Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-360/2026 10.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Masallı Rayon Polis Şöbəsinin X1 bölməsinin rəisi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim X5), Qərardan şikayət verən orqan (şəxs) Masallı Rayon Polis şöbəsinin X1 bölməsinin rəisi, R Mustafayev Asəf İosif oğlunun tərtib etdiyi inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməmiş, inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Masallı rayon polis şöbəsinin R Mustafayev Asəf İosif oğlu tərəfindən ##.##.2026-cı il tarixdə tərtib olunmuş TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərarla razı deyil, qərar qanun pozuntusu ilə qəbul edilmişdir. Çünki, ##.##.2026-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən o, spirtli içkinin təsiri altında olmamışdır. Belə ki, barəsində tərtib edilmiş protokola nəzər salsaq görərik ki, onu ##.##.2026-cı il tarixdə saat 11:20-də saxlamışlar, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında ##.##.2026-cı il tarixli ****** saylı protokolda isə onun ayıq vəziyyətdə olduğu qeyd olunmuş, 0 % promil göstərilmişdir. Müayinə isə saat 12:52 də aparılmışdır. Yəni polislərin qeyd etdiyi ilkin müayinədən 1 (bir) saat 30 (otuz) dəqiqə sonra. Buda onun göstərir ki, əgər hər hansı bir şəxs sərxoşdursa o, saatyarım ərzində ayıq vəziyyətdə ola bilməzdi. Bu isə onu göstərir ki, qəbul edilmiş qərar qanunsuzdur. Bir daha qeyd edir ki, o, sərxoş olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi məhkəmənin səlahiyyətlərinə aid olan bir maddədir və polis şöbəsi tərəfindən həmin maddə ilə şəxsin cərimələnməsi qanunsuzdur. Odur ki, belə hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Heç bir inzibati xəta törətmədiyinə baxmayaraq cərimə protokolu tərtib edib vətəndaşı yüksək məbləğdə cərimə etmək ədalətsizlikdir. Qanunun tələblərinə görə X8 qəbul etdikləri protokol və qərarlar Ədalət və Humanizm prinsiplərini özündə əks etdirməlidir. Humanizm – insan rifahının, sosial institutların qiymət meyarının qiymət meyarının, bərabərlilik ədalət kimi bəşəri prinsipləri insanı məhəbbət və ehtiramı müəyyən edir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı 0# #### 2026-cı il tarixli qərarının ləğv edilib inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, birinci Qarabağ müharibəsində iştirakçısıdır, iki oğlu isə İkinci Qarabağ müharibəsinin iştirakçısıdırlar. İdarə etdiyi maşın atasından ona qalmışdır. Həmin maşınla yola çıxıb mağazaya getmiş, mağazaya girib çıxdıqdan sonra yol polis əməkdaşı Qoşqar onu saxlamış və bir başa ona demişdir ki, “səhər saat beşə kimi axşam kafedə oturub yeyib-içmisən, Yanvar ayının ikisi 2026-cı ildə”. Oda ona içki içən olmadığını, içki içmədiyini demişdir. Polis əməkdaşı Qoşqar isə ona dedi ki, “yox sən səhərə kimi içki içmisən”. O, isə cavabında “uşaqlar səhərə kimi oturub içib, ancaq o, maşın sürəndə içki içmir, o, oturmamışdır orda” demişdir. O, polis əməkdaşı Qoşqarla danışan zaman digər bir Vasif adlı polis əməkdaşı onun maşınına oturub maşınını sürərək polis şöbəsinin həyətinə apardı. Alkotestr aparatı ilə yoxlanıldı. Amma nəticəsi ona göstərilmədi. Hətta o nəticəsinin ona göstərilməsini tələb etsə də, belə müayinənin nəticəsini ona göstərmədilər. Daha sonra onu aldadıb ona yazdırıb imza etdirdilər. Bundan sonra o saxlanılmazdan bir saat keçməmiş Lənkəran rayonunda yerləşən Narkoloji dispanserə getmiş və orada müayinədən keçmiş və müayinənin nəticəsində sərxoş olmadığı müəyyən olunmuşdur. O həmin müayinə protokolunu gətirib Masallı RPŞ-yə təqdim etmişdir. Ona çek verib maşınını götürüb getməyini dedilər. Birdə 16 aprel tarixində avtomobili texniki baxışdan keçirən zaman ona məlum oldu ki, cərimə olunmuşdur. O zaman bilmiş və qərarı əldə edib məhkəməyə müraciət etmişdir. Əgər o qeyd olunduğu kimi sərxoş idisə nə üçün həmin günü polis əməkdaşları avtomobilimi ona qaytardılar və ona həmin avtomobili idarə etməyə icazə verdilər. İş materiallarında olan ##.##.2026-cı il tarixli alkotestr qəbzinə nəzər salınsa görərik ki, orada qeyd kimi “nəticə ilə razıdlr, həkimə və hal şahidinə ehtiyac yoxdur” sözlərini qeyd edilmişdir. Bu onujn sərxoş olmağı demək deyildir. Çünki orada onun hər hansı bir spirtli içki qəbul etdiyi qeyd olunmamışdır. Onlar onu aldatdılar o elə zənn etmişdir ki, alkotesrtdə onun sərxoş olmadığı nəticəsi vardır, bu səbəbdən də oda “nəticə ilə razıdır, həkimə və hal şahidinə ehtiyac yoxdur” sözlərini yazmışdır. Onun sərxoş olmadığını sübut edən onun məhkəməyə təqdim etdiyi və iş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında ##.##.2026-cı il tarixli ****** saylı aktdır və həmin aktda da qeyd olunmuşdur ki, ##.##.2026-cı il tarixdə, saat 12:52-də Qərardan şikayət verən orqan (şəxs) müayinədən keçirilmiş, ağızdan alkoqol iyi gəlmir, alkotestr 0% promil, ayıqdır yoxdur qeyd edilmişdir. Eləcədə bir başqa sübut məhkəmə tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfinden ##.##.2026-cı il tarixli *** saylı cavab məktubudur ki, həmin məktubdan da görünür ki, Qərardan şikayət verən orqan (şəxs) öz təşəbbüsü ilə Lənkəran RNX-na könüllü olaraq ərizə əsasında müraciət edərək saat 12:52 radələrində xəstəxananın tibb bacısı (qardaşı) Sənubər Rəcəbova tərəfindən müayinə olunmuş və onda alkoqol sərxoşluğunun əlamətləri müşahidə olunmamışdır. Diqqətinizə çatdırmaq istəyirik ki, YPX əməkdaşından fərqli olaraq tibb bacısı (qardaşı) sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı protokol tərtib edərkən rəyi təkcə alkotester cihazının göstəricisi əsasında tərtib etməyir. Eyni zamanda müayinə olunan şəxsin davranışı, şüurunun vəziyyəti, nitq qabiliyyəti, hərəki sferası və vegetativ damar reaksiyası kimi parametrləri yoxladıqdan və alkotester cihazının göstəricisi ilə birlikdə qeyd etdikdən sonra yekunda rəyi protokol şəklində tərtib edir. Suallara cavab olaraq: Alkotester müayinəsinin cavabına əsasən müəyyən edilmiş 0,7434 litr alkoqolun həcmi faizlə promilin göstəricisidir. Alkotesterdə göstərilən dərəcə “litrlə deyil, promil ilə qeyd olunur. ##.##.2026-ci il tarixdə saat 11:20-dən ##.##.2026-cı il tarixdə saat 12:52-dək olan müddət ərzində (təxminən 1,5 saat sonra) qanda miqdarı 0.5934 faiz promil olmalıdır. Çünki qanda alkoqolun qatılığı hər saatda təqribən 0.1 -0.2% promii azalır. Qeyd etdiyiniz şəxsin saat 10:37-də 0.3882 % promil göstəricisi ilə sərxoş vəziyyətində olması hesab edilirsə, müayinədən 1,5 saat sonra 0.1500-0,3000 promil azalma ilə təqribən 0.5934 - 0,4434 % promil göstərici və “yüngül dərəcəli alkoqol sərxoşluğu" faktı olmalı idi. Amma qeyd etdiyiniz şəxsdə müayinə zamanı heç bir alkoqol qəbulu əlamətləri müşahidə olunmamışdır. Bunuda qeyd edək ki, Lənkəran RNX-da sərxoşluq hallarının təyini üçün istifadə olunan “AC FİT” markalı alkotester cihazı Azərbaycan Reapublikasının Prezidenti Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-in ÖVY*******/** saylı şəhadətnaməsi ilə sertifikalaşdırılmışdır. O, ümumiyyətlə içki içən deyil, hadisə zamanı içki qəbul etməmişdi. O, sərxoş olmadığından Lənkəran şəhər Narkoloji xəstəxanasına gedərək özü müayinədən keçmiş və nəticədə onda sərxoşluq aşkar olunmadı. DYP əməkdaşı tərəfindən sərxoşluq ##.##.2026cı il tarixdə, saat 11:20-də, Lənkəran şəhər Narkoloji xəstəxanasında həkim-narkoloq müayinəsi isə ##.##.2026-cı il tarixdə saat 12:52- də aparılmışdır. Göründüyü kimi iki müayinə arasında 1 saat 32 dəqiqə vaxt keçmişdir. Lənkəran şəhər Narkoloji xəstəxanasının ##.##.2026-cı il tarixli *** nömrəli məktubundan görünür ki, alkotester vasitəsi ilə şəxsin müayinəsi zamanı alkoqol sərxoşluğunun aşkar olunmasından hər bir saat ərzində 0.1 -0,2% promil azalma olur. Qanda alkoqolun konsentrasiyasının 0,3 promil olması üçün 12 saatdan çox vaxt keçməlidir. Lakin ondan ilkin müayinədən 1 saat 32 dəqiqə sonra qanda alkoqolun konsentrasiyası ümumiyyətlə aşkar olunmamışdır. Qanunla şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və onun təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şikayətdə istinad edilən Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarfna görə sərxoşluğun müəyyən edilməsinin iki fərqli proseduru mövcuddur ki, birinci halda sərxoşluğun DYP əməkdaşları tərəfindən yerində müəyyən edilməsi; ikinci halda sərxoşluğun tibb müəssisəsində müəyyən edilməsi. DYP əməkdaşı qaydalarda göstərilən üç əlamətdən biri və ya bir neçəsi olduqda alkotesterdən və ya narkotesterdən istifadə etməklə sürücünün sərxoşluğunu müəyyən edə bilər. Həmin əlamətlərdən birincisi sürücünün nəfəsindən alkoqollu içki qoxusu gəlməsi; ikincisi sürücünün ayaq üstə sərbəst dayana bilməməsi və üçüncüsü sürücünün özünü idarə edə bilməməsi. Alkotester və narkotesterin tətbiqi, habelə onların göstəricilərinin qəbul edilməsi sürücünün iradəsindən asılıdır. Yəni sürücü bu vasitələrlə sərxoşluğun müayinəsindən imtina edərsə, yaxud həmin vasitələrin sərxoşluğun olmasına dair göstəricilərini qəbul etməzsə, sərxoş sayıla bilməz və mütləq tibbi müayinədən keçirilməlidir. Sərxoşluğun tibbi müayinəsi də sərxoşluğun növündən asılı olaraq həyata keçirilir. Tibb müəssisəsində alkoqol sərxoşluğu qanın analizi yolu ilə, narkoloji sərxoşluq isə qanın, tüpürcəyin, sidiyin və s. müvafiq tibbi metodlarla analiz edilməsi yolu ilə müəyyən edilə bilər. Əgər o saat 11:20-də 0.7434 promil göstərici ilə sərxoş vəziyyətdə olmağı heab edilirsə, müayinədən 1 saat 32 dəqiqə sonra 0,3 promil azalma ilə təqribən 0,4434 promil göstərici və sərxoşluğun klinki əlamətləri saxlanılmaqla yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmalı idi. Onda müayinə zamanı heç bir alkoqol qəbulu əlamətləri müşahidə olunmadı. Göründüyü kimi, Narkoloji xəstəxananın alkotester cihazı ilə aparılan müayinələrlə bağlı təqdim etdiyi məlumatlara əsasən, şəxsin polis şöbəsində müayinədən keçirildiyi zaman sərxoş vəziyyətdə olmadığını söyləmək olar. Hesab edir ki, səlahiyyətli orqan öz səlahiyyətlərindən istifadə edərək vətəndaşın sərxoş olmadığını bildirməsinə (bu isə açıq şəkildə alkoterst müayinəsinin nəticəsinə etiraz bildirməkdir) əsasən onu tibbi müayinədən keçirərək, bununla bağlı müvafiq rəyi almalı olduğu halda, bu hüququndan istifadə etməmişdir. Bu vəziyyətdə polis orqanı onu tibbi müayinədən keçirməklə həqiqətə nail ola bilərdi. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış – barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və səlahiyyətli orqan Masallı Rayon X1 Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, Masallı RPŞ-nin DYPB İTÜB-RU, R Araz İsmayılov məhkəməyə teleqram vuraraq Qoşqar Eynalovun əməliyyat istintaq qurupunda növbədə olduğu üçün məhkəmə baxışının başqa vaxta salınmasını xahiş etmiş, Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: AR İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, şikayətin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisə olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara istinad edərək Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini sübuta yetirilmiş hesab etmiş, onun həmin maddə ilə 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olması nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin nəticəsini qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarında olan: ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 11:20 radələrində idarə etdiyi “VAZ 2104 minik” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu Türkoba kəndi ərazisində hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunaraq 400 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. ##.##.2026-cı il tarixli alkotestrdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur (Alkaqolun miqdarı 0.7434 litr, saat 11:20:58-da). Həmçinin Qərardan şikayət verən orqan (şəxs) alkotestr aktına “nəticə ilə razıyam, həkimə və hal şahidinə ehtiyac yoxdur” sözlərini qeyd edərək alkotestri imzalamışdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında ##.##.2026-cı il tarixli ****** saylı aktda qeyd olunmuşdur ki, ##.##.2026-cı il tarixdə, saat 12:52də Qərardan şikayət verən orqan (şəxs) müayinədən keçirilmiş, ağızdan alkoqol iyi gəlmir, alkotestr 0% promil, ayıqdır yoxdur qeyd edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasına verilmiş sorğuya ##.##.2026-cı il tarixdə cavab olaraq verilmiş *** saylı məktubdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) öz təşəbbüsü ilə Lənkəran RNX-na könüllü olaraq ərizə əsasında müraciət edərək saat 12:52 radələrində xəstəxananın tibb bacısı (qardaşı) Sənubər Rəcəbova tərəfindən müayinə olunmuş və onda alkoqol sərxoşluğunun əlamətləri müşahidə olunmamışdır. Diqqətinizə çatdırmaq istəyirik ki, YPX əməkdaşından fərqli olaraq tibb bacısı (qardaşı) sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı protokol tərtib edərkən rəyi təkcə alkotester cihazının göstəricisi əsasında tərtib etməyir. Eyni zamanda müayinə olunan şəxsin davranışı, şüurunun vəziyyəti, nitq qabiliyyəti, hərəki sferası və vegetativ damar reaksiyası kimi parametrləri yoxladıqdan və alkotester cihazının göstəricisi ilə birlikdə qeyd etdikdən sonra yekunda rəyi protokol şəklində tərtib edir. Suallara cavab olaraq: Alkotester müayinəsinin cavabına əsasən müəyyən edilmiş 0,7434 litr alkoqolun həcmi faizlə promilin göstəricisidir. Alkotesterdə göstərilən dərəcə “litr”lə deyil, promil ilə qeyd olunur. ##.##.2026-ci il tarixdə saat 11:20-dən ##.##.2026-cı il tarixdə saat 12:52-dək olan müddət ərzində (təxminən 1,5 saat sonra) qanda miqdarı 0.5934 faiz promil olmalıdır. Çünki qanda alkoqolun qatılığı hər saatda təqribən 0.1 -0,2% promil azalır. Qeyd etdiyiniz şəxsin saat 10:37-də 0.3882 % promil göstəricisi ilə sərxoş vəziyyətində olması hesab edilirsə, müayinədən 1,5 saat sonra 0.1500-0,3000 promil azalma ilə təqribən 0.5934 - 0,4434 % promil göstərici və “yüngül dərəcəli alkoqol sərxoşluğu" faktı olmalı idi. Amma qeyd etdiyiniz şəxsdə müayinə zamanı heç bir alkoqol qəbulu əlamətləri müşahidə olunmamışdır. Bunuda qeyd edək ki, Lənkəran RNX-da sərxoşluq hallarının təyini üçün istifadə olunan “AC FİT” markalı alkotester cihazı Azərbaycan Reapublikasının Prezidenti Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-in ÖVY*******/** saylı şəhadətnaməsi ilə sertifikalaşdırılmışdır. Birinci instansiya məhkəməsində Qərardan şikayət verən orqan (şəxs) izahat verərək bildirmişdir ki, ailədə dörd nəfərdirlər. Özü birinci Qarabağ müharibəsində iştirak etmişdir, iki oğlu isə İkinci Qarabağ müharibəsinin iştirakçısıdırlar. İdarə etdiyi maşın atasından ona qalmışdır. Həmin maşınla yola çıxıb mağazaya getmiş, mağazaya girib çıxandan sonra yol polisi onu saxlamış və bir başa ona demişdir ki, “axşam kafedə oturub yeyib-içmisən səhər saat beşə kimi, Yanvar ayının ikisi 2026-cı ildə”. Oda içki içən olmadığını, içki içmədiyini demişdir. Polis əməkdaşı isə ona demişdir ki, “yox sən səhərə kimi içki içmisən”. O isə cavabında “uşaqlar səhərə kimi oturub içib, ancaq mən maşın sürəndə içki içmirəm, mən oturmamışam orda” demişdir. O, polis əməkdaşı Qoşqarla danışan zaman digər bir Vasif adlı polis əməkdaşı onun maşınına oturub maşınını sürərək polis şöbəsinin həyətinə aparmışdır. Aparatla yoxlamışdır. O, nəticəsinin ona göstərilməsini istəmiş lalkin ona göstərməmişlər. Sonra o, içkili olmadığını demiş, polis əməkdaşı isə içkili olduğunu demişdir. Daha sonra yazıb imza etmişdir. Ondan sonra bir saat keçməmiş o, Lənkəran rayonunda yerləşən Narkoloji dispanserə getmişdir və orada yoxlatdırmışdır, hər şey təmiz olmuşdur. Həmin protokolu Masallı RPŞ-yə təqdim etmişdir. Ona çek verib maşınını götürüb getməsini demişlər. Birdə 16 aprel tarixində avtomobili texniki baxışdan keçirən zaman ona cərimə olunduğunu demişlər. AR İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normasını hazırkı işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 11:20 radələrində idarə etdiyi "VAZ-2104" markalı, ** MU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə etməsi barədə inzibati orqanın gəldiyi nəticə iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli alkotester qəbzindən görünür ki, yoxlama zamanı sürücünün orqanizmində 0,7434 promil alkoqol müəyyən edilmiş, həmin qəbz Qərardan şikayət verən orqan (şəxs) tərəfindən "nəticə ilə razıyam, həkimə və hal şahidinə ehtiyac yoxdur" qeydi yazılmaqla imzalanmışdır. Həmçinin ##.##.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda da onun tərəfindən nəticəyə etiraz etməsinə dair hər hansı qeyd aparılmamışdır. Bu baxımdan apellyasiya məhkəməsi hesab edir ki, alkotester nəticələrinin əldə edilməsi zamanı sürücünün iradəsinə zidd hər hansı prosessual hərəkətin həyata keçirilməsi və ya onun nəticələrlə razılaşmaması iş materialları ilə təsdiq olunmur. Apellyasiya şikayətində Qərardan şikayət verən orqan (şəxs) alkotester nəticəsinin ona göstərilmədiyini və aldadılaraq "nəticə ilə razıyam, həkimə və hal şahidinə ehtiyac yoxdur" sözlərini yazdığını bildirsə də, bu halı təsdiq edən hər hansı obyektiv sübut təqdim edilməmişdir. Əksinə, alkotester qəbzində qeyd olunan ifadələr onun öz xətti ilə yazılmış, həmin sənəd imzalanmış və inzibati xəta haqqında protokolda da nəticələrə etiraz edilməmişdir. Buna görə də sonradan verilmiş izahatlar iş materiallarında mövcud olan yazılı sübutların mötəbərliyini təkzib edən kifayət qədər əsas kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"na istinad edilərək polis əməkdaşlarının onu tibbi müayinəyə göndərməli olduqları göstərilmişdir. Məhkəmə həmin arqumenti də əsaslı hesab etmir. Belə ki, qeyd olunan Qaydalara əsasən alkotester vasitəsilə aparılmış müayinənin nəticələrini sürücü qəbul etmədikdə və ya müayinədən imtina etdikdə onun tibbi müayinəyə göndərilməsi zərurəti yaranır. Hazırkı işdə isə Qərardan şikayət verən orqan (şəxs) alkotester müayinəsindən imtina etməmiş, əksinə, alkotester nəticələri ilə razı olduğunu və həkimə, eləcə də hal şahidinə ehtiyac olmadığını öz əli ilə yazaraq təsdiq etmişdir. Bu səbəbdən DYP əməkdaşlarının onu məcburi qaydada tibbi müayinəyə göndərmək öhdəliyi yaranmamışdır. Bununla yanaşı, Qərardan şikayət verən orqan (şəxs) dərhal deyil, 1 saat yarımdan sonra öz təşəbbüsü ilə müvafiq tibb müəssisəsinə müraciət etməsi isə ilkin müayinə zamanı mövcud olmuş və onun özü tərəfindən imzalanmaqla qəbul edilmiş alkotesterin nəticələrinin hüquqi qüvvəsini aradan qaldırmır. Bundan başqa, apellyasiya şikayətinin məzmunundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) bir tərəfdən "ümumiyyətlə içki içən deyiləm" ifadəsini işlətmiş, digər tərəfdən isə polis əməkdaşları ilə söhbəti təsvir edərkən "mən maşın sürəndə içki içmirəm" deyə bildirmişdir. Göstərilən izahatlar mahiyyət etibarilə bir-biri ilə uzlaşmır. Belə ki, ümumiyyətlə spirtli içki qəbul etməyən şəxsin "maşın sürəndə içki içmirəm" məzmununda ifadə işlətməsi onun izahatlarının daxili ardıcıllığına və inandırıcılığına şübhə yaradır. Bu ziddiyyət də şikayətçinin sonradan irəli sürdüyü müdafiə mövqeyinin iş materiallarında mövcud olan yazılı sübutlarla müqayisədə daha az etibarlı olduğunu göstərən hallardan biri kimi qiymətləndirilə bilər. İXM-in 333-cü maddəsinin qeydinə əsasən, 1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.
2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.1. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.7. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmçinin “Yol-patrul xidməti haqqında” Təlimatın 8.17-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar olduqda ona xüsusi texniki vasitədən (alkotestr, narkotestr) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır. Bu halda müvafiq protokol tərtib edilir və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. AR İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunanlara görə apellyasiya məhkəməsi belə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Bununla yanaşı, aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri qanuni və ədalətli sayılır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin alternativ xarakterli sanksiyasına görə həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. AR İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər, habelə şikayətçinin irəli sürdüyü arqumentlər iş üzrə toplanmış sübutların mötəbərliyini təkzib etmir, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olmasını təsdiq etmir və buna görə də Masallı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, # #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin adı çəkilən qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI:
Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.