Məhkəmə qərarları › İş №3(3-9)-366/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-366/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-366/2026 10.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ##.##.2001-ci il tarixdə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orat təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilərək, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və iş apellyasiya məhkəməsində yekunlaşsa da nəticə barədə onun ünvanına yekun akt göndərilməmişdir, ##.##.2026-cı il tarixdə icra məmuru onun telefonuna sms yazaraq, guya onunla heç bir əlaqə saxlaya bilmədiyini bildirərək, icra şöbəsinə dəvət edilmişdir. ##.##.2026-cı il tarixdə Icra Şöbəsində icra məmuruna apellyasiya məhkəməsinin yekun aktını almadığını qeyd edərək, şikayət verməyini bildirdikdə, ona izahat yazdıraraq, izahatını icra sənədində göstərilən tələblə bağlı təkzib etmək fikrinin olmaması kimi yazıdırmışdır. Bildirir ki, apellyasiya məhkəməsinin yekun aktını alıb şikayət verəcəkdir. ##.##.2026-cı il tarixdə Icra Şöbəsinə dəvət edilib və ona eyni məzmunlu izahatı icra məmuru yazdırıb məhkəməyə inzibati protokol verəcəyini və işinə xitam veriləcəyini bildirmişdir. Bundan başqa bildirir ki, icra məmuru tərəfindən ##.##.2026-cı il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş və həmin qərar ona ##.##.2026-cı il tarixdə göndərilib. Hesab edir ki, yalnız məhkəmə qərarından şikayət verəcəkdir və icra sənədi ilə bağlı heç bir qərəzli fikir bildirməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin olunmasını, Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxs və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə münasibətdə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən işin materiallarını mahiyyəti üzrə tam araşdırmamış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etməmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli,*(***)-***/**** saylı icra sənədinə əsasən ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixlərdə və digər tarixlərdə yayımlanan “Sosial TV Kanal“ “Çıxış Yolu“ və ## ###### 2024-cü il tarixlərdə “Azad Söz“ müstəqil media qurumu verilişlərində iddiaçı Zərərçəkmiş şəxs barəsində səsləndirdiyi ifadələr, qanunsuz olaraq yayınlanması üçün fotoşəkillərinin təqdim edilməsinin şərəf və ləyaqətini təhqir edən, alçaldan hərəkətlər kimi qiymətləndirilməklə, bütün məlumatların təkzib edilməsi vəzifəsinin cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərinə qoyulması və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 100 manat miqdarında mənəvi zərərin əvəzi tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Icra sənədi ##.##.2026-cı il tarixdə Kürdəmir Rayon Icra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya icra sənədinin icrası barədə müvafiq qaydada qərar və bildiriş göndərilməsi iş materiallarında görünsə də, cavabdeh tərəfin həmin bildirişin yalnız ##.##.2026-cı il tarixdə əldə olunduğu təsdiqini tapır. Məhkəmə iş materiallarını tədqiq edib hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi sübut olunmadığından Kürdəmir Rayon Məhkəməsinin onun əməlində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olması barədə gəldiyi nəticə işin faktiki halları ilə uyğun deyildir. Belə ki, IXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. IXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. IXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icra olunmasından boyun qaçırmasına və icra məmurun qanuni tələblərini yerinə yetirməməsinə dair gətirdiyi dəlilləri əsassız hesab edirək belə qənaətə gəlir ki, onun əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, çünki təqdim edilən sübutlarla şəxsin qəsdən öhdəlikdən yayınması sübut olunmamışdır. IXM-in 528.1-ci maddəsinin tətbiqi üçün iki əsas element olmalıdır:

1. icra öhdəliyinin mövcudluğu;

2. bu öhdəlikin üzürsüz səbəbdən icra edilməməsi (subyektiv tərəf-niyyət). Inzibati məsuliyyətin tətbiqi hüquqi dövlət prinsipinin mühüm elementlərindən biri olan qanunçuluq və təqsirsizlik prezumpsiyası prinsiplərinə əsaslanır və inzibati məsuliyyət yalnız inzibati xəta tərkibinin bütün elementləri mövcud olduqda yarana bilər. Inzibati xəta tərkibi obyekt, obyektiv tərəf, subyekt və subyektiv tərəf kimi elementlərin məcmusundan ibarətdir və bu elementlərdən hər hansı birinin mövcud olmaması həmin əmələ inzibati xəta kimi hüquqi qiymət verilməsini istisna edir. Bu baxımdan inzibati məsuliyyətin tətbiqi üçün yalnız formal olaraq müəyyən hərəkətin mövcudluğu kifayət etmir, həmin hərəkətin hüquq normasının dispozisiyasında nəzərdə tutulmuş bütün əlamətlərə uyğunluğu sübuta yetirilməlidir. IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin hüquqi tərkibinin mahiyyəti ondan ibarətdir ki, şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədikdə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətlərdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etmədikdə inzibati məsuliyyətə cəlb edilə bilər. Bu normanın dispozisiyasından irəli gəlir ki, məsuliyyətin yaranması üçün bir neçə zəruri hüquqi şərt mövcud olmalıdır. Ilk növbədə icra məmuru tərəfindən qanuni tələb irəli sürülməli, həmin tələb borcluya qanunla müəyyən edilmiş qaydada çatdırılmalı və borcluya icra sənədinin könüllü qaydada icrası üçün qanunvericiliklə müəyyən edilmiş müddət verilməlidir. Yalnız bundan sonra borclunun həmin tələbi üzrsüz səbəbdən yerinə yetirməməsi halında onun davranışı inzibati xəta kimi qiymətləndirilə bilər. Inzibati məsuliyyətin tətbiqi hüquqi müəyyənlik və hüquqi təhlükəsizlik prinsiplərinə uyğun həyata keçirilməlidir. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, şəxs üzərinə qoyulan hüquqi öhdəliklər barədə əvvəlcədən məlumatlandırılmalı və həmin öhdəlikləri yerinə yetirmək üçün real imkan əldə etməlidir. Əgər şəxsə icra sənədinin icrası ilə bağlı qanuni tələb rəsmi qaydada çatdırılmamışdırsa, onun həmin tələbi pozması barədə nəticəyə gəlmək hüquqi baxımdan mümkün deyildir. Bu hal inzibati məsuliyyətin tətbiqində hüquqi müəyyənlik prinsipinin pozulması ilə nəticələnər və şəxsin müdafiə hüququnun təmin edilməməsi anlamına gələr. Iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, icraata başlamaq haqqında qərarın və icra sənədinin könüllü icrası barədə bildirişin ##.##.2026-cı il tarixindən öncə borcluya təqdim edilməsi faktını təsdiq edən hər hansı sübut mövcud deyildir. Bu isə onu göstərir ki, borcluya icra sənədinin könüllü qaydada icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin verilməsi faktı sübuta yetirilməmişdir. Belə olan halda borclunun icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsi kimi qiymətləndirilə biləcək hüquqi vəziyyət formalaşmamışdır. Inzibati məsuliyyətin tətbiqində mühüm əhəmiyyət kəsb edən digər prinsip isə təqsirsizlik prezumpsiyası prinsipidir. IXM-in müvafiq müddəalarına əsasən şəxs yalnız təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə inzibati məsuliyyətə cəlb edilə bilər. Inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və onun təqsirli olması barədə aradan qaldırılmayan şübhələr həmin şəxsin xeyrinə həll edilməlidir. Bu prinsip inzibati hüquqda geniş qəbul edilmiş “şübhələrin şəxsin xeyrinə həll edilməsi” qaydasının təzahürüdür və inzibati icraatın ədalətliliyini təmin edən əsas hüquqi təminatlardan biri hesab olunur. Hazırkı iş üzrə isə borclunun icra sənədini icra etməməsinin məhz icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi ilə əlaqəli olduğu sübuta yetirilməmişdir. Çünki icra məmurunun həmin tələbinin borcluya qanunla müəyyən edilmiş qaydada çatdırılması faktı müəyyən edilməmişdir. Bu isə inzibati xəta tərkibinin obyektiv tərəfinin mövcudluğunu istisna edir. Obyektiv tərəfin sübuta yetirilməməsi inzibati xəta hadisəsinin mövcud olmadığını göstərir və belə hallarda şəxsin inzibati məsuliyyətə cəlb edilməsi hüquqi baxımdan yolverilməzdir. Icra icraatının mahiyyəti məhkəmə aktlarının real və vaxtında icrasının təmin edilməsindən ibarətdir. Bu məqsədə nail olmaq üçün icra məmuru yalnız formal səlahiyyətlərə deyil, həm də qanunun ruhuna uyğun olaraq mərhələli, proporsional və zəruri icra tədbirləri görməlidir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən etibarən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Bu norma icra məmurunun fəaliyyətinə yalnız formal xarakterli vaxt çərçivəsi deyil, eyni zamanda aktiv davranış öhdəliyi müəyyən edir. Bu hal dövlət məcburiyyət mexanizmi kimi qiymətləndirilir. Yəni məcburi icra tədbirləri və xüsusilə inzibati məsuliyyət yalnız könüllü icranın təmin edilməsi üçün bütün qanuni vasitələr səmərəsiz qaldıqda tətbiq edilə bilər. Bu yanaşma həmçinin beynəlxalq hüququn ümumi prinsiplərindən olan proporsionallıq, zərurilik və son çarə (ultima ratio) prinsiplərinə əsaslanır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2018-ci il tarixli “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” qərarında da bu doktrinal yanaşma açıq şəkildə ifadə edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi birmənalı olaraq inzibati həbs və ya digər sərt inzibati təsir tədbirlərinin tətbiqini zəruri etmir, icra məmurları məhkəmə aktlarının icrasını təmin etmək üçün müxtəlif və adekvat qanuni vasitələrdən istifadə etməli, yalnız bütün imkanlar tükəndikdən sonra inzibati və ya cinayət-hüquqi təsir tədbirlərinə müraciət etməlidirlər. Bu baxımdan, inzibati xəta haqqında protokolun tərtib edilməsi icra icraatının məntiqi nəticəsi deyil, son mərhələsi olmalıdır. Əgər icra məmuru icra sənədinin alındığı gündən etibarən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməmiş, məcburi icra tədbirlərindən istifadə etməmiş və icra prosesini faktiki olaraq yekunlaşdırmamışdırsa, belə halda inzibati məsuliyyət tədbirinin tətbiqi hüquqi əsasdan kənarda qalmış olur. Həmçinin, icra prosessi zamanı inzibati məsuliyyətin tətbiqi borclunun davranışı ilə icra məmurunun fəaliyyəti arasında səbəb-nəticə əlaqəsi mövcud olduqda mümkündür. Icra məmurunun öz üzərinə düşən aktiv icra vəzifələrini tam həcmdə yerinə yetirmədiyi halda, borclunun davranışının inzibati xəta kimi qiymətləndirilməsi hüquqi müəyyənlik və ədalət prinsiplərinə ziddir. Beləliklə, icra məmuru tərəfindən icra icraatı tam başa çatmadan, qanunla nəzərdə tutulmuş bütün icra tədbirləri həyata keçirilmədən və iki aylıq icra müddətinin məzmununa uyğun real icra fəaliyyəti aparılmadan inzibati xəta haqqında protokolun tərtib edilməsi borclunun hüquqlarının pozulmasına gətirib çıxarır. Bu əsasla inzibati iş üzrə icraata xitam verməsi həm “Icra haqqında” Qanunun tələblərinə, həm Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə, həm də icra icraatı ilə bağlı beynəlxalq hüququnun prinsiplərinə tam uyğundur. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab etmir. IXM-in 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli və Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları və IXM-in 128-134.1.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

QƏRARA A L D İ:

Şikayət təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin maddə ilə onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar