Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-362/2026 10.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan Ismayıl oğlunun katibliyi barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) və səlahiyyətli orqan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müdiri vəzifəsini icra edən X1 tərəfindən ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) IXM-in 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) Cəlilabad Rayon Məhkəməsinə şikayət vermiş, məhkəmənin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul olunmuş ## ###### 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarından narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul olunmuş ## ###### 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin bu qərarını ədalətsiz və əsassız hesab edir. Belə ki, həmin qərarı oxuduqda, belə nəticəyə gəlmək üçün məhkəmənin konkret olaraq nəyə əsaslandığı bəlli olmur. Əgər məhkəmə cavabdeh olan dövlət orqanının - ƏMDX-nin Cəlilabad Ərazi Idarəsinin nümayəndəsinin öz qərarlarını müdafiə etməsinə əsaslanırsa, bunu doğru saymır. Ona görə ki, məhkəmə qarşısında proses iştirakçıları olan bütün tərəflər bərabər hüquqa malikdirlər, hətta tərəflərdən biri dövlət qurumu olsa belə. Cəlilabad Rayon Məhkəməsinin gəldiyi nəticəni əsaslandıra bilmədiyi halda şikayətini təmin etməməsini ancaq cavabdehin dövlət orqanı olması və hakimin ədalətə yox, yalnız bu hala önəm verməsi ilə əlaqələndirir. Bunu proses vaxtı da hiss etmiş və hakimə iradını bildirmişdir. Proseslər zamanı işə baxan hakimə demişdir, hazırda da Apellyasiya Məhkəməsinə bildirir ki, inzibati xəta törətməyi barədə protokolun yazılmasından xəbəri olmamışdır. Bu protokolu da, işə baxılacağı barədə bildirişi də, inzibati tənbeh vermə qərarını da ##.##.2025-ci ildə almışdır. Ona görə ki, bütün bunları əvvəlcə Cəlilabadda qeydiyyatda olduğu ünvana göndəriblər, o, faktiki olaraq qeydiyyatda olduğu yerdə yaşamadığına görə göndərilən məktublar geri qayıdıb, daha sonra faktiki yaşadığı ünvanı dəqiqləşdirərək göndəriblər. Onun da bütün bunlardan ##.##.2025-ci ildə xəbəri olub. Yəni protokol da onun iştirakı olmadan yazılıb, işə də onsuz baxılıb, qərar da onsuz verilib. Bu zaman inzibati icraat haqqında qanunun tələbi pozulub, onun iştirakı təmin olunmayıb. Proseslər zamanı məhkəməyə bildirmişdir ki, Cəlilabad bələdiyyəsi ilə aralarında olan müqavilədə icarəsində olan ərazinin örüş sahəsi olduğu, bu ərazidə şumlama aparılmasının qadağan olduğu və yalnız mal-qaranın otarılması yolu ilə heyvandarlıqla məşğul olmalı olduğu göstərilməyib. Nədənsə hakim o qənaətə gəlib ki, icarəsinə verilən ərazi örüş sahəsidir (Qərarın 5-ci səhifəsi, 3-cü abzas). Ərazi həqiqətən örüş sahəsi olsa belə, ona qəribə gələn bələdiyyə ilə aralarında olan müqavilədə icarəyə verilən ərazinin hüquqi rejimi göstərilmədiyi halda, hakimin məhz müqaviləyə əsaslanaraq ərazinin örüş sahəsi olması qənaətinə gəlməsidir. Elə həmin abzasın axırıncı cümləsində yazılıb: “Qərardan şikayət verən orqan (şəxs) ayrılan torpaq sahəsinin uqodiyası örüş (heyvandarlığın inkişaf etdirilməsi) torpaqlarıdır.” Bir daha bildirir: Müqavilədə icarəsinə verilən ərazinin örüş sahəsi olduğu göstərilməyib. Digər tərəfdən hər şeydən görünür ki, hakim “heyvandarlığın inkişaf etdirilməsi” ifadəsinin mənasını yalnız heyvanların otarılması üsulu ilə mümkün olduğunu düşünür. Heyvandarlığın inkişaf etdirilməsinin otarılmadan başqa üsullarla da mümkün olduğundan tamamilə xəbərsizdir. Proseslər zamanı Cəlilabad Rayon Məhkəməsinə bildirmişdir, Apellyasiya Məhkəməsinə bildirir ki, icarəsində olan ərazi bələdiyyəsinin mülkiyyətində olan ehtiyat torpaq sahəsidir, belə mərkəzindən 16-18 km kənarda yerləşir. Hələ heç kim heç bir vaxt mal-qarasını 16-18 km kənara otarmağa aparmayıb. Həmin ərazi ümumi istifadədə olan ərazi deyil, ona icarəyə verildiyinə görə həmin ərazi üzərində yalnız onun hüquqları var. Həm bələdiyyənin, həm ƏMDX-nin əsasnamələrinə görə, həmçinin Torpaq Məcəlləsinin 83.1-ci maddəsinə görə ərazidən öz istəyinə uyğun səmərəli istifadə etməlidir. Əgər səmərəli istifadə etməyə çalışmasa, ərazidə qanqallıqlar bitər, mal-heyvanı otarmağa da yararlı olmaz, malheyvana verdiyi arpanı və küləşi kənardan alsa, istehsal edərək bazara çıxardığı ət və süd çox baha başa gələr, torpaq icarəyə götürməyinin və ümumiyyətlə fəaliyyətinin heç bir mənası olmaz. Rayon məhkəməsinə yazdığı şikayətində xahiş etmişdir ki, cavabdehə aşağıda yazdığı sual ünvanlansın. “Sizcə icarəsində olan ərazini boş saxlamağı daha səmərəli istifadə olardımı?” Lakin məhkəmə bu sualı cavabdehə ünvanlamayıb, nə də cavabdeh özü buna cavab verərək fikir bildirməyib. Bir sahibkar kimi faydalı fəaliyyətinə qarşı olan belə mənasız süni maneələr dövlətin, cənab Prezidentin kənd təsərrüfatının inkişına verdiyi önəmlə uyğunlaşmır axı... Şikayət etdiyi qərarın 5-ci səhifəsində Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi xatırladılır: “Azərbaycan Respublikasının Inzibati Xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Cəlilabad Rayon Məhkəməsinin qərarını oxuduqda Inzibati Xətalar Məcəlləsinin sitat gətirilən maddəsindəki hansı müddəanı pozduğu, onun hərəkətinin və yaxud hərəkətsizliyinin hansı müddəaya uyğun gəlmədiyi konkret göstərilməyib. Buna görə hansı səbəbdən inzibati məsuliyyətə cəlb olunduğu aydın deyil. Cəlilabad Rayon Məhkəməsinə bildirmişdir, hazırda Apellyasiya Məhkəməsinə də bildirir ki, heç kimin qanunla qorunan marağına toxunmamış, heç kimin hüququnu pozmamış, ərazidə qanunla qadağan olunan heç bir bitki əkməmiş, yalnız icarəsinə verilən ərazidən fəaliyyət məqsədlərinə uyğun olaraq səmərəli istifadə etməyə çalışmışdır. Heç kimə - nə dövlətə, nə bələdiyyəyə, nə də hər hansı hüquqi və yaxud fiziki şəxsə heç bir ziyan vurmamış, ekologiyaya ziyanı dəyməyib, ictimai qaydalar, ictimai mənəviyyat və ictimai təhlükəsizlik əleyhinə heç bir hərəkət etməmişdir. Yeganə “günahı” icarəsində olan ərazidən səmərəli istifadə etməklə bazara daha çox kənd təsərrüfatı məhsulları çıxarmağa çalışmağıdır. ƏMDX-nin Cəlilabad Ərazi Idarəsinin haqqında olan inzibati tənbeh qərarından Cəlilabad Rayon Məhkəməsinə verdiyi şikayəti aşağıda yazdığı kimi əsaslandırmışdım: Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə görə “kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı... məqsədi ilə istifadə edilir.” Icarəsinə verilən ərazi kənd təsərrüfatı təyinatlıdır, elə buna görə də heyvandarlığın inkişafı məqsədi ilə verilib. O da məqsədli təyinatına görə kənd təsərrüfatı məhsullarının, konkret olaraq ət və süd istehsalı məqsədi ilə istifadə etmişdir. Guya şumlayıb əkin apardığı ərazidə qış vaxtı gəldikdə mal-heyvanı otarır, biçindən sonra əldə edilən arpanı sərt qışda üyüdərək yenə mal-heyvana verir. Həmçinin əldə edilmiş küləşdən də bu məqsədlə istifadə olunur. Əgər istifadəsində olan ərazidən faktiki olaraq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə istifadə olunursa, deməli ərazi tam olaraq məqsədli təyinatına uyğun istifadə olunur. Inzibati xəta törətməyi barədə qərarın əsaslı olması üçün ƏMDX-nin Cəlilabad Ərazi Idarəsi 2 şeydən birini sübut etməlidir: ya icarəsinə verilən ərazinin kənd təsərrüfatı təyinatlı torpaqlar olmadığını, ya da istehsal edərək bazara çıxardığı ətin və südün kənd təsərrüfatı məhsulları olmadığını. Məhkəmə göstərdiyi bu əsasın nəyə görə şikayətinin təmin edilməsi üçün yetərli olmadığını nə prosesdə, nə də qərarın özündə izah etməyib. Ümumiyyətlə bu məsələyə toxunmayıb. Axı torpağın kateqoriyasına uyğun olmayan heç bir fəaliyyət göstərməmişdir...Torpağın kateqoriyasına uyğun olan məqsədli təyinatdan uzaqlaşmamışdır...Ərazi şumlanıbsa da, yenə də kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə şumlanıb. Bu isə torpağın kateqoriyasına uyğun olmayan fəaliyyət deyil. Məsuliyyətə cəlb edildiyi Inzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi isə yalnız torpağın kateqoriyasına uyğun olmayan başqa məqsədlər üçün istifadə olunduqda tətbiq oluna bilər. O, tam olaraq Torpaq Məcəlləsinin 13.1 -ci maddəsinə uyğun fəaliyyət göstərmişdir. Əlavə olaraq məhkəməyə bildirmişdir ki, Torpaq Məcəlləsinin 16.4-cü maddəsinin tələbini pozmuş olsaydı belə, bu onun Inzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə cərimələnməyinə əsas verməzdi. Ona görə ki, Inzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ayrı-ayrı kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) olan tələbin pozulmasına görə yox, ümumi olaraq, bütövlükdə torpağın kateqoriyasına uyğun məqsəddən kənar istifadə edildikdə tətbiq oluna bilər. Məhkəmə göstərdiyi bu hala da heç bir münasibət bildirməyib. Proseslərdə deməyimə, şikayətində yazmağına baxmayaraq məhkəmə araşdırmayıb və müəyyən etməyib ki, Torpaq Məcəlləsinin 16.4-cü maddəsi ilə şumlanmasına yol verilməyən örüş sahəsi ümumi istifadədə olan örüş sahəsidir, yoxsa icarəyə verilən və üzərində icarəçidən başqa heç kimin hüququ olmayan örüş sahəsi ? Hesab edir ki, Torpaq Məcəlləsində örüş yeri ilə bağlı belə tələb qoyulubsa da, inzibati Xətalar Məcəlləsində konkret olaraq bu tələbin pozulmasına görə heç bir məsuliyyət nəzərdə tutulmayıb. Bunu qanunda boşluq adlandırmaq olar. Tovsif olunmasında boşluq olan, buna görə tətbiq olunarkən şikayətçinin xeyrinə həll olunmalı olan maddəyə əsaslanaraq, bu zaman şikayətçinin tam olaraq Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə uyğun fəaliyyət göstərdiyi, bütövlükdə kənd təsərrüfatı təyinatlı torpağın kateqoriyasına uyğun məqsəddən kənar çıxmadığı halda şikayətinin təmin olunmadığını bu gün də başa düşmür və düzgün hesab etmir.Tamamilə aydındır ki, məhkəmə Torpaq Məcəlləsinin 13.1-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməyib. Məhkəmə şikayətinin əsaslı olması barədə göstərdiyi hallara heç bir münasibət bildirmədiyi halda, göstərdiyi arqumentlərin əsaslı olub-olmadığını araşdırmadığı və nəyə görə şikayətinin təmin edilməsi üçün yetərli olmadığını izah etmədiyi halda (halbuki, bu, qanunla məhkəmənin xidməti vəzifəsinə daxildir), şikayətimin əsaslı olduğunu sübut edə bilmədiyini “müəyyən edib”. Qərarın 5-ci səhifəsində yazılıb: “Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 247.2ci maddəsində nəzərdə tutulan xətanı törətmədiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.” Guya onun şikayətində göstərdiyi hallar sübutlarla öz təsdiqini tapmamışdır. Bəyəm onun Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə istinad etməyi sübut sayılmır? Digər qanun normalarına istinad etməyi sübut sayılmır? Bəlkə istinad etdiyi həmin qanunlar və yaxud qanunların istinad etdiyi maddələri ləğv edilib? Inzibati xəta törətmədiyini daha necə sübut etməlidir? Şikayəti üzrə icraatda əsas məsələ maddi sübutların olub-olmaması yox, hüquqi normalarının düzgün tətbiq olunub-olunmamasıdır. Əksinə, hesab edir ki, faktlar, iş üçün əhəmiyyəti olan bütün hallar və sübutlar hərtərəfli və tam araşdırılmayıb, hakimin gəldiyi nəticə isə sübut olunmayıb. Apellyasiya Məhkəməsinə bildirir ki, əslində ərazidə heç bir şumlanma aparılmayıb, payızın əvvəlində əraziyə əl ilə arpa səpir ki, yağışdan sonra cücərsin və malheyvan otarılması üçün yaşıl yem olsun. Əgər il yaxşı gələrsə, ərazinin hansı hissəsindəsə arpa sünbül bağlayarsa həmin yerləri biçib dəndən də istifadə edir. Ərazidə monitorinq aparan ƏMDX-nin Cəlilabad Ərazi Idarəsinin əməkdaşları heç vaxt onun icarəsində olan ərazidə olmayıblar. Olmuş olsaydılar, bundan qərar verilməzdən əvvəl onun xəbəri olardı. Iş materiallarında olan fotoşəkillərin hansı ərazidə çəkildiyi və hansı əraziyə aid olması ona bəlli deyil. Həm Cəlilabad Rayon Məhkəməsinə yazdığı şikayətdə, həm də Apellyasiya şikayətində haqqında olan inzibati tənbeh vermə qərarının əsassız olduğunu yazmışdır. Nəzərdən qaçırdığı məsələlərə proseslər vaxtı da aydınlıq gətirməyə, məhkəmənin verəcəyi suallara cavab verməyə, fikir bildirməyə hazırdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X4 şikayətin dəlilləri ilə razılaşmayıb, şikayətin təmin olunmamasını və Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını, şikayətin dəlillərini və məhkəmə iclasında verilmiş izahatları tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair səlahiyyətli orqan tərəfindən qərar qəbul edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxsinin ## ###### 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) icarəsində olan örüş təyinatlı torpaq sahəsini şumlamaqla təyinatdan kənar istifadə etdiyinə görə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Iş materiallarında olan ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) icarəsində olan örüş təyinatlı torpaq sahəsinin məqsədli təyinatını özbaşına dəyişdirmiş və həmin 13 ha torpaq sahəsini əkin məqsədi ilə şumlamışdır; Iş materiallarında olan ## ### 2002-ci il tarixli, ** nömrəli müqavilədən görünür ki, Cəlilabad bələdiyyəsinin sədri X3 26 hektar örüş sahəsini (heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə) 2099-cu ilədək Qərardan şikayət verən orqan (şəxs) icarəyə vermişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad Ərazi Şöbəsinin nümayəndəsi tərəfindən təqdim olunmuş fotoşəkillərdən və ## ####### 2025-ci il tarixli aktdan görünür ki, Cəlilabad bələdiyyəsinin ərazisində monitorinq keçirilmiş, monitorinq zamanı Cəlilabad şəhər sakiniQərardan şikayət verən orqan (şəxs) icarəsində olan 13,0 ha kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsində təyinatdan kənar olaraq əkin məqsədilə şum işləri aparılmışdır. Şikayətdə göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir: IXM-in 247-ci maddəsinin tətbiqi üçün dövlətə, bələdiyyəyə və ya üçüncü şəxsə real maddi zərərin vurulması inzibati xəta tərkibinin məcburi əlaməti deyildir. Bu tərkib torpaq sahəsindən qanunla müəyyən edilmiş məqsədli təyinat və istifadə rejiminə zidd istifadənin özü ilə formalaşır. Buna görə də şikayətçinin “heç kimə ziyan vurulmaması” barədə dəlili, iş üzrə hüquqi məsuliyyəti istisna edən hal kimi qəbul oluna bilməz. Iş üzrə hüquqi qiymətləndirmənin mərkəzi məsələsi torpaq sahəsinin ümumi olaraq kənd təsərrüfatı təyinatlı olub-olmaması deyil, həmin kənd təsərrüfatı təyinatlı torpaq daxilində konkret olaraq hansı kənd təsərrüfatı yeri - əkin, örüş, otlaq, biçənək və ya başqa uqodiya kimi müəyyən edilməsi və həmin konkret istifadə rejiminə riayət olunub-olunmamasıdır. Inzibati icraatın əsas prinsiplərindən biri sübutların ayrı-ayrılıqda deyil, onların məcmu halında qiymətləndirilməsidir. Sübutların qiymətləndirilməsi zamanı hər bir sübutun mötəbərliyi, aidiyyəti və yol verilənliyi ilə yanaşı, onların digər sübutlarla uyğunluğu və qarşılıqlı təsdiqedici xarakter daşıyıb-daşımaması da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, icarə müqaviləsi, monitorinq aktı, inzibati xəta haqqında protokol, fotoşəkillər və digər sənədlər birlikdə qiymətləndirildikdə iş üzrə vahid sübut sistemi yaranır və həmin sübut sistemi Qərardan şikayət verən orqan (şəxs) IXM-in 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati orqanın gəldiyi nəticəni təsdiq edir. Iş materiallarından görünür ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxsi tərəfindən ## ####### 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında isə ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Iş materiallarında inzibati xəta hadisəsinin mövcudluğunu şübhə altına alan və ya protokolun sübut əhəmiyyətini aradan qaldıran hər hansı mötəbər məlumat müəyyən edilmir. IXM-in 247.1-ci maddəsində işlədilən “məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə” anlayışı məzmun etibarilə Torpaq Məcəlləsində müəyyən edilən torpaq kateqoriyası, torpaq sahəsinin hüquqi rejimi və həmin sahə üzrə konkret istifadə qaydaları ilə birlikdə qiymətləndirilməlidir. Bu norma yalnız torpaq kateqoriyasının dəyişdirilməsi halını deyil, həmin kateqoriya daxilində qanunla müəyyən edilmiş xüsusi istifadə rejiminin pozulmasını da əhatə edir. Belə yanaşma torpaq qanunvericiliyinin məqsədinə də uyğundur. Çünki kənd təsərrüfatı təyinatlı torpaqlar daxilində əkin, örüş, otlaq və biçənək sahələrinin fərqləndirilməsi təsadüfi xarakter daşımır; bu fərqləndirmə torpağın münbitliyinin, bitki örtüyünün, təbii yem bazasının və davamlı istifadəsinin qorunmasına xidmət edir. Bu baxımdan, mübahisənin düzgün həlli üçün ilk növbədə "torpaq sahəsinin məqsədli təyinatı" anlayışının Torpaq Məcəlləsinin normaları əsasında sistemli şəkildə müəyyən edilməsi zəruridir. Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının torpaqları məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq müxtəlif kateqoriyalara bölünür və həmin kateqoriyalardan biri kənd təsərrüfatı təyinatlı torpaqlardır. Bununla yanaşı, Torpaq Məcəlləsinin 12-ci maddəsi kənd təsərrüfatı təyinatlı torpaqların öz daxilində də müxtəlif kənd təsərrüfatı yerlərinə (uqodiyalara), o cümlədən əkin, çoxillik əkmələr, örüş, otlaq və biçənək sahələrinə ayrıldığını müəyyən edir. Beləliklə, qanunverici yalnız torpağın ümumi kateqoriyasını müəyyən etməklə kifayətlənməmiş, həmin kateqoriya daxilində yerləşən torpaq sahələrinin konkret istifadə rejimini də ayrıca müəyyən etmişdir. Torpaq Məcəlləsinin 16-cı maddəsində isə ayrı-ayrı kənd təsərrüfatı yerlərinin istifadəsinin hüquqi rejimi müəyyən edilmiş, həmin maddənin 16.4-cü bəndində imperativ qaydada örüş və biçənəklərin əkin məqsədilə istifadəsinə yol verilmədiyi təsbit edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Torpaq Məcəlləsinin 13-cü maddəsi ilə 16-cı maddəsi qarşılıqlı əlaqədə və sistemli şəkildə tətbiq edilməlidir. Belə ki, Torpaq Məcəlləsinin 13-cü maddəsi kənd təsərrüfatı təyinatlı torpaqların ümumi funksional təyinatını müəyyən edir və həmin torpaqlardan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə istifadə olunmasını nəzərdə tutur. Lakin bu norma kənd təsərrüfatı təyinatlı torpaqların bütün növlərinin istənilən üsulla istifadə edilməsinə hüquqi əsas yaratmır. Əksinə, həmin kateqoriyaya daxil olan ayrı-ayrı torpaq sahələrinin istifadəsi Torpaq Məcəlləsinin 16-cı maddəsi ilə müəyyən edilmiş xüsusi hüquqi rejimə tabedir. Qanunvericiliyin sistemli təfsiri baxımından ümumi xarakterli norma ilə xüsusi xarakterli norma arasında ziddiyyət yarandıqda xüsusi norma tətbiq edilir. Bu səbəbdən kənd təsərrüfatı məhsulu istehsalı məqsədilə fəaliyyət göstərilməsi öz-özlüyündə örüş torpağının şumlanmasını və əkin dövriyyəsinə cəlb edilməsini qanunauyğun hesab etmək üçün kifayət etmir. Çünki qanun məhz örüş torpaqları üçün ayrıca hüquqi istifadə rejimi müəyyən etmiş və həmin torpaqların əkin məqsədilə istifadəsini qadağan etmişdir. Bu baxımdan apellyasiya şikayətində irəli sürülən, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması və həmin sahədə kənd təsərrüfatı məhsulu istehsal edilməsi səbəbindən torpaqdan məqsədli təyinatına uyğun istifadə edilməsi barədə dəlil hüquqi cəhətdən əsaslı hesab oluna bilməz. Çünki torpaqdan məqsədli təyinatına uyğun istifadə dedikdə yalnız torpağın aid olduğu ümumi kateqoriyanın deyil, həm də həmin torpaq sahəsi üçün qanunla müəyyən edilmiş konkret istifadə rejiminin gözlənilməsi nəzərdə tutulur. Örüş kimi ayrılmış torpaq sahəsinin şumlanaraq əkin məqsədilə istifadəyə cəlb edilməsi həmin torpaq sahəsi üçün qanunla müəyyən edilmiş istifadə rejiminin pozulması olduğundan, belə istifadə torpaqdan məqsədli təyinatına uyğun istifadə kimi qiymətləndirilə bilməz. Şikayətçi apellyasiya şikayətində göstərmişdir ki, Inzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi yalnız torpaq sahəsinin qanunla müəyyən edilmiş torpaq kateqoriyasından kənar məqsədlər üçün istifadə edildiyi hallarda tətbiq oluna bilər. Onun fikrincə, istifadə etdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq olmuş, özü də həmin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə etdiyindən, torpaqdan məqsədli təyinatına uyğun olmayan istifadə halı baş verməmişdir. Məhkəmə həmin dəlili əsaslı hesab etmir. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsində "torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə" ifadəsindən istifadə olunmuş, qanunverici həmin anlayışı yalnız Torpaq Məcəlləsinin 9-cu maddəsində müəyyən edilmiş torpaq kateqoriyalarının dəyişdirilməsi ilə məhdudlaşdırmamışdır. Əks yanaşma qəbul edilərsə, Torpaq Məcəlləsinin torpaqların hüquqi rejimini tənzimləyən digər normaları, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqların ayrı-ayrı növləri üzrə müəyyən edilmiş məcburi istifadə qaydaları hüquqi əhəmiyyətini itirmiş olardı. Halbuki Torpaq Məcəlləsi torpaq münasibətlərini tənzimləyərkən torpağın yalnız aid olduğu kateqoriyanı deyil, həm də həmin torpaq sahəsinin konkret hüquqi rejimini və istifadə xüsusiyyətlərini müəyyən etmişdir. Belə ki, Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar öz daxilində əkin, çoxillik əkmələr, örüş, otlaq və biçənək kimi kənd təsərrüfatı yerlərinə (uqodiyalara) bölünür. Həmin Məcəllənin 16.4-cü maddəsində isə örüş və biçənəklərin əkin məqsədilə istifadəsinə yol verilmədiyi imperativ qaydada müəyyən edilmişdir. Iş materialları ilə müəyyən edilir ki, şikayətçiyə istifadəyə verilmiş torpaq sahəsinin hüquqi rejimi örüş torpağı olmuş, həmin torpaq sahəsinin bir hissəsində əkin məqsədilə şum işlərinin aparılması isə Torpaq Məcəlləsinin 16.4-cü maddəsində nəzərdə tutulmuş qadağanın pozulması ilə nəticələnmişdir. Belə olan halda, həmin torpaq sahəsindən qanunla müəyyən edilmiş hüquqi rejimə zidd istifadə edilməsi IXM-in 247.1-ci maddəsində nəzərdə tutulmuş “torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan istifadə” anlayışı ilə əhatə olunur. Əməl kənd təsərrüfatı təyinatlı torpağa münasibətdə törədildiyindən onun IXM-in 247.2-ci maddəsi ilə tövsif edilməsində birinci instansiya məhkəməsi haqlı olmuşdur. Göründüyü kimi, qanunverici örüş torpaqları üçün ayrıca istifadə rejimi müəyyən etmiş və bu torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsini qadağan etmişdir. Bu baxımdan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olması həmin torpaq sahəsinin istənilən kənd təsərrüfatı üsulu ilə istifadə olunmasına hüquqi əsas vermir. Başqa sözlə, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq olması ilə həmin torpaq sahəsinin örüş kimi müəyyən edilmiş hüquqi rejiminə riayət olunması müxtəlif hüquqi anlayışlardır. Torpaqdan məqsədli təyinatına uyğun istifadə dedikdə torpağın yalnız aid olduğu kateqoriyaya uyğun istifadə edilməsi deyil, eyni zamanda həmin torpaq sahəsi üçün qanunla müəyyən edilmiş xüsusi istifadə rejiminə əməl olunması da nəzərdə tutulur. Bu səbəbdən şikayətçinin torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə edilməsi səbəbindən Inzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tətbiqinin istisna olunduğu barədə hüquqi mövqeyi qanunun sistemli təfsiri ilə uzlaşmır. Əks təfsir Torpaq Məcəlləsinin 16.4-cü maddəsinin tətbiq imkanını faktiki olaraq aradan qaldırar, örüş torpaqlarının qanunla müəyyən edilmiş hüquqi rejimini mənasız edər və torpaqların səmərəli istifadəsi, mühafizəsi və dövlət tərəfindən müəyyən edilmiş torpaq idarəçiliyi prinsiplərinin pozulmasına səbəb olardı. Iş materialları ilə müəyyən edilir ki, şikayətçiyə istifadəyə verilmiş torpaq sahəsinin hüquqi rejimi örüş torpağı olmuş, həmin torpaq sahəsinin bir hissəsində əkin məqsədilə şum işlərinin aparılması isə Torpaq Məcəlləsinin 16.4-cü maddəsində nəzərdə tutulmuş qadağanın pozulması ilə nəticələnmişdir. Belə olan halda, həmin torpaq sahəsindən qanunla müəyyən edilmiş hüquqi rejimə zidd istifadə edilməsi Inzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsində nəzərdə tutulmuş "torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan istifadə" anlayışı ilə əhatə olunur və həmin əməlin kənd təsərrüfatı təyinatlı torpağa münasibətdə törədilməsi səbəbindən IXM-in 247.2-ci maddəsi ilə tövsif edilməsində birinci instansiya məhkəməsi haqlı olmuşdur. Bundan əlavə şikayətçi apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi Torpaq Məcəlləsinin 13.1-ci maddəsini tətbiq etməmiş, halbuki həmin maddəyə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə edilir. Şikayətçinin fikrincə, örüş sahəsində heyvandarlığın inkişaf etdirilməsi məqsədilə arpa əkilməsi nəticə etibarilə kənd təsərrüfatı məhsullarının istehsalına xidmət etdiyindən, torpaqdan məqsədli təyinatına uyğun istifadə edilmişdir. Torpaq Məcəlləsinin 13.1-ci maddəsi kənd təsərrüfatı təyinatlı torpaqların ümumi funksional təyinatını müəyyən edir və həmin torpaqlardan kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, elmi-tədqiqat, tədris və qanunda nəzərdə tutulmuş digər məqsədlər üçün istifadə olunmasını nəzərdə tutur. Lakin həmin norma kənd təsərrüfatı təyinatlı torpaqların bütün növlərinin eyni qaydada istifadə olunmasını nəzərdə tutmur və ayrı-ayrı kənd təsərrüfatı yerləri üçün qanunla müəyyən edilmiş xüsusi istifadə rejimini aradan qaldırmır. Əksinə, Torpaq Məcəlləsinin 12-ci maddəsi kənd təsərrüfatı təyinatlı torpaqları əkin, çoxillik əkmələr, örüş, otlaq və biçənək kimi müxtəlif kənd təsərrüfatı yerlərinə ayırmaqla onların hüquqi rejiminin fərqləndirildiyini müəyyən etmiş, həmin Məcəllənin 16-cı maddəsində isə bu torpaq sahələrinin istifadəsinin konkret qaydalarını təsbit etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Torpaq Məcəlləsinin 13.1-ci maddəsini tətbiq etməməsi barədə dəlil əsassızdır. Birinci instansiya məhkəməsi həmin normanı Torpaq Məcəlləsinin 12-ci və 16.4-cü maddələri ilə sistemli şəkildə qiymətləndirmiş və düzgün nəticəyə gəlmişdir. Şikayətçinin Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə istinad etməsi onun irəli sürdüyü hüquqi nəticəni doğurmur və inzibati məsuliyyəti istisna etmir. Bu baxımdan şikayətçinin torpaq sahəsində yetişdirilən məhsulun sonradan heyvandarlıqda istifadə olunması və nəticə etibarilə kənd təsərrüfatı məhsulu istehsalına xidmət etməsi, özlüyündə örüş torpağının əkin məqsədilə istifadəsinin qanunauyğun hesab olunması üçün kifayət etmir. Çünki qanun örüş torpaqlarının hansı iqtisadi nəticə əldə edilməsindən asılı olmayaraq əkin məqsədilə istifadəsinə yol vermir. Başqa sözlə, Torpaq Məcəlləsinin 13.1-ci maddəsi torpaqdan istifadənin məqsədini, 16.4-cü maddəsi isə həmin məqsədin hansı hüquqi üsulla həyata keçirilə biləcəyini müəyyən edir. Qanunvericinin iradəsi ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulu istehsalı yalnız torpaq sahəsinin hüquqi rejiminə uyğun üsullarla həyata keçirilsin. Şikayətçinin irəli sürdüyü hüquqi yanaşma qəbul edildiyi halda, örüş, biçənək və digər kənd təsərrüfatı yerləri üzrə qanunla müəyyən edilmiş xüsusi istifadə rejimi əhəmiyyətini itirər və Torpaq Məcəlləsinin 16-cı maddəsinin tətbiqi mümkünsüz olardı. Halbuki qanunvericinin məqsədi kənd təsərrüfatı təyinatlı torpaqların yalnız ümumi təyinatını deyil, həm də onların ayrıayrı növlərinin ekoloji xüsusiyyətləri, münbitliyinin qorunması və davamlı istifadəsi nəzərə alınmaqla fərqli hüquqi rejimlərini təmin etməkdən ibarətdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Torpaq Məcəlləsinin 13.1-ci maddəsini tətbiq etməməmiş, əksinə həmin normanı Torpaq Məcəlləsinin 12-ci və 16.4-cü maddələri ilə sistemli şəkildə qiymətləndirərək düzgün nəticəyə gəlmişdir. Şikayətçinin həmin normaya istinad etməsi isə onun irəli sürdüyü hüquqi nəticəni doğurmur və inzibati məsuliyyəti istisna etmir. Şikayətçi həmçinin apellyasiya şikayətində göstərmişdir ki, Torpaq Məcəlləsinin 16.4cü maddəsinin tələblərinin pozulması müəyyən edilsə belə, həmin hal özlüyündə Inzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə məsuliyyət yaratmır. Onun mövqeyinə görə, Inzibati Xətalar Məcəlləsində örüş torpaqlarının şumlanmasına görə ayrıca inzibati məsuliyyət nəzərdə tutulmadığından, barəsində tətbiq edilmiş inzibati tənbeh qanunvericiliyin analogiya yolu ilə tətbiqi kimi qiymətləndirilməlidir. Məhkəmə bu hissədə qeyd edir ki, Torpaq Məcəlləsi ilə Inzibati Xətalar Məcəlləsi eyni hüquq münasibətlərini müxtəlif aspektlərdən tənzimləyən normativ aktlardır. Torpaq Məcəlləsi torpaqların hüquqi rejimini, məqsədli təyinatını, istifadə qaydalarını və torpaq istifadəçilərinin hüquq və vəzifələrini müəyyən edən maddi hüquq normalarını ehtiva edir. Inzibati Xətalar Məcəlləsi isə həmin maddi hüquq normalarının pozulmasına görə inzibati məsuliyyətin əsaslarını və tətbiq ediləcək tənbeh tədbirlərini müəyyən edir. Bu baxımdan Torpaq Məcəlləsinin 16.4-cü maddəsi inzibati məsuliyyət müəyyən edən norma deyil. Həmin norma örüş və biçənəklərin hansı qaydada istifadə edilməli olduğunu müəyyən edən maddi hüquq normasıdır. Inzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi isə məhz torpaq sahəsindən qanunla müəyyən edilmiş məqsədli təyinatına uyğun olmayan istifadə hallarına görə inzibati məsuliyyət müəyyən edir. Başqa sözlə, Torpaq Məcəlləsinin 16.4-cü maddəsi torpaq istifadəçisinin davranış qaydasını müəyyən etdiyi halda, Inzibati Xətalar Məcəlləsinin 247.1 və 247.2-ci maddələri həmin davranış qaydasının pozulmasının hüquqi nəticəsini müəyyən edir. Şikayətçinin ərazidə şum işlərinin aparılmadığı, yalnız əl ilə arpa səpildiyi barədə dəlili də iş materialları ilə təsdiq olunmur. Əksinə, monitorinq aktında və fotoşəkillərdə müvafiq torpaq sahəsində əkin məqsədilə şum işlərinin aparıldığı göstərilmişdir. Şikayətçi həmin rəsmi sənədlərdə əks olunan məlumatları təkzib edən, fotoşəkillərin başqa əraziyə aid olduğunu və ya monitorinq aktının həqiqətə uyğun olmadığını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, inzibati orqanın aktı və protokolu özlüyündə mütləq və təkzibolunmaz sübut kimi qəbul edilmir; lakin həmin sənədlər digər materiallarla uyğunluq təşkil etdikdə və barəsində icraat aparılan şəxs tərəfindən mötəbər sübutlarla təkzib olunmadıqda, işin faktiki hallarının müəyyən edilməsində əsas götürülə bilər. Odur ki, örüş torpağının qanunla qadağan edilmiş qaydada əkin məqsədilə istifadəsi ayrıca olaraq Torpaq Məcəlləsinin 16.4-cü maddəsinin pozulması olmaqla yanaşı, eyni zamanda torpaq sahəsindən qanunla müəyyən edilmiş məqsədli istifadə rejiminə uyğun olmayan istifadəni təşkil etdiyindən, həmin əməl Inzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunur və torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq olması nəzərə alınmaqla 247.2-ci maddə ilə tövsif edilir. Şikayətçinin irəli sürdüyü hüquqi yanaşmanın qəbul edilməsi faktiki olaraq Torpaq Məcəlləsi ilə müəyyən edilmiş torpaq istifadəsi qaydalarının pozulmasına görə heç bir inzibati məsuliyyətin yaranmaması nəticəsinə gətirib çıxarardı. X2 Məcəlləsinin 247-ci maddəsinin məqsədi torpaq sahələrindən qanunla müəyyən edilmiş hüquqi rejimə uyğun istifadə olunmasını təmin etməkdir. Məhkəmə kollegiyası hesab edir ki, bu iş üzrə Inzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tətbiqi qanunun analogiya üzrə tətbiqi deyildir. Əksinə, həmin norma Torpaq Məcəlləsi ilə müəyyən edilmiş məqsədli istifadə qaydalarının pozulması nəticəsində yaranan hüquqi məsuliyyəti birbaşa tənzimləyən xüsusi normadır. Buna görə də şikayətçinin Torpaq Məcəlləsinin 16.4-cü maddəsinin pozulmasının Inzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə məsuliyyət yaratmaması barədə dəlili hüquqi cəhətdən əsaslı hesab edilə bilməz. Bundan başqa apellyasiya şikayətində göstərilmişdir ki, Cəlilabad Bələdiyyəsi ilə bağlanmış ## ### 2002-ci il tarixli icarə müqaviləsində icarəsinə verilmiş torpaq sahəsinin örüş təyinatlı olduğu, həmin sahədə şum işlərinin aparılmasının qadağan edildiyi və yalnız heyvandarlıq məqsədilə istifadə olunmalı olduğu göstərilmədiyindən, birinci instansiya məhkəməsinin torpaq sahəsinin örüş olması barədə gəldiyi nəticə əsassızdır. Qeyd edilməlidir ki, torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı və istifadəsinə dair hüquqi rejim tərəflər arasında bağlanmış müqavilənin məzmunu ilə deyil, qanunvericiliyə uyğun qəbul edilmiş torpaqayırma sənədləri, dövlət torpaq kadastrı məlumatları və digər rəsmi sənədlərlə müəyyən edilir. Icarə müqaviləsi torpaq sahəsindən istifadə hüququnun yaranmasının hüquqi əsası olmaqla yanaşı, həmin torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş hüquqi rejimini dəyişdirmir və ya yeni hüquqi rejim yaratmır. Iş materiallarında olan ## ### 2002-ci il tarixli icarə müqaviləsindən görünür ki, şikayətçiyə 26 hektar torpaq sahəsi heyvandarlığın inkişaf etdirilməsi məqsədilə uzunmüddətli icarəyə verilmişdir. Bundan əlavə, iş materiallarında olan monitorinq aktı və inzibati orqanın təqdim etdiyi digər sənədlərlə həmin torpaq sahəsinin uqodiyasının örüş torpağı olduğu müəyyən edilmişdir. Şikayətçi də torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq olmasını və heyvandarlıq məqsədilə istifadəyə verilməsini mübahisələndirməmiş, yalnız müqavilədə "örüş" ifadəsinin göstərilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, müqavilədə torpaq sahəsinin hüquqi rejiminə dair hər bir məhdudiyyətin ayrıca sadalanmaması həmin məhdudiyyətlərin mövcud olmaması kimi qiymətləndirilə bilməz. Torpaq istifadəçisi torpaq sahəsini qəbul etməklə həmin torpaq sahəsinə münasibətdə qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələri də qəbul etmiş olur. Torpaqdan istifadə hüququ yalnız müqavilədən deyil, eyni zamanda Torpaq Məcəlləsinin imperativ normalarından irəli gələn hüquq və vəzifələrin məcmusu ilə həyata keçirilir. Hazırkı iş üzrə müəyyən olunur ki, şikayətçi inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş qaydada şikayət vermiş, birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etmiş, öz mövqeyini bildirmiş, qərarın ləğv edilməsinə dair bütün dəlillərini təqdim etmək imkanına malik olmuşdur. Bu səbəbdən inzibati icraatın əvvəlki mərhələsində bildirişin və protokolun təqdim edilməsi ilə bağlı irəli sürülən dəlillər, sonrakı məhkəmə nəzarəti mərhələsində şikayətçinin müdafiə hüququnun faktiki həyata keçirilməsi və bütün arqumentlərini təqdim etməsi nəzərə alınmaqla, qərarın ləğvini şərtləndirən əhəmiyyətli prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Iş materiallarının məcmusundan, o cümlədən torpaqayırma sənədlərindən, monitorinq aktından və inzibati orqan tərəfindən təqdim edilmiş rəsmi məlumatlardan müəyyən edilir ki, şikayətçiyə istifadəyə verilmiş torpaq sahəsinin uqodiyası örüş torpağıdır. Şikayətçi tərəfindən həmin sənədlərin həqiqiliyini və ya hüquqi qüvvəsini şübhə altına alan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda, yalnız icarə müqaviləsində "örüş" sözünün açıq şəkildə göstərilməməsinə istinad etməklə torpaq sahəsinin qanunla müəyyən edilmiş hüquqi rejiminin mövcud olmadığını və ya həmin rejimə əməl etmək vəzifəsinin yaranmadığını iddia etmək hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Şikayətçi apellyasiya şikayətində həmçinin göstərmişdir ki, inzibati xəta haqqında protokolun tərtib edilməsindən, işə baxılacağı barədə bildirişdən və inzibati tənbeh vermə haqqında qərardan vaxtında məlumatı olmamış, həmin sənədləri yalnız ## ###### 2025-ci il tarixində əldə etmişdir. Onun fikrincə, protokol onun iştirakı olmadan tərtib edilmiş, işə baxılması zamanı iştirak etmək və öz müdafiəsini həyata keçirmək hüququ təmin edilməmişdir. Məhkəmə şikayətçinin bu dəlilini də inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün kifayət edən əsas hesab etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatın əsas prinsiplərindən biri barəsində icraat aparılan şəxsin hüquqlarının təmin edilməsidir. Inzibati xəta haqqında işə baxan orqan şəxsin öz hüquqlarından istifadə etməsi, izahat verməsi, sübutlar təqdim etməsi və iş üzrə mövqeyini bildirməsi üçün qanunla nəzərdə tutulmuş imkanları yaratmalıdır. Lakin prosessual qaydaların hər hansı pozuntusu birbaşa olaraq qəbul edilmiş qərarın ləğv edilməsinə səbəb olmur. Belə pozuntunun hüquqi nəticə doğurması üçün həmin pozuntunun iş üzrə şəxsin müdafiə hüququnun həyata keçirilməsinə real maneə yaratması, işin düzgün həllinə təsir göstərməsi və ya şəxsin hüquqlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması müəyyən edilməlidir. Hazırkı iş üzrə müəyyən olunur ki, şikayətçi inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş qaydada şikayət vermiş, birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etmiş, öz mövqeyini bildirmiş, qərarın ləğv edilməsinə dair bütün dəlillərini təqdim etmək imkanına malik olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən də məhz şikayətçinin təqdim etdiyi dəlillər, o cümlədən torpaq sahəsinin təyinatı, istifadəsi, Torpaq Məcəlləsinin müddəalarının tətbiqi ilə bağlı mövqeyi araşdırılmışdır. Bundan əlavə, şikayətçinin protokolun ona təqdim edilməməsi barədə dəlili özözlüyündə inzibati xəta hadisəsinin baş vermədiyini və ya onun həmin əməli törətmədiyini təsdiq edən hal deyildir. Bu dəlil yalnız inzibati icraatın aparılması zamanı prosessual qaydalara riayət olunması ilə bağlı qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə əsas məsələ yalnız protokolun təqdim edilib-edilməməsi deyil, həmçinin inzibati xəta hadisəsinin mövcudluğu, şəxsin təqsiri və tətbiq edilmiş tənbehin qanuni və əsaslı olub-olmamasıdır. Hazırkı iş üzrə isə inzibati xəta hadisəsi iş materiallarında olan sübutlarla, o cümlədən monitorinq aktı, fotoşəkillər və digər sənədlərlə təsdiq olunur. Şikayətçi də məhkəmə araşdırması zamanı həmin sübutları təkzib edən, torpaq sahəsində şum işlərinin aparılmadığını və ya istifadə rejiminin pozulmadığını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə eyni zamanda nəzərə alır ki, şikayətçi inzibati orqanın qərarından məhkəməyə müraciət etməklə öz müdafiə hüququndan faktiki istifadə etmiş, iş üzrə bütün hüquqi və faktiki arqumentlərini təqdim etmişdir. Belə olan halda, protokolun əvvəlcədən təqdim edilməməsi halının onun müdafiə hüququnu pozmaqla qərarın mahiyyəti üzrə ləğvinə səbəb olan əhəmiyyətli prosessual pozuntu olduğu qənaətinə gəlmək üçün əsaslar yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, şikayətçinin inzibati xəta haqqında protokolun onun iştirakı olmadan tərtib edilməsi və ona vaxtında təqdim edilməməsi barədə dəlili inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün hüquqi əsas yaratmır. Nəticədə, məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar onların məcmu halında qiymətləndirildikdə Qərardan şikayət verən orqan (şəxs) IXM-in 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə nəticəyə gəlmək üçün kifayət edir. Birinci instansiya məhkəməsi sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, iş üzrə faktiki halları düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna görə də məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. IXM-in: 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsi IXM-in 75- 76-cı maddələrinin tələblərinə uyğun olaraq inzibati xəta hadisəsinin, şəxsin həmin əmələ aidiyyətinin və təqsirinin müəyyən edilməsi üçün kifayət edən sübutları toplamış, həmin sübutların aidiyyəti, mümkünlüyü, mötəbərliyi və bir-biri ilə uyğunluğunu düzgün qiymətləndirmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən işin mahiyyəti üzrə düzgün nəticəyə təsir edən pozuntuya yol verildiyi müəyyən edilmir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunan hallar isə hazırda məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Qərardan şikayət verən orqan (şəxs) tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuş, məhkəmə şikayəti təmin etməyərək Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, şikayətin dəlilləri iş materialları ilə təkzib olunan və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsini şərtləndirməyən dəlillərdir. Ona görə də apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh edilənləri və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-117)-265/2026 nömrəli qərarı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-362/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-362/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver