Məhkəmə qərarları › İş №3(3-9)-361/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-361/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-361/2026 10.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nümayəndə, səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim: X2) ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 2.000 (iki min) manat məbləğində inzibati cərimə edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməsi, bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimə ödənilməməsi, həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilməsi öhdəliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılması barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-X3 tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, X6 Xidmətinin Şirvan-X3 ## ###### 2025-ci il tarixli *- **-*/*-******/**** nömrəli göstəriş məktubu ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən 10 (on) iş günü müddətində əsas iş yeri və tam iş vaxtı rejimi ilə işləyən və əmək müqaviləsində 400 (dörd yüz) manatdan aşağı əmək haqqı daxil edilən işçinin əmək haqqı məbləğinə “Əmək və Məşğulluq” alsistemində düzəliş edilməsi və görülmuş tədbirlər barəsində X6 Xidmətinin Şirvan-X3 məlumat verilməsi tələb olunsa da, bununla bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən heç bir tədbir görülməmiş və Xidmətin Şirvan-X3 müvafiq məlumat verilməmiş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola baxan məhkəmə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nümayəndə apellyasiya şikayəti verərək, Biləsuvar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli bu məlum qərarı ədalətsiz məhkəmə aktı olub, rəhbəri olduğu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dəki səlahiyyətli peşə, nümayəndəlik fəaliyyətlərilə bağlı işgüzar nüfuzuna zərbə endirməklə, həm də, Cəmiyyətin maliyyə imkansızlığı nəzərə alınmadan minumum məbləğdə əmək müqaviləsi bağlanmağa məcburedici mahiyyət və məzmun kəsb edərək, insan hüquq və azadlıqlarının pozulması məqsədinə yönəldilməklə, sifarişli mahiyyət daşımaqla, ədalətsizliyə xidmət etdiyindən...,bu məhkəmə qərarının ləğv edilərək, inzibati işin icraatına xitam verilməsini təmin edəcək müvafiq məhkəmə aktını çıxarılmasını xahiş etmişdir. Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərvbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə AR-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətin Şirvan-X3 tərəfindən daxil olmuş inzibati xəta haqqında ilk öncədən ona məlum olmayan və səlahiyyətli təşkilat tərəfindən də verilməyən iş materiallarına ciddi qanun pozuntuları ilə səlahiyyətli hakim tərəfindən ## ### 2026-cı il tarixdə sədrlik etdiyi məhkəmə iclasında baxılaraq, ədalətsiz nəticə qərarının verdirilməsi, rəhbəri olduğu bu Cəmiyyətin 2000 manat cərimə edilməsi ilənəticələndiyinə görə..,bu qərar heç bir halda ədalətli və haqlı bir qərar kimi görünə bilməz, ən azı ona görə ki, insan və vətəndaş hüquq və azadlıqlarının bu gün müdafiəsinə müvafiq təminatı öz əməli işi ilə formalaşdıran rəhbər olduğu bu Cəmiyyət müəyyən maddi çətinliklərlə üzləşməsinə baxmayaraq, bu gün dövlətdə və dövlətin hüquq məkanında insan hüquq və azadlıqlarının müdafiəsinə ciddi və tələbkar önəm verməklə, hətta pozulmuş insan hüquq və azadlıqlarının prosessual bərpası uğrunda da ədalətli mübarizəni öz üzərində cəmləyib, bu gün sahibkarlıq fəaliyyətimin əsası, özəyi kimi prosessual rəsmi görsənən həm də prosessual gürünən səlahiyyətli peşə fəaliyyətinin məhz qanunsuzluqlar girdabında qanunlara edilmiş sifarişli məhdudlaşdırmalar tələbkarlığı görünməsinə baxmayaraq...,yenə də bu gün bir daha səlahiyyətli peşə, nümayəndəlik fəaliyyətini, məhz qanunlar üzərində əsaslı davam etdirib, rəhbər olduğu bu Cəmiyyətin məhz bu peşə fəaliyyətinin mahiyyəti məlum tələbkarlığında da birmənalı insan hüquq və azadlıqlarının müdafiəsini təmin edəcək hərəkətlərə yer verməklə, pozulmuş hüquqların prosessual bərpası uğrunda mübarizəsini də məhz qanunların və konstitusuion normaların tələbkarlığında aparmaqda davam etməsi...və bu mənada hətta, rəhbər olaraq səlahyyətli nümayəndə kimi çoxsaylı məlum işlərdə prosessual görünməyinin özü, heç bir halda imkan verə bilməz ki, bu gün İnzibati Xəta adı altında sifarişli formalaşırılan və ona məlum olmayan bu protokolla direktoru olduğu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni 2000 manat cərimə edilsin. Bu, yolverilməzdir. Amma, bu gün bir daha təəssüf edir ona görə ki, ində də buradakı peşə fəaliyyətinə təşkili və planlı etdirilən bu cür sifarişli müdaxilələrin özü də qəbuledilməz olub, sifarişli bir tələbkarlıq olmaqla, öncədəki səlahiyyətli peşə-vəkillik fəaliyyətinə olunmuş qanunla yolverilməz müdaxilələrin mabədi ardının tələbkarlığı və davamı kimi görünməs, göründüyü kimi heç də istisna edilə bi!mir çünki, bu gün mövcud reallıqda minumum əmək haqqının müəyyənləşdirilməsi üçün bağlanmış, bağlanacaq müvafiq əmək müqavilələri kifayət qədər minimum həddə reallaşdırılıb, çatdırılması görünə bilmirsə bu, cəmiyyətin maddi imkansızlığı olub, hazırki vəziyyətdə maliyyə çətinliyinin mövcud olub, məlum həqiqətləri göstərmiş olur, əIbəttə, gələcək müvafiq maddi imkanlara sahib olunarsa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə bağlanılması tələb edilən müqaviləlırin, minumum əmək haqqının, nəinki 250 manat, hətta, 400 manat etdirilməsi də mütləqdir ki, reallaşdırılsın və bu cəmiyyətə, hətta əlavə işçilərin də götrülməsi öz hüquqi təminatını alsın. Amma görünən reallıq odur ki, bu mümkün olmayan tərzdə ədalətsizliklərə məcbur etdirmələr heç bir halda ədalətli görünə bilməz. Ona görə də, hesab edir ki, bu gün rəhbəri olduğu hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin 2000 manat əsassız cərimə edilməsinə əsas olmuş sözügedən “İnzibati Xəta Protokolu” etibarsız hesab edilməli və onun da qanunsuzluqlara sifarişli məcbur etdirilməyi qeyri-məqbul hesab edilərək, bu gün Cəmiyyətin də maliyyə imkansızlığı məqbul hesab edilib, mövcud reallıqlar və məlum həqiqətlər ciddi nəzərə alınmaqla, ciddi və əhəmiyyətli qanun pozuntuları ilə qəbul etdirilən Biləsuvar rayon məhkəməsinin ## ### 2026-cı il tarixli bu məlum qərarı ləğv edilməklə, işin icratına xitam verilməlidir. Hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli bu qərarında; “Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs bu inzibati xətaya görə ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğundan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquq pozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquq pozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquqpozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir" kimi ədalətli görünən bu fikirlər əsassız və qanunsuz hesab edilib, sözügedən məhkəmə qərarı ləğv edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nümayəndə apellyasiya şikayəti üzrə izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Nümayəndə həmçinin bildirdi ki, qeyd olunan hüquq pozuntusu artıq aradan qaldırılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: “İnzibati xəta haqqında” ##.##.2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş ##.##.2026-cı il tarixli məlumata əsasən məlum olmuşdur ki, işçilərin əmək müqavilələrində əmək haqqı bölməsində müvafiq dəyişiklik edilməsi ilə bağlı “X6 Xidmətinin Şirvan-X3 ## ###### 2025-ci il tarixli *-**-*/*- ******/**** nömrəli göstəriş məktubu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerinə yetirilməmişdir. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli qərardaddan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ## ###### 2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən 10 (on) iş günü müddətində əsas iş yeri və tam iş vaxtı rejimi ilə işləyən və əmək müqaviləsində 400 (dörd yüz) manatdan aşağı əmək haqqı daxil edilən işçinin əmək haqqı məbləğinə “Əmək və Məşğulluq” alsistemində düzəliş edilməsi və görülmuş tədbirlər barəsində X6 Xidmətinin Şirvan-X3 məlumat verməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin ## ##### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda fəaliyyət vəziyyətinin aktiv olması barədə məlumat mövcuddur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının əsaslandırılmasından görünür ki, məhkəmə iş üzrə toplanmış sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair müddəalarının tələblərinə uyğun olaraq ayrı-ayrılıqda və onların məcmusunda qiymətləndirmiş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən hüquqi şəxsə ünvanlanmış icrası məcburi olan göstəriş qanunvericiliyin müəyyən etdiyi qaydada hüquqi şəxsin elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda dövlət qeydiyyatında olan hüquqi ünvanına sifarişli poçt vasitəsilə göndərilmişdir. İş materiallarında olan yazılı sübutlar həmin sənədlərin hüquqi şəxsə qanunvericiliyin tələblərinə uyğun qaydada göndərildiyini təsdiq edir. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, səlahiyyətli orqan tərəfindən hüquqi şəxsin məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlər həyata keçirilmişdir. Məhkəmə eyni zamanda əsaslı olaraq nəzərə almışdır ki, hüquqi şəxsin faktiki fəaliyyət yerinin hüquqi ünvanından fərqli olması, yaxud hüquqi şəxsin öz fəaliyyətini elə təşkil etməsi nəticəsində rəsmi yazışmalarla vaxtında tanış olmaması onun inzibati məsuliyyətini istisna edən hal hesab edilə bilməz. Hüquqi şəxsin dövlət qeydiyyatında olan ünvanına daxil olan rəsmi yazışmaların qəbul edilməsinin, habelə elektron kabinetinə göndərilən sənədlərlə vaxtında tanış olunmasının təmin edilməsi onun öz üzərinə düşən qanuni vəzifələrdəndir. Bundan əlavə, iş materiallarından, eləcə də hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, inzibati orqanın göstərişində nəzərdə tutulmuş hüquqpozuntusu məhkəmə baxışı zamanı da aradan qaldırılmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin hüquqi şəxsin əməlinə verdiyi hüquqi tövsif, habelə İXM-in 116-cı maddəsinə əsasən inzibati cərimənin şərti tətbiq edilməsi barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki halları və tətbiq edilən hüquq normaları ilə uzlaşır. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq apellyasiya məhkəməsi onu da əlavə edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mahiyyət etibarilə birinci instansiya məhkəməsində irəli sürülmüş izahatların təkrarından ibarət olmaqla, mübahisələndirilən qərarın qanuniliyini və əsaslılığını şübhə altına alan yeni hüquqi və ya faktiki halları ehtiva etmir. Şikayətdə göstərilən cəmiyyətin maliyyə vəziyyətinin ağır olması, qərarın işgüzar nüfuza mənfi təsir göstərməsi, qərarın ədalətsiz və sifarişli olması barədə mülahizələr müvafiq və mötəbər sübutlarla təsdiq edilmədiyindən məhkəmə kollegiyası tərəfindən qərarın ləğvi üçün əsas kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hüquqi şəxsin maliyyə vəziyyəti, habelə təsərrüfat fəaliyyətində yaranmış çətinliklər onu dövlət nəzarəti orqanının icrası məcburi olan qanuni göstərişlərini yerinə yetirmək öhdəliyindən azad etmir. İnzibati məsuliyyətin yaranmasına səbəb əməkhaqqının konkret məbləği deyil, dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqanın qanuni göstərişinin müəyyən olunmuş müddətdə icra edilməməsidir. Buna görə də apellyasiya şikayətində əməkhaqqının müəyyən edilməsinə, cəmiyyətin maliyyə imkanlarına və gələcəkdə göstərişin yerinə yetirilə biləcəyinə dair irəli sürülən mülahizələr hüquqi məsuliyyətin aradan qalxmasına əsas vermir. Apellyasiya məhkəməsi həmçinin qeyd edir ki, apellyasiya şikayətində işə baxılarkən maddi və ya prosessual hüquq normalarının pozulmasına dair irəli sürülən iddialar ümumi xarakter daşıyır, həmin pozuntuların nədən ibarət olduğu, onların iş üzrə qəbul edilmiş qərarın qanuniliyinə hansı formada təsir göstərdiyi konkret hüquqi arqumentlərlə əsaslandırılmamışdır. Halbuki apellyasiya instansiyası məhkəməsinin müdaxiləsi yalnız birinci instansiya məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi müəyyən edildiyi hallarda mümkündür. Hazırkı iş üzrə isə məhkəmə belə halları müəyyən etmir. Bununla yanaşı, Nümayəndə izahatından və təqdim etdiyi sənədlərdən görünür ki, səlahiyyətli orqanın icrası məcburi olan göstərişinin icra edilməməsində ifadə olunan hüquq pozuntusu sonradan aradan qaldırılmışdır. Bununla belə, həmin hal birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın qanuniliyini və əsaslılığını şübhə altına almır. Belə ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qəbul edilərkən müəyyən edilmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu əsasla, məhkəmə İXM-in 116.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxsi 2.000 (iki min) manat məbləğində inzibati cərimə etmiş, eyni zamanda törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən etmişdir. İXM-in 116.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, məhkəmə inzibati tənbeh tətbiq etməklə yanaşı, hüquqpozmanın aradan qaldırılması üçün müddət müəyyən etmək səlahiyyətinə malikdir. Hüquqpozmanın sonradan, məhkəmənin müəyyən etdiyi müddət ərzində aradan qaldırılması inzibati xətanın törədilməsi faktını aradan qaldırmır və inzibati məsuliyyəti istisna etmir. Əksinə, bu hal məhkəmə qərarında müəyyən edilmiş öhdəliyin icra edildiyini göstərir. Buna görə də, hüquqpozmanın sonradan aradan qaldırılmış olması birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının qəbul edildiyi vaxt mövcud olmuş faktiki və hüquqi əsasları dəyişdirmədiyindən, həmin qərarın qanuni və əsaslı hesab edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin: 116.1. Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 205-1.1.2–205-1.1.4, 205-1.1.6, 205-1.2, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3-540.5, 541-544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyət müəyyən edilmişdir. Beləliklə də, iş üzrə yuxarıda qeyd edilən hallara obyektiv hüquqi qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, verilmiş şikayət təmin edilmədən, Biləsuvar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi şərh olunanlara əsasən Azərbaycan Respublikası İXMin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar