Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-359/2026 10.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair inzibati işi üzrə Biləsuvar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin hüquq idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən vərilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, X5 Xidmətinin Şirvan-X2 ## ###### 2025-ci il tarixli 3-17-5/2- ******/**** nömrəli göstəriş məktubu ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 10 (on) iş günü müddətində əsas iş yeri və tam iş vaxtı rejimi ilə işləyən və əmək müqaviləsində 400 (dörd yüz) manatdan aşağı əmək haqqı daxil edilən işçinin əmək haqqı məbləğinə “Əmək və Məşğulluq” alsistemində düzəliş edilməsi və görülmuş tədbirlər barəsində X5 Xidmətinin Şirvan-X2 məlumat verməyi tələb olunmuşdur. Lakin, bununla bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən heç bir tədbir görülməmiş və Xidmətin Şirvan-X2 müvafiq məlumat verilməmişdir, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Şirvan-X2 tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş ## ###### 2026-cı il il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Biləsuvar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin hüquq idarəsinin rəis müavini X4 Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin Şirvan-X2 ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında “xxxx” MMC inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işçinin qüvvədə olan əmək müqaviləsinə düzəliş edilməsi və görülmüş tədbirlər barədə 10 (on) iş gün ərzində Xidmətin Şirvan-X2 yazılı məlumat verilməsinə dair icrası məcburi olan göstəriş verilmişdir. ## ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli icrası məcburi olan göstəriş məktubu “xxxx” MMC-yə “Avtomatlaşdırılmış Sosial Informasiya Sistemi” vasitəsi ilə göndərilmişdir. Xidmətin Şirvan-X2i göstərişinə baxmayaraq “xxxx” MMC tərəfindən heç bir tədbir görülməmiş və bu barədə Xidmətin Şirvan- X2 məlumat verilməmişdir. Məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən tərəfinizdən sistemə daxil edilmiş X3 qüvvədə olan əmək müqaviləsində əmək haqqı məbləğinin minimum əmək haqqı məbləğindən aşağı qeyd edildiyi müəyyənləşdirilmişdir Biləsuvar Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Xidmətin Şirvan-X2 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən “xxxx” MMCnin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Şirvan-X2 tərəfindən “xxxx” MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında “xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yəri barədə lazımi qaydada məlumat vərilmiş “xxxx” MMC və Azərbaycan Rəspublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Işin hallarına əsasən məhkəmə şikayətə nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün həsab etmişdir. Azərbaycan Rəspublikası IXM-nin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protəst vərə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan vərilən şikayətə və ya protəstə baxılarkən qəbul ədilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim ədilmiş matəriallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia ədərək, şikayətini Inzibati Xətalar Məcəlləsinin 134.1.2.-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. AR IXM-in 12-ci maddəsində əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd ədən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya əhtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta həsab olunur. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafələrini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyəktiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar ətməkdən və onu inzibati məsuliyyətə cəlb ətməkdən, çıxarılmış qərarın icrasını təmin ətməkdən, habələ inzibati xətanın törədilməsinə kömək ədən səbəbləri və şəraiti aşkar ətməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri sübut ədilməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən ətməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi təxniki vasitələrin göstəriciləri ilə, əkspərtin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən ədilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyəktiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ## ###### 2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə 10 (on) iş günü müddətində əsas iş yeri və tam iş vaxtı rejimi ilə işləyən və əmək müqaviləsində 400 (dörd yüz) manatdan aşağı əmək haqqı daxil edilən işçinin əmək haqqı məbləğinə “Əmək və Məşğulluq” alsistemində düzəliş edilməsi və görülmuş tədbirlər barəsində X5 Xidmətinin Şirvan- X2 məlumat verməyi tələb olunmuşdur. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin ## ##### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda fəaliyyətinin dayandırılmış vəziyyətdə olması və qanuni təmsilçisinin X1 barədə məlumat mövcuddur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Şirvan-X2 ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, işəgötürən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) direktoru X1, direktor, aylıq əmək haqqı 150 (yüz əlli) manat, müqavilənin bağlanma tarixi ## #### 2017-ci ildir. Iş materiallarından görünür ki, inzibati xəta haqqında protokol Məhdud Məsuliyyətli Cəmiyyətinin əmək müqaviləsində işçinin əməkhaqqının minimum aylıq əməkhaqqından aşağı göstərilməsi və X5 Xidmətinin göstərişinin icra edilməməsi əsası ilə tərtib edilmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti faktiki olaraq fəaliyyət göstərmir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin ## ##### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti hazırda dayandırılmış vəziyyətdədir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.2. və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsində birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, IXM-in 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. IXM-in 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmaması məsələlərini həll edir. IXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası IXM-in 76.1. və 76.2-ci maddələrinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qeyd olunan Məcəllənin 84.1. və 84.2-ci maddələrinə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla əlaqədar nəzərə alınmalıdır ki, təqsirsizlik prezumpsiasından bəhs edən IXM-in 8.1.-8.3-cü maddələrində qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş şikayəti təmin olunmamalı, Biləsuvar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDIM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilməsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, şikayət və protest verilə bilməz. Sədrlik ədən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(3-9)-359/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-359/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver