Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-364/2026 08.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin hakimi X2 Səmədov Alim Nadir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə MÜƏYYƏN ETDI: ##.##.1972-ci ildə Sabirabad; Abdulyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad şəhəri, X. Məmmədov küçəsi, ev 79-da yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Işin halları Işdən görünür ki, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam Idarəsi ##.##.2026cı il tarixində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icrası məcburi olan yazılı göstəriş göndərərək sonuncunun icarəsində olan Sabirabad şəhəri, İ.Isgəndərov küçəsində yerləşən “Valentino” adlı obyektin qarşısında yerləşdirilmiş qanunsuz reklamın götürülməsini tələb etmiş, əks halda onun IXM 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında məsuliyyətə cəlb ediləcəyini qeyd etmişdir. Apellyasiya şikayətinin dəlilləri Sabirabad Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermiş, məhkəmənin qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatın xitam verilməsini xahiş etmişdir. T.Qasımov şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və bununla da IXM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Prosessual məsələlər Apellyasiya baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. T.H.Qasımov əlavə olaraq bildirdi ki, o, uzun illərdir ki, ünvan 2 ünvanında qeydiyyatdadır və orada yaşayır. Lakin Reklam idarəsi tərəfindən onun həmin ünvanına heç bir məktub, bildiriş və ya yazılı göstəriş gəlməmişdir. ünvan 1 ünvanda yerləşən ev onun uzaq qohumuna məxsus olmuşdur. O, heç vaxt həmin ünvanda yaşamamışdır, yalnız uzun illər əvvəl həmin ünvana müvvəqəti qeydiyyata düşmüşdür. Uzun illər əvvəl özünə ev aldıqdan sonra isə (X.Məmmədov küçəsi 79) H.Əliyev küçəsi 57 ünvanından qeydiyyatdan çıxmışdır. Həmçinin Sabirabad şəhəri İ.Iskəndərov küçəsində yerləşən “Valentino” obyekti onun icarəsində olmuş daha sonra o, həmin obyekti sahibinə təhvil vermişdir. Hazırda belə bir obyekti yoxdur. Apellyasiya baxışının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi lazımi qaydada məlumatlandırılsa da, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclas katibi tərəfindən nümayəndəsi ilə əlaqə saxlanılarkən sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumatının olduğunu lakin iştirak edə bilməyəcəyini bildirmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. IXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda məhkəmə, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası IXM-in 135.1 və135.1.1-ci maddələrinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmçinin IXM-in 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı aşağıdakı əsaslara görə ləğv edilməli və iş tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materialarından görünür ki, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam Idarəsi # ##### 2026-cı il tarixli icrası məcburi olan göstərişi Sabirabad şəhəri H.Əliyev prospekti 57 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərmişdir. Birinci instansiya məhkəməsidə inzibati xəta haqqında işə baxarkən məhkəmə bildirişini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı ünvan kimi Sabirabad şəhəri H.Əliyev prospekti 57 ünvanına göndərmişdir. Hər iki halda, yəni həm səlahiyyətli orqanın icrası məcburi olan göstərişi həmdə birinci instansiya məhkəməsinin bildirişi qeyd olunan ünvana çatdırılmadan geri qaytarılmışdır. Azərpoçt MMC göndərişlərin zərflərində ünvan sahibi tərəfindən “imtina edildi” qeydini aparmışdır. Lakin həm səlahiyyətli orqan həm də məhkəmə T.Qasımovun rəsmi qeydiyyatda olduğu və yaşadığı ünvanı müəyyən etməyə səy göstərməmiş nəzərə almamışlar ki, barəsində ptrotokol tərtib edilən həmin şəxs ünvan 2 ünvanında yaşayır. Odur ki, apellyasiya məhkəməsi hesab edir ki, istər səlahiyyətli orqan istərsə də birinci instansiya məhkəməsi T.H.Qasımovun hüquqlarını, o cümlədən IXM-in 61-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqlarını pozmuşlar. Bu isə öz növbəsində onu eyni zamanda ədalətli məhkəmə araşdırması hüququndan məhrum etmişdir. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 6-cı maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bundan başqa T.Qasımov apellyasiya baxışı zamanı göstərmişdir ki, o, Sabirabad şəhəri, İ.Isgəndərov küçəsində yerləşən “Valentino” adlı obyektini icarə əsasında işlətmişdir. Lakin yuxarıda qeyd edilən səbəblərdən T.Qasımovun icarə əsasında işlədiyi obyektə yerləşdirilən reklamın icrası məcburi olan yazıllı göstərişin verildiyi dövrdə onun tərəfindən istifadə edilib-edilmədiyi müəyyən edilməmişdir. Belə ki, T.Qasımov apellyasiya baxışı zamanı bildirmişdir ki, o, həmin obyekti xeyli müddətdir ki sahibinə təhvil vermişdir və bu səbəbdən obyektdən istifadəni dayandırmışdır. Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edərkən, birinci instansiya məhkəməsi isə işə baxarkən işin bütün faktiki hallarını araşdırmamış, nəticədə T.H.Qasımovun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmamasına qiymət verməmişlər. IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə iş materialarından görünür ki, birinci instansiya məhkəməsinin qərarı aşağıda qeyd edilən iki əsasa görə ləğv edilməli və iş yenidən baxılması üşün həmin birinci instansiya məhkəməsinə göndərilməlidir. 1.T.H.Qasımovun ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına görə.
2. Işin bütün faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmaması nəticəsində şəxsin əməlində IXM-in 428.7.3-cü maddəsinin tərkibinin müəyyən edilib-edilməməsinə görə. Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə yeni baxışa göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair iş yenidən baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.