda 500 (beş yüz) manat cərimə olunması onun maddi vəziyyətini daha da ağırlaşdırır. O, uşaqları ilə daim ünsiyyətdə olduğunu, onların tərbiyəsində iştirak etdiyini, yeni işə düzəldiyini və yaxın vaxtlarda aliment borcunu tam ödəyəcəyini bildirmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs borclu tərəfindən aliment borcunun ödənilməsinin təmin edilməsinə köməklik göstərilməsini, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbs edilməsini istəmədiyini, borcun ödənilməsi üçün tədbirlər görülməsini, birgə nikahdan üç uşağının olmasını və onların xərclərini təkbaşına qarşılamaqda çətinlik çəkdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Iş üzrə toplanmış yazılı materialların həcmi və tərəflərin izahatları nəzərə alınaraq, icra məmurunun iştirakı olmadan şikayətə baxılması mümkün hesab edilmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən, barəsində qərar çıxarılmış şəxs və zərər çəkmiş şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını, şikayətin dəlillərini və məhkəmə iclasında verilmiş izahatları birlikdə qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından, o cümlədən ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədindən, “Icraata başlamaq haqqında” ##.##.2025-ci il tarixli qərardan, “borclunun axtarışı haqqında” ##.##.2026-cı il tarixli qərardan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2290 manat aliment borcunun qalması barədə arayışdan və onun öz izahatından müəyyən edilir ki, qanuni qüvvədə olan icra sənədi üzrə aliment öhdəliyi icra məmuru tərəfindən müəyyən edilmiş qaydada və müddətdə tam icra edilməmişdir. IXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. IXM-in 528.1-ci maddəsinin qeyd hissəsinə əsasən, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Hazırkı işdə isə məhkəmə qərarı qəbul edilənədək icra sənədinin tam icra edilməsi müəyyən edilmədiyindən həmin qeyd hissəsinin tətbiqi üçün əsas yaranmamışdır. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş aktları bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, habelə fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktlarının icrası ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi hesab olunur. Avropa Insan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası təmin edilmədikdə, “məhkəməyə müraciət hüququ” praktiki və səmərəli hüquq olmaqdan çıxaraq formal xarakter daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında da məhkəmə qətnaməsinin icrası müddətinin məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilməsi qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, IXM-in 528.1-ci maddəsinin tətbiqi üçün yalnız borcun mövcudluğu kifayət etmir; icra sənədinin qüvvədə olması, icra məmuru tərəfindən icra tədbirlərinin görülməsi, borcluya icra üçün müddət və tələbin müəyyən edilməsi, həmin tələbin tam və vaxtında icra olunmaması, eləcə də bu icra etməmənin üzrsüz səbəbdən baş verməsi iş materialları ilə təsdiq edilməlidir. Hazırkı iş üzrə bu elementlər işdə olan icra sənədi, icraata başlama qərarı, icra tədbirlərinə dair materiallar, borc arayışı və borclunun izahatı ilə müəyyən edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay aliment ödənişləri etməsi və borcun bir hissəsini ödəməsi barədə dəlili inzibati məsuliyyəti aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Çünki IXM-in 528.1-ci maddəsində məsuliyyət icra sənədindəki tələbin tam və müəyyən olunmuş müddətdə icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Qismən ödənişlər borclunun şəxsiyyətini və tənbehin növünü müəyyən edərkən nəzərə alına bilər, lakin icra sənədinin tam icra edilməməsi və 2290 manat aliment borcunun qalması faktını aradan qaldırmır. Şikayətçinin iş yerini itirməsi və müvəqqəti maddi çətinliklərlə üzləşməsi barədə dəlili də iş üzrə inzibati xəta tərkibini istisna etmir. Aliment öhdəliyi uşaqların saxlanılması ilə bağlı davamlı xarakter daşıyan məhkəmə aktından irəli gəlir və həmin akt dəyişdirilmədiyi və ya icrası qanunla müəyyən edilmiş qaydada dayandırılmadığı müddətdə borclu üçün məcburi olaraq qalır. Borclu maddi vəziyyətinin dəyişməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məhkəməyə müraciət etmək imkanına malik olsa da, belə müraciətin edilməsi və icra sənədinin tələbinin dəyişdirilməsi iş materialları ilə müəyyən edilmir. Icra məmurunun çağırışı və bildirişlə bağlı şikayət dəlilləri də qərarın ləğvi üçün əsas vermir. Iş materiallarında icraata başlama haqqında qərarın qəbul edilməsi, icra tədbirlərinin görülməsi, borclunun axtarışı haqqında qərarın çıxarılması və borcun qalması barədə arayış mövcuddur. Borclunun aliment öhdəliyini bilməsi onun öz izahatından və qismən ödəniş etməsi barədə dəlillərindən də görünür. Bu səbəbdən icra sənədindən xəbərsiz olması və ya öhdəliyin mahiyyətini anlamaması barədə nəticəyə gəlmək üçün əsas yoxdur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbs edilməsini istəmədiyini bildirməsi nəzərə alınmalıdır. Bununla belə, hazırkı halda birinci instansiya məhkəməsi inzibati həbs tətbiq etməmiş, IXM-in 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün nəzərdə tutulan ən aşağı həddə – 500 manat məbləğində cərimə təyin etmişdir. Bu, həm aliment borcunun ödənilməsinin təmin edilməsinə yönəlmiş icra intizamı məqsədinə, həm də borclunun şəxsiyyətinə və işin hallarına uyğun mütənasib tənbeh kimi qiymətləndirilməlidir. Şikayətçinin “xəbərdarlıq” tətbiq edilməli olması barədə dəlili də qəbul edilə bilməz. IXM-in 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün xəbərdarlıq növündə inzibati tənbeh nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi sanksiyanın daha ağır növü olan inzibati həbsə deyil, minimum cəriməyə üstünlük verməklə tənbehin fərdiləşdirilməsi və ədalətlilik prinsiplərini nəzərə almışdır. IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə araşdırılmasına əsaslanan daxili inamı ilə qiymətləndirir. IXM-in 106.0.5-ci maddəsinə əsasən, hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılıb-toplanılmadığını yoxlamalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iş materiallarını araşdırmış, inzibati xəta haqqında protokolu, icra sənədini, icraata başlama qərarını, borc arayışını və şəxsin izahatını məcmu şəkildə qiymətləndirmişdir. IXM-in 53-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatı istisna edən hallar müəyyən edilməmişdir. Iş üzrə icra sənədinin qüvvədə olmaması, borcun tam ödənilməsi, icra tələbinin qanunsuzluğu, icraat müddətinin ötürülməsi və ya şəxsin təqsirini istisna edən obyektiv imkansızlıq iş materialları ilə təsdiq olunmur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə mühüm əhəmiyyətə malik halları araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermişdir. Şikayətdə göstərilən hallar qərarın ləğvi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas yaratmır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar