Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-363/2026 10.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, ##.##.1996-cu ildə Yardımlı rayonu Ostair kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də qrafiq dizayner işləyən, Yardımlı rayonu Ostair kəndində qeydiyyatda olan, Abşerovn rayonu, Saray qəsəbəsində yaşayan; Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Məmmədov Tural Yaşar oğlu tərəfindən verilmiş apellyasiya protestə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-nin) 346.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) Yardımlı Rayon Məhkəməsinə şikayət verərək, ## ###### 2026- cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, ## ###### 2026-cı il tarixdə o, Sumqayıt şəhəri, Mikayıl Məmmədzadə küçəsində ona məxsus TOYOTA PRIUS (HIBRID) MINIK markalı ** GJ *** dövlət qeydiyyyat nişanlı avtomobili park etmiş, lakin parklanmanın qadağan edildiyi və ya inzibati xəta haqqında protokolda qeyd edilən kimi taksi duracağı nişanının təsir dairəsinə düşdüyü yerdə saxlamamışdır. Inzibati xəta haqqında protokol tərtib edilərkən video və foto çəkilişi olan xüsusi texniki vasitə ilə avtomobilinin və avtomobildən təxminən azı 20-25 metr məsafədə olan 5.14 yol nişanının (minik taksilərinin duracaq yeri) şəkli ayrı-ayrı çəkilmiş və mərkəzi sistemə göndərilmişnəticədə haqqında əsassız olaraq inzibati xətə haqqında protokol tərtib edilmişdir. Inzibati xəta haqqında protokol tərtib edildikdən sonra ona SMS bildiriş gəlmiş və dərhal avtomobilin yanına qayıtmışdır. Avtomobilinin dayandığı yeri və 5.14 yol nişanı ilə avtomobilin arasındakı məsafəni göstərən foto şəkillər onun tərəfindən çəkilmişdir. Həmin şəkillərdən də görünür ki, 5.14 yol nişanı ilə onun (qırmızı ox ilə işarələnmiş) avtomobilinin arasında ən azı 25-30 metr məsafə olmuş, hətta həmin nişanla avtomobili arasında 5.16.2 (piyada keçidi) nişanı və 1.14.1 xətlənməsi olmuşdur. 5.16.2 yol nişanın da təsir dairəsini gözləməklə avtomobilini piyada keçidindən azı 7-10 metr irəlidə saxlamışdır. 5.14 nişanın təsir sahəsi 1.17 yol nişanlanması ilə göstərilməlidir. Lakin həmin yerdə 1.17 yol nişanlanma xətti çəkilməyib. 5.14 nişanının minik taksilərinin duracaq yeri əsas məqsədi minik taksilərinin dayanması və müştəri gözləməsi üçün xüsusi ayrılmış yerləri müəyyən etməkdir. Əgər bu nişanın təsir sahəsi 1.17 yol nişanlanması ilə göstərilməyibsə nişandan 7,5 metr əvvəl və 7,5 metr sonraya qədər olan (ümumilikdə 15 metr) məsafənin olması kifayətdir. Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət təmin edilməmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Məmmədov Tural Yaşar oğlu məhkəmənin qeyd olunan qərarından Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DIN BDYPI X1 vasitəsilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ******** nömrəli inzibati xəta haqqında protokol əsasında, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (IXM) 346.6-cı maddəsinə görə barəmdə 40 manat məbləğində cərimə və 2 bal inzibati tənbeh tətbiq edilməsi barədə nömrəsiz qərar qəbul edilmişdir. Həmin qərardan verilmiş şikayətə Yardımlı Rayon Məhkəməsində baxılmış və məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə şikayəti təmin edilməmiş, DYP-nin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ##.##.2026-cı il tarixdə onun elektron kabinetinə yerləşdirilmiş və bu barədə həmin tarixdə SMS bildiriş almışdır. Qərardan şikayət vermə müddəti onun tərəfindən pozulmamış, Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanunsuz, əsassız və birtərəfli araşdırma nəticəsində qəbul edildiyi üçün ləğv edilməlidir. Belə ki, ünvan 1 ünvanında mənə məxsus **-GJ-*** dövlət qeydiyyat nişanlı TOYOTA PRIUS markalı avtomobilin dayandığı yer ilə 5.14 (Minik taksilərinin duracaq yeri) nişanı arasında azı 25- 30 metr məsafə mövcud olmuşdur. Ən əsası, həmin nişanla mənim avtomobilim arasında 5.16.2 (Piyada keçidi) yol nişanı və 1.14.1 (Zebra) xətlənməsi yerləşir. Mən avtomobili piyada keçidinin özündə deyil, qaydalara uyğun olaraq piyada keçidindən azı 7-10 metr irəlidə saxlamışdır. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, fotoşəkillərdən avtomobilin taksi duracağı nişanının təsir dairəsində olması müəyyən edilir. Lakin məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, 5.14 “Minik taksilərinin duracaq yeri” nişanının təsir dairəsinin hansı hüquqi norma və ya texniki qayda əsasında müəyyən edildiyini göstərmədən nəticəyə gəlmişdir. Məhkəmə avtomobilinin taksi duracağının təsir dairəsində olmasını təsdiq edən hər hansı ölçmə, sxem, ekspert rəyi və ya digər obyektiv sübuta istinad etməmiş, yalnız ümumi xarakterli nəticə ilə kifayətlənmişdir. Halbuki məhkəmə qəbul etdiyi nəticənin konkret hansı sübutlarla təsdiq olunduğunu əsaslandırmalı idi. Bundan əlavə, inzibati xəta haqqında materiallarda DYP əməkdaşı tərəfindən çəkilmiş fotoşəkillərdə 5.14 yol nişanı ilə mənə məxsus nəqliyyat vasitəsi eyni kadrda əks etdirilməmiş, onlar ayrı-ayrı fotoşəkillər şəklində rəsmiləşdirilmişdir. Belə olan halda, həmin fotoşəkillər avtomobilimin sözügedən nişanın təsir dairəsində yerləşdiyini birmənalı şəkildə sübut etmir. Bunun əksinə olaraq, mən məhkəməyə həm 5.14 yol nişanının, həm də avtomobilimin eyni kadrda göründüyü, eləcə də aralarındakı faktiki məsafəni əyani şəkildə əks etdirən fotoşəkillər təqdim etmişəm. Buna baxmayaraq, məhkəmə həmin sübutlara hüquqi qiymət verməmiş, onların hansı əsaslarla qəbul edilmədiyini göstərməmiş və nəticədə avtomobilimin taksi duracağının təsir dairəsində olması qənaətinə gəlmişdir. Bu isə sübutların tam və obyektiv araşdırılması prinsipinə zidd olmaqla yanaşı, iş üzrə mövcud şübhələrin aradan qaldırılmaması şəraitində qərarın qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, "Yol hərəkəti haqqında" AR Qanununun (69-cu maddənin VI bəndinin 17- ci hissəsi) tələblərinə əsasən, 5.14 nişanının təsir sahəsi məhz 1.17 sarı rəngli ziqzaq nişanlanma xətti ilə vizual olaraq göstərilməlidir. Sözügedən ərazidə isə belə bir nişanlanma xətti ümumiyyətlə çəkilməmişdir, (bu barədə video çəkiliş materiallara əlavə edilir). Azərbaycan Respublikasının mövcud qanunvericiliyində 5.14 nişanının təkbaşına (1.17 nişanlanma xətti olmadan) yerləşdiyi halda, onun təsir dairəsi barədə müvafiq konkret tənzimləmə mövcud deyil. Sürücü olaraq, yolda 1.17 (sarı ziqzaq) nişanlanma xəttinin olmadığı şəraitdə 5.14 (Minik taksilərinin duracaq yeri) nişanının təsir dairəsini vizual olaraq təyin etmək mümkün olmadığı üçün, mən avtomobilimi ümumilikdə 5.14 nişanından təxminən 25-30 metr məsafədə, ərazidəki piyada keçidindən isə 7-10 metr sonra (irəlidə) saxlamışam. Bu məsafəni seçməkdə məqsədim yol hərəkəti qaydalarına tam riayət etmək olmuşdur. Yol nişanının qanunvericilikdə nəzərdə tutulmuş qaydada və aydın şəkildə təşkil edilməməsi, habelə avtomobilini yol nişanının bilavasitə yanında deyil, ondan təxminən 25-30 metr aralıda saxlamış olmağım nəzərə alındıqda, mənə tətbiq edilmiş inzibati tənbehi hüquqi cəhətdən əsaslı, obyektiv və ədalətli deyil. Mövcud vəziyyətdə yol hərəkəti iştirakçısı üçün həmin ərazinin taksi duracağının təsir dairəsinə aid olub-olmaması aydın müəyyən edilmir və bu qeyri- müəyyənlik onun təqsirli hesab edilməyi üçün kifayət qədər əsas yaratmır. Həmçinin hüquqşünas və ekspertlərin rəyinə görə, əgər 1.17 xətlənməsi yoxdursa, bu hal qanunla müəyyən olunmasa da taksi duracağı nişanının təsir sahəsi nişandan öncə və sonra cəmi 15 metrlik (nişanın dirəyindən 7.5 metr qabağa və arxaya) məsafəni əhatə edir. Onun avtomobili isə nişandan azı 25-30 metr kənarda - tamamilə kənar bir zonada dayanmışdır. Qeyd edilənlərə əsasən Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi, DIN Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məmmədov Tural Yaşar oğlu şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini və Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat DIN Baş Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Işin hallarına əsasən məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Inzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayətin dəlillərindən göründüyü kimi, şikayət verən hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Inzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, EQ******** saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 346.6-cı maddəsi üzrə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Iş materiallarda olan fotoşəkillərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) məxsus TOYOTA PRIUS (HIBRID) MINIK markalı ** GJ *** dövlət qeydiyyyat nişanlı avtomobili taksi duracağının nişanı dairəsində dayanmışdır. Lakin həmin şəkildən müəyyən etmək mümkün deyil ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 1.17 xətlənməsi hansı ərazini əhatə edir. Aşkar görünür ki, Qərardan şikayət verən orqan (şəxs) taksi fəaliyyəti üçün nəzərdə tutulmuş yol nişanından xeyli kənarda avtomobili saxlamışdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin VI hissəsinin 17-ci bəndində qeyd olunur ki, “1.17.” üfiqi nişanlanma xətləri ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını göstərir. Işin hallarına əsasən həmin üfiqi nişanlama xəttinin olmamasına görə, Qərardan şikayət verən orqan (şəxs) bilə bilməzdi ki, taksi duracağı hansı ərazini əhatə edir. Bu vəziyyətdə Qərardan şikayət verən orqan (şəxs) təqsirli hərəkəti müəyyən olunmur, ona görə də onun barəsində inzibati xəta haqqında icraatın başlanılması qanunsuz olmuşdur. IXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası IXM-in 75.0-ci maddəsi inzibati xəta haqqında iş üzrə aşağıdakıların müəyyən edilməsini tələb edir. -75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); -75.0.2. inzibati xəta törətmiş şəxs; -75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; -75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; -75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; -75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; -75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qeyd olunan Məcəllənin 84.1. və 84.2-ci maddələrinə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası IXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Isitnad olunmuş Məcəllənin 135.1 və 135.1.5-1-ci maddələrinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın, eləcədə məhkəmə qərarının qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) təqsiri sübuta yetmir, odur ki, başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata, həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərar elan olunduğu andan qüvvəsini alır, qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-363/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-363/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver