Məhkəmə qərarları › İş №3(3-9)-365/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-365/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-365/2026 03.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzə icraata xitam verilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı icra vərəqinə əsasən 6080 manat məbləğində pul vəsaiti borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nizamlı İlham Eıxan oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair ##.##.2026cı il tarixli MN2322121№-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sabirabad rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı icra vərəqini üzürsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, Sabirabad rayon Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-****/**** saylı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə icra vərəqini üzürsüz səbəbdən icra etməyərək, bununla da İXMnın 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı (icra sənədini üzürsüz səbəbdən icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir) təkrar törətmişdir. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə ##.##.2026-cı il tarixli MN2322121№-li inzibati xəta haqqında protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığı üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlamış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-151 )-***/**** nömrəli qərarı ilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə inzibati xəta haqqında işə baxılmış və qərar qəbul edilmişdir. Sözügedən məhkəmə qərarı tamamilə əsassız və qanunsuz olduğundan, mənim qanunla qorunan zərərçəkmiş (tələbkar) hüquqlarımı kobud şəkildə pozduğundan ondan narazıdır və qərar ləğv olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara (zərərçəkmiş şəxsə) məlumat verilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Ona məhkəmə iclasının keçiriləcəyi barədə heç bir rəsmi xəbərdarlıq edilməmiş, işə onun iştirakı olmadan baxılması nəticəsində hüquqları kobud şəkildə pozulmuşdur. Qərarın ona rəsmi qaydada göndərilməmiş və qərardan gec xəbər tutmuş, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ona rəsmi olaraq göndərilməmişdir. Şəxsən məhkəmə binasına yaxınlaşmış və qərarın surətini rəsmi olaraq ## ### 2026-cı il tarixində məhkəmə qəbzi (*-** saylı forma) imzalayaraq götürmüşdür. Borclu məhkəmə qərarını icra etməkdən qəsdən yayınır və ona tətbiq edilən tənbeh növü yetərsizdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona Sabirabad Rayon Məhkəməsinin icra vərəqinə əsasən 6080 manat məbləğində pul vəsaiti borcu vardır. Borclu uzun müddətdir ki, borcu qəsdən ödəmir, məsuliyyətdən canını qurtarmaq məqsədilə, ümumi böyük borcun qarşılığında cəmi 400 manat (iki dəfəyə 200+200 manat) ödəniş etməklə guya borcu ödəmək niyyətində olduğunu göstərməyə çalışmışdır. 6080 manat borcu olan şəxsin cəmi 400 manat ödəməsi onun qərəzli şəkildə icradan yayındığını sübut edir. Məhkəmənin borclunun bu hərəkətinə əsaslanaraq ona yüngül tənbeh tətbiq etməsi ədalət prinsiplərinə ziddir, çünki dövlət büdcəsinə yönələn pul cərimələri tələbkar kimi onun pulunun geri qaytarılmasını təmin etmir. Borclunun icra sənədini qərəzli şəkildə icra etməməsi onun islah olunması və məhkəmə qərarına hörmətlə yanaşması üçün daha ciddi tənbeh növünün seçilməsini zəruri edir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iş üzrə materiallara yenidən baxılaraq, məhkəmə qərarını icra etməkdən qəsdən və qərəzli şəkildə yayınan borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işin hallarına əsasən onların iştirakı olmadan şikayətə baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkmə iclaslarında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borc öhdəliyini icra edə bilməməsini maddi vəziyyəti ilə izah etmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən «barəsində qərar çıxarılmış fiziki şəxs, … zərərçəkmiş şəxs ... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər», «inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır». Şikayətin müəllifi şikayətində hakimin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 134.1.2 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2.-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şikayətin məzmunundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra məmurunun qanuni tələblərini lazımi yerinə yetirməməsi, üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirildiyi halda sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İXM-nın 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. - Sabirabad rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı icra vərəqinə əsasən 6080 manat məbləğində pul vəsaiti borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi tələb olunur. -## #### 2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sabirabad rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı icra sənədi Sabirabad Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. -## #### 2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən və ## ######## 2025-ci il tarixli xəbərdalıq məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi barədə məlumatı olmuş və icra sənədi üzrə 6000 manat borcunun oldğu barədə məlumatlandırılmışdır. -Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixli izahatdan görünür ki, o icra sənədi barədə xəbərdar olmuş, cəmi 350 manat ödəməyə imkanının olduğunu, rəsmi iş yerinin və gəlirinin olmadığını və maddi imkanının olmadığını, adında rəsmi daşınar və daşınmaz və əmanətlərinin olmadığını qeyd etmişdir. -##.##.2026-cı il tarixli MN2322121№-li inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sabirabad rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı icra vərəqini üzürsüz səbəbdən icra etməyərək, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi səbəbindən Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında Protokol əsasında qəbul edilmiş Sabirabad rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə icra vərəqini üzürsüz səbəbdən icra etməyərək, bununla da İXMnın 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı (icra sənədini üzürsüz səbəbdən icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir) təkrar törətmişdir. -##.##.2026-cı il tarixli qəbzdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 200 (iki yüz) manat pul ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Qeyd olunanlara istinadən bir daha qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iki ilə yaxın müddətdə borcundan ümumiyyətlə ödəniş etməmişdir. O, bu vəziyyəti maddi imkansızlığı ilə izah etsə də, qeyd edilən müddət ərzində ümumiyyətlə ödəniş etməməsi heç də maddi imkansızlıqla əlaqəli ola bilməz. O, fərdi əməklə məşğuldur, gündəlik təlabatını təmin etmək üçün pul qazanır. Ötən müddət ərzində hər ay müəyyən qədər ödənişlər etməklə öhdəliyini qismən icra edə bilərdi. Hal-hazırada da məhkəmə çağırışlarından yayınması, axtarışa məruz qalması, barəsində məcburi gətirilmə haqqında qərarın qəbul edilməsi, onun davranışları bir daha təsdiq edir ki, birinci instansiya məhkəməsinin icraata xitam verməsi işin halları, onun şəxsiyyəti ilə uzlaşmır. Odur ki, şikayət əsaslı hesab edilməlidir. Qeyd olunan, eləcə də, iş üzrə toplanmış digər sübutların məcmusu ilə inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisənin baş verməsi, həmin xətanın törədilməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli olması sübuta yetirilir İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə “inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi)”, “inzibati xəta törətmiş şəxs”, “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsə təyin olunacaq inzibati tənbehlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Beləliklə məhkəmə kolegiyası qeyd etdiyi hüquqi mövqeyin işığında Tağıyev Elvin İdris oğlunun hazırkı vaxtadək hərəkətlərini təhlil edərək hesab edir ki, onun barəsində daha ciddi tənbeh növünün tətbiq olunmadan qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək mümkün deyil. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslarından biridir. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini və şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsdə saxlanılma müddətinin əvvəli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada həbs olunduğu tarixdən və vaxtdan hesablansın. Qərar dərhal qanuni qüvvəsini alır, qərarın icrası Sabirabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar qətidir, kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar